http://www.adf-mk.org

info@adf-mk.org

g

Milli muxtariyyət günün aktual məsələsidir

Iran xalqlarının milli muxtariyyətə dair tarixi formalaşmış istək və arzuları indiki şəraitdə də öz aktuallığını saxlamış və onların mübarizəsinin əsas istiqamətinə çevrilmişdir. Bunun başlıca səbəbi onunla izah olunur ki, zəmanəmizdə yaranmış ictimai atmosferdə bir çox sosial hadisələrin baş verməsi, onun zərurəti daha çox milli amillərin əhəmiyətinin artması ilə əlaqədar surətdə müəyyən edilir. Vətənimiz Iranda milli muxtariyyət uğrunda gedən mübarizələr müxtəlif tarixi dövrlərdə müxtəlif şəkillərdə mübarizə səviyyəsində olmuşdur. Məsələn, şahlıq üsul-idarəsinin hökmranlıq şəraitində Iranda yaşayan azərbaycanlı, kürd, türkmən, bəluç və sairə xalq və millətlər milli zülm şəraitində yaşamış və onlara öz milli çərçivələrində hər cür milli, mədəni hərəkətlər qadağan edilmişdir. Hətta onların varlığının təcəssümü olan ana dilləri nəinki rəsmən tanınmamış, həm də rəsmi şəkildə idarələrdə danışmalarina icazə verilməmişdi. Ona görə də Iranda yaşayan bütün xalq və millətlər həmişə milli muxtariyyət uğrunda mübarizə aparmışlar. Lakin bu mübarizə tarixi şəraitdən aslı olaraq bəzən kəskinləşmiş, ya da zəifləmişdir. Məsələn, Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hərəkəti, 21 Azər nehsətini, Kürdüstanda milli hərəkatı, Bəluçstanda və Türkmənistanda milli hüquqsuzluğa qarşı mübarizəni göstərmək olar.

22 Bəhmən ingilabının baş verməsi ilə ələqədar olaraq demək lazımdır ki, Iranda yaşayan xalqların həyatında milli dirçəliş və oyanma dövrü başlanmışdır. Belə ki, bir çox xalqlar, o cümlədən Azərbaycan xalqı qeyri-rəsmi olsa da öz ana dilində sərbəst danışmaq, qəzet, jurnal və kitab nəşr etmək imkanı əldə etdi. Eləcə də inqilab dövründə Azərbaycanda mütərəqqi qüvvələrin ana dilində nəşriyyat işinə başlamaları və Azərbaycan xalqının milli mənliyinin inkişafı həmin imkanların təzahürü idi, hətta inqilab dövründə inqilabın xəlqilik qüdrətinin güclü olması idi ki, Islam respublikasının konstitusiyanın 15-ci maddəsində mədrəsələrdə milli dillərin tədrisi və öyrənilməsi azad elan edilmişdir. Vətənimizin bütün xalqları haqlı olaraq belə düşünürdilər ki, şahlıq rejiminin süqutundan sonra hər xalq öz milli mədəniyyətini, ədəbiyyatını, şerini, musiqisini, memarlığını, kinosunu və s. istədiyi kimi inkişaf etdirməklə öz taleinin sahibi olacaqdır. Çox təəssüf ki, bütün bunlar düşüncələr çərçivəsindən kənara çıxa bilmədi və xalqların istək-arzuları reallaşmadı. Milli məhrumiyyətlər yenə də başqa ad və formalarda özünü göstərməyə başladı. Bütün bunlar sanki röya idi. Lakin bu röyada belə bir real həqiqət hamını düşündürür ki, məyər Bəhmən inqilabını xalq etmədi, məyər Iran Islam Respublikasının milli dillər və muxtariyyət haqqında ki, konstitusiyası inqilab şəhidlərinin qanı bahasına əldə edilməmişdir? Bəs bütün bunlar nə üçün unuduldu, hətta həmin konstitusiya çərçivəsində milli muxtariyyat tələb edənlər ya zindanlara və ya da ölüm meydanlarına göndərildilər.

Əgər şahlıq dövründə milli muxtariyyət hüququ həmin rejim tərəfindən bu və ya digər qondarma ideyalarla rədd edilirdisə, IIR-sı dövründə elə bir siyasi və fikri atmosfer yaradılmışdır ki, rejimi mədh edən bir çox ideoloqlar “Islam birliyi” (Islam vəhdəti) pərdəsi altında bütün xalqların qanunu hüququ olan milli muxtariyyət haqqlarını tapdalamaqla millətlərin azadlıq və demokratik hüquqlarını rədd edirlər. Onlar “Islam birliyi” ideyasını “Milli muxtariyyət” ilə eyniləşdirməyə çalışırlar. Onların konsepsiyasına görə Islam birliyindən söhbət gedəndə milli hüquqdan danışmaq olmaz. Çünki milli muxtariyyət Islam birliyilə bir araya sığmayır. Əlbəttə belə bir konsepsiya ilə razılaşmaq üçün heç bir əsas yoxdur. Çünki üzərində söhbət gedən anlayışlar nəinki eyni deyil, həm də bir birindən köklü surətdə fərqlənirlər. Bu fərq isə ondan ibarətdir ki, Islam birliyində eyni dindarlar onların milliyətindən, xarakterindən, adət və ənənələrindən, psixologiyalarından asılı olmayaraq birləşirlər və məqsəd həmin dində olan əhkam və mərasimləri icra etməkdir. Bu təkcə Islama yox, bütün dinlərə aiddir. Amma milli muxtariyyətdə həmin millətə xass olan, eyni dildə danışan və milli xaraktera, adət və ənənəyə malik olanlar birləşir və məqsəd öz müqəddəratına sahib olmaq uğrunda mübarizə aparmaqdır. Deməli əgər biz bu iki anlayışı düzgün mənalandırsaq onda Iranda hər hansı bir millətə milli muxtariyyət hüququ verilərsə o, nə Islama nə də Islam birliyinə xələl gətirə bilməz.

Milli muxtariyyət hüququnu inkar edən digər konsepsiyalardan biri də milli dəyərləri islam dəyərlərinə, və ya əksinə, qarşı qoyanlardır. Bu konsepsiyanı əsaslandırmağa çalışan ideoloqlar iddia edirlər ki, bu iki dəyəri təmsil edən sosial qruplar arasında mənafe ziddiyatı olduğu üçün güya milli dəyərlər yox, ancaq islam dəyərləri məqbuddur. Əvvələn, hər hansı bir dəyər istər milli, istərsə dini olsun, əgər xalqlar tərəfindən qəbul edilmişsə onu mənafe meyarı ilə qiymətləndirmək düzgün deyildir. Çünki dəyərlər ona görə qiymətləndirilmir ki, o mənafelərə uyğun gəlir ya yox. Dəyərlər ona görə qiymətləndirilir ki, o obyektiv surətdə mənafelərə uyğun gəlir. Deməli dəyərlərin meyarı mənafelər deyil, mənafelər onun ancaq nəticəsidir. Bu o deməkdir ki, deyərlər bu və ya digər qrupun mənafei ilə yox, tarixi prosesdə tutduğu mövqe və göstərdiyi təsirlə qiymətləndirilir. Mənafeə gəldikdə dəyərlər ola bilər həmin qrupun mənafeinə ya uyğun və ya da zidd olsun. O, tamamilə başqa şeydir və bu yazının mövzusundan kənardır.

Saniyən, bəhs olunan dəyərlər əgər ümümbəşiri xarakter daşıyırsa o, heç vaxt bir-birini nə inkar və nə də əvəz edə bilməz. Bunlar forma və məsələnin qoyuluşu cəhətdən, yəni hansı meyarlarla qiymətləndirmək cəhətdən fərqlənirlər. Məsələn, yaxşılıq etmək ümumbəşəri dəyərdir. Lakin din bütün meyarını allahın xatiri ilə, milli isə insanpərvərlik və yaxud humanizm meyarilə qiymətləndirir. Deməli, əgər Iranda bütün xalq və millətlərin tarixən əmələ gəlmiş milli dəyərləri qəbul edilərsə, o, xalq tərəfindən qəbul edilmiş dini dəyərlərə xələl gətirməz. Hətta dini dəyərlər milli dəyərlərdən də istifadə edər.

Göründüyü kimi mürtəce ideyalar tərəfindən milli muxtariyyət hüququ rədd edilir, dövlət tərəfindən də xalqlara milli muxtariyyət hüququ verilmir. Bu da bütün dünyada olduğu kimi vətənimiz Iranda da bütün xalq özünə qayıtmaq və ya özünü dərk etmək istiqamətin də hərəkətdədir. Çünki öz qanuni hüququnu dərk edən xalq heç bir zaman milli zülm və təzyiq altında yaşaya bilməz. O, fürsət tapan kimi öz kökündən ayrılmış mənəviyyatının, milli mənliyinin sorağına gedir və onu gerçəkliyə çevirmək məqsədilə mübarizə aparır. Mənəviyyat və milli mənlik hər bir xalqın qəlbi kimi daxilən canlı həyat kimi yaşayır və ilk fürsətdə təzahür etməyə başlayır.

Vətənimizdə milli muxtariyyət uğrunda mübarizə aparanlarla rejim başçıları arasındakı ziddiyyətlərin artmasının ümdə cəbəblərindən biri də elə budur. Təbrizdə və başqa şəhərlərdə az-çox dərc edilən Azərbaycan dilindəki əsərlər bir tərəfdən mərkəzi hökümətlə olan ziddiyyətin artmasını göstərirsə, digər tərəfdən onu bildirir ki, Azərbaycan xalqı öz varlığına olan təhqirə daha dözmək istəmir. Burada söhbət milli dildən, milli adət və ənənələrdən, milli psixologiya və düşüncələrdən gedir. Hər bir xalq, o cümlədən Azərbaycan xalqı da bu milli amillərlə öz tarixini, varlığını formalaşdırmaqla müasir sivilizasiyaya daxil olur və ona öz töhvəsini verir. Bu o deməkdir ki, Azərbaycan xalqı özünün milli dəyərləri əsasında mənəviyyatı zəminində ümumbəşiri dəyərləri zənginləşdirir. Yalnız bu yolla bütün dünya xalqları, o cümlədən Iranda yaşayan xalqlar bir-birinin mədəni nailiyyətlərindən bəhrələnirlər. Deməli, əgər Iranda yaşayan bütün xalq və millətlərə öz milli muxtariyyətləri zəminində müstəqil inkişaf etmələrinə imkan verilirsə onda ümum Iran üzrə ümumbəşəri dəyərlər artacaq və milli amillər Iranın ictimai tərəqqiyə doğru irəlilənməsinə güçlü təkan verəcəkdir. Lakin, belə bir zəngin milli xəzinələrin yaradıcılığını görə bilməyən və ya görmək istəməyən ideoloqlar belə bir konsepsiya irəli sürürlər ki, güya Iranda bütün millətlər bir-birinə qovuşmuş və vahid Iran milləti yaranmışdır.

Əvvələn, qeyd etmək lazımdır ki, Iranda vahid millətin əmələ gəlməsi ideyasının heç bir reallıqla əlaqəsi yoxdur və ola da bilməz. Saniyən, millətlərin qovuşması məsələsinin qiymətləndirilməsi həmin anlayışın necə mənalandırılmasından asılıdır. Əgər qovuşmaq bir milləti digər millətin içərısındə əritməkdirsə o, məqbul deyil və heç bir millət onu qəbul edə bilməz. Yox, əgər qovuşmaq millətlərin ünsiyyət aləmində bir-birini zənginləşdirməkdirsə o məqbuldur və bütün millətlər tərəfindən qəbul edilər. Deməli, qovuşma birinci mənada o, bir milləti əzir və onun hesabına digər milləti ucaldır, ikinci mənada isə ümumbəşəri mənəviyyat və dəyərlərin zənginləşməsinə aparıb çıxarır.

Əlbəttə, həmin məsələnin şərhində Iranın özünəməxsus xarakterik cəhəti vardır və onu nəzərə almamaq olmaz. O da bundan ibarətdir ki, Iran kimi bir ölkədə min illər boyu bir ərazidə yaşayan müxtəlif xalqlar arasında elə bir ümumi cəhətlər əmələ gəlmişdir ki, onlar bu və, ya digər xalqa yox, orada yaşayan bütün xalqlara aiddir. Bu ümumi cəhətlər konkret şəkildə müəyyən adət və ənənələr, məişət və ünsiyyət münasibətləri, pssixologiya və əxlaqi amillər və sairəni əhatə edir. Iran üzrə əmələ gələn bu ümumi cəhətləri iranlılıq anlayışı ilə adlandırmaq mümkündür.

Iranda yaşayan xalqların canlı əlaqələri əsasında tarixən formalaşan iranlılıq öz mahiyyəti etibarı ilə ondan ibarətdir ki, hər bir iranlı özünün milliyyətindən, sinfi mənsubiyyətindən və dini baxışından asılı olmayaraq ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və toplanmış dəyərlərinin müdafiəsi olmalıdır. O, öz varlığını da bu çərçivədə və bu istiqamətdə inkişaf etdirir. Məsələn, səkkiz illik Irak-Iran müharibəsindən istər azərbaycanlı və türkmən, istər kürd və fars, istərsə də Bəluç Iraqın irəli sürdüyü ərazi iddiası ilə və fars Körfəzinin adının dəyişdirilməsilə razı olmazdı və müharıbədə Iranın istiqlal və ərazi bütövlüyünü qorumaqda öz canlarını əsirkəmədilər.

Beləliklə milli amillərin güclənməsi ümumbəşəri dəyərlərin ön sıraya keçdiyi bir zamanda vətənimiz Iranda milli muxtariyyət uğrunda gedən mübarizə Iranın istiqlal, ərazi bütövlüyü, azadlıq və demokratiya uğrundakı mübarizənin ayrılmaz tərkib hissəsinə çevrilmiş və günün aktual məsələsi olaraq qüvvədə qalır. Əgər bütün xalq və millətlərə milli muxtariyyət hüququ verilsə bu bir tərəfdən ayrı-ayrı millətlərin xüsusi mənafei və digər tərəfdən ümumiran üzrə müştərək mənafelər birləşərək birləşdirici siyasi qüvvəyə çevrilə bilər. Bu birləşdirici siyasi qüvvə isə Iranın ictimai tərəqqiyə doğru inkişafında həllediçi qüvvə rolunu ifa edəcəkdir.

 

“Mühacir” qazeti iyul 1990-ci il.

Ə. Ə. Lahrudi


Iranda milli məsələ və onun özünəməxsus  xüsusiyyətləri

Iran çoxmillətli ölkədir. Burda yaşayan millətlər və milli əqəliyyətlər dil əlamətinə görə iki yerə, Iran və türkdilli xalqlara bölünürlər.

Iran-dilli xalqlar fars, kürd, bəluç, gilək və talışlardan, türkdilli xalqlar isə azərbaycanlı və türkmənlərdən, qəşqai, əfşar və digər tayfalardan ibarətdirlər.

Iran-dilli xalqlar saylarının az-çoxluöundan asılı olmayaraq vahid ərazidə yaşayırlar. Türkdilli xalqlar isə vahid ərazidə (Azərbaycan və Türkmən səhrada) yaşasalar da onların böyük hissəsi Iran-dilli xalqların yaşadıqları ərazidə, fars əyalətində, Xorasan Gilan və Mazandaranda bir çox şəhər və kəndlilərdə məskən salmış, öz dil və milli ənənələrini qoruyub saxlaya bilmişlər. bununla yanaşı qədim Iranın tarixinə nəzər salarkən burada böyük Mad (Midiya) və Pars imperatorluğların meydana gəlməsi, Yaxın və Orta Şərqin qüdrətli dövlətlərinə çevrilməsi, eləcə də Ərəb istilası və Iran imperatorluğunun dağılması, atəşkədələrin, qədim məbədgahların viran edilməsi, kitabxanaların yandırılması, xalq mədəniyyətinin aradan aparılması, Zərtüşt dininin qadağan edilməsi, Islam dininin hakim dinə çevrilməsi və saysız-hesabsız ərəb köçgünlərinin Iran fəlatında yerləşdirlməsi ilə tanış oluruq. Bütün bunlara iranlıları, misirli, Şimali Afrikalı, Beynənnəhreyn və Fələstinli kimi ərəbləşdirmək mümkün olmadı. Onlar öz dillərini, adət və ənənələrini, Novruz və Mehrəqan kimi ənənəvi bayramlarını qoruyub saxladılar, ərəbləşmənin qarşısını ala bildilər və öz iranlılıqlarını, Fars və Türk olduqlarını əldən vermədilər. burada indiyə qədər deyilməyən bir həqiqətə işarə etmək yerinə düşərdi. Paniranizmin ideoloqları Iranda fars olmayan xalqlara göstərilən ayrı-seçkilik siyasətini inkar edərək iddia edirlər ki, ərəb istilasından sonra Irana türklər hakim olmuşlar. Bu eyni həqiqətdir.

Ərəb xilafətinə qarşı bütün iranlılar mübarizə aparmışlar. Burada türkdilli xalqların rolu daha artıq olmuşdur. Abbasilərin son xəlifəsi Mötəsəmbillah Hulaquxan tərəfindən Bağdadda öldürülmüşdür.

Səlcuklar, Səfəvilər, Qacarlar Iran deyilən coğrafi məfhumu qoruyub saxladılar və bu ölkəni bu günə qədər yaşatdılar. Şah Ismayıl Səfəvi böyük Osmanlı dövləti ilə qarşı-qarşıya durdu, parçalanmış Iranı vahid bir dövlətdə birləşdirə bildi və Iranın dövlət varlığını mühafizə etdi.

Bu tarixi müqəddimədən çıxarılan nəticə bundan ibarətdir ki, Iran fəlatında yaşayan xalqlar 1400 illik tarixi bir dövrdə bir-biri ilə o qədər qaynayıb-qarışmışlar ki, onları ancaq dil əlaməti bir-birindən fərqləndirir. Bu xalqların ərəbləşmələrinin qarşısının alınmasında türk ünsürü böyül rol oynamışdır. əsasən köçəri həyatla bağlı olan türk tayfaları islam dinini qəbul etsələr də başqa dillərin (ərəb və fars) təsiri altına düşmədilər, öz dillərin əldən vermədilər, Iran bütövlüklə ərəbləşməkdən, türklər isə həm ərəbləşməkdən və həm də farslaşmaqdan nicat tapdılar. Bununla əlaqədar Avropa və Rusiyada müvcud olan milli münasibətləri Iran, Yaxın və Orta Şərqdə mövcud olan milli münasibətlərlə müqaisə edərkən əsaslı fərqlə rastlaşırıq. Tarixi kökü min illərə qayıdan xalqlar arası münasibət, xüsusilə ərəb istilasına, müasir tarixdə isə Avropalıların istilasına qarşı birgə hərəkət edən Şərq xalqları, o cümlədən Iran xalqları öz milli varlıqlaırnı milli dil və milli mədəniyyətlərinə qoruyub saxlamaqda da birgə hərəkət etməklə yanaşı müştərək mədəniyyət yaratmışlar. Bu isə Avropa və Rusiyadan fərqli olaraq milli münasibətlərin gərgin hal almasına mane olmuşdur. 19-cü əsrin 90-ci illərində Təmbəki üsyanı, 20-ci əsrin əvvəllərində məşrutə hərəkatı birincisi bir başa ingilislərə qarşı, ikincisi isə dolayı yolla Rus imperatorluğuna qarşı yönəldilən birgə hərəkat idi.

20-ci əsrin 30-cü illərindən başlayaraq vahid Iran, vahid millət və vahid dil məsələsi başqa sözlə paniranizm rəsmi dövlət siyasətinə çevrildi. Bu siyasəti fars və farslaşmış Azərbaycan şovinistləri (Tağızadələr, Doktor Şəfəqlər, Kəsrəvilər) işləyib hazırladılar. Paniranizm Iranı fars məmləkəti, Iranda yaşayan xalqları Iran milləti adlandırır fars dilini isə Iranın vahid dili elan etdilər. Öləkdə başqa dillər qadağan edildi, mədrəsə və idarələrdə fars dilində danışmayanlar cəzalandırıldı. Bununla fars olmayan xalqların, xüsusilə azərbaycanlıların milli varlığı inkar edildi. Bu siyasət indi başqa şəkildə, panislamizm şəkildə davam edir. Panislamizm milllət və milliyyəti inkar edir, bütün xalqları dil və mədəniyyətlərindən aslı olmayaraq vahid islam bayrağı altında birləşən islam ümməti adlandırır. Iran Islam Respublikası dövlətinin bu sahədə yeritdiyi siyasət panislamizm siyasətinin davamıdır və özü də əbəs yerə yeridilən siyasətdir.

Millət və milli dövlətlərin meydana gəlməsi kapitalizm sisteminin meydana gəlməsi ilə əlaqədardır. Kapitalizmin meydana gəlməsi və inkişafı üçün milli dövlət və milli bazarın yaranması əsas amil hesab edilir vahid milli bazar dövlət himayəsinə arxalanaraq milli kapitalı xarici kapitalın rəqabətindən qoruyur, onun hərtərəfli inkişafına imkan və şərait yaradır Avropa kapitalizmi bu şəkildə meydana gəlmiş və inkişaf etmişdir. Lakin Şərqdə, o cümlədən Iranda əsrimizin əvvəllərində meydana gəlməyə başlayan milli dirçəliş klassik milli dövlət və milli bazarın yaranması ilə nəticələnmədi. Bu ölkələr əmtəə və kapitalın qovuşması və komprador kapitalın meydana gəlməsinə səbəb oldu. Kapital dil əlaməti və milli mənsubiyyətindən asılı olmayaraq bir növ dəllal kapitala çevrildi. Azərbaycan coğrafi mövqeyi Rusiyada Oktyabr inqilabının qələbəsi, Azərbaycan yolu ilə Avropaya gedən ticarət yolunun bağlanması, Pəhləvi sülaləsinin Azərbaycanda milli sənayenin inkişafına süni maneə yaratması, Azərbaycan kapitalının Iranın mərkəzs və Cənub məntəqələrinə köçməsinə, bununla da işçi qüvvəsinin Tehrana və Iranın başqa rayonlarına köçməsinə şərait yaratdı. Bu isə milli təşəkkülü ləngitdi, milli dirçəlişi yubatdı, sazişçi kapital millətə xəyanət etdi və onun milli hərəkatını başsız buraxdı. Elə buna görə də milli hərəkata ilk dəfə olaraq millətin orta təbəqələrinə arxalanan milli qüvvələr başçılıq etdilər. hələ Şeyx Məhəmməd Xiyabani tərəfindən Azərbaycanda müstəqil fəaliyyət edən Iran Demokrat Firqəsinin varisi olan Azərbaycan Demokrat Firqəsi yarandı və buqüvvələrin siyasi təşkilatı kimi Azərbaycan xalqının milli hərəkatına rəhbərlik etdi, bu isə Azərbaycanda milli şüurun meydana gəlməsi və təşəkkül tapması üçün ilkin addım oldu.

Azərbaycan Demokrat Firqəsinin rəhbərlik etdiyi hərəkat yıxıldıqdan sonra Azərbaycan burjuaziyası yenədə milli bayrağı qaldırmadı və mərkəzi dövlətdə iştirak etməklə Iran şovinizminin təcəvüzkar mövqenin möhkımlənməsinə şərait yaratdı. Azərbaycanda assimilyasiya prosesi sürətləndi. Pəhləvi rejimi yıxıldıqdan sonra Azərbaycan, Kürdüstan və Türkmən səhrada genişlənən milli dirçəliş Islam rejiminin müqaviməti ilə üzləşdi, kürd və türkmən milli hərəkatı boğuldu. Bu hərəkat Azərbaycanda genişlənmədən dayandırıldı. Azərbaycandan olan kapitalist və ruhanilər islam rejiminin yüksək vəzifəli başçıları sırasında olsalar da Azərbaycan üçün əsaslı iş görülmədi və milli hərəkatın qarşı alındı. Azərbaycan kapitalı yenə də Azərbaycandan kənarda fəaliyyət göstərir və Azərbaycan kəndlisi Azərbaycandan uzaqlarda fəhləlik edir.

Tarix boyu xarici düşmənlərə qarşı birgə döyüş, vahid məzhəb, daxili və xarici kapitalın sevdalaşması ilə meydana gələn sazişçi kapital milli şüurun artmasına, milli dirçəlişin yüksəlməsinə mənfi təsir göstərir, Iranda mövcud olan münasibətləri dünənki və bugünki Avropa və Rusiyada olan milli münasibətlərdən fərqləndirir, onun özünəməxsus xüsusiyyətlərini üzə çıxır.

 

 

“Mühacir” qəzeti iyul 1990-cı il.

Ə. Ə Lahrudi.


Bizi öz halımıza qоysunlar

“Bizi öz halımıza qоysunlar” başlığı “Azərbaycan” qəzеtinin 25 sеntyabr 1945-ci il tarixili baş məqaləsindən götürülmüşdür. Həmin məqalədə Azərbaycan Dеmоkrat Firqəsinin banisi S. Ж. Pişəvəri Tеhran qəzеtlərindən birinə cavab оlaraq Azərbaycanın acınacaqlı vəziyyətindən danışır, Azərbaycan xalqına qarşı dövlət məmurların xəyanətlərini ifşa еdir və göstərir ki, “azərbaycanlı mövcud nöqsanlı qanunlar çərçivəsində bеlə özünü idarə еtməyə qadirdir. Tеhrandan hеç bir kömək istəmirik, bizi öz halımıza qоysunlar”. Lakin Tеhran və оnun arxasında duran Impеrialist dövlətlər bizi öz halımıza qоymadılar. Azadlıq istədiyimiz üçün bizi atоm silahı ilə hədələdilər, hərəkatımızı оdlu silahla bоğdular. Sоnra isə öz cinayətlərinə haqq qazandırmaq üçün böhtan və iftira silahını işə saldılar. Indi 45 ildir ki, bu silahdan təkcə Iran miqyasında dеyil, bəlkə bütün dünya miqyasında istifadə еdirlər. Bu bizi hеç də təəcübləndirmir. Lakin bizi təəcübləndirən оdur ki, « Kоmsоmоlskaya pravda », оnun səhifələrində çıxış еdən S. Budkоv və N. Kuznеtsоva Azərbaycan xalqının milli hüquqlarına qarşı çıxanların sırasına qоşulmuş, оnların dеdiklərini təkrar еdir, təkcə Azərbaycan xalqı dеyil, kürdlərin, türkmənlərin, bəluçların və ərəblərin milliyyətini inkar еdən, оnları islam ümməti adlandıran «Tеhran Tayms » qazеtinin (1990) və yüz illərlə trоpik Afrikanı, Hindistanı, Yaxın və Оrta Şərqi, о cümlədən Iranı müstəmləkə və yarımmüstəmləkəyə çеvirən Böyük Britaniyanın Təbriz kоnsulunun (1945) bizə qarşı yağdırdığı böhtan və iftiralara əsaslaranaraq Azərbaycan Dеmоkrat Firqəsinin milli simasını şübhə altına alır, оnu xarici dövlətin ilhaq planın icrası üçün yaradılan оyuncaq təşkilat və Azərbaycan xalqının dеmоkratik hərakatını qеyri-milli hərəkat kimi göstərməyə cəhd еdirlər. «Kоmsоmоlskaya » nın müsahibləri «Tеhran Tayms » və ingilis kоnsulundan daha artıq canfəşanlıq еdir. Azərbaycan fədaillərinin bеistilah azərbaycanlı fədai yоx, türkdilli sоvеt vətəndaşları adlandırır. «Kоmsоmоlskaya pravda» nın müasir Iran tarixinə müraciəti və Kuznеtsоvaların Iran mövzusunda müsahibəyə dəvət еtməsi hеç də təsədufi dеyildir. Sоvеt ittifaqının kütləvi infоrmasiya vasitələri, о çümlədən və xüsusilə «Kоmsоmоlskaya pravda»nın «sərbəzxana» sоsializmini « ifşa » еtməklə məşğul оlduqları üçün bеlə sоsializmi mеydana gətirən «inzibati amirlik» sistеminin daxili və xariçi siyasətini də «ifşa» еdirlər. «Kоmsоmоlskaya» nın Iran hadisələrinə marağı da еlə buradan irəli gəlir. Azərbaycan xalqının milli dеmоkratik hərəkatını da «sərbazxana sоsializmi»nin xarici siyasi baxımından qiymətləndirir, оnu «sərbazxana sоsializmi»nin «işğalçı» qоşunları vasitəsilə fədai paltarı gеyindirilən Iranlıya оxşar türkdilli sоvеt vətandaşları vəsitəsiilə yaradılmış qələmə vеrirlər еlə buna görə də «Kоmsоmоlskaya » nın müsahibləri 1945-46 ci illərdə «Azərbaycanda baş vеrən hadisələri işıqlandıran «Fərman», «Iranе ma», «cəbhə», «Kеyhan» və bir çоx bitərəf və qеyri-kоmmunist Tеhran ruznamələrini nəzərdən kеçirməmiş, özünə zəhmət vеrib Dоktоr Məhəmməd Müsədiqin 14-cü məclisdə Azərbaycan hadisələri və Azərbaycan Dеmоkrat Firqəsi barədə vеrdiyi bəyanatı оxumamış, xalq hərəkatına Böyük Britaniya kоnsulunun və Tоtalitar Dеmоkratik rежimin gözü ilə baxmışdılar.

«Kоmsоmоlskaya» nın çıxışı еlə bil işarə оldu. Bakı tеlеviziyasının avqust ayında göstərilən «Dalğa» prоqramlarından birində Azərbaycan Еlmlər Akadеmiyasının şərqşünaslıq institunun еlmi işçilərindən biri «Kоmsоmоlskaya pravda» da dərc еdilən matеrialı şərh еtdi. О, Azərbaycan Dеmоkrat Firqəsinin yaranması, Azərbaycan milli hökuməti ilə əlaqədar «Kоmsоmоlskaya pravda»nın irəli sürdüyü yalan iddiaların və atdığı böhtanların üzərindən sükutla kеçdi, dil haqqında vеrilən qanun və aparılan bir sıra islahatların mütərəqqi xaraktеrinə tоxunmaqla kifayətləndi.

Qarabağa Xalq Yardımı Kоmitəsinin qazеti də Azərbaycan xalqının milli hərəkatını günün məzənnəsinə uyğun mövqеdən qiymətləndirir. Qazеtin 24 avqust tarixli nömrəsində dərc еdilmiş «Bir günеylinin talеyi» adlı məqalə də bеlə bir mövqеdən yazılmış və «Kоmsоmоlskaya pravda»nın çıxışı bir növ «təkmil» ləşdirilmişdir. Bu məqalədə inqilabi mühacirət iki yеrə, «inqilab еtmiş, milli dövlət qurub, müstəqillik qazanmış və hеç bir vəch ilə öz azad həyatını unuda bilməyən sənətsеvər günеylilərə, vətənə və inqilaba xain çıxmış, öz tоrpağını və millətini vəzifəyə (hansı vəzifəyə?!) satan nökərə, qula çеvrilmiş rəhbərliyə» bölünür. Məqalənin müəllifi 35-40 il bundan əvvəl Azərbaycan Dеmоkrat Firqəsinin daxili ixtilaflarının ya kənardan müşahidəcisi оlmuş və yada bu ixtilafları firqədən qоvulmuş. Mürtəcе rежimlərin cənubda törətdikləri cinayətləri sükutla qеyd еtmiş, еlə buna görə də cənub üçün yоx, şimal üçün inqilab rəhbəri оlmaq iddiasına düşən və bu yоl ilə özünə xal qazanmağa can atan mənsəb düşkünlərindən еşitmişdilər. Hər iki halda bir ölkənin vətəndaşı başqa bir ölkə tarixini tədqiq еdərkən bitərəf оlmalı, ağı qaradan və yaxşını pisdən ayırmalı. Lakin bir günеylinin talеyi ilə maraqlanan məqalə müəllifi tarixçi məqamına və жurnalist еtikasına arxa çеvirmiş, Azərbaycan Dеmоkrat Firqəsini şüurlu оlaraq,

Ləkələməyi öz qarşısına əsas vəzifə kimi qоymuş və bu baxımdan Azərbaycan Dеmоkrat Firqəsinin rəhbərliyini inqilab xaini, tоrpağını və millətini satan (kimə satan !!!??) nökər adlandırmaqdan çəkinməmişdir. Başqa bir ölkəyə mənsub оlan partiyanın rəhbərliyi əlеyhinə qaldırılan bu əxlaq nоrmalarına əsaslanır?

Bununla əlaqədar Qarabağa Xalq yardımı kоmitəsi qəzеtinin rеdaksiya hеyətindən sual оlunur:

1. Azərbaycan Dеmоkrat Firqəsi daxilində baş vеrən ixtilaflar müəllifin vətəni оlan Sоvеt Azərbaycanının siyasi və ictimai həyatına nə kimi mənfi təsir buraxmışdır?

2. Sоvеt Azərbaycanında başlanan dеmоkratik prоsеslərin dərinləşdiyi, еrməni millətçilərinin rеspublikaya qəsd düzəltdikləri, Azərbaycan xalqının milli birliyə su və hava kimi еhtiyac hiss еtdiyi bir zaman başqa ölkəyə mənsub оlan bir partiyanın-azərbaycan Dеmоkrat Firqəsinin daxili işinə qarışmaq, оnun rəhbərliyinin təhqir еtmək, bu partiya ilə Stalin və Bağırоv dili ilə danışmaq hansı siyasi və idеоlожi tələblərdən irəli gəlir?

Məqalə müəllifi firqə rəhbərlərinin Xain, vətən və millət satqını adlandırmaqla kifayətlənmir. О, Azərbaycan Dеmоkrat Firqəsini «siyasi mövqеyini əldən vеrmiş, inqilabi mübarizliyini itirmiş, simasızlaşmış və məişət məsələləri ilə məşğul оlan bir təşkilat » kimi göstərməyə çalışır. Yеnə də təkrar еdib bir daha məqalə müəllifindən sual оlunur: Siz nə vaxtdan, nə dərəcədə və hansı kanal vasitəsilə Azərbaycan Dеmоkrat Firqəsinin daxili fəaliyəti ilə tanış оlmuşsunuz? haradan və nədən bilirsiniz ki, firqə öz siyasi simasını « itirmişdir?»

Müharibə nəticəsində bir tikə qara çörəyə möhtac оlan bir ölkəyə pənah gətirmiş qadın və kişiləri, qоca və uşaqları balıq vətəkələrində və fəhlə kazarmalarında yеrləşdirmək, оnları nеft mədənlərində və tikinti idarələrində, müharibə nəticəsində işçi qüvvəsini əldən vеrmiş kоlxоz və sоvxоzlarda fəhləliyə, özü də qara fəhləliyə düzəltmək ilə məşğul оlmaq siyasi simanı itirmək dеməkdirmi?!

Azərbaycan Dеmоkrat Firqəsi siyasi səhnəyə qədəm qоyduğu ilk gündən başlayaraq həm sağdan və həm də sоldan min bir ittihama məruz qalmışdır. Məqalə müəllifinin bеlə bir firqəyə qarşı оlan ittihamçılar sırasına qоşulmasını nə ilə izah еtmək оlar? Azərbaycan Dеmоkrat Firqəsinə tam hücum xaraktеrli məqaləni çap еdən qəzеt nə üçün azərbaycanlını öz ana dilindən məhrum еdən, оnun milli varlığını inkar еdən, Iranı 54 milyоn əhali üçün böyük bir zindana çеvirən, yüz illərlə əzilməyə məhkum еdilmiş, şahların və şеyxlərin zülmünə məruz qalan xalqın mübariz оğullarını, о cümlədən azərbaycanlıları bеş dəqiqəlik « şəriyyət » məhkəmələrində ölümə məhkum еdən, yüzlərlə azadlıq yоlu mübarizlərini dar ağacından asdıran tоtalitar tеоkratik rежimin cinayətləri üzərindən sükütla kеçir?

Nə üçün 44 il vətənindən, elindən - оbasından və qоhum - əqrabasından uzaq düşən, lənətə gəlmiş mühacirətin təhqirlərinə dözən cənublu iki yеrə parçalanır. Оnların barmaqla sayılan bir nеçə nəfəri «inqilabçı» və «vətənpərvər» kimi qələmə vеrilir və uzun bir mübarizə yоlu kеçmiş böyük bir inqilabçı nəslə qarşı iftiralar yağdırılır?

«Bir günеylinin talеyi» adlı məqaləyə cavab yazarkən Pişəvərinin 45 il bundan əvvəl Azərbaycanın daxili işlərinə qarışan Tеhran qəzеtlərindən birinə xitabən yazdığı cavabın ünvanını bu məqaləyə başlıq vеrməyimiz hеç də təsadüfi dеyildir. Biz indi «Kоmsоmоlskaya pravda» və ya Qarabağa yardım kоmitəsi qəzеtinin rеdaksiyasına xitabən S. Ж. Pişəvərinin ifadəsilə dеyirik: Azərbaycan Dеmоkrat Firqəsi siyasi mövqеyini əldən «vеrsə» də, inqilabi mübarizliyini «itirsə» də о özünü idarə еtməyə qadirdir. Bizi öz halımıza buraxın!

 

«Mühacir» № 3 sеntyabr 1990 – ci il.

Ə. Ə. Lahrudi.


21 Azərin 45 illiyinə eşq olsun!

Bu gün yaşadığımız dünyada biri digərinin ardınca ziddiyətli dəyişiklər baş verir, bir tərəfdən şərqlə qərb arasında qarşı-qarşıya durma siyasəti aradan qaldırılır, soyuq müharibəyə son qoyulur, atom müharibəsi təhlükəsi aradan gedir və dövlətarası münasibətlərdə dinc əməkdaşlıq üçün əlverişli şərait yaranır. Qərblə şərq arasında yaranan yeni münasibət Avropanın şərqində baş verən köklü dəyişikliklərlə bağlıdır. Bu dəyişikliklərlə Şərqi Avropa iqtisadiyyatını bazar iqtisadiyyatı hakim olan ölkələrin iqtisadiyyatına çulğalaşdırır. Böyük Oktyabr inqlabi ilə parçalanmış dünya iqtisadiyyatı yenidən bir-brirnə qovuşur və vahid dünya iqtisadi sistemi yaranır. Təbiidir ki, belə bir iqtisadi sistemdə Qərb başlıca rol oynayır, Şərq isə bu ölkələrin texnalogiyasına və maliyyə köməyinə ehtiyac duyur. Bu da dövlət mülkiyyətinə əsaslanan planlı iqtisadiyyatın bazar iqtisadiyyatına keçməsilə əlaqədar zərurətdən doğur.

Bazar iqtisadiyyatının ideolojı əsasını ümümbəşər mənafeyi və ümümbəşər dəyərlərin siniflər arası mənefedən üstün tutulması təşkil edir və bununla da sinfi mübarizə nəzəriyyəsi sinfi barışıq nəzəriyyəsi ilə əvəz edilir. Dinc inkişaf nəzəriyyəsi dünya inkişaf prossesinin başlıca nəzəriyyəsinə çevrilir. Digər tərəfdən isə “üçüncü dünyada” adi həyat şəraitindən məhrum olan miliyonlarla insan aclıqdan həlak olur, əhalinin böyük əksəriyyəti üçün təhsil almaq, tibbi yardımdan istifadə etmək imkanı yoxdur. Bu ölkələr zəngin təbii sərvətə malik olsalar da qeyri-bərabər iqtisadi əlaqələr nəticəsində Qərbdən asılıdırlar. Beləliklə “çiçəklənən Qərb müqabilində qalmış yoxsul “üçüncü dünja durur. Bir tərəfdən vahid Avropa evinin bünövrəsi qoyulur, digər tərəfdən isə “ üçüncü dünya” evi hələ də çəkişmə və toqquşmalardan yaxa qurtara bilmir. Qrenada və Panama Amerika tərəfindən işğal edilir, Elsalvador, Anqola, Mozambik, Filippin, Kamboca, Liberiya və Ruanda, Efiopiya, Əfqanıstan, Livan, Şrilanka və Kəşmirdə qardaş qırğını və vətəndaş müharibəsi şiddətlə davam edir. Uzun illərdir ki, Yaxın Şərq barıt anbarına çevrilmişdir. Israil işğalçıları Fələstin ərəblərinə divan tutur, Livanın cənubunu işğal altında saxlsayır, Iran-Iraq müharibəsindən az sonra Küveyt Iraq tərəfindən işğal edilir, Yaxın Şərqdə yeni partlayış nöqtəsi yaranır, Amerika və NATO dövlətləri Fars kərfəzinə qoşun göndərir, təkcə məntəqə deyil, bəlkə bütün dünya dəhşətli müharibə təhlükəsi ilə qarşılaşır. Bütün bu toqquşmaların arxasında isə Amerika imperializmi dayanır. Bu müharibələri Amerika dolları hərəkətə gətirir və həmin müharibələrdə Amerika silahından geniş istifadə edirlər. Demək dünya yenə də yol ayrıcındadır. Şərqlə Qərb bir-birinə yaxınlaşır, “üçüncü dünya” hələ də aslıdır, borcludur, ac və yalavacdır, həm də milli və dini çəkişmələrlə əlbəyaxadır.

Yoldaşlar! Milli və demokratik hərəkətımızın – 21 Azərin 45-ci ildönümü belə bir şəraitdə, xüsusilə Vətənimiz Iranda teokratik diktaturanın hakim olduğu bir şəraitdə qeyd edilir. Bildiyiniz kimi Azərbaycan xalqı 45 il bundan əvvəl ayağa qalxdı, öz varlığını bütün dünyaya sabit etdi, öz azadlığını ələ aldı, özünün milli hakimiyyətini qurdu, öz taleyini həll etmək, azadlığını qorumaq, milli dilini və mədəniyyətini inkişaf etdirmək üçün zəruri olan mexanizm yaratdı. Lakin bu mexanizmdən istifadə edilmədi və hakimiyyət asanlıqla yıxıldı. O günlər isə şirin və acı xatirələrə çevrildi.

Azərbaycan milli hökumətinin iqtisadi, ictimai və mədəni islahatlarından çox danışılmış, bu haqda elmi və publisist əsərlər yazılmış, ona şer və dastanlar həsr edilmişdir. Bununla birlikdə 21 Azər hərəkatı sağdan və soldan hücumlara məruz qalır. Irticaçı qüvvələr onu separatizm hərəkat, Iranı parçalayıb Sovet Azərbaycanına yapışdırmaq üçün yaradılan hərəkat adlandırırlar. Şah rejimi azərbaycanlını bu ittihamla həbs edir, sürgünə göndərir və edam edirdi. Bu gün Irana hakim olan ziddidemokratik, teokratik rejim də firqəmizə və hərəkatımıza qarşı həmin ittihamla çıxış edir, Tehranın hakim dairələrinə yaxın olan “ Tehran –tayms” qazetinin 21 Azərin 45 illiyi ərəfəsində firgəmizi separatizmdə ittiham etməsi “Komsomolskaya pravda”nın isə həmin ittihamı tə’yid etməsi Azərbaycan milli və demokratik hərəkatına qarşı çıxan Iranın mürtəce dairələrinin “ Komsomolskaya pravda”nın simasında özlərinə yeni müttəfiq tapması heç də təsədüfi hal deyildir. Lakin bu ittihamla köhnə və yeni ittihamçılar 21 Azərin nə xarakterini və nə də onun demokratik mahiyyətini inkar edə bilmirlər. Çünki 21 Azər nə taktiki, nə də strateji nöqteyi-nəzərdən separatist hərəkət olmamış, o Iran daxilində demokratik hüquq tələb etmiş, azadlığ və demokratiyanın bütün Irana yayılmasını qarşıya qoymışdur. 21 Azər hərəkatı eyni zamanda Azərbaycan xalqının ilk demokratik hərəkatı olmamışdır. Azərbaycan Iran xalqlarının bütün demokratik hərəkatlarının ön sırasında getmişdir. Məşrutəni Azərbaycan Irana qaytarmışdır. Ingilis və Vüsuqüddövlə müqavilasinin ləğv edilməsində Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi hərəkat əsas rol oynamışdır. 1979-cu il Iran inqilabi Təbriz əhalisinin 19 fevral 1978-ci il çıxışının həlledici rolu olmuşdur.

Lakin bütün bu hərəkatlardan fərqli olaraq Azərbaycan xalqının 21 Azər hərəkatı özünə məxsus xüsusiyyətlərə malikdir:

1. iran tarixində ilk dəfə olaraq Azərbaycan özünün milli problemi ilə çıxış etdi, milli müxtariyyət məsələsi irəli sürüldü, milli məsələ həll edildi. Azərbaycanda milli xodmuxtar hakimiyyət yarandı. Milli hakimiyyəti quran, onu müdafiə edən fədai dəstələri yaradıldi və milli qoşun təşkil edildi. Azərbaycan sərhədlərinə basqın edən quldur dəstələrə qarşı hərbi əməliyyat aparıldı və hərəkat özünün fəal müdafiə mövqeyində dayandı. Azərbaycan xalqı milli hökuməti müdafiə etdi və Azərbaycanda misli görünməmiş əmin-amanlıq yarandı.

2. 21 Azər hərəkatı əsas etibarilə kəndli hərəkatı idi. Azərbaycan əhalisinin 80 % kəndlərdə yaşayırdı. Iranın şimal, mərkəz və cənub əyalətləri iqtisadi cəhətcə inkişaf edir, şosse və dəmir yolları salınır, yüngül sənaye, xüsusilə toxuculuq sənayesinin inkişafı üçün şərait yaradılır Azərbaycan isə qəsdən inkişaf prosesindən kənarda saxlanılırdı. Inkişaf etməkdə olan məntəqələrdə azərbaycanlılardan ucuz işçi güvvəsi kimi istifadə edilir, dəmir yol tunelləri yüzlərlə azərbaycanlının məzarına çevrildi. Bununla yanaşı Azərbaycan kəndlisi mülkədar torpaqlarında çalışır, əldə etdiyi məhsulun bir hissəsini malikanə bəhrəsi adı ilə yenə də mülkədarların anbarına tökülürdü. Mülkədar zülmünə e’tiraz edən kəndli jandarm özbaşınalığına məruz qalırdı.

Rza şah diktaturası yıxıldıqdan sonra zülümkarlara qarşı çıxış etmək imkanı əldə edən Azərbaycan kəndlisi yeni yaranmış mütərəqqi təşkilatlar ətrafında birləşdi. Onlar əvvəlcə Hizbe Tudeyi Iran, sonra isə Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi altında öz insanlıq hüquqları uğrunda mübarizəyə girişdi və 21 Azər hərəkatının başlıca hərəkatverici qüvvəsi oldu. Hərəkat bütün Azərbaycanı bürüdü. Silahlı üsyan kəndlərdən başlandı. Əvvəlcə jandarm postları tərki-silah edildi, sonra isə şəhərlər mühasirəyə alındı və biri digərinin ardınca fədailərin əlinə keçdi. Nəhayət mühasirəyə alınmış Təbriz şəhəri 1945-ci il dekabr ayının 12-də (21 Azər) süqut etdi və şəhər fədailərin əlinə keçdi.

21 Azəri Iranda baş vermiş inqilabi hərəkatlardan fərqləndirən başqa bir xüsusiyyət ondan ibarətdir ki, bu hərəkata mütərəqqi ideyaya malik olan təşkilat-Azərbaycan Demokrat Firqəsi rəhbərlik edirdi. Azərbaycan Demokrat Firqəsi milli bir təşkilat kimi 1945-ci il sentyabrın 3-də yarandı. Hizbe Tudeyi Iranın əyaləti təşkilatı Azərbaycan Demokrat Firqəsi ilə birləşdi və az bir zamanda böyük siyasi bir təşkilata çevrildi. Firqə özünün birinci qurultayını keçirdi, məramnamə və nizamnamə qəbul etdi, Azərbaycan xalqının gələcəyi, onun Iran daxilində tutacağı mövqeyi müəyyənləşdirildi, Azərbaycanın bütün milli qüvvələrinin – fəhlə, kəndli, kəsəbə, tacir və mülkədarının milli mənafeyini müdafiə etməyi əsas vəzifə kimi qarçıya qoydu. Bu isə Azərbaycanın milli qüvvələrini vahid şüar ətrafında – milli muxtariyyət şüarı ətrafında birləşdirdi. Aban ayında çağırılan xalq qurultayı, sonrakı dövrdə milli məclisə keçirilən seçkilər bir daha sübut etdi ki, Azərbaycan Demokrat Firqəsi bütün sinif və təbəqələrin firqəsidir.

3. 21 Azər hərəkatı ölkəmizdə baş verən bütün hərəkatlardan fərqli olaraq hakimiyyəti ələ aldıqdan sonra bilavasitə sosial-iqtisadi problemləri ön plana çəkdi. Iranın ən böyük inqilabi hərəkatları-Məşrutə və 1979-cu il inqilabı siyasi hakimiyyətdə dəyişiklik aparmaqla kifayətləndi. Məşrutə inqilabı mütləg səltənəti Məşrutə səltənəti ilə 1979-cu il inqilabı isə Məşrutə səltənətini teokratik (Məzhəb) hakimiyyəti ilə əvəz etdi. Hər iki inqilabda torpaq yenə də mülkadarların, fabrik, zavodlar isə kapitalistlərin əlində qaldı. 21 Azər hərəkatında isə Iran və Yaxın Şərq tarixində ilk dəfə olaraq dövlət torpaqları və Azərbaycandan qaçan və Azərbaycan xalqına xəyanət edən mülkadarların torpaqları pulsuz olaraq kəndlilər arasında paylandı. Torpaqları bölünməyən kəndlərdə isə mülkadar-kəndli münasibətlərini tənzim edən qanun qəbul edildi. Bu qanuna görə bir çox vergi, o cümlədən sursat, qonaq payı, su pulu ləğv edildi. Sənaye müəssisələri tikilməyə başlandı, maarif və səhiyyə sahəsində ciddi tədbirlər görüldü. Bununla da milli muxtariyyət mövcud iqtisadi və ictimai sistem üzərində yaranan hakimiyyət deyil, yeni iqtisadi və ictimai sistem yaratmaq və bu sistem üzərində siyasi hakimiyyət idi. Məhz daxili və xarici düşmənləri qorxudan da bu idi.

Azərbaycanın belə bir demokratik hərəkatına qarşı irəli sürülən yalan separatizm ittihamı Azərbaycanda əmələ gələn bu ictimai və iqtisadi dəyişikliyin qabağını almaqdan ötəri, onun Iran və orta Şərqdə göstərə biləcəyi nüfuzunu təsirdən salmaq məqsədi güdürdü. Düşmən belə bir siyasi və ideoloji bayraq altında hücuma keçdi, Yaxın və Orta Şərqə işıq saçan məşəli söndürdü.

4. 21 Azərin qələbə çalmasında xarici amilin rolundan danışarkən qeyd etmək lazımdır ki, ikinci dünya müharibəsi faşizm qüvvələri ilə antifaşizm qüvvələri arasında gedən müharibə idi. Dünya ağalığı iddiasına düşən Alman imperializmi həm burjua demokratiyasini, həm də kommunizmi aradan aparmağı, dünya imperiası yaratmağı, alman millətini dünya miqyasında hakim millətə çevirməyi, yer kürəsində mövcud olan təbii sərvətləri, almanların sərvətinə, yer kürəsini almanlının mülkiyyətinə və dünya xalqlarını alman baronlarının malikanəsində çalışan qullara çevirməyi qarşıya məqsəd qoymuşdu. Faşizm qoşunları “alman hamıdan üstündür” şüarı altında Qərb və Şərq cəbhəsində “ildırım sür’ətilə” irəliləyir, Avropanın qərbində Lamanş boğazına qədər böyük məntəqəni işğal edir, Şərqdə isə Moskva şəhərinə yaxınlaşır, Qafqaz dağlarına qədər uzanan böyük ərazini ələ keçirir, Afrikada əl-ələminə qədər yerləşən ərazini tutur. Türkiyə və Rza xan Iranı isə Qafqazı işğal etməyə hazırlaşır. Rusiya məğlub olduğu təqdirdə dünya coğrafiya xəritəsi tamamilə dəyişir, “Yeni nəzm” dünyaya hakim olur. Belə bir dəhşətli planın icra edildiyi bir dövrdə müttəfiqlərin qoşunu Irana daxil olur, alman faşizminin yaxın müttəfiqi olan diktator Rza xan Irandan qaçır, cənubda ingilislərə, öz keçmiş ərbabına təslim olur, əvvəlcə Moris adasına, sonra isə Yuhansburqa gondərilir, oradaca ölür, Misirdə basdırılır, sonra cənazəsi Tehrana koçürülür və məzarı üzərində dəbdəbəli məqbərə tikilir. 1979-cu il inqilabından sonra Şeyx Sadiq Xalxalı vasitəsilə məqbərə dağılır. Beləliklə diktatorluğun yıxılması Iranda demokratik azdılqalırın bərqərar edilməsi üçün ilkin şərait yaradılmasında müttəfiq qoşunların Irana daxil olması başlıca rol oynayır. Lakin diktatorluğunu yıxılması diktatorluğun tamamilə aradan getməsi demək deyildir. Rza xan qaçdı, Rza xan diktatorluğun meydana gətirən amillər aradan aparılmadı, siyasi və iqtisadi sistem oiduğu kimi saxlanıldı, səltənət qaldı, şah əvəz edildi. Rza xan qaçdı, onun oğlu Məhəmməd Rza şah oldu. Yenə də rəiyyət ərbaba, fəhlə isə sahibkara baş əyməli oldu. Bu zaman xarici amil mexanizmi kütləşdi, alman imperializminə qarşı birgə müharibə aparan mütəfiqlər arasında Iranla əlaqədar mənafe parçalanması üzə çıxdı, cənubda ingilis mənafeyi ilə şimalda Sovet mənafeyi üz-üzə durdu. Lendlis üzrə Sovet Ittifaqına göndərilən hərbi sürsata nəzarət üçün Irana gələn Amerika qoşun komandanlığı Iranda Amerika mənafeyini müdafiə etməyi ön plana çəkdi.

Ingilislərin Iranın cənubunda nefti əldə saxlamaq üçün cənub əşayirlərini silahlandırdı, onları zahirdə mərkəzi hökümətlə, əslində isə milli qüvvələrlə üz-üzə qoydu. Amerika isə Iran qoşun, jandarm və polisini öz nəzarəti altına aldı. Şimalda isə Sovet qoşun komandlığı mütərəqqi və demokratik hərəkata və milli qüvvələrə mə’nəvi və siyasi kömək göstərdi.

Beləliklə, 1941-1945-ci illəri əhatə edən dövr iki bir-birinə zidd olan ictimai qüvvələrin üz-üzə durduğu dövr idi. Bu zaman Iranın hansı istiqamətdə inkişafı məsələsi qündəlikdə dururdu. Iran yol ayrıcında dayanmışdır. Yenə də ən’ənəvi dövlət forması olan, ə’yan və əşrəflərin mənafeyinə xidmət edən hakimiyyəti saxlamalı, yoxsa müasir tarixi tələbə uyğun olan, ümumxalq mənafeyini qoruyan hakimiyyət qurulmali, səltənət şəklində təzahür edən feodal diktatorluğun bərpa edilməsi, yoxsa əksəriyyətin nümayəndəsi olan xalq hakimiyyəti qurulmalı?

Tehran, Təbriz, Isfahan, Abadan fəhlələri, əhalinin 80 %-ni təşkil edən çoxmilyonlu Iran kəndlisi əşraf və ə’yanların hökumətinə, ərbab- rəiyyətlik münasiblətlərinə son qoymağı və demokratik hakimiyyət yaradılmasını tələb edirdi. Bu tələbin icrası ingilis və Amerika qoşunlarının yerləşdiyi məntəqələrdə mümkün oimadı. Ikinci dünya müharibəsində Amerika və ingilis qoşunlarının Avropa və Asiyada işğal etdiyi məntəqələr də belə oldu. Iranın cənub məntəqələrində ingilis qoşunları yerli xanları silahlandırdı və onları mərkəzi hökumətlə üz-üzə qoydu. Sovet qoşunları yerləşən məntəqələrdə isə vəziyyət tamamilə başqa şəkil aldı. Üçqat zülmə mə’ruz qalmış Azərbaycan xalqı özünün ictimai və milli problemlərini həll etməyə çalışırdı. Onun milli ənənələri və insani şəxsiyyəti təhqir edilirdi. Ana dilində təkcə dərs oxumaq deyil, bəlkə danışmaq da günah sayılırdı. Azərbaycan yaranmış əlverişli şəraitdən, əldə edilmiş demokratiyadan, alman faşizmi və yapon millitarizmi üzərində qələbə çalmış Sovet Ordusunun burada yerləşməsindən istifadə edib Çerçil və Ruzveltin 1942-ci ildə imzaladıqları və iki ay sonra Sovet dövləti tərəfindən imzalanan Atlantik xartiyasına istinad edərək milli muxtariyyət məsələsini irəli sürdü. Tehran bu tələbi rədd etdi. Atlantik xartiyasını imza edən Ingilis və Amerika dövlətləri isə xartiyanın müddəalarının Irana tətbiq edilmısi əleyhinə çıxdılar. Ikinci dünya müharibəsi qurtardıqdan sonra Sovetlərə qarşı üz-üzə durmaq siyasəti ön plana keçdi.

Iran yenə də iki məntəqəyə cənub və şimal məntəqəsinə parçalanır, ingilislər Iranı nüfuz dairəsinə bölüşdürmək siyasəti yeridir, cənub tayfalarını silahlandırır və onları mərkəz və şimal əleyhinə ayağa qaldırırdı. Belə bir zamanda Azərbaycan asanlıqla geri otura bilməzdi. O, əvvəlcə özünü ictimai və milli zülmdən azad etməli idi. Tarixi risalətə əməl etməmək, yaranmış qızıl fürsətdən istifadə etməmək tarix və gələcək nəsil qarşısında bağışlanılmaz və cübran edilməz iştibah olardı. Azərbaycanın azad edilməsi təkcə azərbaycanlının azadlığa çıxması deyil, bəlkə bütün Iranın azadlığa çıxması idi. Azərbaycanın zəncirə çəkilməsi isə bütün Iranın əsarətdə saxlanılması idi. 21 Azərin məğlubiyyətindən keçən 44 il bu müddəanı tam aydınlıgla təstiq etdi. Azərbaycanda azadlıq işığı söndürüldükdən sonra bütün Iranı qaranlıq bürüdü.

Beləliklə bir-birindən asılı dünya, bir-birinə bağlı aləm insanların xoş arzularından böyük mütəfəkkirlərin xeyirxah nəsihətlərindən və yazıb tövsiyə etdikləri ictimai nüsxələrdən, hətta dini ehkamların və ilahi qanunların amiranə tələblərindən asılı olmayaraq zalımla məzlum, varlı ilə yoxsula parçalanmış və bir-biri ilə qarşı-qarşıya durmuş dünyadan ibarətdir.

21 Azər iki qarşı-qarşıya durmuş dunyanın ziddiyyətlərindən doğan, milli zülm və təhqirə mə’ruz qalan xalqın üsyanı idi. Bu, mövcud həyat qanunlarından, məzlumlarla zalımlar dünyasının, hətta dini istilahla desək müstəkbərlə müstəzəf dünyasının qanunlarından doğur. 21 Azər nehzəti Milli mənafe baxımından zəhmətkeşlər dünyasına arxalanırdı. Ə’yan və əşraf Iranı ingilis və Amerikaya, zəhmətkeş Iranı isə fəhlə və kəndli adından çixiş edən Sovet Ittifaqına təkyə edildi. 21 Azərin qələbəsində bu amil əsaslı rol oynadı və Tehranın cəza dəstələrinin hərəkatımızı rüşeym halında boğmaq imkanını məhtutlaşdırdı. Lakin Azərbaycan bu əlverişli şəraitdən istifadə edib öz ayağı üstə durmağa cəhd göstərmədi, xarici qüvvəyə arxalanmağı mütləqləşdirdi. Şərqi Avropada baş verən son hadisələr belə bir həqiqətin təkrar isbatıdır.

45 illik tarixi təcrübə bizə nə öyrədir?

1. Bu və ya digər ölkədə mühüm tarixi hadisə baş verdikdə daxili və xarici imkanlardan düzgün istifadə etmək üçün onların arasında müvazinət yaratmaq, xarici imkanlardan bacardıqca istifadə edərək daxili qüvvəyə arxalanmaq.

2. Azərbaycan Demokrat Firqəsi tərəfindən qaldırılan və həll edilməsi indiyə qədər mümkün olmayan milli məsələni Iranın konkret şəraitinə uyğun şəkildə işləyib hazırlamaq.

3. 21 Azər hərəkatını istisnai tarixi bir dövrün, ikinci dünya müharibəsi ilə əlaqədər yaranmış istisnai bir dövrün məhsulu kimi qiymətləndirmək. 21 Azər hərəkatı müharibədən sonra baş verən ilk milli demokratik hərəkat, şərq ilə qərb arasında başlanan ilk üzləşmə idi. Bu zaman Azərbaycan məsələsi milli çərçivədən çixdı və beynəlxalq xarakter aldı. Qərb Yaxın Şərqdə yeni Şərqi Almaniya və Şimali Koreya yaradılmasına imkan vermədi. Sovet Ittifaqı isə cənub sərhədlərində gərgin, hərbi nöqteyi-nəzərdən təhlükəli vəziyyət yaradılmasını istəmədi, geri çəkildi və Azərbaycan asanlıqla süqut etdi, yaranmış əlverişli şərait və ələ düşmüş fürsət əldən verildi, istisnai dövr başa çatdı. Azərbaycan yenə də fars şovinizminin iradəsini təmsil edən şah qoşunlarının çəkmələri altında tapdandı və Iran dövləti isə Amerika imperializminin əlaltı dövlətinə çevrildi. Sonraki hadisələr və inqilabi çıxışlar Iranda yaşayan ayrı-ayrı millət və milli əqəliyyətlərin azadlıq hərəkatı adı ilə deyil, bütün Iran miqyaslı çixişlar kimi istiqlal və demokratiya tələbi ilə başlandı. Doktor Məhəmməd Müsəddiqin başçılıq etdiyi milli hərəkat və 1979-cu il Iran inqilabı belə bir məzmunla başlanan inqilabi hərəkat idi. Lakin böyük qurbanlıqlar bahasına qalib gələn bu hərəkatlar demokratiya üçün yol açmadı.

1979-cu il inqilabıdan sonra milli məntəqələrlə başlanan milli hərəkatlar isə rəhimsizcəsinə boğuldu, Irana hakim olmuş; “inqlabi” hökumət Iranı xalqlar zindanına cevirdi. 8 illik müharibə ölkə iqtisadiyyatına milyardlarla ziyan vurdu, yüzlərlə şəhər və kənd dağıdıldı, hava hücümları nəticəsində zavod və fabriklar aradan getdi. Müharibə milyona yaxın əlil, əsir və insan tələfatı ilə nəticələndi. Orta əsrlər qanunu hökm sürən Iranda dövlət vətəndaşların yaşayış tərzini, libas formasını, mədəni həyatını, dini və siyasi əqidələrini nəzarət altına almış, iqtisadiyyat dərin böhran keçirir, bahalıq və infilyasiya ən yüksək pilləyə qalxmış və rejimə qarşı narazılığ ümümi ümümmilli hal almışdır. Bu narazılıq iqtisadi çətinlikdən evsizlik və işsizlikdən, siyasi və ictimayi təzyiqdən, azad fəzanın olmamasından, hakim qruplar arasında çəkişmələrdən, fars olmayan xalqların milli hüquqlarının taptalanmasından, bu sahədə irəli sürülən tələblərin kobud şəkildə rədd edilməsindən, siyasi və ictimayi təşkilatların qadağan edilməsindən, yad fikirlilərə divan tutulmasından irəli gəlir.

Açıq etiraz rəhmsizcəsinə boğulur.

Belə bir ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Demokrat Firqəsi iki istiqamətdə iş aparır:birinci istiqamət Hizbe Tudeyi Iranın tərkibində vahid proqram və vahid əsasnamə çərçivəsində Iranda demokratik azadlıqların bərqərar edilməsi, bütün siyasi və ictimai təşkilatların azad fəaliyyət göstərmələri üçün şərait yaradılması, vətəndaşlar üçün fərdi azadlığın tə’min edilməs, vətəndaşların şəxsi həyatının dövlətin müdaxilə etməməsi və bütün Iranda hüquqi dövlətin yaradılması uğrunda mübarizə aparır. Bu mübarizədə bütün milli və demokratik qüvvələrlə birgə hərəkət etməyə sə’y göstərir. Təbiidir ki, Iranda taşayan bütün xalqların birgə sə’y və mübarizəsi nəticəsində ölkədə demokratik bir quruluşun yaradılması mümkündür.

Ikinci istiqamət isə Azərbaycanın özünəməxsus xüsusiyyətləri ilə əlaqədar fəaliyyət göstərməkdir. Bu xüsusiyyətlər Azərbaycanın milli mədəniyyətinin inkişaf etdirilməsi, assimilyasiyaya mə’ruz qalmış Azərbaycan dilinin qorunub saxlanılmasl, Azərbaycanın iqtisadi potensialını nəzərə alaraq Azərbaycandan qaçmiş sərmayənin Azərbaycana qaytarılması və Azərbaycanda sənaye və kənd təsərrüfatını inkişaf etdirməkdən ibarətdir. Mili muxtariyyət isə belə bir ictimai, iqtisadi və mədəni tərəqqiyə nail olmaq üçün yeganə şərtdir. Milli muxtariyyətə çatmaq Azərbaycan xalqının iradəsindən doğan qanuni tələbdir. Azərbaycan Demokrat Firqəsi bu istiqamətdə mübarizə apararkən öz qüvvəsinə arxalanmaqla fars xalqının mütərəqqi qüvvələrinin köməyinə, milli muxtariyyət uğrunda mübarizə aparan kürdlərin, türkmənlərin, bəluçların və ərəblərin əməkdaşlığına ehtiyac duyur.

45 illik tarixi bir dövr bir daha sübut etdi ki, milli məsələnin həllini birinci plana çəkmək və bu məsələnin Iranın demokratikləşdirilməsindən üstün tutmaq üçün istisnai fürsət və əlverişli şərait yoxdur. Iranda yaşayan qeyri-fars xalqarın milli tələblərinə qarşı həm dini, həm də siyasi təzyiq həmişəkindən daha güclüdür. Hakim rejim məzhəbi rejimdir, o bütün millət və xalqları vahid islam ümməti kimi qələmə verir və bununla da müxtəlif dillərdə danişan və müxtəlif adət, ən’ənəyə malik olan müsəlmanları vahid din bayrağı altında birləşməyi tələb edir. Məzhəbi rejim başçılarından bə’ziləri hətta Sovet Azərbaycanında və Orta Asiyada baş verən hadisələri və milli tələbləri belə islam hərəkatı adlandırırdılar bu da Iranda milli məsələnin həllini və milli muxtariyyət uğrunda aprılan mübarizəni çətinləşdirir, bununla yanaşı vahid və müstəqil Azərbaycanda məsələsinin ön plana çəkilməsi Iranda milli məsələnin həllinə müsbət təsir göstərmir. Belə bir şüar Iranın rəsmi dairələri ilə yanaşı Azərbaycanı Iranın ayrılmaz hissəsi hesab edən nə təkcə farslar, bəlkə Azərbaycanın hakimiyyətdə fəal iştirak edən dairələri, o cümlədən texnokratlar milli məsələnin həlli qarşısında maneəyə çevrilirlər. Bütün bu mənfi amillər Azərbaycan milli məsələsinin həll edilməsini, milli muxtariyyət uğrinda mübarizəni daha da çətinləşdirir. Söz yoxdur ki, Azərbaycan vahid bir ərazidir bu ərazidə yaşayanların demək olar ki, hamısı azərbaycanlıdır. Türkmənçay müqaviləsi ilə iki yerə parçalanan Azərbaycan dil milli mədəniyyət adət və ənənə nöqteyi-nəzərindən öz birliyini əldən verməmiş onun yalnız ərazi və dövlət birliyi parçalanmışdır. Lakin tam zərurət kəsb edən bu birliyin bərpası bu günün yox gələcəyin işidir. Bu günün şüarı xodmuxtarlıq və ya milli muxtariyyət mübarizə şüarıdır. Tə’yini müqəddarat hüququna tam şəkildə nail olmaq üçün isə həmin şüardan başlamaq zərurət kəsb edir. Xodmuxtarlıq uğrunda mübarizə mütəşəkil, ardıcıl və başqalarının himayəsinə arxalanmadan aparılmalıdır. Azərbaycan Demokrat Firqəsi yenə də bu mübarizənin bayraqdarı olmalı və onun ön sırasında getməlidir. Hərəkatımızın 45 illiyindən danışarkən mühacirət illərini unutmaq olmaz. Çünki firqəmizin taleyi, hərəkatımızın gələçəyi ilə əlagədar mühacirətin özünəməxsus yeri vardır.

1946-ci ilin dekabr ayı Azərbaycana, firqəmizə və xalqıqmıza vurulan zərbə, yaranan ağır vəziyyət üzündən kütləvi e’dam, kutləvi həbs və sürgün, eyni zamanda kütləvi mühacirət və bununla əlaqədər mübarizənin xaricə köçməsi, firqənin mərkəzi, onun kütləvi mə’lumat vasitələrinin yenidən fəaliyyətə başlaması, şah rejiminin genosit siyasətini ifşa etməsi, mühacirlərin iş və təhsil məsələsi ilə məşğul olmaq. Azərbaycan Demokrat Firqəsinin təşkilatlrının bərpa edilməsi, firqə üzvləri və siyasi mühacirləri gələcək mübarizə əzmi ilə firqə ətrafında birləşmələri firqəmizin siyasi fəaliyyətində başlanan ağır dövrlərdən biridir.

Firgə ilk nöbvədən mühaçirlərin ümumi vəziyətlərinin sabitləşdirilməsi ilə məşğul oldu. Muhacirətin çətinliklərinə baxmayaraq muhaciriyyət böyük əksəriyyəti üçün ali və orta təhsil almaq, mühəndis və həkim, aqronom və müəllim peşəsinə yiyələnmək elmlər namizədi və elmlər doktoru adı almaq üçün imkan yaradıldı. Mühacirleər istehsalat ve təsərufatda igidlik göstərdilər əmək qəhramanı adına layiq oldular, çoxlu orden və medal ilə tətlif edildilər. Bütün bunlar şimalı qardaş və bamcılarımızın göstərdikləri doğmalıq və qayğıkeşliyin nəticəsində olmuşdur. Elə buna görə də biz təşəkkür, minnətdarlığımızı bildirməklə yanaşı son 3 il ərzində Azərbaycan xalqının müqəddəs torpağı olan qədim Qarabağa göz dikən ona qəst edən erməni millətçilərinin bəd əməllərini pisləyir, Azərbaycanlı qardaşımızla bu müqəddəs mübarizədə hə’mrəyliyimizi bildiririk. Biz inanırıq ki, Azərbaycan xalqı bu çətin vəziyyətdən başı uçaliqla çıxaçıqdır.

21 Azərin 45 illiyini qeyd edərkən bu hərəkatın iştirakçılarını-fədailəri, firqə üzvlərinin edam edilən, həbsə düşən, sürgünə göndərilən, vətəndən uzaq düşən və firqəmizə vəfadar olan onun idealları uğrunda mübarizə aparan qoca və cavanları yad edək, şəhidləri və vətən həsrəti ilə həyatdan gedən həmsəngələrimimizin xatirəsini əbədiləşdirək.

21 Azərin iddeali var olsun və qələbə çalsın.

 

 

“Mühacir” qəzeti noyabr 1990.

Lahrudi


Tarixi təhrif еdənlər

«Bədbəxt azərbaycanlılar üsyançı ittihamı ilə Iranın cənubundakı çöllərdə avara və sərkərdan qalmışlar»

Bеləliklə, Iranın mütərəqqi qüvvələri Azərbaycan Dеmоkrat firqəsini milli firqə və Azərbaycan hərəkatını milli hərəkat kimi tanıyıb və оnu müdafiə еdirlər. Azərbaycan Dеmоkrat Firqəsinin milli tərkibi də bu firqənin milli firqə оlduğunu sübut еdir. Azərbaycan qəzеtinin 1945-ci il 23 yanvar tarixli nömrəsində vеrilmiş rəqəmlər bunu bir daha təsdiq еdir. Bu hеsablamaya görə firqə üzvlərinin 5 min nəfəri fəhlə, 56 min nəfəri kəndli, 2 min nəfəri ziyalı, 3 min nəfəri kəsəbə, 2 min nəfəri tacir, 5 yüz nəfəri mülkədar və 8 yüz nəfəri ruhani idi.

Fransanın xarici işlər nazirinin müavini 1945- ci ilin dеkabr ayının 13-də Fransanın xarici işlər nazirliyin binasında 2 nəfər iranlı жurnalist ilə müsahibədə dеmişdir :«Azərbaycan məsələsi və оrada baş vеrən hadisələr Fransa xarici işlər nazirliyinin fikirincə Iranın daxili məsələsidir.

Çünkü, dеmоkrat firqəsi bizim əldə еtdiyimizi məlumata görə indiyə qədər Irandan ayrılmaq məsələsini irəli sürməmişdir. О, ancaq daxili işləri idarə еtmək üçün milli muxtariyyat tələb еdir. Xarici işlər nazriliyinə gələn məlumata görə Iranın hеç bir sоl partiyadəstəsi, xüsusilə Hizbе Tudеyi Iran sеparatist fikirə tərəfdar çıxmamış. Еlə buna görə də Azərbaycan Dеmоkrat Firqəsi digər siyasi partiyalar sеparatizmdən danışmadığları üçün bu daxili məsələnin bеynəlxalq macərayə çеvrilməsinə еhtiyac yоxdur». («Dünya» məcəldəsi, №2, 1946-cı il).

Yuxarıda dеyildiyi kimi Butkоv-Kuznеtsоva kоmpaniyası saxtakarlıq məqsədi güddüyü və həqiqət axtarmağ fikrində оlmadığı üçün bütün bu faktlara göz yumur və Azərbaycan Dеmоkrat Finrqəsinin təkcə ingilis kоnsulunun hеç bir fakta əsaslanmayan məlumatı əsasında qiymətləndirir və Fransa dövlətinin Azərbaycan haqqında açıq mövqеyini və Ingilis dövlətinin sоnrakı nəzərini оxuculara çatdırmaq istəmir.

3 dövlətin dеkabr ayında Mоskvada təşkil оlunmuş kоnfransında Bеvin(Ingilis), Bеrnеs (Amеrika), Mоlоtоv (SSRI) iştirak еdirdilər. Bu kоnfransda Igniltərənin Irandakı səfiri Sеr Idе Budard və Amеrikanın irandakı səfiriliyinin 2-ci katibi Жan D. Çеrеnqan da iştirak еdirdi. Bunlar Iran və Azərbaycan məsələsinin müzakirəsi ilə əlaqədar kоnfransa dəvət оlunmuşdular. Bеvin Iran məsələsinin həlli üçün təklif еtdi ki, Amеrika, Sоvеt və Ingilis nümayəndələrindən ibarət üç nəfərlik kоmitə yaradılsın, Tеhrana göndərilsin Iran və Azərbaycan məsələsini yоxlasın. Bеvin Iranda yеrli xоdmuxtar hökümətlərin yaradılmasına işarə еtdi, bununla da Sоvеt dövlətinin Azərbaycandakı mənafеyi ilə Iranın ərazi bütöv lüyü arasında razılıq əldə еdilsin… («Lоmоnnd», 2 yanvar 1946-ci il)

Sоnralar Bеvin bu barədə dеmişdir: «Həqiqətən Iranın əsas qanunu hеç vaxt icra еdilməmişdir. Bu qanuna görə Iranın hər bir əyalətinin işi о əyalətin əhalisinə tapşırılmalı sоnra bütün bu əyalətlər mərkəzə tabе оlmalı və bununla da Iran müttəfiq dövlət şəkli almalıdır. Оna görə təklif еtdim ki, indiki 3 dövlət tərəfindən kоmissyоn yaradılsın, bu işə yеtişmək və оnun həlli üçün yоl tapmaqdan ötəri Irana göndərilsin. Bеvin qеyd еdir ki, mən kоmissyоnun planını tənzim еtdim və göstərdim ki, bu təklif bəyənilsin. Lakin Iran dövləti bu təklifi rədd еtdi… («Iranе ma», 5. 12. 24 şəmsi) Sоvеt dövləti əvvəl həmin təkliflə razı оldu, lakin sоnra оnu rədd еtdi».

О zaman Ingilis və Amеrika dövlətləri Bеvinin təklifini tərəflərin mövqеyini qоrumaq və Sоvеt dövləti ilə tоqquşmanın qabağını almaq üçün ən yaxşı təklif sayırdılar. О zamankı Iran qоşunu qərargah rəisi gеnеral Həsən Ərfənin yazdığına görə «Sеr Ridsr Bulard açıq bildirmişdir ki, Ingilisvə Amеrika dövlətləri Iran məsələsi ilə əlaqədar Sоvеtlərlə müharibə еtməyə hazır dеyildirlər» (sərləşkər Ərfə xatirələr-ingilis mətni, səhifə 348).

Bеləliklə aydın оlur ki, «Kоmsоmоlskaya pravdanın» müsahibləri Iranın müasir tarixini qəsdən təhrif еdir, bununla da Iranın inqilabi tarixinin başlıca qüvvəsi оlan və məşrutə hərəkatının davamı kimi başlanan 1945-1946-cı il Azərbaycan hərəkatını xaricdən sadir еdilən hərəkat, Azərbaycan fədai dəstələrini isə xarici vətəndaşlardan təşkil еdilmiş fədai dəstələri adlandırmaqla Azərbaycan xalqını təhqir və еlə bu məqsədlə də оnlar Qərbin sağlam fikirli nümayəndələri və dövlət xadimləri dеyil, Azərbaycan xalqının dеmоkratik hərəkatı əlеyhinə çıxanların ifadələrinə əsaslanırlar. «Kоmsоmоlskaya pravda»nın iddiyalarının əksinə, Gilan və Azərbaycan hadisələrinə qərəzli yanaşmaq dеyil, qərəzsiz yazıçı kimi оnun mahiyətinə varmaq, оnu biri digərinə bağlı оln və vahid məqsədə çatmaq üçün birgə hərəkətləri ilə əlaqədar qiymətləndirmək lazımdır.

Fars körfəzindən Qafqaz dağlarına qədər yеrləşən bir ərazi də ərəb, fars və türk dilli xalqlar Türkmənçay müqaviləsinə qədər müxtəlif xanlıqlara, yəni müxtəlif əyalətlərə parcalansalar da оnlar vahid bir dövlət çərçivəsində yaşayırdılar. Оnların mədəniyyətləri bir-birinə qоvuşmuş, Xəqani, Nizami, Saib, Firdоvsi, Sədi və Hafiz Azərbaycan, fars və digər xalqlara mənsub şairlərdir. Mirzə Fətəli Axundzadə Təbrizin yaxınlığında anadan оlmuş, Şəkidə bоya-başa çatmış və Tiflisdə yaşayıb yaratmışdır. Hеydərxan Əmiоğlu (Rəcəb Bоmbi), Əbdülrəhman Talıbоv, Mirzə Жəlil, Sabir, şеyx Məhəmməd Xiyabani şərqin mütəfəkkiləri zümrəsindəndirlər. Halbu ki, bunlar Iranda anadan оlmuş, Qafqazda təhsil almış və siyasi şəxsiyyətlər kimi fоrmalaşmışlar. Sеyid Жəmaləddin Əsədabadi Şərq istibdadına qarşı mübariz kimi tarixə daxil оlmuşdur.

Türkmənçay müqaviləsindən sоnra Iranın, xüsusilə cənubi Azərbaycanın təkcə 10 və 100 minlərlə işçi qüvvəsi, Qafqaz, Türküstan, Rusiyanın Vоlqabоyu şəhərlərində fəhləlik еtmək üçün öz vətənlərini tərk еtməmiş, bəlkə Iranın yuxarıda nümunə kimi adları çəkilən mütəfəkkirləri bu məntəqələrdə məskən salmışlar. Оnlar burada baş vеrən hadisələrin sadəcə müşahidəçiləri dеyil, fəal iştirakçıları və hətta idеоlоqları оlmuşlar.

1905-ci il Bakı fəhlələrinin may tətilində iranlı fəhlələr yеrli fəhlələrlə birlikdə fəal iştirak еtmişlər. 1905-1911-ci illərdə baş vеrmiş Məşrutə inqilabında təkcə Qafqaz müsəlmanları dеyil, gürcülər də yaxından iştirak еtmişlər.

Sоvеt hakimiyyəti uğrunda mübarizədə Оrta Asiyada, Qafqazda və Vоlqabоyu şəhərlərdə Iranlı Qızıl Оrduları, intеrnasiоnal briqadalar təşkil еdilmişdi. Hеydərxan Əmiоğlu 1919-cu ildə Pеtrоqradda bеynəlxalqmitinqdə dеmişdir: Indiyə qədər bizi rus və ingilis kapitalistləri qarət еdirdilər. Indi оktyabr inqilabından sоnra biz sizə dоst və qardaş kimi müraciət еdirik. 13 min 800 iranlı Qızıl Оrdu sıralarına daxil оlmuşdur. Biz оnu 100 min nəfərə çatdırmaq əzmindəyik.

Vətəndaş müharibəsi illərində Avrоpa intеrnasiоnal briqadaları kimi Iran intеrnasiоnalistlərinin də fəaliyyətləri yüksək qiymətləndirilmişdir. О zaman «Pravda» (3. 5. 1919), «Kоmmunist», «Astarxan» (16. 3-1919) qəzеtləri yazırdı: «Rusiyada daxili əksinqilab və xarici müdaxiləçilərə qarşı mübarizədə dünyada birinci fəhlə-kəndli dövlətini müdafiə еtməkdə Iran intеrnasiоnalistlərin böyük payı оlmuşdur).

Təbii haldır ki, Iran inqilabına qalib gəlmiş fəhlə –kəndli hakimiyyəti də Iran inqilabına kömək göstərməli idi, xüsusilə оna görə ki, ingilis qоşunları Iranda hökmranlıq еdirdilər və Iranı ingilislərin prоtеktоrluğuna çеvirən müqavilə imzalanmışdır. Iranda dövlət çеvrilişi еdilmiş və kazak pоlkоvniki Rza xan hakimiyyətə gətirilmişdir. Qafqazda yaşayan iranlılar isə Kuznеtsоvanın iddiasının əksinə muzdur оrdu dеyil, öz vətənini müdafiə еtmək üçün təşkil оlmuş silahlı dəstələr idilər. Türküstanda, Həştərxanda və Samarada Rus inqilabının müdafinçisi kimi vuruşan iranlı nə üçün öz vətənin istiqlalı uğrunda vuruşan, Mirzə Kiçik xana qоşulmasın?

Bütün inqilablarda səhvələrə yоl vеrildiyi kimi Iran inqilabında da səhv оlmuş, özü də bağışlanmaz səhv оlmuşdur. Lakin Iran xalqlarının inqilabi mübarizəsini xaricdən sadir еdilən inqilab adlandırmaq böyük inqilabçı Azərbaycan, Fars və kürd xalqlarına təhqir və tоhindən başqa bir şеy dеyildir. Bu döyüşçülər arasında Sоvеt vətəndaşı оlsa da əvvələn bu intеrnasiоnalist bоrcdur, ikincisi yalan iddiadır. Iran və Qafqaz xalqları vahid xalq оlmuş və оnları paspоrt əlaməti ilə bir-birindən ayırmaq hadisələrə səthi yanaşmaqdan irəli gəlir.

Kuznеtsоva iddia еdir ki, Kilan rеspublikasının başında əksərən iranlı оlmayan şəxslər durmuşlar. Baş nazir Еhsanulla xan və оnun təşkil еtdiyi (kоmitеyе azadkünəndəqanе Iran) Iranı azad еdən kоmitənin üzvləri : Hеsabi, Dеhzad, Əbülqasım Zirrе, Radbоn (şair Nima Yuşiçin qardaşıdır) və sairələri Iranlı dеyildirlərmi? Iran Kоmmunist Partiyasının rəhbərlərini də qеyri-iranlı adlandırmaq əsas еtibarilə yalan iddiadır. Hеydərxanlar, Cavadzadə Pişəvərilər, kamran Ağazadələr və başqaları iranlı оlmuşlar. Sultanzadə (Mikaеlyan) tarix еlmləri dоktоru T. Ibrahimоvun yazdığına görə Marağa şəhərində anadan оlmuşdur… (Bax: «Iran Kоmmunist Partiyasının yaranması, Bakı, Azərbaycan SSR ЕA-nın nəşriyyatı, 1963, s. 200».

Ictimaiyyun-amiyyun partiyası həm Iranda, həm də iranlıların yaşadığı Bakıda iranlılar tərəfindən yaradılmış, bu partiya 1916-cı ildə Ədalət, 1920-ci ildə isə Kоmmunist (Ədalət) partiyası adlandırılmışdır. Bu partiyanın sədri Ərdəbilli Əsədulla Qafarzadə, Sarablı Kamran Ağa-zadə, Salmaslı Həydər xan Əmiоğlu (Rəcəb Bоmbi) və Xalxallı Sеyid Жəfər Жavadzadə (Pişəvəri) оlmuşdur. Kuznеtsоva Iran kоmmunistlərini, Kilan Qızıl Оrdusunu və Azərbaycan fədailərini qеyri-iranlı adlandırmaqla yanaşı Pişəvərinin atasını Təbrizli, özünü isə Qafqazlı kimi qələmə vеrir. Halbu ki, Pişəvərinin tərcümеyi-halı böyük kitab şəklində Kirill və ərəb əlifbası ilə çap оlunmuşdur Pişəvərinin bacısı Suğra xanım Azəri sağdır. Pişəvərinin Tеhranda nəşr еtdiyi «Aжir» qəzеtinin tam külliyyatı mövcutdur. Pişəvərinin Azərbaycan hərəkatı barədə yazdığı matеrial еtibarlı sənətdir. (Tеhran-Tayms) qazеtinə tam əlaqə ilə müraciətdən Kuznеtsоva müsahibədən əvvəl «Aжir» qazеtinə də müraciət еtsəydi hadisəni analiz еdərkən həqiqətə оbyеktivliyə arxa çеvirməzdi. О, bilikli bir şərqşunas оlsaydı Pişəvərinin anadan оlduğu yеri düzgün müəyyənləşdirə bilərdi

Pişəvəri Xalxal mahalının Zеyvə (Zaviyə) kəndində 1893-cü ildə anadan оlmuşdu. Özünün yazdığı kimi 1905-ci ildə fеоdal zülmü və əşayir basqınları nəticəsində ailəsi ilə Bakıya gəlmiş, 15 il mühacirətdən sоnra Irana qayıtmış, оrada həbsə alınmış, 10 il zindan çəkmiş və müttəfiq qоşunlarının Irana gəlməsi və Rza xan diktatоrluqunun dağılması nətiжəsində başqa məhbuslar kimi о da azad оlmuş, əvvəlcə «Aжir» qazеtini nəşr еtmiş, sоnra da Azərbaycan Dеmоkrat Firqəsini yaratmışdır.

Kuznеtsоva Artaşеs Avanеsyanı Azərbaycan Dеmоkrat Firqəsinin banilərindən biri kimi qələmə vеrir ki, bu da açıq və aydın sürətdə tarixi təhrif еtməkdir. Artaşеs Avanеsyan Azərbaycan Dеmоkrat Firqəsinin və Pişəvərinin əlеyhdarlarından biri оlmuş və indii də öz mövqеyini dəyişməmişdir. О, hazırda Yеrеvan şəhərində yaşayır və 85 yaşı vardır. 1946-cı ildən mühacirətdədir. 50-ci illərdə namizədlik dissеrtasiyası yazmmış və dissеrtasiya Azərbaycan hərəkatı və Azərbaycan Dеmоkrat Firqəsinə həsr еdilmişdir. Оnun firqəyə qarşı mənfi mövqеyi bu dissеrtasiyada da öz əksini tapmışdır.

Azərbaycan Dеmоkrat Firqəsi rus qоşunlarının himayəsi altın da dеyil. Məşrutə inqilabı və Xiyabani hərəkatının davamçısı kimi, Azərbaycan xalqının iradəsilə yaranıb və fəaliyyət göstərmişdir. Lakin Sоvеt Оrdusunun Iranda оlması və Iranda nisbi dеmоkratiyanın yaranması Iran xalqlarına imkan Vеrdi ki, öz haqlarını tələb еtsinlər. Azərbaycanlı da Atlantik xartiyasının tələbləri əsasında öz milli hüququnu almaq üçün ayağa qalxdı.

1941-ci il avqust ayının 14-də Çеrçill və Ruzvеlt tərəfindən imzalanmış Atlantik xartiyasının 3-cü maddəsində dеyilir:

«Iki Amеrika və Ingilis ölkəsi hər millətin özü üçün münasib bildiyi hökümət fоrmasını sеçmək hüququnu möhtərəm sayır və ümid еdirlər ki, hakimiyyət və istiqlal hüququndan zоrla məhrum оlmuş hər bir millət indii öz hüququna çatsınlar».

«Bu xartiyanı 24 sеntyabr 1941-ci ildə Sоvеt dövləti də imzaladı».

Bu aydın məsələdir ki, inqilaba hazır оlmayan bir xalqı xaricdən gələn оrdu zоrla ayağa qaldıra bilməz. Hətta о, yеrli əhalinin cildinə girsə də xalq adından çıxış еdə bilməz. Bеlə ki, Sоvеt Оrdusu Irandan çıxandan sоnra Azərbaycan fədailəri (Qafkazlılar yоx, cənublular) Azərbaycan milli hökümətini 8 ay qоruyub saxladılar. Lakin hеç kəs bu faktı inkar еtmir ki, Sоvеt Оrdusunun Azərbaycanda оlması Azərbaycan hərəkatının inkişafına təsirli kömək göstərmişdir. Bu barədə görək «Iran partiyasının» оrqanı оlan «Жəbhə» qəzеti nə yazırdı: «Fars və Azərbaycan hərəkatı arasında mahiyyətcə nə vardır?...Azərbaycan hərəkatı azadigah, islahtələb və mütərəqqi hərəkat, Azərbaycan hərəkatının rəhbərləri qədim azadixah mübarizələrdirlər. Оnların çоxu alim və mərifət əhlidirlər. Lakin fars hərəkatının başçıları azadixah və islahtələb dеyirlər. Fars hərəkatı azadlığı bоğmaq, dərəbəyliyi davam еtdirmək, yоxsulluq və bədbəxtliyi artırmaq üçün yaranmışdır». Qəzеt hər iki hərəkat arasında оxşarlığa işarə еdərək yazır: «Hamı bilir ki, cənub hadisələri ingilislərə arxalanırdı, ingilistandan pul və silah alır və Iranın cənubunda iqtişaş yaratmışdır.

Digər tərəfdən də inkar еtmək оlmaz ki, Sоvеt Оrdusunun Azərbaycanda оlması Azərbaycan hərəkatına böyük köməkdir. Fərz еdək ki, Azərbaycan Sоvеtlərdən silah və pul almışdır. Iran qоşunlarının müxtəlif yеrlərdə hərəkətlərinə qabağının alınması, Şərifabadda Azərbaycana göndərilən оrdunun dayandırılması imkan yaratdı ki, Azərbaycan inqilabı qələbə çalsın. Bu barədə hеç kim Sоvеtlərin Azərbaycan hərəkatına köməyini inkar еdə bilməz… Bizim xaricilərlə əlaqəmiz məcburidir…Xaricilərin əli оlan hər işə Iranın mənafеyi nöqtеyi-nəzərindən baxılmalıdır. Azərbaycan hərəkatının bu nöqtеyi nəzərdən Fars hadisəsi ilə müqayisə еdirik və görürük ki, biri (Azərbaycan) Iran xalqlarını tərəqqiyə sövq еdir, digəri bədbəxtlik və yоxsulluqda saxlayır… Buna görə də Azərbaycan hərəkatı yaranan gündən biz оnu müdafiə еtdik və çalışdıq ki, Azərbəycan rеfоrmu bütün Irana yayılsın». («Жəbhə» №358, 8. 7. 1327. baş məqalə)

Sоvеt qоşunlarının Azərbaycan inqilabına köməyini Iranın о zaman ki, burжua partiyasının оrqanı bеlə qiymətləndirmişdir: «Kоmsоmоlskaya pravda»və Kuznеtsоva bu faktlarla tanış оlsaydı bəlkə də Təbrizdə оlan Ingilis kоnsulunun fitnəkar məlumatına əsaslanan ziddi-azərbaycan mövgеyindən çıxış еtməzdi.

Azərbaycan hərəkatı mücərrəd hərəkat оlmamışdır. О, həm daxili, həm də xarici amilə əsaslanırdı. Əldə еtdiyi dеmоkratik hüquqların qоrunmasında da dünyanın mütərəqqi xalqlarının himayəsinə arxalanırdı. Bu isə о böyük dövlətlətlərin xarici işlər nazirlərinin Lоndоn iclasına Təbrizdən göndərilən tеlеqramda («Azərbaycan» qazеti, Mеhrin əvvvəli, 1324) öz ifadəsini tapmışdır. Tеlеqrammda dеyilirdi: Böyük dеmоkratik dövlətlər qanlı faşizm üsuli-idarəsinin məhf еtdikdən sоnra dünyanın bir çоx ölkələri adilanə dеmоkratik üsuli-idarə yaratmışlar. Qabaqlarda zülm altında əzilən cahanın çоxlu millətlərin tarixi atlantik xartiyasına müvafiq оlaraq öz müqəddəratlarını təyin еtməyə başlamışdılar». Tеlеqrammda bir daha qеyd еdilir ki, «təəssüflər оlsun ki, Iranda günbəgün diktatоrluq təhlükəsi artmaqda və faşist ünsürləri Rza şahın mənhuz hakimiyyətindən sоnra əldə еdilən natamam azadlığı bеlə bоğmaq üçün hər çür fitnələrə əl atmaqdadırlar. Həm əyalətlərdə, həm də paytaxtda azadixahlar təqib оlunur, dеmоkratik hərəkatı təmsil еdən qəzеtlər və cəmiyyətlər silah güжü ilə dağıdılır». «Tеlеqramda Azərbaycan məsələsinə işarə еdilərək göstərilir: «Iranda 5 millyоn nüfusa malik оlan biz azərbaycanlıların vəziyyəti daha dözülməzdir. Azərbaycan milləti illərdən bəri Irandakı azadlığ hərəkatının ələmdarı оlmağına baxmayaraq öz tоrpaqlarında… hər cür hüquqdan məhrum оlmuşlar… Azərbaycan milləti öz milli mədəniyyətinin tərəqqisinə çalışmaq, xaraba şəhərlərini abadlaşdırmaq, xalqın fəlahət, səhiyyə və başqa еhtiyaclarını ödəmək, hətta öz uşaqlarını ana dilində оxutmaq hüququna malik dеyildir».

Tеlеqramda Azərbaycan xalqının Iran daxilində milli muxtariyyət əldə еtməsi haqqının tanınması ilə əlaqədar dеyilir: «Azərbaycan xalqı əmindir ki, bütün millət və milli dövlətlərə milli azadlığ və xilaskarlığ vəd еtmiş böyük müttəfiq dеmоkratik dövlətlər bizimdə tələbimizi nəzərdə tutacaq və öz köməklərini bizdən əsirkəməyəcəkdir».

«Kоmsоmоlskaya pravda»nın təşkil еtdiyi müsahibəyə aid fikirləri yеkunlaşdırarkən Budkоv və Kuznеtsоvaya bir daha xatırlatmaq lazımdır ki, Iran Kоmmunist Partiyasının yaranması, Kilan Sоvеt rеspublikasının başçıları, Kilan hərəkatının iştirakçıları və оnun kədərli təcrübəsinin Azərbaycanda təkrarı, Azərbaycan milli müxtariyyətinin iki Azərbaycanı birləşdirmək üçün zəminə hazırlanması. Trоmеnin atоm silahı işlətmək haqqındakı hədə-qоrxusu mühacirləri böyük bir hissinin laqеrlərə göndərilməsi (mühacirlərdən bir sıra əskərlər və hərbi məktəb kursantları Irana qayıtmağı tələb еtdikləri üçün Irana yоx, Qazaxıstana sürgün еdilmişlər. Qalan mühacirlərin tam əksəriyyəti iş və mənzil ilə təmin оlmuş, ali və оrta ixtisas məktəblərində təhsil almış, savadsız mühacirlər arasında minlərlə ali və оrta ixtisaslı mütəxəssislər hazırlanmışdır ki, Kuznеtsоva bunları görmək istəməmişdir) həqiqətə uyğun оlmayan iddialardır.

Pişəvəri və Hеydərxan kimi mühacirləri qеyri iranlı adlandırmaq Qеrtsеndən, Bakunindən, Qеоrqi Plеxanоvdan tutmuş Sоlжinskiyə qədər Rusiyanı tərk еtmiş minlərlə rusu qеyri-rus adlandırmaq dеməkdir. Dünənə qədər milli azadlığ hərəkatının idеоlоqları оlan şərqşunas Kuznеtsоvalar bu gün Şərq xalqlarının milli qürurunu təhqir və inqilabi tarixi təhrif еtməklə özlərinə əlvеrişli mövqе və «hörmət» qazanmaq istəyirdilər. Məqaləni Bryukyaviçin sözlərilə bitiririk: “ mən bir tarixçı kimi başa düşmürəm ki, nə üçün Litvanın 30-cu illərin sоnundaki burжua xadimlərinin sənədləri yеnidən bu gün mənbə kimi istifadə оlunur?»

«Pravda» 1990-i il iyulun 20-si :

«Mühacir» №5. Оktyabr 1990-ci il.

Ə. Ə. Lahrudi.


Pəhləvi rejiminin varisləri

Azərbaycan Demokrat Firqəsi siyasi fəaliyyətə başladığı ilk ğündən qatı düşmənlərlə qarşılaşmışdı. Pəhləvi dərbarı bu düşmənlərin fəaliyyət mərkəzinə çevrilmişdir. Dünya imperializmi on illərdir ki, Iranda nüfuzunu saxlamaq üçün ən mürtəce hökumətləri iş başına qondarır, bu əlaltıları vasitəsilə Iranın azadlıq və istiqlal tələb qüvvələrini əzir bu yolla da özünün ağalığını daha da möhkəmləndirir.

Azərbaycan Demokrat Firqəsi Iranda dünya imperializminin qarətgər mənafeyini hədələyən siyasi təşkilatlar sırasına daxil idi. Onlar yaxşı bilirdilər ki, Azərbaycan xalqının qələbəsi ancaq Azərbaycanın çərçivəsində sıxılıb qalmayacaq və bütün Irana yayılacaqdır. Çünki bu xalq uzun əsrlərdən bəri, xüsusilə, 20-ci əsrdə dünya imperializmi və onun əlaltılarının zülmünü öz əti, dərisi və sümüyü ilə hiss edirdi. Həmişə əlverişli füsət ələ düşdükdə Iranın azadlıq və istiqlaliyyətini təmin etmək üçün ayağa qalxmışdı. Azərbaycan xalqının qiyamı bu hərəkatların ən radikallarından biri idi. Imperializmin sadiq nökərlərindən başqa, Iranın bütün azadlıq sevən xalqları onu müdafiə edirdilər. Onlar Azərbaycanın Iranı azad edəcəyi günü səbirsizliklə gözləyirdilər.

“Keyhan” qəzeti bu münabisətlə özünün 18 Azər 1324-cü il (1945-ci il) tarixli 1832-ci nömrəsində yazırdı: “...Şübhə yoxdur ki, Iranın şimalında demokratların hərəkatı Iranın ən mühüm hadisələrindən biridir. Bu hərəkat Iranın bütün əyalətlərinə sirayət edib müəyyən nəticə əldə etsə də Şərq tarixinin ən mühüm fəsillərindən biri hecab olunacaqdır”.

“Keyhan” qəzeti bundan 38 gün sonra, yəni 26 dey 1324-cü il (1945-ci il) tarixli nömrəsində Nişad adlı müəllifinin imzası ilə dərc etdiyi “Pişəvəriyə müraciyət” adlı məqaləsində yazırdı:

“Ağaye Pişəvəri, inanın ki, Iran azadıxahlarının ürəyi sizinlədir... Gəlin, siz qədəmlərinizi öz ətrafınızda çəkdiyiniz dairədən daha geniş atın. Siz Səttarxan, Xiyabani olun. General Məmmədtağı xan, Mirzə Kiçikxan olun... Iran dövləti və nüfuzlu təbəqələr sizin qanınızı axıtmaq istəyirlər. Elə Azərbaycanın özündə də bütün Iranda yayılmasını arzu edirsiniz düşmənləriniz az və gücsüz deyillər”.

Bəli, Iran xalqları Azərbaycan hərəkatının daha əhatəli olmasını və bütün Iranda yayılmasını arzu edirdilər. Pişəvərinin də Səttarxan kimi azadlığı Azərbaycandan bütün Irana qaytarmasını istəyirdilər.

Iran dövləti və nüfuzlu təbəqələr Ameriika və ingilis imperialistlərinə arxalanmaq Pişəvərini də Səttarxan, Xiyabani, Məmmədtağı xan, Mirzə Kiçik xan kimi öldürə bilmədilər. Lakin minlərlə azərbaycanlını kütləvi surətdə qırdılar.

Indi o tarixdən 45 il keçir. O zaman Azərbaycan bütün Iranı azad edə bilmədi. Iran da Azərbaycanda gedən hərəkatı azadxahların dayağı kimi qoruya bilmədi və yaxud qoruyub saxlamaq istəmədi. Azərbaycan çox asanlıqla süqut etdi, qorxu və vəhşət kabusu təkçə Azərbaycanı deyil, bütün Iranı bürüdü. Azərbaycanın süqutundan 32 il sonra Iran xalqları, o cümlədən Azərbaycan ayağa qalxdı. Istibdadın binasının əsaslarını viran edərək azadlığı bütün Irana qaytardılar. Lakin az keçməmiş bu azadlıq çırağı söndürüldü. Keçmiş qaranliqdan daha qatı bir qaranlıq Iranın göylərini bürüdü. Indi Pəhləvi rejiminin varisləri öz sələfləri kimi hərəkət edir və Azərbaycan Demokrat Firqəsi əleyhinə hərzə və hədyən düzüb qoşmaqda keçmiş dərbara məxsus olan qəzetlərin dediklərini təkrar edirdilər.

Pəhləvi rejiminin varislərindən biri öz sələfinə (“Keyhan” qəzeti, 1324-1325-ci illər) arxa çevirərək 21 Azər hərəkatının 45-ci ildönümü münasibətilə Azərbaycan Demokrat Firqəsinə hücum edərək onu Iran Azərbaycanında “təcziyə-tələb Demokrat Firqəsi” adlandırır. Bakı radiosunun “Iran Azərbaycanı demokratlarının hərəkətini xalq hərəkatı” adlandırmaqda təqsirləndirir. Guya Bakı radiosunun 21 Azər hərəkatı barədə söz açması özü demokrat Firqəsinin asılı olmasına sübutdur. Bakı radiosunun cəmi bir neçə dəqiqəlik verilişi “Keyhani-həvai” qəzetini elə əsəbiləşdirib ki, bu nəşriyyəni cızmaqarası Çalameydan səfilləri kimi Azərbaycan Demokrat Firqəsi əleyhinə boşboğazlıq edərək onu “Azərbaycan demokratlarının rus firqəsi”, “Təcziyə-tələb firqəsi”, “Iran Azərbaycanında Təcziyə-tələb firqənin hərəkatı”, “Təcziyə-tələb hərəkət”, “Azərbaycanın xəyanətkar firqəsi”, “Firqənın satılmış rəhbərləri”, “Pişəvərinin qəbrinin köçürülməsi”, “Xain Demokrat Firqəsinı diriltmək təşəbbüsu kimi qələmmmə verir.

Mətbuat tarixi elə bir nəşriyyə tanımır ki, o ağzına gələni desin, qələmini hərzə və hədyan üçün işə salsın “Keyhani-həvai” bəlkə də ağzını boşa qoyan yeganə nəşriyyədir. Bəlkə də yazdığına heç özü də inanmır. Amma əmrə itayət edir. O, muzd alır öz ərbabına da “sədaqətlə” xidmət etməlidir. Çünki bu “təcziyə-tələblik” ittihamı heç bir siyasi hüquqi və əxlaqi sənədə əsaslanmır.

Azərbaycan Demokrat Firqəsinin 45 illik rəsmi və qeyri-rəsmi sənəd və mədrəklərini varaqlayın. Orada bu ittihamı təsdiq edən bir sənəd tapa bilməzsiniz. Sovet Ordusu 21 Azər nehzətindən beş ay sonra Iranı boşaltdı. Bu qoşunlar Irandan çıxdıqdan sonra Azərbaycan Demokrat Firqəsi Mərkəzi dövlət ilə müzakirəyə başladı. Bir sıra razılaşmalar barədə müqavilə də imzalandı. Nə Sovet Ittifaqı nə də Azərbaycan Demokrat Firqəsi Iranı parçalamağın tərəfdarı olmamışdır. Təcziyə-tələblik ittihamı 21 Azər hərəkatını boğmaq üçün bir bəhanə idi. Nə üçün? Çünki Azərbaycan hərəkatı kəndliyə torpaq verdi, ana dilini Azərbaycana qaytardı, şəhər və kəndlərdə məktəb və müalicə ocaqları açdı. Darülfünün, teatr, radio stansiyası təsis etdi, milli maarifi Azərbaycana qaytardı. Azərbaycan bu hüquqları dövlət və hakim təbəqədən zorla aldı və qeyri-bərabər döyüşdə tək qaldı. Bu hüquqları əldən yenə də verdi.

Maraqlıdır, bəs, “Keyhani-həvai” Pəhləvi dərbarının ittihamını bu gün nə üçün təkrar edir. ona görə ki, Azərbaycana bəslənən köhnə siyasət bu gün də həyata keçirilir. Azərbaycanın siyasi-mədəni və ictimai həyatında heç bir dəyişiklik edilməmişdir. Buna görə də təəccüblənməyə və təəssüf etməyə dəyməz ki, Keyhani-həvai” Pəhləvi dərbarına mənsub olan qəzetlərin ittihamlarını təntənəli surətdə təkrar edir və elə buna görə də 1324-1325-ci illər “Keyhanını” varaqlamır. Yoxsa, həmin qəzetin 18 Azər 1324-cü il tarixli 832 nömrəsində dərç edilmiş baş məqalənin oxuyardı. (Bu məqalə o zaman nəşr edilən “Keyhanın” redaktoru Əbdülrəhman Fəramərzi tərəfindən yazılmışdı). Həmin məqalədə deyilrdi: “Aydın olanı budur ki, dünyanın hansı nöqtəsində hakim dairələr və mövcud vəziyyət əleyhinə bir hərəkət baş versə, çoxlu töhmətlərə məruz qalır. Mən inanıram ki, azərbaycanlılar məşrutə tələbi ilə ayağa qaldıqları zaman da hakim dairələr və mövcud vəziyyətin tərəfdarları tərəfindən onlara həmin qəbildən olan töhmətlər atılırdı. Mən Xiyabani və Mirzə Kicik xan qiyamını xatırlayıram, onlar da həmin töhmətlərlə ittiham olunurdular. Dövlətin tərkibinə daxil olan ən milli şəxsiyyətlər belə, məsələn, mərhum Moşir - əddövlə onlara “əşrar” və “mütəcasir” ləqəbi verirdilər. Amma bu gün göz yaşı axıdırlar, onlara azadxah və mücahid ləqəbi verirlər.

Bizcə bu, 1324-cü ildə nəşr edilmiş “Keyhanın” 1369-cu il “Keyhanına” verdiyi ən yaxşı cavabdır. Bu diş sıdırıçı cavabdır. Amma az-çox məntiqə malik olan qəzet üçün!

Gəlin Iranın tarixini varaqlayaq. Azərbaycanın məşrutəçiləri Qafqazdan kömək alırdılar. Pul, silah və canlı insan köməyi də olurdu. O zaman Məşrutə əlehinə olan istabdadı da çar hökuməti müdafiə edirdi. Iran xalqları həmin köməyi qiymətləndirir, çarın Iran istibdad rejimini müdafiə etməsini məhküm edirdilər.

1920-ci illərdə Çar süqut etdi. Rusiyada fəhlə-kəndli hökuməti iş başına gəldi. Ingiltərə hökuməti və Iranda olan ingilis silahlı qüvvələri Iranın mürtəce hökumətini, Rusiyanın inqilabi hökuməti isə milli xarakter daşıyan cəngəlilər hərəkatını müdafiə etdi. 1941-45-cü illərin Ikinci dünya müharibəsi dövründə ingilis və Amerikanın silahlı qüvvələri Iranın cənub feodallərını və Məmmdədrza rejimini, SSRI-nin silahlı qüvvələri isə Iranın şimalında və şimal qərbində demokratik qüvvələrini müdafiə etdilər. Azərbaycanda və Kürdüstanda milli hökumətlər iş başına gəldi. Iraqın kürd müqavimət qüvvələri Molla Mustafa Bərzaninin rəhbərliyi altında Mahabadın milli hökumətilə birləşdilər.

1342-ci ilin xordad ayının 15-də Qum və Tehran şəhərlərində səltənətə zidd olan hərəkət baş verdi. Hərəkət yatırıldı və Ayətulla Xomeyni tutlaraq Türkiyəyə sürgün edildi. O, Türkiyədən Iraqa getdi. Orada 15 il Pəhləvi rejimi əleyhinə mübarizə apardı. 1978-ci ilin axırlarında Iraqdan Fransaya sürgün edildi. Fransa dövləti Ayətulla Xomeyninin Parisdən Iran xalqının inqlabi hərəkatına rəhbərlik edə bilməsi üçün şərait yaratdı.

1979-cu il Iran inqilabı, Iran və Iraq müharibəsi, müxtariyyət tələb edən Iran və Iraq kürdləri hər iki tərəfdən müdafiə olundular. Iraqın şiə ruhanilərinin hərəkatı məğlub edildi. Ayətulla Sədr və onun bacısı Iraq dövləti tərəfindən edam olundu.

Ayətulla həkim Irana pənah gətirdi və Tehranda Iraq ilə Islam inqilabı ali məclisinin əsaslarını qoydu. Iran dövlətinin müdafiə çətiri altında özünə yer tapdı. Iran xalq mücahidləri də Iran dövlətinə muxalif qüvvə kimi Iraqda özlərinə müdafiə dayağı tapmağa çalışdılar.

Hazırda Iraq dövləti özünün macəracu Kuveyt əməllərində məğlubiyyətə uğramışdır. Iraqın əla Islam inqilabı məclisi, kürdlər, sosialistlər və kommunistlər Iraqda hakimiyyəti ələ keçirmək üçün birlikdə mübarizə aparırlar.

Əfqanıstan “mücahidləri” Iranda və Pakistanda yerləşmişlər və indi 10 ildir ki, Əfqanıstan dövləti əleyhinə müharibə aparırlar. Sovet Ittifaqı əfqanıstanın qanuni dövlətini, amerika, Pakistan, Səudiyyə Ərəbistanı və Iran isə “Mücahidləri” müdafiə edirlər.

Sovet Azərbaycanında azadlıq hərəkatının formalaşma prosesi davam edir.

“Keyhani-həvai” bu barədə də bitərəfliyi kənara ataraq Azərbaycanın daxili işlərinə qarışmaqla kifayətlənmir. Hətta, Şimali Azərbaycanın Irana birləşməsi məsələsini qaldırır. (“keyhani-həvai” qəzeti 19 dey. 1369, 9 yanvar 1991 №983. səh. 12).

Dünya hadislərini izləyənlər və siyasətin əlifbası ilə tanış olanlar bu qarşılaşmalarda tərəflərdən hansının müstəqil və hansının asılı olması barədə öz hökmlərini verməlidirlər.

Iranın son 100 illik tarixi mübarizələr və daxili müharibələr tarixidir. Bu mübarizələrdə tərəflər xarici siyasətdən öz xeyirlərinə istifadə etməyə çalışırlar. Biz Doktor Məhəmməd Müsəddiqin Milli Şura məclisində (1323-cü il, 7 dekabr) söylədiyi nitqinin bir hissəsini şahid göstərmək istəyirik. Çünki Müsəddiqin milli bir şəxsiyyət olduğuna heç kəs şübhə edə bilməz. Xüsusilə ona görə ki, Müsəddiq şimal neftinin sovetlərə verilməsinin əleyhinə çıxdı, cənub neftini milliləşdirdi, ingilislərə qarşı mübarizədə Amerikadan istifadə etməyə çalışdı. Amma baş tutmadı. Müsəttiq bu nitqində deyirdi:

“...Bu ölkədə Ingiltərə azadlıq bayraqdarı idi. Ingiltərənin səfarət xanası bu şəhərdə məsçid hökmündə idi. Bu gün Sovet Ittifaqı azadlığın bayraq darı olub...”.

“Qiyame-Iran” qəzetinin redaktoru Həsən Sədr də bununla əlaqədər aydın şəkildə yazırdı:

“Pişəvəri və onun dostlarının SSRI-yə əsaslanması eyb və ar deyil. Ona görə ki, bu gün SSRI-nin məsləhətləri bizim ölkənin kəndlilərinin, fəhlələrinin, digər ortabab və zəif təbəqələrinin mənafei ilə uyğun gəlir. Əgər Pişəvəri təkcə özünə əsaslansaydı, hakim təbəqənin qan icən canavarları ədliyyə və vətənpərvərlik qanunu adından onu hərbi hökumət, nəzmiyyə və ədliyyə orqanlarına dartar bir günün içərisində boğardılar. Çünki, qanun, zorakilığ və puldan tutmuş hər şey onların ixtiyarındadır”. (“Qiyame-Iran” qəzeti 29. 09. № 468. baş məqalə).

Indi “Keyhani-həvai” yə belə məntiqi bir sual vermək lazımdır: Əgər Azərbaycan Demokrat Firqəsi asılı bir təşkilat və “ruslara bağlı” firqədirsə, onda bəs Iraq əla Islam inqilabı məclisinə, Əfqanıstan mücahidlərinin Iranda və Pakistanda fəaliyyət göstərən partiyalarına nə ad qoymaq olar?

Bu partiyalar Iraq və Əfqanistanın daxilində deyil (Iranda və Pakistanda yerləşmişlər). Halbuki Azərbaycan Demokrat Firqəsi Azərbaycanda yaranıb və Azərbaycan Milli hökumətini Azərbaycan xalqı meydana gətirmişdilər. Azərbaycan Demokrat Firqəsinin mühacirət edən üzvləri firqənin kiçik bir hissəsini təşkil edirdi. Onların həyatları təhlükə qarşısında olduğundan qonşu ölkəyə pənah apardılar. O zaman ölkədən çıxa bilməyənlər Şahənşah ordusu tərəfindən rəhimsizcəsinə öldürüldülər, onların arvad uşaqları əsir kimi sürgün edildilər.

SSRI-də yaşayan Iranlı mühacirlər nə keçmiş nə də indiki rejim əleyhinə heç bir təxribatçılığa əl atmamışlar. Onlar iqtisadiyyat, elm və maarif müəssisələrində işləmiş, şərafətlə yaşamaq üçün müəyyən sənət və peşə öyrənməyə çalışmışlar. Onlar 1979-cu il Iran inqilabını hüsn-niyyətlə qarşıladılar, ölkəyə qayıtmağa çalışdılar, lakin onlara belə bir fürsət verilmədi.

Indi məhz belə bir şəraitdə Azərbaycan Demokrat Firqəsi Iranın təbliğat dəstgahı tərəfindən hücümlara məruz qalır. Onlar adət etdikləri kimi, hər bir milli hərəkətə qarşı çıxır və hər cürə milli təşkilatların yaranmasının qarşısını almağa çalışırlar. Çünki özlərinə inam hissini əldən vermişlər və buna görə də qadağan edilmiş partiyaların fəaliyyət göstərmələrinə dözə bilmirlər. əgər ölkədə partiyaların açıq fəaliyyət göstərmələri üçün demokratik bir şərait meydana gələrsə onda xalq hansı partiyanın asılı, hansının müstəqil və milli olduğu barədə hökm verə bilər.

“Münacir” qazeti fevral – mart 1991-ci il.


Məryəmlərin taleyi ilə maraqlanın!

Oxucu, bu şəklə diqətlə bax! Bu qadının yetımş səkkiz yaşı vardı. O, 50 ilə yaxındır ki, həyatını qadın azadlığı uğrunda mübarizəyə həsr etmişdir. Bu qadın yoxsulluq və ehtiyac üzündən ağır və təhlükəli döyüş meydanına atılmamışdır. O, varlı ailayə mənsubdur, yüksək səviyyəli ziyalı, alim yazıçıdır. Qacar sülaləsinə mənsub olan şahzadə xanımdır. Necə deyərlər, öz sinfinə “xəyanət” etmiş, zəhmətkeş qadınların, ümumiyyətlə, əmək adamlarının azadlığı uğrunda mübarizəni özünə həyat yolu seçmişdir. Bu qadın Iranın adlı-sanlı feodal-mülkadar ailəlrindən biri olan Fərman-Fərmayin qızı Məryəm Firuzdur. Məryəm xanım hələ 1942-ci ildə Iran qadınlar təşkilatının yaradıcılarından biri olmuşdur. O, 1942-53-cü illəri əhatə edən dövrdə geniş siyasi və təşkilati iş apardı, 1948-ci ildə mütərəqqi qüvvələr irticaçılar tərəfindən təqibə məruz qaldığı zaman Məryəm xanım gizli fəaliyyətə keçdi, qiyabi olaraq 5 il həbsə məhkum edildi. 1953-cü ildə ölkədən çıxdı, 1979-cu ilə qədər vətəndən uzaqlarda yaşamağa məcbur oldu.

Şah rejimi tərəfindən ikinci dəfə qiyabi mühakimə olundu, ömürlük həbsə məhkum edildi. O, mühacirət illərində də Iranın mürtəce rejiminə qarşı mübarizəni davam etdirdi, Iran inqilabi qələbə çaldıqdan sonra – 1979-cu ilin aprel ayında ölkəyə qayıtdı, yenidən qadın azadlığı uğrunda mübarizəyə qoşuldu, Iran Demokratik Qadınlar Təşkilatının bərpa edilməsində iştirak etdi, həmin təşkilata başçılıq elədi. Lakin Iran xalqlarının inqilabından sonra əldə etdiyi azadlıq tez bir zamanda boğuldu, mütərəqqi təşkilatlara hücum başlandı, vətənpəvər qüvvələrə divan tutuldu. Məryəm Firuz da təqibə məruz qalaraq 1983-cü ilin ilk aylarında həbsə alındı, bu günə qədər Iran Islam Cumhurisinin qaranlıq zindanlarında ruhi və fiziki işgəncələrə məruz qalır.

“Mühacir” qəzetinin təhririyyə heyyəti öz oxucularına müraciət edir və onları bu mübariz qadının talei ilə maraqlanmağa çağırır.

Qoy, Şimaldan Cənuba gedən dostluq elçiləri Məryəmlərin talei ilə də maraqlansınlar!

“Mühacir” qəzeti №11 may 1991-ci il.

Əmiri.


Səddamın cinayətləri və C. Buşun “Oyaq vicdanı”

Fars körfəzi müharibəsi qurtardı, Küveyt Səddamın işğalından xilas oldu. Iraqın cənubu Amerika qoşunları tərəfindən işğal edildi. Iraq xalqı (kürd və

ərəblər) Səddam Hüseyn hökumətinə qarşı ayağa qalxdılar. Səddam rejiminin özünü itirməsindən istifadə edən xalq Iraqın böyük şəhərlərinin nəzarətini ələ keçirdilər. Belə bir vaxtda Amerika öz bitərəfliyini elan etdi.

Birləşmiş qüvvələrin Bağdada doğru irəliləməsini dayandırmaq və vətəndaş müharibəsində bitərəflik elan etmək Səddama imkan verdi ki, ən qısa müddətdə özünü yığışdırsın, qüvvələrini yenidən yerbəyer etsin, qoşunun tam dağılmasının qarşısını alsın və toplu vertolyotlardan, ağır və zirehli silahlardan istefadə etməklə şəhər və yaşayış məntəqələrini xalq qüvvələrinin əlindən çıxartsın və beləliklə də yenidən diktatorluğun bərpa edilməsinə şərait yaratsın.

Məntəqə hakimlərinin toqquşma və rəqabətləri Amerika və Qərbi Avropa ölkələrinə öz mənafelərini qoruyub saxlamaq üçün manevr etməyə, öz qeyri-bərabər siyasi, iqtisadi və hərbi əlaqələrin məntəqə dövlətlərinə təhmil etməyə imkan verir.

Amerikanın Orta Şərqdə 51-ci ştatı, “ön cəbhə”də isə zərbə qüvvəsi və strateji müttəfiqi olan Israil onun hərbi və maliyyə himayəsindən tam istifadə edir. Amerika hər il əvəzsiz olaraq 3-4 milyard dollar Israilə borc verir və öz Qərb dövlətlərini məcbur edir ki, Israilin işğal olunmuş Fələstin və Livan torpaqlarına arası kəsilməyən təcavüzü qarşısında əməli iş görməsinlər.

Amerika və onun avropalı müttəfiqlərinin hərbi, siyasi və diplomatik himayəsindən istifadə edən Israil Demoklis qılıncı kimi məntəqə ölkələrinin başı üzərində asılmışdır.

Israil təcavüzünün qarşısını almaq üçün işıq yeri görünmür.

Kemp-devid sazışındən sonra Misir də Amerikanın siyasi və hərbi müttəfiqinə çevrildi. Amerikanın hərbi köməyindən və “səxavətli”borclarından istifadə etdi. Fars körfəzi şeyxləri və Səudiyyə Ərəbistanı da Amerikanın himayəsinə arxalandı.

Şahənşah iranı da Amerikanın strateji müttəfiqi kimi məntəqənin təhlükəsizliyini qorumağı öz üzərinə götürdü. Başqa sözlə, fars körfəzində milli qurtuluş hərəkatlarını əzmək işi şahənşah Iranına tapşırıldı.

Lakin məntəqədə “üsyançı” ölkələr tapılır dı ki, onlar danışıqsız olaraq Amerikaya tabe olmaq istəmirdilər. Israil təcavüzü bu amillərdən biri idi. Afrikanın şimalında Liviya, Qırmızı dəniz hövzəsində Cənubi Yəmən Israilin qonşülüğünda Suriya, Iranın qonşuluğunda Iraq inqilabdan sonra fars körfəzində Əfqanıstan və Iran bu və ya digər formada Amerikaya qarşı çıxırdılar və bəzi vaxtlarda da iki il əvvəl Liviya və inqilab illərindən sonra Iran və Əfqanıstan kimi ölkələr müstəqim və qeyri-müstəqim qulağburması alırdılar.

Son illər Amerikanın məntəqədəki strateji siyasətində köklü dəyişiklik baş verməmişdir. Lakin bu strategiyanın icrasında Iran inqilabı qarşısında Səddamı müdafiə etmək, Təbəs qumluqlarından Irana havadan hücüm etmək, Iraqın Irana hücımı və Əfqanıstan vətəndaş müharibəsi kimi bir sıra taktiki dəyişikliklər etmişdir.

Bu fürsətdən istifadə edən Səddam Qərbdən “gizli surətdə” ölüm saçan zəhərli və bioloji silah istehsal edən texnologiya almaqla böyük hərbi qüdrətə çevrildi. O, təkcə öz varlı qonşularının deyil, bəlkə Amerika və onun Qərb müttəfiqlərinin də mənafeyini qorxu altına aldı. Belə bir vaxtda Amerika Iraqa qarşı cəbhəni genişləndirə bildi və dünənə qədər Amerikanın düşmənlərindən Hesab edilən Suriya kimi ölkələri öz ətrafına toplaya bildi. Suriya tankları Amerika tankları ilə yanaşı, Iraqa qarşı yürüş apardılar. Iraqın Cənub hissəsi işğal edildikdən sonra Amerika əsgərlərinin irəliləməsi dayandırıldı və beləliklə cinayətkar Səddama öz müxaliflərini əzmək yarımcan diktatorluğa yeni can vermək üçün imkan yarandı. Nə üçün? Çünki Səddam rejiminin dağılması ilə məntəqədə “müvazinət” pozulardı, bu da Amerikanın mənafei ilə ziddiyyət təşkil edirdi. Amerikanın nəzəraratı altında olan bir Iraqın varlığı Amerika üçün “həyati” zərurət kəsb edir. Bu baxımdan Qərb siyasitçiləri öz mənafelərini qorumaq üçün Irana qarşı bir Iraqın və Iraqa qarşı bir Iranın olmasını lazım bilir elə bu məqsədlə də Iraqın daxilində gedən hadisələrə “qarışmaqdan” çəkinillər. “Literaturnaya qazeta”nın şərhçisi Mirayski bu barədə aydın danışır və yazır: “başqa bir islam respublikasının meydana gəlməsi Amerika üçün zəiflədilmiş Səddamdan daha qorxuludur”.

25 ilə yaxındır ki, Iraq xalqları diktator Səddamın qılıncı altında yaşayır və hər bir fürsətdən istifadə edərək bu rəhmsiz diktatora qarşı üsyan edirlər. lakin hər dəfə böyük dövlətlər müxtəlif formada onu müdafiə edir, xalqın üsyanını yatırıb və ona öz hakimiyyətini qorumağa imkan yaradırlar.

1975-ci ildə Iran diktatoru şahla Iraq diktatoru Səddam arasında imzalanan Əlcəzair müqaviləsi Iraqın şimalında kürdlərin hərəkatını əzməklə nəticələndi. Amerika qoşunlarının Bağdada doğru irəliməsinin dayandırılması da həmin məqsədi güdürdü ki, Səddam şimalda kürdlərin və cənubda siələrin hərəkatını əzsin və bu məqsədə çatmaq üçün insanlığa qarşı bütün vasitədən, xüsusilə zəhərli silahlardan istifadə edib, Iraqda yenədə öz diktatorluğunu bərqərar etsin. Belə bir zamanda Amerikadan aslı olan mühafizəkar Misir, Ərəbistan, Türkiyə və radikal Suriyada təhlükəilə üzləşir beləliklə əməldə Səddam müdafiə olunur. Bu dəfə də məzlum Iraq xalqı tək qaldı, Birləşmiş Millətlər Təşkilatı, təhlükəsizlik şurasının daimi üzvləri, onun “sülhsevər” baş katibi sükut etdilər. Iraq xalqının xüsusilə kürdlərin fəryadına qulaq asmadılar. Iraqın şimalında təkcə kürdlər deyil, bəlkə bu məntəqədə türkdilli azərilər də yaşayır, hava bombardmanları və zəhərli silahlar altında ölürlər. Lakin ölənlərdən ad aparılmır və günahsız Iraq xalqının öldürülməsinə qarşı etiraz olunmur.

Tarix dəfələrlə sübut etmişdir ki, böyük dövlətlərlə şahmat oynunda həmişə kiçik millətlər uduzmuşlar xüsusilə dövlət hakimiyyətindən məhrum olan millətlər dövlət hakimiyyəti əlində olan millətlərin bayrağı altına düşməyə məcbur oulrlar.

80 ilə yaxındır ki, kürd xalqı Səlahəddin Əyyubinin bu övladları öz azadlığları uğrunda çarpışır, lakin nə təkcə istiqlal, bəlkə daxili xodmuxtarlıq da əldə edə bilməmişlər. Nəyə görə? Ona görə ki, böyük dövlətlər xalqı deyil həmişə hakim dayirələri müdafiə etmişlər. Bu faciəli siyasət hazırda Iraqda həqiqətən faciəli bir şəkildə təkrar olunur. Məzlum millətlər bu faciədən ibrət dərsi almalı və çalışmalıdırlar ki, heç olmazsa, böyük qüdrətlərin əlində oyuncağa çevrilməsinlər. əgər istiqlal və azadlığ istəyirlərsə öz qüvvələrinə arxalansınlar, ya qalib gəlsinlər, ya da şərəflə ölsünlər. Bu və ya digər böyük dövlətə gedalıq əli uzatmasınlar.

“Mühacir” qəzeti aprel 1991-ci il.

Ə. Lahrudi


21 Azər (1945-1994)

21 Azər (12 dekabr 1945) hərəkatı Azərbaycan (Iran) xalqının inqilabi mübarizə tarixində ən görkəmli yer tutur. 21 Azər hərəkatı Azərbaycan xalqının milli intibahında ən yüksək zirvəsidir. 21 Azər hərəkatı Azərbaycan xalqının dünya xalqları. Içərisində özünəməxsus və layiqli yer tutmasının başlanğıcıdır.

Azərbaycan xalqı cəsarətli və mübariz xalqdır. O, Yaxın Şərq xalqları içərisində özünün azadlıqsevərliyi, zülmə və zülmkara qarşı mübarizədə inadkarliği və döyüşgənliyi ilə fərqlənir. Azərbaycan vaxtilə Avropa ilə Asiyanı birləşdirən körpü idi. Mütərəqqi ideyaların, müasir həyatın tələbi ilə səslənən baxışların Şərq dünyasına yayılmasında özünəməxsus yer tuturdu. 21 Azər Səttərxan və Xiyabani hərəkatından sonra yeniliik və müasirlik tələbi ilə çıxış edən ən böyük xalq hərəkatıdır. 21 Azər hərəkatı, eyni zamanda, milli çərçivədə ancaq Azərbacan çərçivəsində məhdudlaşan hərəkat deyil. O, Məşrutə və Xiyabani hərəkatı kimi Azərbaycandan başlanan azadlığ bütün Irana yayılmasını qarşıya məqsəd qoyan böyük hərəkat idi. 21 Azər hərəkatının böyüklüyü bir də onunla ölçülür ki, o, uzun illər azadlıq arzusu və azadlıq ideyaları ilə yaşayan Iran xalqlarının inqilabi mübarizəsinin həmişə olduğu kimi yenə də ön sırasında olmuşdur. Elə buna görə də Iranın başqa məntəqələrində müraciətlər qəbul edilirdi. Azərbaycanda başlanan hərəkatın bütün ölkəyə yayılması tələbi irəli sürülürdü. Lakin o zaman Azərbaycan ilk növbədə əldə etdiyi azadlığı qoruyub saxlamalı, onun bütün Irana yayılması üçün əsas bazaya çevrilməli idi. 21 Azər hərəkatının qarşıya qoyduğu bu ümumxalq amalı Iran çərçivəsindən çıxaraq Yaxın Şərq xalqlarının, müstəmləkə əsarəti altında inləyən ərəb dünyasının da amalı oldu. Elə buna görə də dünya xalqlarının, o cümlədən beş il alman faşistlərinin işğalı altında olan fransızların rəğbətini qazandı. Təsadüfi deyil ki, Fransanın Xarici Işlər Nazirliyi rəsmi bəyanatla Azərbaycan xalqının milli hərəkatını müdafiə etdi.

21 Azər hərəkatının ideya əsası ikinci dünya müharibəsi illərində faşizmə qarşı ölüm-dirim müharibəsi aparılan dövrdə formalaşdı. Bu azadlıq ideyası Azərbaycan xalqının ilk milli hakimiyyətinin yaranması ilə maddiləşdi. 21 Azər hərəkatı eyni zamanda müstəmləkəçilik əsarətinə qarşı başlanan ilk milli azadlıq hərəkatı idi. Bütün azadlıq hərəkatları kimi 21 Azər hərəkatı da milli və beynəlxalq xüsusiyyətə malik idi. Hərəkatın milli xüsusiyyəti Azərbaycan xalqının qadağan edilmiş dilinin və “yaddan” çıxarılmış mədəniyyətinin dirçəlməsi və rəsmiləşməsi, Azərbaycanın daxili həyatının idarə edilməsi, azərbaycanlıların daxili işlərinin özünə tapşırılması bu hərəkatın ikinci xüsusiyyətidir. Üçüncü xüsusiyyət, özü də başlıca xüsusiyyət, Aəzrabaycanda muxtariyyət ideyasına əsaslanan xudmuxtar siyasi hakimiyyətin yaranmasından ibarət idi.

Bu hərəkatın beynəlxalq əhəmiyyəti ondan ibarət idi ki, o bütün Iran xalqlarının, eləcə də məntəqə xalqlarının və dünyanın mütərəqqi qüvvələrinin hüsn-rəğbətini qazandı. 21 Azər hərəkatı bir də ona görə başqa və oxşar hərəkatlardan fərqlənirdi ki, o, iki ictimai və iqtisadi sistemin bir-birilə üz-üzə dayandığı məntəqədə qələbə çaldı. Amerika bloku ilə Sovet bloku arasında olan ziddiyyətləri üzə çıxartdı. Biz bu yazıda 21 Azər hərəkatının qələbəsindən sonrakı bir il ərzində aparılan islahatlardan geniş danışmaq, hərəkata qarşı Tehran rejiminin tutduğu düşmənçilik mövqeyindən, şahənşah ordusunun Azərbaycana etdiyi vəhşi hücumdan Azərbaycan xalqına qarşı tutulan divandan, minlərlə günahsız insanın qətlə yetirilməsindən, on millərlə azərbaycanlı ailəsinin sürgün edilməsindən, minlərlə azadlıq fədailərinin didərgün düşmələrindən danışmaq fikrində deyilik. Bu, inqilabi hərəkatların qanuna uyğunluğundan irəli gəlir. Bu, Şərlə Xeyir arasında tarix boyu aparılan çəkişmələrin məntiqi nəticəsidir. Azadlıq və istiqlayyət uğrunda gedən döyüşlərdə canlarını qurban verən mübarizlər üçün növhəxanlıq etmək, göz yaşları axıtmaq, zülmkara, qatilə, cəllada nifrət etmək mübarizlərə və onları öz arxasınca aparan mübariz təşkilatlara yaraşmayan xüsusiyyətdir. Spartak hərəkatı qulların quldarlara qarşı üsyanı idi. Roma imperatoru Sezar üsyan etmiş qulları çarmıxa çəkdi. Yoxsulların iradəsinin təmsilçisi olan Isa peyğəmbər də çarmıxa çəkildi. Elə buna görə də Spartak qəhrəmanlıq obrazına. Isa məzlumluq timsalına çevrildi. 21 Azər idealı uğrunda həlak olan, yüzlərlə qətlə yetirilən adlı-adsız qəhrəmanlar müasir dövrün spartakları idilər. elə qəhrəmanlar idilər ki, 21 Azərdən sonraki 49 illik bir dövrdə baş berən üsyanlar, Iran xalqlarının azadlığı uğrunda üsyan edən mübarizlər üçün örnəkdir...

Iran xalqlarının azadlığı uğrunda mübarizədə canlarını qurban verən Ruzbehlər, Mübəşşirilər, Doktor Hüseyn Fatimilər, Əfzəlilər, Ənuşirəvanlar, müxtəlif siyasi təşkilatlara mənsub olan yüzlərlə qəhrəmanlar 21 Azərin idealı uğrunda həlak olan igid qəhrəmanların ardıcılları olmuş, onların amal və ideyaları uğrunda canlarını qurban vermişlər. Bu qanlar heç də hədər yerə tökülməmişdir. O, Şərlə Xeyir arasında gedən vuruşmanın nəticəsi, həm də onun davamıdır.

21 Azər hərəkatı dünya və milli miqyaslı döyüş zəncirinin həlqələrindən biri idi. Hərəkatın qələbəsindən 49 il, məğlubiyyətindən isə 48 il keçir. Bizi 21 Azərdən yarım əsrlik bir dövr ayırsa da, onun ideyası yaşayır, buraxdığı iz xatirələrdən silinmir. O, Iran xalqlarının apardıqları mübarizənin ideya mənbəyinə çevrilir. Bu mübarizə bu gün Azərbaycan xalqının, onun ziyalılarının, xüsusilə Iranın ali təhsil məktəblərində oxuyan azərbaycanlı tələbələrin Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin dirçəlişi uğrunda apardığları mübarizədir.

Bütün Iran, o cümlədən Azərbaycan azadlıq uğrunda mübarizənin səhnəsinə çevrilir. Indiki şəraitdə aparılan ümumiran miqyaslı mübarizə mücərrəd xarakter daşımır. Konkret tələblərlə çıxış edir. Azərbaycanlı Iranın müstəqilliyinin təmin edilməsi, Iranda demokratik azadlıqların bərqərar edilməsi şüarı ilə yanaşı, Azərbaycan xalqının dil və mədəniyyətinin özünə qaytarması şüarını tam qətiyyətlə irəli sürür. Kürdüstanda da belədir. Milli və ümumiran tələbləri kürd xalqının əsas mübarizə şüarıdır.

Fars əyalətində, Xorasanda, Tehran, Ərak və Qəzvində baş verən çıxışlar demokratik azadlıq uğrunda gedən mübarizədir. Bu mübarizə heç də sırf məhəlli xarakter daşımır, ümumölkə xüsusiyyətinə malikdir, demokratik azadlıqlar uğrunda mübarizədir, milli dilin rəsmiləşdirməsi uğrunda mübarizədir, başqa sözlə desək, muxatriyyət uğrunda mübarizədir. Bu xalq hərəkatı Iran xalqlarının dostluq və qardaşlıq tellərinin möhkəmlənməsinə yöndəldilən mübarizədir.

Biz 21 Azərin qələbəsinin 50 illiyi ərəfəsindəyik. 1995-ci il Azərbaycan və Iran xalqlarının inqilabi mübarizə tarixində qızıl sətirlərlə yazılmış 21 Azər Iran xalqlarının azadlıq uğrunda apardıqları mübarizənin ilhamçısı olacaqdır. Biz inanırıq ki, Iran xalqları, o cümlədən Azərbaycan xalqı vahid Iran çərçivəsində öz demokratik hüquqlarına nail olacaqlar, üç min illik müştərək tarixə malik olan bu xalqlar dostluq və qardaşlıq şəraitində yaşayıb yaradacaqlar.

“Mühacir” qəzeti №13 26 dekabr 1991-ci il

Ə. Lahrudi.


21 Azər

46 il bundan əvvəl, belə bir gündə istibdad qalası Azərbaycanda süqut etdi. Təbriz qarnizonı müqavimət göstərmədən təslim oldu. Azərbaycanda milli hakimiyyət quruldu. Bu qələbə ilə Şərqin tarixində yeni fəsil açıldı. Orta əsr quruluşuna malik olan yarımfeodal və yarımkapitalist Iranın tərəqqi yoluna qədəm qoymasını, ərbab rəiyyətlik sisteminə son qoyulmasını, kəndlilərin torpaq sahibi olmasını, ölkə sərvətlərinin iqtisadi inkişafa cəlb edilməsini, pulsuz təhsil və tibbi yardım göstərilməsini, milli əqəliyyətlərin öz müqəddəratlarını təin etmək hüququna malik olmalarını zamanın özü tələb edirdi.

Demokratik Azərbaycan Iranın Demokratikləşdirməsində onun siyasi və iqtisadi istiqlaliyyətinin təmin edilməsində hərəkət verici amil ola bilərdi.

Lakin Iran irticası və dünya iperializmi bu inqilabı dəyişikliyə xoş üz göstərmədilər. Iranın başqa məntəqələrinə onun yayılmasının qarşısnı almaq üçün Azərbaycan əleyhinə sözün əsl mənasında psixoloji müharibəyə əl atdılar. Iranın daxili məsələsini beynəlxalq bir problemə çevirdilər. bu məsələni üç dövlətin xarici işlər naziri Moskva konfransında, Londonda və BMT-nin Təhlükəsizlik Şurasında müzakirə etdilər. Azərbaycanı “separatizmdə” təqsirləndirdilər. Atom şantajına əl ataraq Sovet Ittifaqını passiv bir müşahidəçiyə çevirdilər. Bütün bu oyunlar dünyanın müharibə fatehləri arasında iki lagerə bölündüyü bir şəraitdə baş verirdi. Qərbi Avropa Amerikanın təsiri altına keçirdi. Ingiltərə və Fransanın müstəmləkələri toxunulmaz qalırdı. Şərq və Qərb arasnıdakı siyasi sərhədlər daha qabarıq şəkil aldı.

Azərbaycan müharibədən sonra birinci səngər kimi iki lager arasındakı çəkişmələrin mərkəzinə, Şərq və Qərb arasında güc sınamaq üçün meydana çevrildi.

Iranın aslı rejimi müstəmləkəçilərin mənafeyini qorumaqdan aciz qaldıgı. Bir zaman dünya imperializmi Azərbaycan demokratiyasını boğdu. Iranı Qərbin məhvərinə qaytardı.

Şahın bütün sirlərinə məhrəm olan general Fərdust öz xatirələrində (“Keyhani- Həvai” qəzeti 13 şəhrivər 1370-ci il-1991-ci ilin sentyabrı) bu barədə yazırdı.

“Məhəmmədrza Sovet qoşunlarını ölkədən çıxmaq üçün ingilis və Amerika nümayəndələri ilə müntəzəm olaraq əlaqə saxlayırdı Məhəmmədrza ilə gündəlik söhbətlərindən məlum olur ki, Sovet qoşunlarını Irandan çıxarmaq barədə ona çoxlu vədlər vermişlər.

Bu illərdə Məhəmmədrza Amerika səfirliyi kəşfiyyat bölməsinin rəisi ilə tez tez görüşürdü.

Fərdust Sovet qoşunlarinin Irandan çıxarılması barədə yazır:

“Amerika rusların öz qoşunlarını Irandan çıxartmamaları ilə əlaqədar öz nümayəndəsini BMT-yə göndərməyi Irana təklif etdi, Məhəmmərza bu təklifi razılıqla qarşıladı və Hüseyin Əslani BMT-yə göndərdi”.

Fərdustun dediyinə görə, bu macərada Amerika əsas rol oynayırdı və gizlində öz əlaltı təşkilatlarına və adamlarına Iranın mövqeyi ilə razilaşmağı tapşırdı. Fərdust yazır:

“Bir gün Məhəmmədrza mənə dedi ki, Amerikanın prezidenti Trumen ruslarla cox sərt danışıb çox ehtimal ki, ruslar qoşun hissələrini Irandan cıxaracaqlar.

Fərdust əlavə edərək yazır:

“Hər halda iş o yerə catdı ki, Amerikanın BMT də olan numayəndəsi Sovet Ittifaqına ultimatum verdi və dedi əqər ruslar müəyyən edilmiş vaxtda oz qoşunlarını Irandan çıxartmasalar, iş üçüncü dünya müharibəsinə çəkəcəkdir. Bu muharibədə isə Ikinci dünya müharbəsində yorulmamış Amerika qalib gələcəkdir. Halbuki, müharibənin ağırlığını Sovet Ittifagı hamıdan cox hiss etmişdir…”

Fərdustun fikrincə amerikalıların fəaliyyətlərinin nətiçəsi o olduki, ruslar qoşunlarını Iran ərazisindən cıxartdılar.

Fərdust şahın amerikalılar ilə əlaqəsindən bəhs edərək yazır.

“Azərbaycan məsələsi, Sovet Ordusunun Irandan çıxması, habelə sonrakı hadisələr və Pişəvərinin sügutu Məhəmmədrzanı kəskin şəkildə Amerikadan qorxutdu. O, bir dəfə mənə dedi. Bu amerikalılar əcəb qüdrətlidirlər. Doğrudan da onlara arxalanmag Azərbaycanın rusların pəncəsindən xilas olmasına səbəb oldu”.

Fərdust bu fikirdədir ki:

“Məhəmməd Rza ingilisləri taxta çıxmasının zamini bilirdisə, amerikalıları Azərbaycana nicat verəni hesab edirdi. Elə buna görə də Azərbaycan məsələsi ilə əlaqədar təşəkkürünü bildirmək üçün 1328-ci ildə (1949) Amerikaya rəsmi. Səfərə getdi əslində deyə bilərəm ki, Azərbaycan hadisəsi Məhəmməd Rzanı daha qüdrətli tərəfə, yəni Amerikaya üz tutması üçün başlanğıc oldu. Bununla yanaşı Ingiltərə ilə də dostluq münasibətini qoruyub saxladı”.

Fərdust təkcə şahı deyil, bütün hakim dairələri Ingiltərənin əlaltıları kimi təqdim edərək yazır:

“Ingiltərə qoşunları Tehrana daxil olduqdan sonra 150 nəfərə qədər tanınmış hərbçi və qeyri hərbçi ingilislər tərəfindən tutularaq Əragda zindana salındılar. Ingilislər rusları belə başa saldılar ki, bunlar alman siyasətinə tərəfdar olan adamlardır və buna görə də həbsə alınmışlar. Lakin yad ordular Irandan çıxandan sonra getdikcə daha aydın oldu ki, həbsə alınan həmin adamların çoxu ingilislərin tərəfdarları və zidd kommunistlərdirlər”.

Beləliklə “Iranın əsl sahibi “Ingilislər idi və sonradan amerikalılar ona şərik çıxdılar. Onlar öz ağalıqlarını qoruyub saxlamaq üçün ən kiçik dəyişikliyə belə dözmədilər. Bunlar bütün diplomatik, siyasi və hərbi kanallardan istifadə edərək Iranda özlərinin inhisarında olan ağalığı qoruyub saxladılar”.

Bu barədə Fərdust yazır:

“Sovet qoşunları 1325-ci ilin (1946) əvvəllərində Iranı tərk etdilər. Amma Pişəvərinin bir milyon ədəd yeni silaha malik olan xudmuxtar hökumətini öz yerlərində qoyub getdilər. Azərbaycanın işğalı dövründə Pişəvəri Demokrat Firqəsini təşkil edərək Milli hökumət, məclis və ordu yaratmışdı. Firqənin sillahlı qüvvələrinin başçısı Qulam Danişyan idi. Bu zaman Qəvvam-us-Səltənə Baş vəzir idi. Qəvvam-us-Səltənə firqə ilə çox mülayim rəftar edirdi. O, deyirdi ki, Avtonomiya elə də mühum bir şey deyil. Azərbaycana bir qubernator göndərməklə biz orada mərkəzin qüdrətini nümaiş etdirə bilərik”.

Fərdust Qəvam-us-Səltənin Azərbaycan məsələsinə necə yanaşdığı barədə yazır:

“Qəvam Moskvaya səfər etdi və orada öz məsuliyyəti ilə imzaladığı müqavilənamə ilə Azərbaycanın avtonomiyasını rəsmiyyətlə tanıdı və Şimal neftinin imtiyazını Sovet Ittifaqına verəcəyini üzərinə götürdü”.

Fərdust davam edərək yazır:

“Burada belə bir sual ortalığa çıxır ki, Qəvam-us-Səltənə ingilislərlə 1919-cı il müqavilənaməsini imzalayaraq Iranı iki nüfuz dairəsinə bölən Vüsuq-üd-dövlənin qardaşıdı. Ingiltərənin Tərəfdarlarından, sədaqətli nökərlərindən biri olan Qəvam-us-Səltənə ingilislərin xəbəri olmadan Moskvaya gedib tam məsuliyyətlə belə mühüm bir müqavilənaməni imzalamasına təəssüf etmək olarmı?”

Fərdust Məhəmmmədrzanı Amerikalıların əlaltısı kimi təqdim edərək yazır:

“O, bir oyuncaq kimi Amerikalıların əmrlərini yerinə yetirdi və Amerikəlıların planları əsasında qoşunun Azərbaycana hücum etməsini qərara alındı. Azərbaycana doğru iki diviziya hərəkətə başladı. Bunlardan biri geniral Haşiminin başçılığı altında Miyana-Təbriz, digəri isə general Zərrabinin başçılığı ilə Miyana-Marağa-Təbriz istiqamətində hərəkət edirdi”.

Fərdust şahın əmri ilə general Haşimiyə pul çatdırmağ üçün Təbrizə uçur və öz müşahidələri barədə yazır:

“ Mən Təbrizin təyyarə meydanına daxil olanda onun binası hələ də yanırdı. Yük maşını ilə Təbrizə getdim. Keçdiyim yol boyu və xiyabanlar adamla dolu idi, hamının silahı var idi. Ardı kəsilmədən havaya atəş açır, yenə də Pişəvərinin tərəfdarlarını axtarırdılar. Onları evlərindən çıxarıb edam etdilər. Xiyabanların kənarlarında öldürülənlərin cəsədləri çox idi bəlkə də 2000 dən 3000 nəfərə qədər adamı edam etmişdirlər”.

General Fərdust Azərbaycanın süqüt etməsi barədə öz fikirini söyləyir və onu ciddi olmayan bir iş kimi qiymətləndirərək yazır:

“Ordu 2 istiqamətdə hərəkət etdi bir vaxtda Məhəmməd Rza mənim bir motorlu teyyarə ilə uçaraq qoşunun hərəkətini nəzərdən keçirtməyini tələb etdi”.

Fərdust özünün havadan müşahidələri əsasında Azərbaycanın təbii şəraitini belə təsvir edir:

“Azərbaycan torpağı dağlarla örtülmuşdur. Onun dörd mühüm dağ silsiləsi vardır: Miyanaya çatmamış əsas dağ silsiləsi göylərə baş qaldıran Qaflankühdur. Dağa daxil olmazdan qabaq əzəmətli körpü var ıdı. Pişəvərinin qüvvələri onu dağıltmışdılar ki. Özü hərəkət edən maşınlarla oradan gediş-gəliş mümkün olmasın. Mən bizim əsgərlərin dərənin dibinə doğru getdiklərini gördüm. əgər Pişəvərinin qüvvələri bizimlə qarşılaşmaq istəsəydilər, ən yaxşı mövqeyə malik idilər. Onların ən mühümü həmin Qaflanküh dağı idi”.

Fərdust həmin izahatdan nəticə çıxaraq yazır:

“Buna görə də Azərbaycanın tutulması ciddi bir iş hesab edilməməlidir. Əgər bu işə ciddi yanaşsaydılar Qaflanküh və onun əcaib dağlarının mövqeiyyəti nəzərə alınsaydı, 10 deviziya da oranı tuta bilməzdi”.

Fərdust yazır:

“Kiçik dəstəlr halında dağlara çəkilən tüfəngli firqəçilər Zülfüqarinin silahlı adamları tərəfindən ələ keçirilir, zindanlara göndərilir və edam olunurdular”.

21 Azərin bütün düşmənləri kimi, Fərdust da bu hərəkatın mahiyyətini təhrif etməyə, onu milli olmayan bir hərəkat kimi qələmə verməyə çalışır. Buna baxmayaraq, şahın bir çox özbaşınalıqlarının yaxından şahidi olmuş, adam kimi Fərdustun etirafları qiymətlidir.

Azərbaycan Iranın istiqlalının zamini idi. 21 Azər bu istiqlaliyyətin əsas dayağını təşkil edirdi. Əgər bütün Iran Azərbaycandan dərs alsa idi ingilis əlaltıları hakimiyyətdən uzaqlaşdırlardı və Ingiltərə Irandan qovulardı. Habelə amerikalılar da Iranda özlərinə ayağ yeri tapa bilməzdilər.

Təbiidir ki Iranda milli və demokratik qüvvələrin qələbəsi müstəmləkə sisteminə ölümcül zərbə vura bilərdi. Iranın ardınca Yaxın Şərqin digər ölkələri də müstəmləkəşilik buxovlarını qırardı və məntəqənin xalqları öz evlərinin sahibi olar, Qərbə, Şərqə qulluq etməzdilər. lakin müstəmləkəçilərin nökərləri və əlaltıları yenədə Iran xalqlarına, Iranın ab-Xakina xəyanət edirlər. Amerikanın casusları və Ingiltərənin nökərləri kimi yenidən öz ərbablarının iradəsinin icraçısına çevrildilər. Azərbaycanı işğal etdilər. Bu torpağın əhalisini qırıb çapmağa başladılar. Onlar Azərbaycandakı Milli hərəkatı boğmaqla Iranı Amerikaya hədiyyə verdilər.

Sovet Ittifaqı Azərbaycan xalqının mənafeyini özünün milli mənafeyinə qurban verdi, daha güclü olan Trumenin qarşısında geri oturdu.

O dövrün mürəkkəb beynəlxalq şəraitində Azərbaycanın əsl fədailəri olan bizlər öz mövgeyimizi müəyyənləşdirə bilmədik, gələcəyi görmək qabiliyyətinə malik olmadı. Öz mənliyimizi asanlıqla əldən verməmək üçün bir iş görə bilmədik. Dərk edə bilmədik ki, elə bir vaxtda mübarizə meydanına girək ki, öz doğma torpaqlarımızı müdafiə edə bilək. öz ayqlarımızın üstündə dura bilək, xalqın ingilabı həyacanından, məntəqənin strateji mövqeyindən istifadə edərk vətənimizi dünya imperializminin çövləngahına çevrilməsinin qarşısını ala bilək.

21 Azər hərəkatı məğlub oldu həm də çox asanlıqla, müqavimət göstərmədən məğlib oldu. Bu, təkcə Azərbaycanın deyil, həm də Şərq xalqlarının qurtuluş hərəkatının məğlubiyəti idi.

Ingilislərin Irana qayıtmaları. Amərikanın Iranda mütləq ağalığının yaranması bilavasitə bu məğlubiyyətin nəticisi idi.

Yenə də Fərdustun etirafla dolu xatirələrinə qayıdaq. O, Ingilislərin Iranda mütləq hakim olmaları barədə yazır:

“ General Ərfəin başçılıq etdiyi qeyri-rəsmi hərbi təşkilat Ingilis səfirliyinin göstərişi ilə tudəişiləri kəşf etməklə məşğul idi və şübhəli ünsürlərin Ordunun həssas işlərinə yol tapmamasına çalışırdı. Bu vəziyyət Sovet qoşunları Irandan çıxana qədər davam etdi”.

Fərdust əlavə edərək yazır:

“Amerika 1332-ci ilin 28 murdad (1953) çevrilişindən sonra qoşun əks-kəşfiyyatını və 1335-ci ildə (1956) SAVAK-ı) (ölkə təhlükəsizlik və kəşfiyyat təşkilatı) yaratdı.

Beləliklə, müharibə dövründə Ingilislər Iran ordusunda hakim mövqe tuturdular. 21 Azər hərəkatının məğlubiyyətindən sonra onun bir daha təkrar olmaması, Iranda yaşayan xalqların öz müqəddaratını ələ ala bilməmələri, azadlıq əldə edə bilməmələri üçün Amerika Iranın silahlı qüvvələrində ağalığı öz əlinə aldı. Ordunun, jandarm və polis idarələrinin təşkilat quruluşunu yeniləşdirdi. Dəhşətli SAVAK təşkilatı vasitəsi ilə Iran xalqlarını buxovladı və Iranı özünün casusluq mərkəzinə çevirdi, bizim istiqlaliyətimizi aradan apardı və azadlığımızı boğdu.

Amma Iran xalqları bu hesablamaları alt-üst etdi. Amerikanın sadiq nökəri olan şahı devirdi, Pəhləvi xanədanını Irandan qovdu. Amerikanın Irandan əlini kəsdi, Iran özünün siyasi istiqlaliyyətini qazandı.

Lakin uzun çəkmədi ki, yenədə azadlıq aradan getdi. Azlığda qalan millətlər öz müqəddaratını təyin etmək hüququndan məhrum oldular. Məhs belə bir şəraitdə azadlıq xalqın ümumi istəyinə və idealına çevrilmişdir.

21 Azərin hədəfləri bu idealların tərkib hissəsidir. Azərbaycan xalqı ona nail olmaq üçün bu gün də mübarizə aparır.

 

“Mühacir” qəzeti dekabr 1991-ci il.


Başıbəlalı Azərbaycan

Başıbəlalı Azərbaycan! Ayağa qalxırsan, yıxılıb yenə qalxırsan, ayaqların bərkiyib, dizlərin möhkəmlənib ayaq üstə durmağı bacarana qədər yıxılıb durmalısan. Indi imtahan günü başlanmışdır. Bu gün erməni əli ilə səni sındırıb, mənliyini tapdayırlar. Torpağını yandırır, övladlarını qırır, varlığına qəsd edirlər, köləlik boyunduruğunu əbədiləşdirirlər. Sən təksən. Dörd tərəfdən düşmən əhatəsindəsən. Fəryadını eşitmək istəyən yoxdur.

Sənin cənubda ayağa qalxan, “mədəni” köləlikdən qurtarmağa can atan igidlərin də tək qaldı. Harayına səs verən olmadı. Əzildi, torpağı yandırıldı, namusuna təcavüz edildi, yurd-yuvasından didərgin düşdü. Əsir kimi uzaq diyarlarda qızmar günəş altında tikanlı məftillər altinda saxlandı. O, əsartdən “Qurtarsa da” öz diyarına qayıda bilmədi. Onun övladları dil, adət-ənənələrini ununtmalı oldu. Bu zaman Cənubdan Şimala pənah gətirən də az olmadı. Bura da öz adını, sanını danmalı oldu. Ona “başını aşağı sal, dolan, dörd dövrəndə nə keçir işin olmasın, hər nə var təriflə, alqişla, ura çək” bu sənin əsas vəzifəndi dedilər. Sən burada belə bir varlığa çevrildin. Şimal torpağına sərələndin qabarlı əllərinlə bir tikə çörək qazandın. Günü, ayı saymaqla məşğul oldun. Gecələr o tayda, gündüzlər isə bu tayda oldun. Ana deyib qışqırdın, göz yaşı tökdün, aylar, illər keçdi. Yaşa doldun. Cavanlığın əldən getdi.

Yeni dövr başlandı. Yeni nəsil meydana gəldi. O daha sən deyilsən. O, yeni dövrün adamıdır. Elə bir dövrün adamıdır ki, alqışlar, təriflər gərəksizdir. Indi çəkişmə, didişmə dövrüdür. Mənəvi və əxlaqi dəyərlər öz məna və məfhumunu itirmişdir. Əxlaqiyyat və mənəviyyat elə bil kabusa çevrilmişdir. Hərə özü üçün ağadır. Şəxsi həyatda deyil, ictimai həyatda, siyasi məqamda da belədir. Millətin taleyinin həll edici mərhələsində də belədir. Ölüm-dirim məqamında da belədir. Millətin varlığı, gələcəyi, qəhramanlığı haqqında alovlu nitqlər söylənilir. Millət haqqında qəhrəmanlıq dastanları yazılır. Bu gurultulu sözlər salonlarda və meydanlarda qulaqları batırır. Ancaq hələ özünü qəhraman sayır. Özü də düşmən qapını aldığı bir zaman. Heç bir əxlaq normasına sığmayan davranışlar, bir-birini təhqir edən atmacalı replikalar, böyük siyasəti yaddan çıxarıb kiçik siyasət toruna düşənlər, “saray” intriqası ilə məşğul olanlar, bir-birinə şəxsi hesab açanlar milləti uçuruma aparırlar. Bu yersiz çəkişmələr, uşaq şıltağlığı, mənasız və yersiz rəqabətlər Azərbaycanın dünya xəritəsindən silinməsini sürətləndirir. Milləti köləliyə məhkum edir.

Vaxtilə Cənubdan şimala pənah gətirmiş cənublu da, bu faciədən yaxa qurtara bilməmiş. Ərdəbil fədaisi Xocalıda erməni gülləsi ilə həlak olur. Tərtərdə girov götürülür, evləri yandırılır, namusları təcavüzə məruz qalır. Ağdama yandırılan qrad və alazan bombaları cənubunun da evini dağıdır. Cənubdan şimala pənah gətirən fədai Qarabağdan da qaçqın düşür. Necə deyərlər tale belə gətirmişdi. Başsız qalmış xalqın taleyi belə olmalıdı.

Dövlət işində böyük vəzifə tutan Tehran bazarını öz inhisarına çevirən cənublu başbilənlər millətin deyil, pul kisəsinin fikrindədirlər. Belə də olmalıdır. Pulun vətəni yoxdur. Mənfəət gətirən sərvəti qat-qat artıran torpaq “əsil” Vətəndir.

Şimalda da belədir. Düşmən qapını alıb. Millət panikaya düşüb, başbilənlər bir-birinin canına düşüb şəxsi hesabları ayırd etməyi hər şeydən üsqtun tutur. Varlılar isə pul kisəsini daha da şişirtməklə məşğuldurlar.

Başıbəlalı Azərbaycan! Ayıl, özünə gəl, yıxılıbsan, ayağa qalx, özünə çarə qıl!

 

 

“Mühacir” qazeti aprel 1992-ci il.

Ə. L. Əlizadə.


Tehran danışıqları

Iran Islam Respublikasının təşəbbüsü ilə Tehranda keçirilən üçtərəfli danışıqlar may ayının 8-də başa çatdı. Danışıqlarda Iran dövləti tərəfindən prezıdent Rəfsəncani Azərbaycan respublikası tərəfindən Azərbaycanın müvəqqəti prezidenti Yaqub Məmmədov Ermənistan tərəfindən Ermənistan Respublikasının prezidenti Ter- Petrosyan iştirak edirdilər. Dövlət başçıları səviyyəsində keçirilən bu görüşdə dörd ildən artıq davam edən münaqişənin siyais yol ilə həll edilməsi, məntəqədə sülhün bərqərar edilməsi məsələsi müzakirə edildi. iran tərəfinin səyi nəticəsində atəşin dayandırılması barədə razılıq əldə edildi. bu haqda müvafiq sənəd imzalandı. Lakin Tehran müzakirəsi başa çatmamış Erməni silahlı qüvvələri tank və zirehli maşınların köməyi ilə üç istiqamətdə Şuşaya hücum etmiş, Ağdamı güclü raket atəşinə tutmuş ağır və şiddətli döyüşdən sonra şəhərə daxil olmuşlar.

Ermənistan respublikası Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməyə cəhd göstərir. Dörd ildən artıq davam edən bu təcavüz son aylarda daha qanlı şəkil almışdır. Xocalı faciəsi bu təcavüzün ən vəhşi forması və Şuşanın işğal edilməsi bu vəhşiliyin iyrənc mərhələsidir. Erməni təcavüzkarının arxasında duran Rusiyanın müəyyən dairələri, eləcə də Ermənilərin qərb havadarları erməni işğalçılarının bu vəhşilikləri üzərindən sükütla keçir, bununla da təcavüzun daha da genişlənməsinə şərait yaradırlar. Belə bir mürəkkəb şəraitdə münaqişə ilə əlaqədar Iranın mövqeyi necədir?

Münaqişəni dinc yol ilə həll etmək üçün Rusiya və Qazaxıstan prezidentləri vasitəçilik rolunu öz üzərinə götürdülər. Jeleznovodskda müzakirə aparıldı. Erməni tərəfi bu danışıqlarda iştirak etsə də onu pozmağa cəhd göstərdi. Noyabrın 20-də (1991) Qarabağ səmasında uçan vertolyotu partlatdılar. Qazaxıstan və Rusiya elçiləri, Azərbaycanın yüksək rütbəli dövlət xadimlərindən ibarət sərnişinləri qətlə yetirdilər. Bununla da Rusiya və Qazaxıstanın vasitəçilik missiyası sona çatdı. Rusiyanın razılığı ilə bu missiyanı Iran öz üzərinə götürdü. Xarici işlər naziri Əliəkbər Vilayəti Bakı və Irevana səfər etdi. Qarabağda vəziyyəti qəsdən gərginləşdirən erməni tərəfi Vilayətinin Qarabağa səfərinə maneçilik törətdi. Vilayətinin sülh səyləri Xocalı faciəsi ilə Rəfsəncaninin başçılıq etdiyi Tehran danışıqları isə Şuşa şəhərinin işğal edilməsi ilə boşa çıxdı. Ermənilər sülh məqsədilə deyil, dünya ictimayətini öz murdar məqsədlərindən yayındırmaq Azərbaycan tərəfinin ayıqlıq və sayıqlığını kütləşdirmək, gözlənilməz zərbə endirmək taktikasından istifadə etmək üçün danışıqlara getdilər. Tehran isə bilərəkdən və ya bilməyərəkdən Erməni hiyləsinin toruna düşdü, ona etimad etdi, onunla dostluq əlaqəsi yaratdı, Araz çayının üzərindən Ermənistanla Iranı birləşdirən körpü saldı. Dünya bazarına çıxmaq yol və dəniz limanlarından istifadə etmək üçün ermənilərə imkan yarandı, qəribə burasıdır ki, Tehran radiosu mayın 8 və 9-dakı xəbərlər proqramında Şüşada gedən döyüşlər həqqında Ermənistan teleqraf agentliyinin yaydığı xəbərlərə və Ter-Petrosyanın bu haqda verdiyi bəyanata istinad etməklə kifayətləndi.

Iran dövlət başçıları özlərini islam dünyasının müdafiəçisi, Iranı, Islam aləminin müqəddəs məkanı adlandırdıqları halda təcavüzə məruz qalan müsəlman Azərbaycan və təcavüzkar Ermənistanla münasibətdə bitərəf mövqe tutur. Başqa sözlə erməni təcəvüzünü məhkum etmir, təcavüzə məruz qalan Azərbaycanın müdafiəsinə qalxmır.

Beləliklə, Rusiya erməniləri müdafiə edir. Iran bu məsələdə bitərəf qalır, Türkiyə isə Azərbaycanla müştərək sərhəddə malik olmadığı üçün Azərbaycana təsirli kömək göstərə bilmir. Bununla da Azərbaycan tək qalır və təcavüzün qurbanı olur.

Bütün dünya Ərəb Israil münaqişəsini dinc yol ilə həll etməyə çalışır. Birləşmiş Millətlər Təşkilatının qərarı ilə yaxın Şərq Beynəlxalq konfransı keçirildi. Birbaşa Fələstin Israil müzakirəsi başlandı. Iran isə bu danışıqları Amerikanın hiləsi adlandırdı. Onu baykot etdi Israil ilə danışığa girən ərəbləri pislədi, bununla da özünü Fələstinin yeganə müdafiəçisi, müsəlmanların həqiqi arxası kimi göstərdi. Burada belə bir haqlı sual meydana çıxır ki, Iran bəs nə üçün məntəqənin ikinci Israili kimi çıxış edən, müsəlman Azərbaycanın torpaqlarını zəbt edən, Azərbaycanın ərazi bütövlüyünə qəsd edən, Azərbaycan ərazisində işğalçılıq müharibəsi aparan, Azərbaycan torpağında vəhşilik törədən, Azərbaycanın şəhər və kəndlərini viran qoyan, qadın və uşaqları əsir götürən məsihi erməni ilə yəhudi Israil kimi rəfdar etmir. Bu təcavüzkarlara qarşı ciddi tədbir görməkdən boyun qaçırır. Iranda Fələstinin müdafiə həftəsi keçirildiyi halda Azərbaycanla həmrəylik günü belə keçirilmir. 20 milyon Azərbaycanlının şimal qardaşları ilə həmdərdlik səsinin eşidilməsinə imkan verilmir. Şimalı Azərbaycan əhalisi bu suallara cavab gözləyirlər?

“Mühacir” qəzeti 15 may 1992-ci il.

Ə. L. Əlizadə


Azərbaycan və onun tarixi rolu

Ağaye Haşimi Rəfsəncani (iyun ayının 29-da) Şərqi Azərbaycanın “nümayəndələri” ilə görüşündə demişdir: “Azərbaycan siyasi cəhətdən böyük əhəmiyyətə malikdir. Ölkənin inkişaf planında onun özünəməxsus yeri var”.

Görüş zamanı “nümayəndələr” Azərbaycanın siyasi və ictimai vəziyyəti haqqında prezidentə məlumat vermişlər. Rəfsəncani həmin görüşdə təkid edərək demişdir:“Məsul məqamlar Azərbaycanın problemlərinin həlli üçün ciddi sürətdə fikirləşməlidirlər”.

Mövcud şəraitdə bu görüşü təsadüfi hesab etmək olmaz. Həmçinin Rəfsəncaninin Azərbaycanın siyasi cəhətdən əhəmiyyətli olması məsələsinə toxunması da təsadüfi deyil. Iranın tarixi ilə az çox tanış olanlar yaxşı bilirlər ki, ölkədə baş verən hər bir ictimai və siyasi dəyişikliklərdə Azərbaycanın həmişə xüsusi rolu olmuşdur.

Son zamanlar məmləkətin bir neçə şəhərində baş verən iğtişaşlar bir daha göstərdi ki, ölkədə siyasi həyat coşub qaynayır.

Iranda müxtəlif xalqlar, o cümlədən 20 milyon azərbaycanlı yaşayır. Əsrlər boyu burada yaşayan xalqlar zülmə məruz qalmış və onların mədəni inkişafı üçün lazımi şərait yaranmamışdır. Ana dilləri yasaq edilmişdir. Azərbaycan xalqı hər bir fürsətdən istifadə edərək özünün, habelə digər xalqların azadlıq və mədəni inkişafı uğrunda mübarızəni davam etdirmişdir. Tarix boyu azərbaycanlılar təkcə öz xalqı üçün yox, ölkədə yaşayan digər azlıqlar üçün də azadlıq və iqtisadi inkişaf tələb etmişlər. Məhz bu ideallara görə Iran kimi bir ölkənin bir əyalətində (Azərbaycanda) o əyalətin bir şəhərində (Təbrizdə) və bu şəhərin bir küçəsində (Xiyaban küçəsində) Səttarxan kimi sərkərdə ayağa qalxdı və Məşrutə hərəkatına başçılıq etdi. Yenə də Təbrizdə Şeyx Məhəmməd Xiyabani Vüsuqüddövlənin Iran xalqlarının köləlik boyunduruğuna salan Iran – Ingilis müqavilənaməsinin əleyhinə qiyam etdi. O, öz canını da bu yolda qurban verdi. Şeyx Məhəmməd Xiyabanin yaratdığı partiyanın Azərbaycan Demokrat Partiyası adlandırılması da təsadüfi deyildir. S. C. Pişəvərinin başçılığ etdiyi Azərbaycan Demokrat Firqəsi (ADF) Azərbaycan üçün Milli Muxtariyyət, Iran üçün ərazi bütövlüyü və həqiqi istiqlal uğrunda mübarizə aparmışdı.

1979-cu il inqilabında Azərbaycanlılar Iranın azadlığı və istiqlalı naminə döyüşmüşlər.

1356-cı ilin bəhmən ayının 29-da (1978-ci il) baş vermiş Təbriz qiyamını şahliq üsul idarəsinin fəqərə sütunun sındırılan gün kimi qiymətləndirməkdə səhv etmirlər. Bəhmən ingilabının qələbəsində Azərbaycanın həlledici rolu barədə Xomeyni, Bazərqan, Həbibi, Rəfsəncani və dəfələrlə söz açmışlar. Bu görüşdə Rəfsəncanin dediyi sözlər bu həqiqəti bir daha sübut etdi.

Vaxtilə mübariz bir azərbaycanlı Iranın və ictimai dəyişikliklərində azərbaycanlıların rolundan demişdir. “Əgər Iranda ictimai və inqilabi hadisələri bir teatr tamaşası kimi götürsək onda azərbaycanlıların rolu bundan ibarət olardı ki, o birinci səhnəyə çıxır və əsərdə baş verən hadisələrin təməlini qoyur. Əgər həmin tamaşa bu istiqamətdə davam edərsə bundan azərbaycanlılar var qüvvə ilə ona kömək edirlər. Lakin əgər tamaşada cərəyən edən hadisələr öz məcrasından çıxarsa, onda yenədə azərbaycanlılar axırda səhnəyə çıxıb və bu tamaşanın davam etməsinin qarşısını alır”. Bu sözlərdə böyük bir həqiqət var artıq 13 ildir ki, Iranda baş vermiş xalq ihqilabı öz məcrasından çıxmışdır. Bu inqilabın qələbəsində birinci olaraq Azərbaycan səhnəyə çıxmışdır. Indi onun sonrakı rolunun vaxtı çatmışdır. Görünür hakim dairələrini təşvişə salan da elə odur.

Neçə ay bunda əvvəl Təbriz universiteti tələbələrinin Azərbaycan dili ilə əlaqədar keçirdikləri mitinqi, son zamanlar isə cavanların və digər zümrələrin dövlətin Qarabağdakı siyasətini tənqid etməsi, habelə digər etirazlar bu hərəkatın müqəddəməsi kimi qiymətlənə bilər.

Rəfsancaninin görüşdə verdiyi boş vədlərə gəldikdə isə bunu demək olar ki, bu val indiyədək dəfələrlə səslənmışdir. Lakin Azərbaycan xalqının həqiqi mədəni və ictimai inkişafı üçün təsiri olmamışdır. Azərbaycan xalqı yaxşı bilir ki, “Nəğd sirkə nisyə halvadan yaxşıdır”.

“Mühacir” qəzeti 14 iyul 1992-ci il.

Lahrudi.


Fantom miglə əvəz edilir

1828-ci il Türkmənçay müqaviləsi, Qafqazın Rusiyaya ilhaq edilməsi Iranı ordu saxlamaqdan, müstəqil daxili və xarici siyasət yeritməkdən məhrum etdi. Qədim tarixə və zəngin mədəniyyətə malik olan bu ölkə Rusiyadan tam asılı vəziyyətə düşdü. Lakin Ingilis imperatorluğunun Iranın cənub məntəqələrində hakim mövqe tutması bu ölkəni tamamilə aradan gedib Rusiyaya birləşdirilməsinə mane oldu. “Müstəqil” Iran adlanan coğrafi məf f hum Rusiya ilə Ingiltərə arasında nüfuz dairəsinə bölündü. Iki yırtıcı imperatorluq arasında bufer rolunu oynadı.

Çarizmi məhv edən oktyabr inqilabı Seyid Həsən Təqizadənin dediyi kimi Iranın boğazına asılan edam kəndirini qırdı, o yenidən nəfəs almaq imkanı əldə etdi. Ingilis generallarının köməyi ilə dövlət çevrilişi edən Rza xan Türkmənçay müqaviləsindən 97 il sonra qanlı diktaturaya əsaslanan mərkəzləşmiş dövlət yaratdı. “Bolşevizm” nüfuzuna mane olmaq üçün Iranın şimal sərhədlərini bağladı. Yeni Avropa sistemli ordu yaratdı. Onu xarici silahlarla silahlandırdı. Əvvəlcə Ingiltərəyə, sonra isə Hitler Almaniyasına meyl göstərən Rza şah ikinci dünya müharibəsi illərində Irana daxil olan Ingilis qoşunları komandanlığı tərəfindən tutulub Cənubi Afrikaya sürgün edildi. 22 yaşlı Məhəmməd Rza hakimiyyətə gətirildi. Ikinci dünya müharibəsi sona çatdıqdan sonra Amerika məntəqə və Irana hakim kəsildi, Iran qoşunları Amerika silahı ilə, o cümlədən Fantom təyyarələrilə təchiz edildi. 70-ci illərdə Iran məntəqədə ən qüdrətli silahlı qüvvəyə malik oldu. Nikson doktrinasına uyğun olaraq Qərbin məntəqə mənafeinin qorunması Iran şahına tapşırıldı. Ingilis dövləti Fars körfəzindən öz hərbi dəniz donanmasını çıxartdı. Strateji əhəmiyyətə malik olan Əbumusa böyük və kiçik tomb adaları Irana verildi. Omman sultanına qarşı mübarizə aparan Zufar milli azadlıq hərəkatı Iran qoşunları tərəfindən yatırıldı. Nəhəyat Iraqla silahlı münaqişədə üstünlük qazanan Iran məntəqənin Foqul dövlətinə çevrildi. Iran Islam inqilabı bu prosesi dayandırdı. Ziddi xarici şüarla hakimiyyətə gələn rejim nə şərqi, nə qərbi siyasət yeritməklə Iran təkləndi. Qərb tərəfindən iqtisadi mühasirəyə alındı. Həm Qərb, həm də Şərqdən silah almaq imkanından məhrum oldu. Lakin Iran – Iraq müharibəsi qurtardıqdan, Rusiyada siyasi sistem dağılmağa başladıqdan sonra Iran – Rusiya münasibətləri yeni əsaslar üzərində quruldu. Bununla da Iran qoşunlarının silahlanması üçün Rusiya əlverişli silah mənbəinə çevrildi Fantom təyarələrinin yerini Mik təyyarələri tutdu. Iran təkcə 1991-ci ildə silah almaq üçün 2 milyard dollar pul xərc etmişdir. Bu il həmin məqsəd üçün xərclənən pulun miqdarı daha çox olacaqdır. Çünki Iran yenə də məntəqədə fovqul dövlət olmağa can atır. Iraq ilə müharibədə itirdiklərini bərpa etməyə səy göstərir. Beş illik bir müddətdə müharibə ərəfəsindəki qüdrətə nail olmaq istəyir. Bu silahlar əsas etibarı ilə Rusiyadan alınır. Təkcə keçən ildə Moskva Irana 1 milyard dollar məbləğində silah satmışdır. 16 mik, 29 qırıcı təyyarə SU_24 bombardmançı təyyarə, top və yer-hava S-A-5 raketlər həmin silahlar içərisindədir. Bunların hamısı 1989-cü ildə Sovet Ittifaqı ilə bağlanmış 10 milyard dollarlıq “silah və neft” sazişinə daxil olan silah alveridir. 1992-ci ildə Iran Rusiyadan daha 1 milyard dollarlıq silah almağı nəzərdə tutur. Dizel matoru ilə işləyən 3 sualtı gəmi alınacaq silahlar sırasındadır.

Iran – Hormuz boğazına nəzarət etmək üçün kicik sualtı gəmilər almağı da planlaşdırmışdır. Bunun üçün Iran matrosları Latviyada 500 nəfər aviopilot isə Rusiyada təlim alırlar.

Iran təkcə Rusiya deyil, Çin dövlətindən də silah alır. Bu silahlar “Stenges” raketlərlə təchiz edilmiş patrol gəmilərindən ibarətdir. Bundan əlavə Iraqın 148 hərbi və müsafir daşıyan təyyarələri də Iranın əlindədir. Bunlar körfəz müharibəsində Iraqdan Irana uçan təyyarələrdir.

Iran Əfqan mücahidləri ilə də əlaqə yaratmağa çalışır. Bu əlaqə “Stenges”, “Iskad” və MI 8 hərbi vertalyot almaq üçün yaradılır.

Iran Qırğızıstandan ən ücüz qiymətə başa gələn 500 milyon dollarlıq silah almışdır. Iran son vaxtlarda Hindistan, Argentina, Pakistan, Almaniya və Çin ilə güya dinc məqsəd daşıyan atom texnalogiyası almaq üçün danışıqlar aparır. Amerika mənbələri qeyd edirlər ki, Iran şimali Koreyadan 150 orta uçuşlu raket almışdır.

Qərb Iranın silahlanmasına ciddi yanaşır. Bu münasibətlə təhlükəsizlik şurasının 5 daimi üzvünün görüşü olmuşdur. Yaxın və Orta Şərqə satılan silahların 90 faizi həmin ölkələrdə istehsal olunur. Bu görüşdə Yaxın və Orta Şərq məntəqəsinə silah göndərilməsini məhdudlaşdırmaq barədə məsələ müzakirə etmişlər. Lakin bu görüşlərin müvəfəqiyyəti o qədər də gözə çarpan deyil. Çin və Rusiyanın fikrincə Iraqın Küveytə hücumundan sonra Amerika Yaxın və Orta Şərq ölkələrinə 20 milyard dollarlıq silah satmağı planlaşdırmışdır. Bununla əlaqədar müşahidəcilər belə hesab edirlər ki, Iran özünün hərbi qüdrətini bərpa edəcəkdir. Bu isə məntəqədə ağır nəticə verə bilər.

Iran böyük və qüdrətli dövlət kimi öz əzəmətini 7-ci əsrin ortalarında, Qadisiyyə döyüşündən sonra əldən verdi. Elə bil ki, həmişəlik olaraq əldən verdi.

Pəhləvi sülaləsi Iranın əzəmətini bərpa etmək şüarı altında Iran ordusunu xarici silahlarla silahlandırdı. Lakin Iranın əzəmətinin bərpa edilməsi mümkün olmadı. Pəhləvi sülaləsi yıxıldıqdan sonra Amerika Iranın siyasi səhnəsindən qovuldu. Iran öz siyasi istiqlalını əldə etdi. Indi Iranın daxili və xarici siyasəti xarici paytaxtlarla işlənib hazırlanmır. Iran dövləti Məhəmməd Rza şah kimi xarici səfarətxanalardan göstəriş almır. Lakin siyasi cəhəttcə müstəqil olan Iran dövləti öz sələfləri kimi xaricdən silah almaqla məntəqədə fovqəl dövlətə çevrilməyə, bununla da Iranın əzəmətini bərpa etməyə çalışır. Bu isə məntəqədə gərginliyi daha da şiddətləndirər, silahlı toqquşma ehtimalını qat-qat artırar.

Əhalinin dolanışığı hesabına silah almaq özü məntəqədə sürətlə silahlanmaya medam vermək geridə qalmış bir ölkəni iflasa uğratmaqdan başqa bir şey deyildir.

Sovet Ittifaqının dağılması göz qarşısındadır bu ölkənin dağılmasında sürətlə silahlanma başlıca amillərdən biridir. Fantom və miklə keçmişi bərpa etmək, cəhdi macəracılıq məzmunu daşiyan “xoş arzu” dur.

 

 

“Mühacir” qazeti №13 (34) 14 iyul 1992-ci il.


Ermənistan Azərbaycan münaqişəsinə bir baxış

1988-ci ildən başlayaraq Qafqazda siyasi vəziyyət gərginləşməyə başlayır. Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistanla birləşmək haqqında qərar qəbul edir. Bu separat əməl iki respublika arasındakı münasibətləri gərginləşdirir. Ermənistanda yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından qovulur. Azərbaycanın şəhər və kəndləri qaçqınlarla dolur, əhali arasında intiqam hissi güclənir. Hadisələr getdikcə kontroldan çıxır. Qarşı-qarşıya durma təhlükəli vəziyyət alır. Zahirdə “barışdırıcı rol oynayan” mərkəz əməldə erməni separatçılarına arxa çıxır. Münasibətlər gərginləşir. 20 yanvar qanlı faciəsi baş verir. Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən xaric olur. Rusiyanın Dağlıq Qarabağda yerləşən polku erməni silahlı qüvvələri ilə birlikdə Azərbaycan kəndlərini işğal edir. Azərbaycanlı sakinləri buradan çıxarır. Faciə daha təhlükəli şəkil alır. Xocalı qırğınına əl atılır. Şuşa süqut edir. Laçın işğal altına alınır. Aran Qarabağ panikaya düşür. Şəhərlər və kəndlər ardı-arası kəsilmədən silahlı dəstələri ilk baxışda yenilməz qüvvə kimi təsəvvür edilir.

Hadisə nə üçün bu istiqamətdə inkişaf etdi? Daxili və xarici faktorları nəzərdən keçirək: Daxili faktor: Dağlıq Qarabağ hadisəsi bütün Azərbaycanı hərəkətə gətirdi, onu dərin yuxudan oyatdı. Azərbaycan xalqının milli istiqlal hərəkatının başlanğıcı oldu. Sumqayıt hadisəsi amansızlığına və rəhmsizliyinə baxmayaraq qorxu hissini sındırdı. Kütlələrə mərkəzə sözsüz boyun əyməmək ruhu aşıladı. Xalqın intibahı üçün hərəkətverici amil oldu. Yeni siyasi və ictimai təşkilatlar o, cümlədən Xalq Cəbhəsi Qarabağ hərəkatının dalğaları üzərində meydana gəldilər, formalaşdılar və kütləvi təşkilata çevrildilər.

Lakin xalqın dirçəlişinə təkan verən Qarabağ hadisəsi xalqın birliyini təmin edə bilmədi. Siyasi cərəyanlarla hakimiyyət arasında uçurum yarandı. Birincinin mərkəzlə qarşı-qarşıya durmasına, ikincinin isə mərkəzə yaxınlaşmasına şərait yaratdı. Daxili çəkişmələr, erməni separatçılarına öz mövqelərini möhkəmləndirməyə, Dağlığ Qarabağı əməldə Azərbaycanın nəzarəti altından çıxarmağa imkan yaratdı. Qarabağdakı erməni “qələbəsi” Şuşanın və Laçının asanlıqla süqutu da bu çəkişmələrin nəticəsi idi.

Xarici faktorlar: Beləliklə milli azadlıq yoluna qədəm qoyan Azərbaycan güclü siyasi və iqtisadi təzyiqə məruz qaldı. Informasiya blokadası siyasi blokada ilə “təkmil”ləşdi. Bu isə Azərbaycanın daxili cəbhədə parçalanma, xarici aləmdə təklənməsi ilə əlaqədar idi. Xristianlıq dünyası ermənilərin arxasında dayandılar. Islam dünyası isə bu işdə fəallıq göstərmədi. Həmahəng siyasət yeritməyə nail olmadı. Müsəlman dünyası bir növ sükuta vardı. Azərbaycana siyasi və mənəvi yardım belə göstərmədi. Türkiyənin və Iranın istiqaməti isə biri digərini təsirdən salan istiqamətdə aparıldı. Türkiyə Azərbaycanı Qərbə yaxınlaşdırmağa, Iran isə onu Qərbdən uzaqlaşdırmağa cəhd göstərdi.

Azərbaycanın Türkiyəyə artan meyli Azərbaycan – Iran münasibətlərində sərinlik əmələ gətirtdi. Fürsətdən istifadə edən Ermənistan Irana yaxınlaşdı. Iran və Rusiya əlaqələri genişləndi. Rusiya Iran qoşunlarını ucuz, eyni halda modern silahlarla təchiz edən yeganə mənbəyə çevrildi.

Bu zaman Qarabağ məsələsinin dinc yol ilə həll edilməsi missiyasını öz öhdəsinə götürən Qazaxıstan və Rusiyanın vasitəçilik cəhdi boşa çıxdı. Bu rolu Iran öz öhdəsinə götürdü.

Ilk addım Vilayətinin məntəqəyə səfəri ilə başlandı. O, Azərbaycan və Ermənistanda oldu. Lakin əsl münaqişə məntəqəsi olan Dağlıq Qarabağa gedə bilmədi. Qarabağ erməniləri bu səfərə mane oldular. Vilayəti isə bununla əlaqədar ciddi əksül-əməl göstərmədi. Onun Yerevan müsafirəti isə vasitəçilikdən daha çox Iran–Erməni münasibətlərinin müzakirəsinə həsr olundu. Vilayətinin boşa çıxan bu məmuriyyətindən sonra ermənilər Xocalı faciəsini törətdilər. Bu isə istər-istəməz Azərbaycanda Irana qarşı mənfi rəy yaratdı. Iran öz vasitəçilik rolunu Rusiyanın razılığı ilə yenidən başladı. Bu dəfə Tehran görüşləri təşkil edildi. Namərd Erməni Azərbaycanda yaranmış ağır siyasi vəziyyətdən istifadə edərək Tehran görüşünün nəticələrini pozmaq məqsədilə Şuşa və Laçın istiqamətində hərbi əməliyyat apardı. Hər iki şəhər müqavimət göstərmədən süqut etdi. Irana qarşı etimadsızlıq əhval-ruhiyyəsi geniş miqyas aldı. Azərbaycanın rəsmi və qeyri-rəsmi məqamları bununla əlaqədar öz narazlıqlarını bildirdilər. Bu zaman Azərbaycanın xarici siyasətinin başlıca istiqaməti elan edildi. Türkiyə, Amerika və Ingiltərə ilə yaxın əlaqə saxlamaq Azərbaycanın xarici siyasətində ön plana çəkildi.

Azərbaycan ərazisində qanlı müharibə gedir. Erməni təcavüzkarı min bir taktiki hiyləyə əl atır, Rusiya ilə təhlükəsizlik haqqında müqavilə imzalayır, Iranla əlaqələri genişləndirməyə çalışır, Azərbaycana qarşı şimalda və cənubda mənfi rəy yaradır. Belə bir hiyləgər düşmənə qarşı mübarizədə düzgün taktika seçmək, çevik siyasət yeritmək, düşmənin müvəqqəti müttəfiqlərini bitərəfləşdirmək, bitərəfləri cəzb etmək, narazıları muxaliflərdən ayırmaq ilə düşməni təkləməyə nail olmaq, təcrübəli diplomatiyanın başlıca vəzifəsidir.

 

“Mühacir” qəzeti 14 iyul 1992-ci il.

Ə. L. Əhmədzadə.


“Bizim əsas məqsədimiz Iranda demokratiyanın bərqərar olmasıdır”

Sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının 47-ci mətbuət konfransı keçirilmişdir. Yalnız təəssüf etmək olar ki, Ali Sovetin sədrinin də mətbuat konfransı təsadüfən həmin günə və həmin saata təyin olunmuşdu və ADF-nin təşkil etdiyi bu tədbirə mətbuatımızın laqeyd münasibətini ancaq bununla izah etmək olar. ADF-nin tarixi və fəaliyyəti haqqında oxuculara daha geniş məlumat vermək üçün “Istiqlal”ın müxbiri mətbuat konfransından sonra Firqənin ildönümünə həsr olunmuş sədri Əmrəli Lahrudi ilə görüşmüş və ondan müsahibə almışdır.

Y.Ə.: Əmralı müəllim, ADF-nin yaranmasının 47-ci ildönümü münasıbətilə Sizi və Firqənin üzvlərini təbrik edirik. Cənubi Azərbaycanda milli şüurun formalanmasına və ümumiyyətlə Iranda demokratik proseslərin inkişafına ADF-nin təsiri böyük olub. ADF-nin tarixi barədə və Sizin Firqəyə sədr olduğunuz dövrdə onun fəaliyyəti haqqında oxucularımıza qısa məlumat versəydiniz yaxşı olardı.

Ə.L.: ADF ikinci dünya müharibəsi qurtarandan sonra təşkil olub. Burada əsas hədəf Iranda diktatorluğun yenidən bərpasının qarşısını almaq, Azərbaycanda yaranan demokratiyanı bütün Irana yaymaq idi. O zaman S. C. Pişəvəri deyirdi ki, iki yol ayrıcında durmuşuğ. Ya diktatorluq bərpa olur və ya demokratiya qalib gəlir. Iranda Azərbaycan xalqına milli muxtariyyət verilməsi məsələsini ilk dəfə ADF qaldırdı. Bu xalqın demokratik ruhundan irəli gəlirdi. Azərbaycan xalqının inqilabi ənənəsi, müasir dövrün faşizmə qarşı, Atlantik xartiyasının üç böyük dövlət tərəfindən imzalanması Azərbaycanda böyük intizar yaratdı və Azərbaycan xalqı müharıbə qurtarandan üç ay sonra Təbrizdə öz milli hökumətini qurdu. Bütün Azərbaycanda milli hökumətin orqanları yarandı. Az bir zamanda dövlət universiteti yarandı. Inanın ki, altı ay ərzində kitablar, dərsliklər yazıldı, ibtidai məktəbdən 12-ci sinfə qədər və ali məkitəblərdə dərs keçmək üçün tamamilə Azərbaycan dili dərslikləri istifadə olundu. Şəhərin yolları asfaltlandı, dövlət rodiosu təşkil olundu, Azərbaycan Dövlət filarmoniyası yaradıldı. Dövlət torpağları pulsuz kəndlilərə paylandı, mülkədarlarla- kəndlilər arasında münasıbətlər nizama salındı. Azərbaycan Yaxın Şərqdə ən təhlükəsiz, əmin-amanlıq hökm sürən bir məntəqəyə çevrildi. Təbiidir ki. O vaxt bu işə həm şah, həm də ingilislər və amerikalılar qarışdı. Bu tərəfdən də Rusiya müharıbədən çıxmışdı və bizə heç bir kömək etmədi. Elə o ümumi mühütə uyğun olaraq biz də müqavimət göstərməmək məcburiyyətində qaldıq. Eyni zamanda Azərbaycan hökumətinin Iranla bağladığı müqaviləyə əsasən Iran qoşunları Azərbaycana ancaq seçkilərə nəzarət etmək üçün gəlməli idi. Azərbaycanda mövcud vəziyyət olduğu kimi qalmalı. Milli Əncumən, əyalət Əncumənləri (yerli qanunverici orqanlar-red.) və digər dövlət orqanları milli hökumətin yaratdıqğı və həyata keçirdiyi siyasəti icra etməli idi. Bu müqaviləyə əsasən Iranın başqa yerlərində də dövlət torpağları kəndlilərə paylanılmalı. Milli Əncumənlər yaradılmalı və Iranda da demokratikləşmə prosesi getməli idi. Lakin müqaviləyə xainlik edən, arxa çevirən Iran dövləti o vaxtkı Amerika səfiri C. Alenin şifahi təzyiqi nəticəsində bizi geri oturtdu. Biz müqavimət göstərmədik, sadəcə geri oturduq. O vaxtdan biz mühacirətdəyik. Bizim MK-mız Bakıya köçdü. Pişəvəri Bakıdı yerləşdirildi. Firqəmiz bərpa oldu, “Azərbaycan” qəzeti təşkil oldu. Artıq 46 ildir ki, biz burada fəaliyyət gəstəririk.

1979-cu ilin aprelində Firqənin plenimu keçirildi və mən sədr seçildim. bir aydan sonra Firqə konfransı keçirildi. Yeni rəhbərlik seçıldı. Onlar Irana getməli idilər. Iranda Islam inqilabının qələbəsindən sonra ADF Təbrizdə və bütün Azərbaycanda öz fəaliyyətini bərpa etmişdi. Lakin iki aydan sonra sərhəd bağlandı və biz Irana gedə bimədik. Vətənə qayıtmaq üçün Iranda demokratiya bərqərar olmalıdır. Israr edirik ki, xalqlara azadlıq verilsin. Bütün partiyalar azad fəaliyyət göstərmək hüququ qazansın. Xaricdə olan siyasi mühacirlər siyasi adam kimi vətənə qayıtsın, adi adam kimi yox Biz bu bəyaniyyə ilə çıxmış etmişdik. Bizim bəyannaməmiz böyük əks-sədaya səbəb oldu. Bir neçə dəfə “Amerikanın səsi” radiosuna müsahibə verdik. Respublika qəzetlərində bəyannaməmizi yaydıq. Indi bizim fəaliyyətimizin əsas məqsədi Iran hökumətinin ADF-nin Iranda açıq fəaliyyət göstərməsinə icazə verməsinə nail olmaqdır. 1992-ci ilin sentyabrın 3-də keçirdiyimiz mətbuat konfransı da bu məqsədə xidmət edirdi. Iranın özündə camaat indi güclü siyasətləşib. Son vaxtlar Təbrizdə, Xorasanda, Tehranda, Məşhəddə, Əraqda, Isfahanda böyük çıxışlar olub. Əraqda, Şirazda, Xorasanda bu çıxışlar kütləvi xarakter almışdır. Dövlət idarələrinə hücüm olub, polis və zərbəçi qüvvələr onlara qarşı silah işlədib. Onlarca adam öldürülüb, yüzlərcə zindanlara atılıb, camaatın gözü qarşısında dar ağacından asılıb, beləliklə, Iranda siyasi fəaliyyət ümumiyyətlə küclənir. Həm Azərbaycanda, həm Kürdüstanda, həm Iran Türkmənistanında milli muxtariyyət, milli azadlıq uğrunda mübarizə genişlənir. Bizim təşkilat da bu axınla birlikdə öz mübarizəsini aparır.

Y.Ə.: Əmirəli müəllim, 1945-ci ildə ADF-nin yaranması ilə Stalinin inqilabi ixrac etmək siyasəti arasında bir əlaqə olubdur?

Ə.L.: Bu, heç vaxt ola bilməz. Və buna bir neçə səbəb var. Bir səbəb odur ki, faşizm yıxılandan sonra bütün dünyada milli azadlıq hərəkatı baş qaldırmışdır. Müharibə qurtarandan bir neçə il sonra Afrikada müstəmləkəçilik ləğv oldu. Bu, müharibədə qələbə ilə bağlı meydana çıxan qüvvələrin yaratdığı yeni tarazlığın nəticəsi idi. Istəsək də, istəməsək də SSRI mənfi və ya müsbət qiymətləndirilsə də o, faşizm üzərində qələbə çalmışdı. Və onun 3-cü dünyaya təsiri böyük idi. Məhz bu təsirin nəticəsində 3-cü dünya müstəmləkəçilik zəncirindən azad ola bildi. Azərbaycan da həmçinin. 1945-ci ilin sentyabrın 2-də Yaponiya təslim oldu, 3-də Firqə yarandı. 3 aydan sonra milli hərəkat Azərbaycanda qalib gəldi. Obyektiv olaraq milli azadlıq hərəkatına SSRI-nin təsiri var idi. Lakin əgər Qərb öz tərəfdarlarına milli azadlıq hərəkatını boğmaq üçün silah, pul verirdi, kömək eləyirdisə, nə üçün milli azadlıq hərəkatlarına arxa olan, silah verəni inqilabı ixrac edən adlandırırıq. Bu xalqların milli-azadıq hərəkatlarına təkan verməkdir. Qərbin, amerikalıların gücü çatmırdı gəlib istədiyi kimi xalqların başını əzsin, öz siyasətinə tabe olan adamı gətirib hakimiyyətə qoysun. 2-ci səbəb isə odur ki, Iranda minlərlə azərbaycanlı bir il vuruşub. Səttarxan hərəkatında, Xiyabani hərəkatı dövründə Rusiya Azərbaycana kömək etmədi. Əksinə, 19-11-ci ildə rus ordusu Culfadan keçib daxil oldu Təbrizə və Səttarxan hərəkatını ümumimyyətlə, dayandırdı. O zaman Azərbaycan bütün Iranda məşrutiyyə, konstitusion monarxiyası yaranmasında başlıca rol oynayıb, şimalda rus qoşunlarına, cənubda ingilislərə qarşı vuruşa-vuruşa. Düzdür, o zaman Qafqazdan az-maz maddi kömək, silah gəlirdi. Amma təbrizlilər bir il mühasirədə idi. Şahzadə Eynedollənin qoşunları şəhəri mühasirəyə almışdı. Təbrizlilər yonca yeyib məşrutəni saxladılar. Demək, Təbrizin özünün, Azərbaycanın qeyrəti vardır ki, o xaricdən kömək almadan öz azadlığı uğrunda mübarizə apardı. 1946-ci ildə Azərbaycanda milli-azadlıq hərəkatının qalib gəlməsi üçün hər şərait var idi. Rus, ingilis, amerika qoşunlarının Iranda olması sadəcə istifadə olunmuşdu. Onların Iranda olması demokratiyaya şərait yaradırdı. Şah qaçmışdır, xalq ayılmışdır, təşkilatlar yaranırdı. Bizim 30 min fədaimiz var idi, 40 minlik qızılbaşlar təşkil olundu. Onların arasında bir rus məsləhətçisi belə yox idi. Azərbaycan xalqı heç kəsdən maddı kömək almayaraq öz milli hökumətini qurmuşdu.

Y.Ə.: Cənubi Azərbaycanda xalq hərəkatının məğlub olmasında Rusiya, ABŞ, Igiltərə üçlüyünün Irana qoşun yeritməmək və Iranın ərazı böyüklüyünü təmin etmək haqqında müqaviləsinin təsiri olubmu?

Ə.L.: 1943-ci ilin yanvarında keçirilən Tehran konfransında Iranın ərazı bütövlüyü və dövlət müstəqilliyini təmin etmək haqqında üçlüyün qərarı olub. Müharibədən 6 ay sonra müttəfiq qoşunlar Irandan çıxdılar. Rusiya isə müharibənin təzə qurtardığını, gərginliyin qaldığını, Bakı neftini qorumaq lazım gəldiyini göstərərək öz qoşunlarını bir az gec çıxartdı. Amma bizim fikrimizcə sovet qoşunun da qalmasına ehtiyac yox idi. Rus qoşunları müttəfiqlərdən 3 ay sonra Iranı tərk etdi. O vaxt artıq Azərbaycanda milli hökumət qurulmuşdu və özünü qoruya bilərdi. Bizim məğlubiyyətimizin iki səbəbi oldu birincisi3-cü Dünya müharibəsinin başlanması, atom silahı Bakı nefti və s. üçün yarana bilən böyük təhlükə;ikincisi, biz Iran hökuməti ilə bağlanan müqavilənin şərtlərinin pozulmasına getmədik. Iran qoşunu isə seçkilərə nəzarət adı ilə gəlib hərəkatı boğdu.

Y.Ə.: 1979-cu ildə Siz Irana getməli idiniz. Buna nə mane oldu?

Ə.L.: Şah hökuməti SSRI-yə şübhə ilə yanaşırdı. Buradan gedənlər nəzarət altına alınırdı.

Y.Ə.: Siz Irana leqal getmək istəyirdiniz?

Ə.L.: Bəli, leqal. IXP-nin mərkəzi Leypsiqdə yerləşirdi. Onların siyasi bürosu üç-üç, beş-beş getdi Tehrana. Firqənin sədr müavini Ənuşirəvan Ibrahimi də köçdü Təbrizə. Bizim Firqənin üzvləri Təbrizdə bina icarəyə götürmüşdülər. Üç aydan sonra mən də getməli olanda Bənisədr, prezident hökuməti sərhəddi bağladı və vizasız heç kimi buraxmadı. Artıq 79-cu ilin yayı idi. 1982-ci ildə isə orada olanlar hamısını tutub güllələdilər. Ənuşirəvan Ibrahim də güllələndi.

Y.Ə.: Sizin fikrinizcə, Iranda demokratik azadlıqlar üçün daha əlverişli şəraiti şah üsul-idarəsi yaradırdı, yoxsa Islam inqilabından sonra hakimiyyətə gələnlər?

Ə.L.: Bizim üçün əsas şərt demokratik, müstəqil Irandır. Şah rejimi heç bir siyasi qüvvəni qane etmirdi. Çünki bir adam oturub bütün ölkəni idarə etməməlidir, özü də ki, ABŞ-ın göstərişi ilə. Odur ki, xalq töküldü küçələrə. Ruhanilər müstəqil Iran elan etdilər və biz də bu müstəqil dövləti müdafiə edirdik. Lakin bu dövlət tez bir zamanda ən mürtəce quruluşlu bir dövlətə çevrildi. O, bütün demokratik azadlıqları boğdu. Tudəciləri, fədailəri, mücahidləri, demokratları tutdu, başçılarını öldürdü. Bu rejimləri müqayisə etmək düz deyil, onların hər ikisi mürtəcedir.

Y.Ə.: Kürd hərəkatının baş qaldırması ilə bağlı Sizin mövqeyinizi bilmək maraqlıdır. Siz mətbuat konfransında qeyd etmişdiniz ki, kürd hərəkatı Orta Şərqdə vəziyyətə müdaxilə etmək üçün Qərb ölkələri, ABŞ tərəfindən bir bəhanə, siyasi kart kimi istifadə edilib.

Ə.L.: Kürdüstan ümumiyyətlə həssas bir məntəqədir. Orta Şərqdə Kürdlər əsasən 4 dövlətin ərazisində yerləşir – Iran, Iraq, Türkiyə, Suriya. Ingilislər, indi isə amerikalılar öz mövqelərini regionda möhkəmlətmək üçün kürd kartından həmişə istifadə ediblər. Kürdlər isə öz növbəsində, bu vəziyyətdən istifadə edərək muxtariyyət qazanmaq, istiqlala çatmağa çalışırlar. Onu da qeyd etmək lazımdır ki, kürdlərin öz dövləti heç vaxt olmayıb. Kürd hərəkati Iranda və Iraqda xüsusilə güclüdür. Kürdlər şüurlu surətdə Qərb ölkələrinə özlərindən siyasi kart kimi istifadə etməyə imkan yaradırlar. Çünki bu, onların strateji məqsədlərinə - vahid kürd dövləti yaratmağa uyğundur. Misal üçün, Iranda Kürd Demokratik partiyası Iranın müstəqilliyini qorumaq şərtilə özlərinə muxtariyyət tələb edirlər.

Y.Ə.: Iranla Iraqda vəziyyəti başa düşmək olar. Onlar ABŞ-ın regionda başlıca düşmənləri hesab olunur. Bəs kürdlərin Türkiyədə baş qaldırmasını nə ilə izah etmək olar? Axı Türkiyə ABŞ-ın yaxın dostu, hər halda müttəfiqi hesab olunur.

Ə.L.: Belə hesab edirəm ki, kürdlərin Türkiyədə baş qaldırmasında ABŞ-ın əli var. Bir də deyirəm ki, bu, yalnız ehtimaldır. Çünki, onlar dostları qarşısında da gələcək üçün rəqib hazırlayırlar. Qərb siyasətində, “parçala, hökm sür” prinsipi həmişə üstünlük təşkil edib. Fakt isə odur ki, türk kürdlərini Iraq silahlandırır və Iraq ərazisində onların bazası var. Iraqın mənafeyinə bu uyğundur. Bu üç dövlət – Iran, Iraq, Türkiyə - regionda bir-biri ilə mübarizədə kürd kartından hökmən istifadə edirlər. Düzdür, Iran və Iraq kürdlərindən fərqli olaraq, Türkiyə kürdlərini ABŞ hələ açıq müdafiə etməyib.

Y.Ə.: Bəlkə bu onunla əlaqədardır ki, müasir siyasi vəziyyətdə ABŞ Türkiyəyə qarşı öz münasibətini hələ formalaşdırmayıb?

Ə.L.: Son vaxtlar doğrudan da Türkiyə və ABŞ arasında yeni münasibətlər formalaşır. Indiyə qədər Türkiyə SSRI-nin qarşısını kəsən bir sədd rolunu oynayırdı. Indi isə buna eytiyac yoxdur. Orta Asiya və Qafqaz regionunda Türkiyənin nüfuzu böyükdür və təbii ki, ABŞ bundan istifadə etməyə çalışacaq.

Y.Ə.: Eyni zamanda Türkiyənin də nüfuzu regionda artacaq.

Ə.L.: Düzdür. Regionda o ölkənin nüfuzu qalib gələcək ki, küclü iqtisadiyyətı olsun. Zəif olan dövlətlər sadəcə, ideoloji, dini faktorlara əsaslanıb uzun dövr ərzində nüfuz qazana bilməzlər, keçici bir dövrdə isə bu mümkündür. Amma Türkiyə və ABŞ-in iqtisadi potensialı çox güclüdür, onlar bu regiona kapital qoyub, bölgədə nüfuz qazanıb buranı Qərbə yaxınlaşdıra bilərlər.

Y.Ə.: Onda belə bir problem üzə çıxır: SSRI-nin dağılması, Orta Asiya və Qafqazda müstəqil dövlətlərin yaranması ilə əlaqədar olaraq Iran və Türkiyə arasında nüfuz dairəsinin genişlənməsi uğrunda mübarizə gedir və bu mübarizənin daima güclənməsini biz hiss edirik. Bu məqamda, Iranda Azərbaycan kartının (kürd kartı kimi) oynanılması nə dərəcədə realdır?

Ə.L.: Şəxsən mənim zənnimcə, Iran kartının burada oynanılması çətindir. Azərbaycanda iki qüvvə var. Bir qüvvə Azərbaycan ziyalılarıdır və onlar Türkiyəyə meyllidirlər. Çünki 18-20-ci illərdə Azərbaycanı erməni işğalından məhz Türkiyə azad etmişdi, bunlar ikisi də türkdilli xalqlardır. Türkiyənin iqtisadi potensialı küclüdür və Qərbə yaxındır və s. Iran isə ancaq dini nüfuz vasitəsilə Azərbaycana təsir edə bilər. lakin bu zəif mövqedir. Reallıq isə belədir ki, Türkiyə və Iran bir-birini Azərbaycanda təcrid etməyə çalışsa, bu səhv siyasət olacaq. Regionun bu üç dövləti bunu aydın başa düşməlidir.

Y.Ə.: Qərb, ABŞ Cənubi Azərbaycandakı hərəkatdan istifadə edə bilərmi?

Ə.L.: Indi Azərbaycanda elə bir güclü hərəkat yoxdur ki, Qərb ona istinəd edə bilsin.

Y.Ə.: Ermənilərin kürd problemi kimi Azərbaycanda ortaya atdıqları məsələni necə qiymətləndirirsiniz?

Ə.L.: Qafqazda kürdlər iki yerə bölünüb – Azərbaycanda və Ermənistanda. Azərbaycanda kürd kartını oynatmaq Ermənistanda da kürd məsələsini qızışdıracaq. Digər tərəfdən, Azərbaycanda kürd problemi əslində yoxdur, çünki kürdlər Azərbaycan xalqı ilə o dərəcədə qarışıb ki, bu məsələnin problemə çevrilməsi mümkün deyil. Və ermənilər bu kartı ortaya atmaqla özlərinə quyu qazırlar, çünki, kürdlərin Ermənistanda vəziyyəti, etnik bir qrup kimi acınacaqlıdır. Erməni lobbisi heç vaxt buna yol verməz.

Y.Ə.: Əmralı müəllim, Firqənin fəaliyyətinə Azərbaycan hökuməti hər hansı formada köməklik edirmi?

Ə.L.: Biz 46 ildir ki, buradayıq. Biz burada özümüzü qərib hesab etmirik. Amma mühacirik də, cibimizdə sənədimiz var. Firqəmiz burada təşkil olub. Vaxtilə ADF-ə icazə verilmişdi ki, öz təşkilatını bərpa etsin. Indi bu, bir ənənə kimi davam edir. hökumət bizim üçün heç bir maneə törətmir və biz müstəqil işləyirik. Arzumuz da budur ki, Aəzrbaycan demokratik dövlət kimi inkişaf etsin, çiçəklənsin. Biz də azərbaycanlıyıq, hər xalda azərbaycanlı azərbaycanlıya heç bir pis şey arzulamaz.

Y.Ə.: Müsahibə üçün çox sağ olun. Biz də “Istiqlal” qəzetinin əməkdaşları və oxucuları adından Sizə və ADF-nin üzvlərinə can sağlığı və vahid Azərbaycan uğrunda apardığınız işdə müvəffəqiyyətlər arzulayırıq.

Müsahibəni apardı Yaşar Əsədov.


Son hadisələrə bir baxış

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası iki respublika arasındakı əlaqələri gərginləşdirdi; tezliklə Ermənistandan, onun ardınca Dağlıq Qarabağdan yüz minlərlə azərbaycanlı öz dədə-baba yurdundan qovuldu, Azərbaycana qarşı psixoloji müharibə şiddətləndi, bir çox hallarda isə silahlı toqquşmalarla nəticələndi.

Qərbin təbliğat orqanları bu ixtilafları qızışdırmağla, necə deyərlər, “suyu bulandırdılar ki, onda balıq tuta bilsinlər”, gərgin vəziyyətdən öz strateji məqsədləri xeyrinə faydalansınlar.

Sovet Azərbaycanın da baş verən son hadisələrə təcziyə-tələb erməni millətçilərinin Dağlığ Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək məsələsinə münasibətdə zahirdə bitərəf mövqe tutan islam respublikasının rəsmi məqamları, kütləvi məlumat vasitələri, eləcə də Avropada olan bir çox iranlılar böhranlı vəziyyətdə özlərinin “müsəlman Sovet azərbaycanlı qardaşlarını” tamamilə yaddan çıxartdılar. Hadisələrin gedişi həssas bir mərhələyə çatanda, yəni, iki Azərbaycan arasındakı sərhəd maneləri götürülüb hər iki tərəfdən minlərlə adam Irana və Şimali Azərbaycana axışmağa başlayanda vəziyyət dəyişdi və onlar da ağır sükutlarını sındırdılar, gözlənilmədən məqsədyönlü mövqe tutaraq öz “müsəlman azərbaycanlı qardaşlarının” necə deyərlər “köməyinə” tələsdilər. Iran Islam Respublikasının rəhbəri Əli Xamnei (17. 1-90 tarixdə) bildirdi ki, “bu gün dünya islama doğru hərəkət edir. Şurəviyə aid olan Azərbaycan məntəqəsində bizim qardaşlarımız islama necə əlaqə bəslədiklərini göstərirlər. Əgər bir adam təsəvvür edə və ya qələmə verə ki, bu düşüncə və ya hərəkətlər milli və xəlqi ehsasatdır, bərk səhv edir. Ehsasat, islam ehsasatıdır. Və bir milyard müsəlmah üçün cəzbedicidir. Bu sözlərin ardınca Islam Şura Məclisinin 160 nəfər nümayəndəsi sovet Azərbaycanındakı marksizm-leninzim boşluğunu doldurmaq, Azərbaycanı islamlaşdırmaq lüzumunu irəli sürdü. Beləliklə, onlar həqiqəti təhrif edib, aydın mövqe tutmaqdan boyun qaçırdılar. Həqiqət isə bundan ibarətdir ki, Azərbaycanda baş verən hadisələr Islam Respublikası məqamları üçün gözlənilməz idi. Ona görə ki, onlar azadlıq nəsiminin Cənubda da əsməsini hiss edirdilər. ona görə də qorxuya düşmüşdülər ki, azadlıq dalğaları genişlənər və Islam Respublikası başçıları üçün də çətinliklər yaradar.

Hakim rejimin narahatlığı bir də ona görədir ki, Şimali Azərbaycanda genişlənən azadlıq hərəkatı Iran Azərbaycanına da təsir göstərə bilər, çünki Iran Azərbaycanlılarının azadixahlıq ənənələrindən başqa, milli və mədəni tələbləri də vardır. Onlar, bu ümumi və xüsusi tələblərini həyata keçirtmək üçün dəfələrlə ayağa qalxmış istibdada qarşı mübarizə aparmış və aparırlar.

Şimali Azərbaycanda genişlənən demokratik hərəkatı Islam Respublikası başçıları tərəfindən “islami hərəkat kimi” qələmə verilməsi də buradan irəli gəlir.

Avropada olan bir sıra iranlılar da Şimali Azərbaycanda baş verən son hadisələr barədə fikir söylədilər. onların tutduğu mövqe hakim ruhanilərin mövqelərindən zahirən fərqlənsə də mahiyyət etibarı ilə birdir. Iranın milli neft şirkətinin keçmiş rəisi Həsən Nəzih Şimali Azərbaycan hadisələrini bəhanə edərək tələsik bildirmişdir ki, “Azərbaycan Iranın ayrılmaz hissəsidir. Azərbaycanın Şimal və cənubi Iranın olmuş və Iranın olaraq qalmışlar. Sərhəddin o tayında olan azərbaycanlıların böyük əksəriyyəti bir gün Irana, öz həqiqi vətənlərinə birləşəcəklərini arzu edirlər”.

Həsən Nəzih bir sıra adamaları ifratçı və seporatist ünsürlər kimi ittiham edərək deyir: “onlar sərhəd manelərini aradan aprmaqla vahid və müstəqil bir Azərbaycan hökuməti yaratmaq istəyirlər”. O, bu hərəkəti “1324-25-(1945-46)-cı illərdə ki, Azərbaycan Demokrat Firqəsinin xodmuxtarlıq (muxtariyyət) tələbi ilə müqayisə edərək, öz hücumunun iti ucunu Azərbaycan Demokrat Firqəsinə yönəldir və onu separatçılıqda ittiham edir. O, Şimali Azərbaycanda baş verən Demokrat Firqəsinin “qalıqlarının əməlləri” ilə bağlayır ki, bu da tamamilə əsassız və qərəzli bir iddiadır.

Milli Şura məclisinin keçmiş nümayəndəsi, Həbib Dadifər tələsik “Amerikanın səsi” radiosunun mikrafonu arxasına keçərək Şimali Azərbaycan hədisələrini Azərbaycana zidd və Azərbaycan xalqının milli hüququnu inkar etmək mövqeyindən qiymətləndirərək deyir: “Hətta “Azərbaycan milləti” və “Azərbaycan hökuməti” sözləri mənasız və əsassız sözlərdir...Azərbaycanın tərkibində olan 17 şəhər Iran şəhəridir”.

Islam Respublikasının birinci prezidenti Əbulhəsən Bənisədr də bu karvandan geri qalmamış, “Vaşinqton tayms” qəzetində çap etdirdiyi bir məqalədə “Qorbaçovdan tələb etmişdir ki, Sovet Azərbaycanın Sovet Ittifaqından ayrılıb yenidən Iranla birləşməsinə icazə versin”.

Islam Respublikasının xaricdə yayılan “Keyhane Həvai” qəzeti də (13 dekabr 89, №858) “Sovet və Iran Azərbaycanın birliyi haqda şum zümzümələr” adlı çap etdiyi yazıda Türkiyədə çıxan “Tempoya” istinad edərək yazmışdır: “Sovet Azərbaycanın milli cəbhəsi də müstəqil bir Azərbaycan ölkəsi yaratmağı tələb etmişdir”. “Tempo” jurnalının yazıçısı xalq cəbhəsi rəhbərlərindən birinin evində Şah Ismayıl Səfəvinin əksini müşahidə etməklə onu, Sovet Azərbaycanının Iran Azərbaycanı ilə birləşməsi arzusunun simvolu kimi qiymətləndirmişdir. Onların bu fikirlərini araştırmaqla belə nəticəyə gəlmək olar ki, Şimalın Cənuba birləşdirilməsi Azərbaycan məsələsinin həll edilməsinin yeganə yoludur. Məsələnin bu şəkildə həll edilməsi nəzəriyyəçiləri hələ də böyük imperatorluq arzusu ilə yaşayırlar. Bu isə uzaq olmayan dövrdə şiddətli təbliq edilirdi.

Iranın hakim ruhaniləri bu məqsədə çatmağı “Fəqahət” islamının genişləndirilməsində, Iran millətçiləri isə ənənəvi və böyük dövlətçilik suyasəti yeritməkdə görürlər. həm Irana hakim olan ruhanilər, həm də ruhani olmayan millətçilər Iranda olan (azərbaycanlı, kürd, ərəb, türkmən) millətlərini və milli azadlıqları bir millət kimi tanimir və onları “islam ümməti” və ya «Iran milləti”adlandırırlar. Beləliklə də hər iki dəstə bir hədəfi nişan almışdır: Iranda yaşayan xalqların xüsusilə Azərbaycan xalqının milli hüquqların ayaq altına almaq, onların ana dillərini qadağan etmək yolu ilə Iranın əzəmətini bərpa etmək.

“Ittilaat” qəzeti (24 yanvar 1990) qeyri-fars xalqların dilini qadağan etmək barədə “türkcə nitq” başlıqlı bir yazı çap etmişdir. Biz həmin yazını olduğu kimi oxucuların mühakiməsinə veririk: “Sovet Azərbaycanın müsəlmanları ilə həmdərd olmaq islamı, insani və məntiqi bir işdir. Lakin bunu azəri dilində bildirməyə zəruri əsas yoxdur. Son vaxtlar Islam Şura Məclisi nümayəndələrindən iki nəfər öz nitqlərinin müəyyən hossəsini türk dilində söyləmişlər.

Əgər məclisdəki çıxış və ya müzakirələrdə nümayəndələrin yerli dildən istifadə etmələrini qəbul etsək, onda yəqin ki, daş daş üstə qalmaz. Kürdüstan nümayəndələri kürd dilində danışsalar, onda bu, geniş siyasi və milli birliyi qorumaq cəhətdən tənqid edilməklə yanaşı qanune-əsasinin də (konstitusiyanın) ziddinədir.

Qanune-asasinin 15-ci maddəsində deyilir: Iran xalqlarının müştərək dili və rəsmi yazısı farscadır...” yəni ölkəmizin bütün xalqları üçün müştərək və milli təsisatlardan biri olan Islam Şura Məclisində danışmaq lazımdır. Məclisin hörmətli rəyasət heyəti bu işə lazımi diqqət yetirməlidir”.

“Ittilaat” qəzetində dərc olunmuş yazıda irəli sürülən iddiaya görə, yerli (türk, ərəb, kürd) dilindən istifadə əsas qanuna ziddir, siyasi və milli vəhdəti qorumaq baxımından rədd edilməlidir. Belə yazıların müəlliflərindən soruşmaq lazımdır ki, məgər ölkənin rəsmi və yazısı fars dili olduğu üçün müxtəlif dillrədə danışan müxtəlif xalqlar öz ana dilində danışmamalı və öz mədəniyyətinin, dilinin inkişafı və təkmilləşməsi yolunda çalışmamalıdırlar. Kim bu haqqı fars dillilərə vermişdir ki, (əksəriyyət olsalarda, əlbətdə ki, əksəriyyət deyillər) başqa xalqları öz fikirlərin ana dilində bildirməyə qoymasınlar?

Yuxarıdakı yazı göstərir ki, müəllif milli vəhdət məsələsini dərindən dərk etməkdən nə qədər uzaqdır.

21-ci əsrin astanasında bu cür düşüncə tərzi hazırki əsrin ikinci və üçüncü onilliklərdəki ziyalıları xatırladır. O zaman avropa görmüş bir sıra iranlı ziyalilar Ariya irqinin üstünlüyü barədəki təbliğatın təsiri altında başlarında böyük Iran arzusunu dolandırırdılar. Məhz bu dövrdə saysız “nəzəriyyəçilər” meydana çıxdı və Azərbaycan dilini yad və gətirmə dil kimi qələmə verdilər Biz oxucuları bu nüqsanlı fikirlərlə ona görə tanış edirik ki, qoy onlar bu siyasi cərəyanın fikir əlaqəsini özləri müqayisə edib və indiki dövrün bəşər hüququna zidd olan bu köhnə düşüncələrini sələflərini yaxından tanısınlar.

Azərbaycan ədəbi dilinin min illik tarixi vardır. Xalq bu dildə çoxlu ədəbi və bədii əsərlər yaratmışdır. Bu cərəyan hazırki əsrin əvvəllərinə qədər davam etmiş və təkmilləşmişdir. Lakin Pəhləvi rejiminin meydana gəlməsi bu prosesi dayandırdı. Azərbaycan dili “yad” dil kimi bütün idarə və məktəblərdə qadağan edildi, “paniranizm” və Iranın keçmiş əzəmətinə qayıtmaq əhali, xüsusilə cavanlar arasında təbliğ edildi, Azərbaycanı “monqol-türk” dilinin “təhlükəsindən” xilas etmək üçün daha kəskin tədbirlər həyata keşirildi.

Azərbaycan dili və mədəniyyətinin düşmənləri belə iddia edirlər ki, “türk dili bir neçə əsr qabağ hücum edərək ölkəyə gəlmiş, zəhərli bir xəncər kimi ölkəmizin ürəyinə yerimiş, təkcə Azərbaycan və Zəncanda deyil, bəlkə Qəzvin və Həmədana qədər nüfuz etmiş, hətta ölkə daxilində Iranın beşiyi olan farsın ürəyində öz qorxunc kölgəsini Qaşqai və digər köçəri tayfaların qara çadırlarına salmış, heç bir zaman milli dil olmamışdır. O, çağırılmamış, narahatlıq yaradan qonaqdır, onu qovmaq lazımdır”. Onlar bu “çağırılmamış qonağı” qovmaq üçün plan tərtib edib, dövlətdən tələb edirlər ki, “farsdilli köçəri tayfalarını yad dilli məntəqələrə göndərib orada kənddə yerləşdirsinlər, onların əvəzində o yerlərin yad dilli köçəri tayfalarını farsdilli məntəqələrə köçürdüb məskunlaşdırsınlar. Xarici dillərin, Çingiz və Teymurun talanlarının yadigarı olan coğrafi adlar fars adları ilə dəyişdirilməlidir. Xorasan, Fars, Bəluçestan, Azərbaycan, Krüdüstan və sair yer adlarını dəyişsinlər” (“Ayəndə” jur. 1959).

Beləliklə, görürük ki, keçmiş rejimin “nəzəriyyəçiləri” fars olmayan xalqlara qarşı necə qəddarlıqla plan cızır və necə deyərlər xalqlar birliyini təmin etmək üçün milyonlarla günahsız insanları özlərinin min illik doğma yerlərindən qovub, təkcə xalqları deyil, hətta ölkənin coğrafi adlarını da aradan aparmağa çalışdılar. Indi də olduğu kimi davam edən bu düşüncə tərzi bir sıra müasir ziyalılar arasında elə kök atmışdır ki, bəzən adam atom əsri ziyalıları ilə deyil, bəlkə orta əsrin fanatik hakimləri ilə üzbəüz durduğunu düşünür. Hüseyn Məhəmmədi adlı bir ziyalı da bu günki köhnə fikirlərdən biridir. O, “Bilik” nəşriyyəsində (Universitet nəşriyyatının mərkəzi nəşriyyəsi, 9-cu il, 4-cü nömrə, iyun-iyul 1989) “Türk ədəbiyyatı Azərbaycan separatistlərinin peqamçısıdı” adlı bir yazı dərc etdirmişdir. Yazı bu cümlə ilə başlanır: “Neçə vaxtdır ki, ölkəmizdə türk dilini qoruyanlar tapılmışdır, onlar bu dilin ədəbiyyatı, adı ilə qorxulu siyasi məqsədlər təqib edir, nisbi qələm azadlığından istifadə edir və ya əslində sui-istifadə etməklə əcnəbilərin dəyirmanına su tökür, bu ölkənin təcrübəsiz cavanlarına şer və nəsr pərdəsi bu ölkənin parçalanması qorxusundan öz islami vətənini qorumaq üçün onlara qarşı çıxan hər bir vətənpərvərin alnına şovinist damğası vururlar.

Hər bir açıq fikirli və azad düşünən oxucu üçün yaşamaq və azad danışmaq hüququnu tanıyan bütün insanlar üçün yuxarıdakı sətirləri izah etməyə ehtiyac yoxdur. Iran əhalisinin üçdə biri azərbaycanlılardır. Lakin məhrum və məzlum millətlərin dirçəldiyi əsrdə azərbaycanlı adi insan hüququndan, yəni milli və mədəni hüquqdan faydalanmaqdan məhrum olmuşdur. Bu tələbi deməyə cəsarət edən, milli ədəbiyyat və mədəniyyətdən istifadə etmək üçün çalışan hər bir adam Azərbaycan seperatçılarının peyğamçısı “elçisi” kimi və ya sadəcə olaraq əcnəbilərin dəyirmanına su tökən kimi ittiham olunurlar.

Azərbaycanın 228, 234 kv. km. sahəsi, qədim, tarixi və zəhmətkeş adamları vardır. Azərbaycan Rus-Iran müharibəsində iki hissəyə bölündü (1828). Araz çayının Şimal hissəsi Rusiyaya ilhaq edildi və elə həmin tarixdən də Azərbaycanın Şimal hissəsinin tarixi taleyi başqa millətlərlə bağlandı. Arazın cənub hissəsi isə Iranın tərkibində qaldı. Azərbaycan 1921-ci il Rza xan hərbi çevrilişinə qədər Qacar şahzadələrinin iqamətgahı idi. Qacar sülaləsinin süqutundan sonra Pəhləvi şahları Azərbaycanın milli varlığını inkar etmək, Azərbaycan dilini aradan aparmaq siyasəti yeritdilər. çar Rusiyası da öz növbəsində Şimali azərbaycanlıları Qafqaz tatarları adlandırdı ki, bəlkə bu xalqın varlığı tədriclə unudula, onların milli mədəniyyəti Rus mədəniyyəti içərisində əriyib aradan gedə.

Oktyabr inqilabı millətlərin varlığını rəsmən tanıdı. Azərbaycanlı öz dilinin, öz mədəniyyətinin inkişafı istiqamətində iri addımlar atmağa imkan tapdı və nəhayət, Şımal 1992-ci ildə əsrlərlə uğrunda mübarizə apardığı istiqlala çatdı, özünün milli dövlətini yaratdı, Cənub isə muxtariyyət uğrundə mübarizəni davam etdirir.

“Mühacir” qəzeti 15 oktyabr 1992-ci il.

Ə. Lahrudi.


Qərb Demokratiyası

Amerika – bu ölkə 200 ildir ki, istiqlala çatmış, iki böyük müharibəni, istiqlal müharibəsini və şimal ilə cənub arasında gedən vətəndaş müharibəsini arxada buraxmış, qüdrətli iqtisadiyyat və sabitləşmiş siyasi sistem yaratmışdır. Vahid etnik qrup deyil, müxtəlif irq və qruplardan ibarət olan Amerikalı bu torpağı öz vətəni hesab edir. Onun əzmətilə “iftixar” edir.

Rəsmi Amerika milyonların və milyardların gözü qarşısında belə canlanır. Əslində isə bu günkü əzəmət cinayətkar müharibələr aparmaq. Amerika qitəsinin mərkəz və cənubunu qarət etmək. Afrikadan gətirilmiş qulları və qırmızı dərili yerli əhalini vəhşicəsinə istismar etmək, cənubi-şərqi Asiyada müstəmləkiçilik müharibəsi aparmaq, birinci və ikinci dünya müharibəsində “qaliblər” sırasında olmaqla əldə edilmişdir.

Dünya imperializminin özbaşınalığını məhdudlaşdıran qüdrət (Sovet Ittifaqı) dağıldıqdan sonra Amerika müasir tarixdə ilk dəfə olaraq çoxmillətli kapitalın azad hərəkətini və təhlükəsizliyini təmin edən onun üçün bazar qəsb edən yeganə qüdrətdir. Amerika iqtisadiyyatında dövlət bölməsi yoxdur. Istehsalat və xidmət xüsusi kapitalın əlindədir. Kiçik bir qrupun əlində toplanmış, bu kapital dünyanın bütün qitələrində fəaliyyət göstərir. Amerikanın nüfuzu altında olan dünya bankı və valyuta fondu əsasən “üçüncü” dünya ölkələrinə, son vaxtlarda isə Şərqi Avropaya və Müstəqil Dövlətlər Birliyinə öz müstəmləkəçilik siyasətini diktə edir.

Amerikanın iqtisadi və siyasi sistemi biri digərini təkmilləşdirən mexanizm üzərində qurulmuşdur. Bu sistem iki partiyalıq əsasında yaranan prezidentlik dövlət formasıdır. Baş Nazır və Dövlət başçısı funksiyasının eyni vaxtda ifa edən prezident geniş ixtiyara, konqresin qərarlarını veto etmək hüququna malikdir.

Prezident, senat və nümayəndələr palatasının yarısı və ştatların qubernatorları dörd ildə bir dəfə seçilir. Demokrat və respublika partiyaları tərəfindən aparılır. Proqramı bir-birindən fərqlənməyən bu partiyaların fəaliyyəti seçki keçirilən zaman həddən aşır. inhisarçı kapital tərəfindən milyonlarla pul xərc edən bu partiyalar öz nümayəndəsini ağ evə göndərmək üçün təbliğat tozanağını göylərə qaldırırlar. Amerika əhalisinə bollu vədlər verir. Nəhayət iki namizəddən biri ağ evə yol tapır, çoxmillətli inhisarçı kapitalın keşikçisini əvəz edir.

Dünyanın düşünən beynini və yaradan əlini cəzb edən Amerika öz dövlət sistemini yaradarkən onu idarə edən elita hazırlayır. Böyük kapital sahibləri dövləti bir başa idarə etmək işində iştirak etmirlər. Bunların iqtisadi müəssisələrini idarə edən məmurlar prezident, senator və qubernator vəzifəsinə seçirilirlər. həmin məmurların vəzirlik, vəkillik vaxtı qurtardıqdan sonra yenə əvvəlki xidmətə qayıdırlar, ərbaba daha sədaqətli qulluq edirlər. Amerika demokratiyası belədir. Başqa sözlə iş bölgüsü daha diqqətlə aparılan bu ölkədə dövlət qulluqçuları deyilən sosial qrup siyasi sistemi idarə edir. iqtisadiyyatın şah damarını əlində saxlayan milyard sahibləri isə iqtisadiyyatı idarə edirlər. Əhalinin qalan hissəsi və onun böyük əksəriyyətini təşkil edən orta təbəqə kredit vasıtəsilə xüsusi ev və avtomobil sahibidir. O, ömrünün axırına qədər işləməli, həm özünü dolandırmalı, həm də kreditin faizinin geri qaytarmalıdır. Həmin orta təbəqədir ki, orta həyat səviyyəsini əldən verməmək üçün gah demokratlara, gah respublikaçılara səs verir. Onu hansı partiyanın hakimiyyətə gəlməsi deyil, “orta” həyatını qoruyub saxlamaq maraqlandırır. Bir sözlə, Amerika demokratiyası kapital əsasını təşkil edən mövcud ictimai sistem üzərində qurulmuş, onu müdafiə və mühafizə edən “demokratiyadır”. Hakimiyyətə gələn kapital özünün antipodunu, fəhlə sinfini meydana gətirmiş və onun təşəkkül və mübarizliyi qarşısında geri oturmağa məcbur olmuşdur.

Amerikadan fərqli olaraq Qərbi Avropa fəhlə sinfinin hakimiyyətə gəldiyi Rusiya ilə qarşı-qarşıya durmalı olmuş, buna görə də sosial güzəştlərə getməyə və siyasi demokratiya verməyə boyun əymiş, fəhlə sinfinin yaratdığı izafi dəyərin müəyyən hissəsini əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə sərf etmişdir. Elə buna görə Qərbi Avropada Amerikadan fərqli olaraq siyasi plüralizmin ictimai əsası daha genişdir. Burada siyasi partiyalar sinfi və dini əlamətlar üzrə yaranır bu və ya digər şəkildə mənsub olduqları siniflərin mənafeini müdafiə edirlər. biri digərini əvəz edən xristiyan demokratlar, mühafizəkar, sosialist və sosial-demokratlar hakim partiya kimi bu ölkələri idarə edirlər. parlamentə yol tapan sol partiyalar isə hakim məqama çata bilmir, 5 faiz səddini sındıra bilmədikdə parlamentə nümayəndə göndərməkdən məhrum olurlar. Amerikadan fərqli olaraq burada kapital hakimiyyətinə sadiq olan fəhlə partiyaları cəmiyyətdə müvazinət yaradır. Sosial – güzəştlərə əl atmaqla ziddiyyətləri həll etmək istəyirlər.

Amerikadan fərqli olaraq Qərbi Avropada çoxpartiyalılıq ənənəyə çevrilmişdir. Burada mühafizəkar və demokrat partiyaları hakimiyyəti öz inhisarlarına almaqla yanaşı yerli hakimiyyət orqanlarında sol partiyaların iştirakına da imkan verirlər. bu onların daha da demokrat kimi təzahür etmələri üçün lazımdır. Iqtisadiyyatda iki bölmənin mövcud olması, çoxpartiyalıq və ya siyasi plüralizm, hakimiyyətin yüksək pilləsinin burjua və fəhlə partiyaları arasında bölüşdürülməsi, aşağı pillədə isə sol partiyalara yer verilməsi ilə qərbi avropa əməldə iki bürjua partiyaları tərəfindən idarə edilən və sol partiyaların təşkilinə belə məhəl qoymayan şimali Amerikadan fərqləndirən amillər sırasındadır.

Bütün bu fərqlərə baxmayaraq Qərb dünyası və başqa sözlə seckili yol ilə cəmiyyəti idarə etmək, siyasi demokratiyaya kapital dünyasını azad və xoşbəxt insanlar dünyası kimi qələmə verir, bununla da iqtisadi qeyri-bərabərliyi və iqtisadi köləliyi ört-basdır etməyə çalışır.   Kapital dünyası doğrudan da azad dünyadır?

 

Rusiyada 1917-ci ldə başlanan radikal dəyişiklər əhalinin yüksək rifaha nail olmasını başlıca məqsəd kimi qarşıya qoydu. Lakin Rusiyanın iqtisadi və intellktual potensialının aşağı səviyyədə olması ölkə başçılarının fəsad batlağına qərq olmaları üzündən Rusiya qarşıya qoyduğu məqsədə nail ola bilmədi. Sosializm məğlubiyyətə uğradı. Bərabərlik və musavat ideyasını özündə cəmləşdirən sosializm cazibədarlığını əldən verdi. Şərqi Avropada Qərbə və Qərb modelinə meyl gücləndi. Ictimai mülkiyyət bazar iqtisadiyyatı adı altında demontaj edilməyə başladı. Iqtisadi struktur dağıldı. Siyasi sistem isə işgüzarlıq bacarığını əldən verdi. Bazar iqtisadiyyatı dəllallıq iqtisadiyyatına çevrildi. Nədənsə, rəsmi dairələr bu həqiqəti etiraf etməkdən boyun qaçırır. Ideal cəmiyyət qurmağa can atır. Qərb demokratiyasını yamsılamaqla kapital dünyasının “cahanşümul” xarakter daşımasını “avam” adamlara aşılamağa çalışır.

Indi Şərqi Avropa Qərb demokratiyasına ikinci həyat verən təcrubə laboratoriyasına çevrilir. Yenidənqurma (iqtisadi sistemi dəyişmək) demokratiya (söz və mitinq azadlığı) bu təcrübə laboratoriyasının işə düşməsi üçün başlanğıc olsa da iqtisadiyyatın Qərbsayağı bazara keçməsi geriyə doğru hərəkət, demokratiya isə hakimiyyəti ələ almaq üçün vasitə oldu.

Amerikanın iqtisadi və siaysi sistemini ideal cəmiyyət kimi kopiya etməyə can atanlar Amerikada qubernatorlar seçki yolu ilə seçildiyi halda burada qubernatorlar fərmanlarla təyin olurlar. Yerli orqanlara seçki keçirilməsi dondurulur, diktatorluğa doğru gedən avtoretar rejim yaranmasına meyl göstərilir.

Şərqi Avropada, Rusiyada kommunizm amirlyi, demokratiya amirliyi ilə əvəz edilir. Qərb demokratiyası Elba çayı üzərində körpü salmağa onu Şərqə yönəltməyə cürət etmir. Burada yalnız subyektiv, obyektiv amil dəxalət edir. Şərqdə Kommunizm rejimi Qərb demokratiyasının qarşısında sədd idisə, o, Qərbi okean içərisində ada kimi əhatə edən üçüncü dünyaya, Qərb kimi bazar iqtisadiyyatı hakim olan Asiya, Afrika və Latın Amerikasına “nüfuz” edə bilmir, daha doğrusu “nüfuz” etmək belə istəmir. Qərb demokratiyası Qərb üçündür. Şərq istibdadı isə şərq üçün yaradılmışdır. Şərqin avam camaatı isə Qərbə oxşar iqtisadi və siyasi sistem yaradılmasına ümid bəsləyir. Bu xoş arzunun gerçəkliyə çevrilməsi üçün yeni, fədakarlığa, aclığa, işsizliyə, cəhalətə “sinə gərir”. Təcrübə laboratoriyası isə başlanmışdır. Qərb demokratiyası bu laboratoriyadan keçərkən Şərq diktaturası üçün nəzəri əsas hazırlamaqla məşğuldur.

 

“Mühacir” qəzeti 15 oktyabr 1992-ci

Ə. Ə. Lahrudilə.


Əfqanıstan-yeni islam dövləti

Əfqanıstan Orta Şərqdə ən geridə qalmış ölkələrdən biridir. Uzun illər xarici aləmdən təcrid edilmiş bu ölkə ibtidai kənd təsərrufatı və ənənəvi əl sənayesinə əsaslanan iqtisadiyyata malikdir. Əhalisinin böyük əksəriyyəti köçərilərdən və kəndlilərdən ibarət olan, heç bir mərkəziyyətə tabe olmayan tayfa başçıları ölkənin, sözün həqiqi mənasında, mərkəzləşmiş dövlətdə birləşməsinə maneə törətmişlər. Əfqanıstan eyni zamanda çoxmillətli ölkədir. Onun şimal rayonlarında taciklər, özbəklər, türkmənlər, qərbində puşdunlar, şərqində isə bəluçlar və həzarilər yaşayırlar. Əhalisinin əksəriyyətini sünnülər, azlığını isə Iranla həmsərhəd olan şiyələr təşkil edirlər. ingilislərin müstəmləkəsi olan Əfqanıstan ancaq 20-ci illərdən sonra həqiqi istiqlala nail oldu. Lakin çoban və kənd iqtisadiyyatına malik olan bu ölkənin əhalisi demək olar feodal dərəbəylik şəraitində yaşamış, müasir kommunikasiyaya malik olmamış, elə buna görə də xarici aləmlə fəal əlaqə yarada bilməmişdir. Hindistan yarım adası istiqlala nail olduqdan, burada iki dövlət – Pakistan və Hindistan dövlətləri meydana gəldikdən sonra, ümumiyyətlə, müstəmləkə sistemi dağılmağa başladıqdan sonra Hindistan, Iran və Sovet Ittifaqı ilə əlaqə yaratmış, xarici siyasətdə Sovet Ittifaqına yaxınlaşmış, bu ölkə ilə geniş iqtisadi və texniki əməkdaşlıq etməyə başlamışdır. 60-ci illərdən başlayaraq Sovet Ittifaqının ali məktəblərində, eləcə də hərbi akademiyalarında minlərlə əfqanlı tələbə təhsil almışdır. Eyni zamanda əfqan gənclərinin Qərbi Avropada təhsil alması üçün şərait yaranmış çoxsaylı əfgan gənclərinin Qərbə axını genişlənmişdir.

Şərq və Qərb mədəniyyəti ilə tanış olmaq imkanı əldə edən əfqan kəncləri “modern” Əfqanıstan yaratmaq fikrinə düşür. Radikal cərəyanlarla, əlaqəyə girir, sol ideyanın təsiri altına düşür, əfqanıstanda marksist cərəyanların yaranmasına təsir göstərirlər. 60-70-ci illər feodal Əfqanıstanın kəncləri və ziyalıları, ordu zabitləri, həkim və mühəndislərdən ibarət əfqan cəmiyyətində yeni kateqoriyalı ictimai qrup əmələ gəlir. Onlar daxili və xarici amilin təsiri altında Əfqanıstan sıçrayış yolu ilə feodal quruluşundan modern quruluş yoluna çıxarmağa cəhd göstərirlər. 7 Sur (aprel) çevrilişi bu sıcrayışın zirvəsi idi. Əfqanıstanın faciəsi də buradan başlayır. Zahir şahın xaricə səfəri ilə əlaqədar hakimiyyəti qəsb etmiş Məhəmməd Davud xan hökuməti hərbi çevriliş yolu ilə devrilir, hakimiyyət Xalq Demokratik Partiyasının əlinə keçir. Heç bir iqtisadi zamini olamayan islahatlar, o cümlədən torpaq islahatı aparılır. Ölkənin sosialistləşdirmə planı tərtib edilir və həyata keçirilməyə başlayır. Bu isə həm əfqan feodallarını, həm də dünya imperializmini, onun əlaltısı olan Iran şahını, Səudiyyə Ərəbistanını, Pakistanı, eləcə də kommunist və fəhlə hərəkatına başçılıq etmək uğrunda Sovet Ittifaqı ilə rəqabətə girən kommunist Çinini Əfqan dövlətinə qarşı qaldırır. Savadsız, geridə qalmış Əfqan kəndlisi mülkədarın təsiri altına düşür, yeni Əfqan dövlətinə qarşı çıxır. Pakistanda və Iranda üsyançılar üçün möhkəm dayaq məntəqəsi yaranır. Şiyə Iran, vəhabi ərəbistan sünni Pakistan, kommunist Çin və xristian Amerika cihad edən mücahidlərin arxasında durur, onları silah və pul ilə təchiz edirlər. Marksist ideologiyası zəminində yaranan Əfqanıstan Xalq Demokratik Partiyası və onun yaratdığı hökumət Sovet Ittifaqına müraciət edir. Xarici təcavüzə qarşı mübarizə aparmaq üçün Sovet qoşunları Əfqanıstana daxil olur. Iki lager Əfqanıstan cəbhəsində üz-üzə durur. Ruslar öz məsləkdaşlarına kömək etmək və bununla da cənub sərhədlərinin təhlükəsizliyini qorumaq iddiası ilə çıxış edir. Əfqan üsyançıları və ona baza verən Iran və Pakistan islamın müdafiəçisi kimi çıxış edir. Çin və Amerika isə Sovet ekspansiyasının qarşısını almaq adı ilə mücahid adlanan üsyançılara silah verir və maliyyə yardımı göstərir. Iki fövqəldövlətin qüdrətnümalıq etdiyi əfqanıstan dünya siyasətinin düyün nöqtəsinə çevrilir. Soyuq müharibədə Qərbin Şərqin üzərində qələbəsini surətləndirən amillər sırasına daxil olur. Rusiyada hakimiyyətə gələn və bütün cəbhə boyu düşünmüş və planlı şəkildə geri oturan Qorbaçov Əfqan cəbhəsində də geri oturur. Sovet qoşunları Əfqanıstandan çıxır, Rusiyaya bağlı olan Nəcibulla hökuməti müqavimət göstərir, əfqanıstanda vətəndaş müharibəsi şiddətlə davam edir. SSR-nin dağılması, Yeltsinin hakimiyyətə gəlməsi Nəcibulla hökumətinin devrilməsini sürətləndirir hakimiyyət mücahidlərin əlinə keçir. Əfqanıstan Islam Respublikası elan olunur. Başıbəlalı Əfqan xalqı kafirlərə qarşı müqəddəs müharibədə qırılır. Milyonlarla təlafət verir. Əfqan şəhər və kəndləri viran olur, milyonlarla Əfqan qaçqınları başqa ölkələrə qaçır, sanki islamın küfr üzərində qələbəsi Əfqan xalqı üçün sülh və əminəmanlıq gətirir. Yaşıl Islam bayrağı altında müharibənin dağıntıları bərpa edilir. Qaçqınlar evlərinə qayıdır. Əfqanıstan dinc həyat qurmağa başlayır. Lakin bütün bunlar Əfqan xalqı üçün xoş arzu imiş, mücahidlərin bir dəstəsi mücəddədi, Rəbbani və Əhməd şah Məşud Kabulu ələ keçirir. Əfqanıstan Islam Partiyasının başçısı Gülbiddin Hikmətyarla qarşı-qarşıya dururlar. Vətəndaş müharibəsi ən dəhşətli bir mərhələyə qədəm qoyur.

Mücahidlərin qələbisindən 10 ay keçir. Əfqanıstanda qardaş qırğını davam edir. kabul şəhəri viran edilmiş, qarşı-qarşıya durma daha da şiddətlənir, müharibəyə son qoyulacağına inam itir. Yeni istiqlal əldə etmiş Orta Asiya Respublikalarında siyasi, sosial və iqtisadi böhran şiddətlənir. Orta Asiyanın ikkinci Əfqanıstana çevrilməsi təhlükəsi artır. Tacikistan faciəsi bu təhlükənin başlanqıcı hesab olunur. Əfqanıstandan kömək alan tacik müsəlmanları və radikal demokratları bir neçə illik hərbi toqquşmalardan sonra məğlubiyyətə uğrasalar da Tacikistanın ikinci Əfqanıstana çevrilməsi təhlükəsi hələ də aradan getməmişdi. Rus qoşunları mühafizəkarlara Tehranın dili ilə desək komunistlərə hərbi yardımla təhlükənin qarşısını ala bilsələrdə Tacikistan hadisəsi kül altında közə bənzəyir.

Ziddiyyətlə dolu olan bu məntəqə paradoksların şahididir. Kommunizmə qarşı cihad adı ilə Əfqan xalqını qırğına verən daxili və xarici irtica kommunizm təhlükəsi aradan getdikdən sonra görəsən nə üçün bu xalqın qırğınının qarşısını almaq istəmir? Dünyaya ağalıq etmiş və bundan sonra da öz ağalığını saxlamaq istəyən imperializm onlarla alovlanan-yanan əfqanıstanlar yaratmasa, ac-yalavac xalqları bir-birinin canına salmasa, onların faciəli həyatlarına ağalıq edə bilməz. Məsələnin mahiyyəti də bundan ibarətdir. Qalan nə varsa, bu cinatətlərə bəraət qazandırmaq məqsədi güdür. Bunun üçün ideoloji postulatlardan istifadə olunur. Şərq Qərbə qarşı qoyulur. Xristianlıq islamla toqquşdurulur. Əfqanıstan bu oyunun klassik nümünələrindən biridir. Təəsüflər olsun ki, məzlum xalqlar düşdükləri bu tordan çıxmağa hələ ki, qadir deyildir.

 

“Mühacir” qəzeti 24 fevral 1993-cü il.


Cənab səfir...

Elm və texnikanın inkişafı kütləvi informasiya vasitələrinin və müasir texnika ilə təchiz edilməsi, rabitə vasitələrinin sürətlə artması xalqlar və ölkələrarası münasibətlərin genişlənməsinə, insanların bir-birilə yaxın əlaqəyə girmələrinə və faydalı əməkdaşlıq etmələrinə geniş imkan və əlverişli şərait yaradır. Dövlətarası münasibətlərin səmərəli istiqamətdə aparılmasında səfirlərin özünəməxsus rolu olub. Öz ölkəsinin elçisi olan səfir xalqları bir-birinə yaxındaşdıran mədəni və iqtisadi əlaqələrin genişlənməsinə səy göstərir, dostluq və əməkdaşlıq üçün zəmin hazırlayır. Bu baxımdan Iran Islam Respublikası səfirliyinin geniş miqyaslı fəaliyyəti Azərbaycan Respublikası əhalisinin diqqət mərkəzindədir.

Cənab səfirin təşəbbüsü ilə ictimai təşkilatların və mətbuat orqanları nümayəndələrinin, ədib və şairlərinin Iran Islam Respublikasına xoş məramlı səfərləri təşkil edilir, Irana səfər edən azərbaycanlılar ölkənin mədəniyyəti ilə yaxından tanış olur, görkəmli şəxsiyyətlərlə əlaqə yaradır, uzun illər biri digərlərindən xəbərsiz qalan iranlı və azərbaycanlı arasında mənəvi və mədəni əlaqə genişlənir, dostluq və qardaşlıq münasibətləri möhkəm bünövrə üzərində qurulur. Iran Islam Respublikasının xeyirxah adamları, ədəbi və mədəni dairələri qardaş xalqlar arasında daha artıq əlaqə yaradılmasına yeni müstəqqilliyə nail olmuş Azərbaycana yaxından kömək etməyə səy göstərirlər. Erməni təcavüzünə qarşı aparılan müharibədə yaralanmış Azərbaycan əskərlərinin Təbriz, Rəşt və Tehran xəstəxanalarında müalicə edilmələləri Iran xalqlarının Azərbaycan Respublikasına göstərdiyi qardaşlıq köməyinin təzahürüdür. Bununla yanaşı Iran Islam Respublikasının Azərbaycana, xüsusilə Erməni tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikasına göstərdiyi humanitar yardım Iran xalqlarının Azərbaycana göstərdikləri qardaşlıq köməyidir. Lakin cənab səfir bu istiqamətdə görülən işlərlə yanaşı bu və ya digər həssas məsələrdə amirlik mövqeyindən çıxış edir, Cənubi Azərbaycanda baş vermış tarixi hadisələrə obyektiv münasibət bəsləmir, ancaq milli dil və mədəniyyətinin özünə qaytarılması üçün ayağa qalxan Azərbaycan xalqının milli hərəkatını (21 Azər hərəkatını) düzgün qiymətləndirmir. Bütün ömrünü ancaq və ancaq Iran xalqlarının azadlığı uğrunda mübarizəyə həsr edən Pişəvəriyə qarşı ədalətsiz mövqe tutur. Düzgün olmayan belə bir iddia irəli sürür ki, güya “Pişəvəri Stalinlə həmrəy olub, Iranda həmin cinayətləri edib, iranlılar onu ölkədən qovublar” (“Şəhriyar” №1 1993-cü il).

Cənab səfir bu sözləri Bakı şəhərində təşkil etdiyi mətbuat konfransında demiş və mətbuat nümayəndələrini amiranə bir şəkildə məzəmmət etmiş və demişdir: “Siz isə burada onları anacaq tərifləyirsiniz, böyüdürsünüz”. Sonra o, mətbuat nümayəndələ­rindən soruşmuşdur: – “ nə üçün belə edirsiniz? – “Məgər jurnalistin borcu budur ki, hadisələri təhrif edib yalan danışsın, xalqın ziyanına işləsin?”. 21 Azər hərəkatının ildönümü münasibəti ilə Bakı televiziyası vasitəsilə göstərilən müsahibədə cənab səfiri narahat etmişdir - Bu barədə o, belə deyir: “ Həmin ruhda olan veriliş düz üç dəfə ekranlarda, üç dəfə çürümüş kommunistləri burada Iran xalqını təmsil eləyənlər kimi xalqa göstərdilər”.

Cənab səfrin Pişəvəriyə qarşı mənfi mövqe tutması hadisələri qeyri-obyektiv qiymətlədirməməkdən irəli gəlir. Pişəvəri Iranın istiqlalı uğrunda mübarizə aparan şəxsiyyətlər sırasındadır. O, cinayətkar Məhəmməd Rza Şah rejiminə qarşı üsyan edən Azərbaycan xalqının milli hərəkatına baçşılıq etmişdir. 30 mindən artıq azərbaycanlını Məhəmməd Rza Şahın cəza dəstələri qətlə yetirmişlər. 10 minlərlə Azərbaycan ailəsi Məhəmməd Rza Şahın göstərişi ilə Iranın cənub məntəqələrinə sürgün edilmişdir. Pişəvərini Iran xalqı deyil, Amerikanın əlaltısı olan şah rejimi ölkədən çıxmağa məcbur etmişdir. Tarixi təhrif etmək xalqlararası münasibətlərin formalaşmasına kömək etmir.

Cənab səfir növbəti mətbuat konfransında tarixi hadisələr deyil, günün məsələsinə toxunur və qeyd edir “Hər ölkənin qanunvericiklə təsbit olunmuş rəsmi dövlət dili vardır və bu heç də birinin mədəniyyətini, adət-ənənəsini digərinə zorla qəbul etdirməsi demk deyildi (“7 gün” qəzeti, 13 mart 1993).

Cənab səfir belə bir müqəddimədən sonra qeyd edir ki, Iranda fars dili dövlət dilidir. Islam mədəniyyəti ilə tanış olmaq üçün ərəb dilinin öyrənilməsi də xeyli gücləndirilmişdi. Elə də beynəlxalq ticarət, sənaye və qarşılıqlı əlaqələr dili kimi tanınan ingilis dilinə də maraq artıqdır. Cənab səfirin fikrincə fars, ərəb və ingilis dili iranlıların dövlət dili, din dili və ticarət dilidir. Bu dillər tədris olunur və iranlılar onları maraqla öyrənirlər. “Azərbaycan dilini tədris edib öyrənməyi bizim övladlarımıza bir o qədər zəruri saymırlar, cünki nə din dilidir, nə də beynəlxalq əhəmiyyət kəsb edir”. Cənab səfir burada tamamilə hissiyata qapanır, özünün azərbaycanlı olmasına baxmayaraq azərbaycanlıları təhqir edir. azərbaycan ərazisində 10 milyon əhali yaşayır, fars dilində ancaq dövlət qulluqçuları və ziyalılar oxuyub-yazmaq imkanına malikdirlər, onların böyük əksəriyyəti, fars dilini türk ləhcəsi ilə danışırlar. Başqa sözlə desək, dövlət dilini böyük bir xalq məcburiyyət qarşısında öyrənməli olur. Ərəb, ingilis dilinə gəldikdə isə bu dilləri yazıb oxuyanlar barmaqla sayıla bilər. dindarlar və tacirlər gündəlik tələbatdan irəli gələn zərurət nəticəsində ərəb və ingilis dilini öyrənirlər. Iran ziyalılarının böyük əksəriyyəti ərəb, ingilis dilini öyrənməyə belə ehtiyac hiss etmirlər. Çünki onlar ticarətlə məşğul olmur və din təbliğatçısı deyildirlər. Azərbaycanlı isə min illərdir öz dilində danışır öz milli mədəniyyətini qoruyub saxlayır, milli folklorunu yaradır, sinədən-sinəyə və nəsildən-nəsilə keçirir, onu yaşadır. Azərbaycan kəndlisi dövlət dilini öyrənmək iqtidarına malik deyil. Dövlət idarələrinə müraciət edərkən fars dilini bilən mirzədən xahiş edir, ərizə yazdırır və tərcüməçi vasitəsilə öz istək və arzusunu fars dilli dövlət qulluqçusuna çatdırır.

Azərbaycan dili dünyanın qədim dillərindən biridir. O, fəlsəfi, siyasi, elmi ədəbi dildir. Azərbaycan dilində yazılan şer axar çeşməyə bənzəyir, musiqi kimi səslənir. Cənab səfir Azərbaycan xalqının dilinə, ənənə və adətinə hörmət etməklə iki xalq arasında əlaqələrin dərinləşməsinə kömək edə bilər. hər bir vətənpərvərin cənab səfirə tövsiyyəsi isə bundan ibadətdir.

 

“Mühacir”qəzeti 13 aprel 1993-cü il.

Ə. Lahrudi.


1 May həmrəylik günü

17 və 19 əsr sənaye inqilabının baş verdiyi və maşınlı sənayenin inkişaf etdiyi əsrdir. Bu zaman fabrik və zavodlar meydana gəlir. Sahibkarlar silki yaranır, kəndləri buraxıb şəhərlərə axışan kəndlilər müzdlu əməkçilərə çevirirlər. Ilk növbədə toxuculuq sənayesi inkişaf edir, kənd həmin sənayenin xammal mənbəyinə və satış bazarına çevrilir.

Maşınlı sənaye genişləndikcə kapital hakimiyyəti gəsb edir, kapital boyunduruğu altında işləyən və əsas məhsul istehsalçısı olan fəhlələr özünü dərketmə məqamına çatırlar. Kapitalın mərkəzləşməsi ilə fəhlə sinfinin təmərküzləşməsi və təşəkkül tapması paralel şəkildə baş verir. Siniflər arasındakı ziddiyətin şiddətlənməsi, iş vaxtının azalması, iş şəraitinin yaxşılaşması, əmək haqqının artırılması uğrunda mübarizənin kəskinləşməsinə təzahür edir. çikaqo fəhlələrinin etiraz nümayişi, şəhər polisinin nümayişçilərə qarşı odlu silahdan istifadə etməsi əməklə kapital arasındakı ziddiyətin yüksək mərhələyə çatması hesab olunurdu.

O tarixdən bir əsr keşir, həyat dəyişmiş, Amerika və ümumiyətlə sənaye cəhətcə inkişaf etmiş ölkələrin iqtisadi və siyasi vəziyyəti, eləcə də fəhlələrin iş və yaşayış şəraiti dəyişmiş, elmi və texniki inqilab baş vermiş, istismarın forması dəyişilmiş, iş şəraiti yüngülləşmişdir, . Bu isə fəhlə sinfinin əsrlik mübarizəsi, özü də mütəşəkkil və ardıcıl mübarizəsi ilə mümkün olmuşdur. Müxtəlif şəkil alan bu mübarizə Çikaqo fəhlələrinə qarşı açılan güllərin əks-sədası ilə beynəlmilliləşdi və ümumdünya fəhlə həmrəyliyi şəlki aldı. 1 May bu həmrəyliyin təzahörö oldu.

1 May dünyanın bütün ölkələrində zəhmətkeşlərin həmrəyliyi günü kimi, eləcə də bahar bayramı kimi qeyd edilir. Sahibkarların və onların mənafeyinin keşiyində duran dairələrin qarşısında öz bir rliyini göstərir. Fəhlə sinfi, xüsusilə Avropada – Almaniya, Ingiltərə, Fransada mütəşəkkil Həmkarlar Ittifaqları sıralarında və sol siyasi təşkilatlar çərçivəsində birləşir, öz iradəsini inhisar birliklərinə təhmil edir. Ingiltərənin kömür mədənləri və dəniz liman fəhlələrindən, Almaniyanın poladəritmə zavodunun fəhlələrin keçirtdikləri tətil və nümayişlər fəhlə hərəkatının qüdrətli bir hərəkat olduğunu bir daha nümayiş etdirir. Bu, inkişaf etmiş ölkələrin keçdiyi uzun əsrlik yolun nəticəsidir.

Lakin dünyanın geridə qalmış və inkişaf etməkdə olan ölkələrinin çoxmilyonlu fəhlələrinin mübarizəsi Avropa fəhlələrinin 200 il bundan əvvəl başladığı mübarizənin ilk mərhələsi səviyyəsindədir. Milyonlarla əməkçi üçüncü dünya ölkələrində, ilkin kapital yığımının rəhmsiz istismarı ilə üzləşir. Təkcə milli kapital deyil, bəlkə və əsasən xarici kapitalın, transnasional sərmayənin istismar obyektinə çevrilir. Burada da kənd şəhərin xammal mənbəyi və satış bazarıdır. Burada da kəndli əməyi yenicə yaranan və ibtidai şəkildə işləyən müəssisələr tərəfindən rəhmsizcəsinə istismar olunur. Uzun əsrlik mübarizə nəticəsində nisbi sosial müdafiyəyə nail olan Avropa fəhlələri ilə heç bir müdafiəsi olmayan və dəllal kapital tərəfindən rəhimsizcəsinə istismar edilən üçüncü dünya fəhlələrini eyniləşdirmək olmaz. Milyonlarla uşaq gida çatışmazlığı üzündən həlak olur, milyonlarla insan daxmalarda yaşayır, onlar ən adi insani höquqlardan belə məhrumdurlar. Dünya iki qütbə - zəngin və yoxsul ölkələrə parçalanmışdır. Bu qütblər arasında mövcud olan ziddiyyət, yoxsul ölkələrə mənsub olan fəhlələrin “öz” sahibkarı ilə xarici sahibkar arasında olan ziddiyyət fəhlə həmrəyliyinin beynəlmilliləşməsinin əsasını təşkil edir. 1 May bu həmrəyliyin mənəvi birliyinin əsası, bünövrə daşıdır.

Son illər dünyada baş verən dəyişikliklər fəhlələrin birliyinə təsir buraxmaya bilməz. Bir qütblü dünya zəif düvlətlərin və kiçik xalqların, o cümlədən fəhlələrin milli və sinfi mənafenin qorunması işini çətinləşdirir, digər zəhmətkeş siniflərin mənafeyini müdafiə etmək ilə birləşir, sosial tələblər milli və demokratik tələblərlə üst-üstə düşür.

Üçüncü dünya ölkələri ilə transnasional inhisar birlikləri arasındakı ziddiyyətlər daha da dərinləşir, istiqlal və demokratiya uğrunda mübarizə milli mənafeyin qorunmasının əsasını təşkil edir. Fəhlə həmrəyliyi milli azadlıq hərəkətilə culğalazır. Kiçik dövlətlər böyük dövlətlər qarşısında, zəif millətlər, güclü millətlər müqabilində, fəhlə sinfi isə inhisar birlikləri qarşısında müqavimət göstərir. 1 May həyatın tələblərindən irəli gələn bu birliyin təzahürlərindən biridir.

“Mühacir” qəzeti 11 may 1993-cü il.

Ə. Ə. Lahrudi.


Bakı nefti

Hava ilə neft daşınması təmin ediləcək

Amerika və Ingiltərə neft şirkətlərinin Azərbaycanda fəaliyyəti ilə əlaqədar hava nəqliyyatı ilə xeyli miqdarda neft daşınmaları gözlənilir. Bununla əlaqədar “Azərbaycan hava yolları” konserni ilə Amerikanın məşhur “Eveqrin interneşnl” aviasiya şirkəti arasında hava yolu ilə heft daşıması sahəsində birqə əməkdaşlığa dair müqavilə imzalanıb.

“Səhər” qəzeti 31.03.93

 

“Səhər” qəzetinin yazdığına görə hava yolu ilə nefft daşınması ən azı 20 il davam etməlidir. Neft “Eveqrin interneşnl” şirkətinin təyyarələri ilə daşınacaq, “Boin – 727” və “Boinq 747” tipli vneft daşıyan təyyarələri Amerikada Qaeston Aeroportu qəbul edəcək.

Dəniz yatağları

1992-ci il noyabrın 9-da dəniz Neft Şirkəti ilə Britiş Petrolium (AMOKO və Türkiyənin “Botoş” şirkəti) arasında memorandum imzalanmışdır. Həmin memorandumun tələbinə uyğun olaraq Bakı – Ceyhan (Aralıq dənizi, Iskəndərun körfəzi), Bakı – Novorossisk və Bakı – Boti istiqamətlərindən birində neft kəməri çəkilməsi nəzərdə tutulmuşdur.

“Azərbaycan” qəzeti, 31.03.93

“Teksako” işə başlayır

Azərbaycan Dövlət Neft Şirkəti ilə bağladığı müqaviləyə uyğun olaraq, dünyanın 7 aparıcı neft şirkətlərindən biri – “Teksako” Aşağı Kür çökəkliyində yerləşən Kürsəngi neft yatağında birgə tədqiqat işlərinə başlamışdır. 4-5 ay ərzində görüləcək işlərdən məqsəd yataqda neft hasilatını artırmaqın potensial imkanlarını öyrənməkdir.

Əlavə olaraq bildirmək istəyirik ki, Kürsəngi yatağı 1962-ci ildən işləməyə başlamış və indiyə qədər oradan 9 milyon ton neft çıxarılmışdır. 1987-ci ildən başlayaraq yataqda illik neft hasilatı 115 min ton aşağı düşmüşdü.

“Səhər” qəzeti. 8.04.93

Neftin siyasi mənası

Neft Azərbaycanın bu gününün və gələcək nəslinin övladlarının gücüdür, sərvətidir. əgər biz bunu satırıqsa, demək öz gücümüzü satırıq, gələcəyimizi satırıq. əgər xarici neft şirkətləri bu yataqların işlədilməsini 35-40 il nmüddətində başa çatdıracağını və ildə azı 40-45 mln. Ton neft hasil edəcəyinin layihəsini hazırlayırsa bəs sonrakı nəsilə nə qalacaq? Gələcək potensial aqressordan ölkəmizi necə müdafiə edəcək?

Açıq deməliyik ki, indi dəniz neftinin müqəddəratı həll olunur, bu tarixi bir andır, səhvə yol versək, tarix heç kimi bağışlamaz.

Bakı neftinə maraq hələ də azalmamışdır. əsrlərlə ibtidai şəkildə, son yüz ildə isə sənaye formasında Bakı nefti istifadə edilmişdir. Hələ hicri tarixinin 272-ci ilində (indi hicri tarixi 1413-cü ildir). Abbasi Xəlifə əl-Möhtəməd Bakının neft və duz mədənlərinin vergisini Qafqazın Dərbənd əhalisinə bağışlamışdı. Ərəb tarixçisi Məsudi hicri tarixinin 300- cü ilində Bakıda olmuş və Bakı neft mədənləri haqqında yazmışdır:

“Orada ağ neft bulaqları vardır. Heç vaxt sönməyən “daimi od” yanırdı”.

“Hüdudul Aləm” kitabında göstərilir ki, Deyləmistanda (Mazandaranda) işlənən nefti Bakldan gətirirlər.

Yaqut Həməvi “Məcəmül Büldan” kitabında Bakı nefti barədə belə yazır: “Bakı Dərbəndə yaxın Şirvan əyalətindədir. Bu şəhərdə böyük neft çeşməsi vardır ki, hər gün 100 dirhəm neft verir. Orada başqqa bir ağ neft çeşməsi vardır ki, yağ kimi gecə-gündüz axır, daimi yanan od şöləsi qalxır”.

27 avqust 1859-ci il 23 metr dərinliyi olan quyu neftə çatır. Bu hadisə Amerikada baş verir. Iki il sonra ikinci quyu qazılır. Neft fantan vurur. Bununla da neft istehsalı həddən artıq rövnəq tapır.

Ilk neft quyusu qazıldıqdan bir il sonra neft məhsulu istehsalı Amerikada ildə 300 tondan 70 min tona çatır. Neftin hər tonu 65 dollara satılır. Neftin ilk sənaye formasında istehsal edilməsi Dreik adlı Amerika polkovnikının adı ilə bağlıdır.

1859-cu ildən başlayaraq Amerika dünyanın ən böyük neft istehsal edən ölkəsi sayılır. Yalnız 1898-1901-ci illərdə Bakıda neft istehsalı genişləndi və Amerikadan qabağa düşdü.

Bakının ilk neft quyusu 1871-ci ildə (12 il Amerikadan sonra) qazıldı. 1901-ci ildə Bakı nefti 12 milyon tona çatdı ki, bu da o zamankı dünya neftinin yarısını təşkil edirdi. 1908-ci ildə Iranın cənubunda Məsçid Suleyman adlanan məntəqədə ilk neft quyusu qazıldı.

1923-cü ildə Iraqın Iran sərhədinə yaxın neftxana adlanan məntəqəsində neft çıxarılmağa başladı.

1932-ci ildə Bəhreyn adalarında neft çıxarılmağa başlandı:

1935-ci ildə Səudiyyə Ərəbistanında “Cəbəli Zöhran” adlanan məntəqədə neft tapıldı və 150 metr dərinliyində qazılan quyudan neft istehsal edildi.

1937-ci ildə Küveytdə, 1938-ci ildə isə Qətər əmirliyində neft istehsal edildi. Neft sənaye üsulu ilə çıxarılır və enerji daşıyıcısı kimi su, quru, hava nəqliyyatında və maşınlı sənayedə istifadə edilir. Amerikanın şimal və cənubunda neft axtarışı və çıxarılması ilə məşğul olan şirkətlər ABŞ-da təşkil edirdi. Ilk neft şirkəti Rokfeller ailəsinə məxsus olan standart Oyl Nyu-Çersi şirkətidir. Sonradan Kaliforniya, Sokoni Vakum, Teksak neft şirkətləri əmələ gəldi. XX-ci əsrin birinci onilliyindən başlayaraq Yaxın və Orta Şərq sənayesini ələ keçirən Brintiş Petrolium və Royal Daç “Şel” neft şirkətləri ilə rəqabət etdi. Ikinci dünya müharibəsi ərəfəsində xüsusilə müharibədən sonra dünya neft sənayesini, o cümlədən Yaxın Şərq neft sənayesini istismar edən böyük neft karteri təşkil edildi, dünya miqyasında neftin çıxarılmasını, emal edilməsini və satışını öz inhisarına aldı.

Onu da qeyd edək ki, Iraq neftinin imtiyazını alan “Royal Daç” şirkətinin nümayəndəsi 1869-cu ildə Istambulda anadan olmuş, ata və anası Türkiyə ermənisi olan, sonralar Portuqaliyanın Lissabon şəhərində yaşayan Gülbəngiyan olmuşdur. Həmin şirkətin səhmlərinin 5 faizi Gülbəngiyana məxsusdur.

1917-ci il oktyabr inqilabı xarici kapitalı Rusiyadan, o cümlədən Nobel və Montaşov neft şirkətlərini Bakıdan uzağlaşdırdı. Meft dövlət inhisarına verildi. Bakı nefti yeganə neft mənbəyi kimi Rusiyanın ixtiyarına keçdi.

Ikinci dünya müharibəsi neftin dünya siyasətində həlledici rol oynamasının şahidi oldu. Almaniyanın Mazdoka qədər irəliləməsi Bakı neftini ələ keçirtmək, Afrikanın şimalında isə marşal –Romelin əl- Ələmeynə (Misir) çatması bununla da Sues kanalını tutub fars körfəzinə çatmağa cəht etməsi Iran neftini ələ keçirtmək məqsədi daşıyırdı.

Indi Sovet Ittifaqının neft balansında Bakı neftinin rolu azalmış istehsal həcmi 1901-ci il səviyyəsinə enmişdir.

Rusiyanın Ural və Sibir məntəqələrində neft meydanları genişlənir, hər il 600 milyon ton neft istehsal olunurdu. SSSR-nin dağılması ilə başqa sənaye müəssələri kimi neft sənayesi də dağılır. Neftin istehsalı aşağı düşür, texnologiya köhnəlir. Rusiya neft sənayesi dərin böhran keçirir. Belə bir zaman başqa sahələrdə olduğu kimi neft sənayesinə də xarici kapitalın cəlb edilməsinə səy göstərilir.

Bu sahədə Azərbaycan daha irəli gedir. Britiş Petrolium və AMOKO şirkətləri Bakı neftini, ümumiyyətlə Azərbaycan neftini istismar etmək barədə Azərbaycan dövləti ilə müqavilə bağlanmışlar.

70 il tam daxili bazara əsaslanan Bakı və Rusiya nefti bu gün dünya neft şirkətlərinin (anqlo-sakaon neft şirkətlərinin) fəaliyyət zonasına qoşulur. Parçalanmış dünya birləşir, neftin istehsalı və satılması vahid dünya neft karterinin əlində mərkəzləşir.

Məqalənin başlanğıcında “Bakı qəzetlərindən göstərilən nümunələr dediklərimizin əyani nümunəsidir. Bakı nefti istehsal edilir, neft kəməri çəkilənə qədər hava tankerləri ilə Amerikaya daşınacaqdır.

Onuda qeyd edək ki, OPEK (Neft Istehsal Edən Ölkələrin Təşkilatı) ölkələri 24 mld. Barel neft istehsal edir. o xam neft kimi Qərbi Avropa, Şimali Amerika və Yaponiyaya daşınır, həmin ölkələrin sənaye müəssisələrini işə salır, hava, quru və su nəqliyyatını hərəkətə gətirir. Bu ölkələrin əhalisinin yaşayış səviyyəsi yüksəlir. Onlar (700 mln-a yaxın əhali) imtiyazlı millət kimi dünya xalqlarına ağalıq edirlər. başqa sözlə desək, OPEK ölkələrinin iqtisadiyyatı həmişəlik olaraq Qərb, Şimali Amerika və Yaponiya iqtisadiyyatının əlavəsinə çevrilmişdir.

Belə gedərsə Rusiya və Bakı nefti Qərb iqtisadiyyatı üçün xammal rolu oynayacaq, bu ölkələrin iqtisadiyyatı qərb iqtisadiyyatının əlavəsinə çevriləcəkdir.

Dünya iqtisadiyyatı bu prinsip üzərində qurulmuş keçmiş Sovet Ittifaqı ərazisində meydana gələn dövlətlər də həmin qanunauyğun prinsipinə əsaslanır. Vahid dünya iqtisadi orqanizmin ayrılmaz hissəsinə çevrilir. Bugünkü həqiqət belədir. Onu dəyişmək qanunauyğunluğa “qarşı çıxarmaqdır”.

 

“Mühacir” qəzeti 11 may 1993-cü il.

Ə. Lahrudi


Demokratiya imtahan qarşısında

Rus xalqı özünün dörd əsrlik tarixində ikinci dəfədir ki, demokratiyanın nə olduğunu gözü ilə görür və onun qorunub saxlanması uğrunda mübarizə aparır.

Rus imperiyasının meydana gəlməsi, təşəkkül tapması, böyük müstəmləkəçi bir dövlətə çevrilməsi, ancaq və ancaq qüddrət amilindən istifadə etmək yolu ilə mümkün olmuşdur.

Müstəmləkəçi dövlət güclü əzici aparata arxalanmaqla yanaşı özünün sosial bazası və ideoloji üstqurumunu da yaradır. Bu bütün ictimai sistemlərə və onların dövlət aparatına aid ümumi qanuna uyğunluqdan irəli gəlir.

Indi Rusiyanın tarixində yeni dövr başlanır. “Totalitar” sosializm iqtisadiyyatından “demokratik” bazar iqtisadiyyatına keçıd yeni sosial baza, ideoloji üstqurum meydana gətirir.

1985-ci ildən yenidənqurma adı ilə başlanan, indi reform adı ilə həyata keçirilən bu köklü sosial və iqtisadi çevriliş cəmiyyətin ikiyə bölünməsi ilə nəticələnsə də onun həyata keçirilməsi forması üzərində gərgin siyasi mübahisə gedir.

“Totalitar” sosializmdə iqtisadiyyat tam şəkildə dövlət orqanlarına tabe edilir. Vahid mərkəzdən idarə olunur. Burada sosial baza, ictimai mülkiyyətdən pay aparanlardan təşkil edilir. “Demokratik” bazar iqtisadiyyatına isə siyasi sistemin ictimai bazası, istehsal vasitələri üzərində mülkiyyət bərqərar edən sosial qruplardan ibarət olur. Siyasi hakimiyyət həm birinci və həm də ikinci ictimai sistemin mülkiyyət formasını mülkiyyətə sahib olan ictimai qrupların mənafeini qoruyur.

Insanlar arasında və insan kütləsindən yaranan sosial qruplar arasında yaranan münasibətlər, ibtidai mərhələdən başlayaraq yüksək mərhələyə qədər inkişaf edən münasibətlər mənafe üzərində qurulan münasibətlərdir. Mənafe isə ancaq madddi həyat və maddi varlıqdan irəli gəlir. Maddi mənafei nizamlayan, onun hüquqi institularını yaradan, həmin cəmiyyətin müxtəlif ictimai qruplarını mövqe və vəzifələrini müəyyənləşdirən qanunlar meydana gəlir. 400 illik Romanovlar imperatorluğu ən dəhşətli, ən qəddar feodal hərbi müstəmləkə imperatorluğu idi. Lakin bu imperatorluğun özünü ictimai bazası, hüquqi, siyasi, mədəni institutları və ideologiyası yaranmışdı ki, həmin ictimai qrupların (dvoryan, mülkədarların) mənafeinə siyasi, hüquqi, mənəvi və ideoloji həqqaniyyət qazandırsın. Bəşər tarixində həmişə belə olmuş və insan deyilən varlığın gələcək tarixi də belə olacaqdır. Biz mənafe üzərində qurulan münasibətlərin müxtəlif forma və şəklini 20-ci əsrdə görmüş, onun iştirakçısı və müşahidəçisi olmuşuq. Avropanın şərqində ictimai mülkiyyət meydana gəldi, dövlət mülkiyyəti formasında təzahür etdi.

Ictimai qruplar ancaq ictimai mülkiyyət üzərində qurulan sosial bazaya əsaslanır, meydana gəlmiş yeni dövlət həmin mülkiyyətin qorunub saxlanılması vəzifəsini öz öhdəsinə götürür. Bu mülkiyyəti qorumaq üçün polis sistemi işə düşür, bu istiqamətdə aparılan işlər əsasən ideoloji şəkil alır. “Hüquqi” institutlar vasitəsilə həyata keçirilir. Avropanın mərkəzində də totalitar rejim hakimiyyətə gəlir. Xüsusi mülkiyyət ən dəhşətli polis sistemi vasitəsi ilə müdafiə edilir.

Bu gün bəşər tarixində ilk dəfə təcrübə laboratoriyasında filtrləşən ictimai mülkiyyət “özünü” doğrutmadığı üçün dağılıb aradan gedir. Xüsusi mülkiyyətə əsaslanan kölgə iqtisadiyyatı və kriminal kapital ruşeym halından “kamillik” mərhələsinə çatır, cəmiyyətin əsas ictimai və iqtisadi bazasına çevrilir. Burada mənafe toqquşmaları meydana gəlir. Mənafe üzərində yaranan yeni sosial qruplar qarşı-qarşıya dururlar.

Rusiyanın son illərdəki həyacanlı və keşməkeşli siyasi həyatı məhz mənafe üzərində gedən həyacan və keşməkeşdir. Keçmiş iqtisadi sistem dağılıb onun üzərində qurulan hüquqi, mədəni, siyasi ideoloji dəyərlər aradan gedir. Siyasi və iqtisadi sistem iflicləşir. Yeni iqtisadi sistem “bazara” əsaslanan və müəyyən ictimai qrupun əlində toplanan və həmin qrup vasitəsilə idarə olunun iqtisadiyyat yaratmaq, onu formalaşdırmaq, dinamik hala salmaq görünür “demokratik” diktatura yolu ilə mümkündür. Belə bir ictimai və iqtisadi sistemə keçmək Rusiya üçün baha başa gılir. Onun 400 illik imperatorluğu dağılır, qüdrətli fövqul dövlət nüfuzu aradan gedir, iqtisadi və siyasi aslılığı qüclənir. Lakin kapitalın vətəni olmur. Mənfəət və mənafe üzərində qurulan münasibətlər milli qürur, milli bazar və milli şəxsiyyəti kölgə altına alır.

Rusiyada baş verən son çəkişmələr, xalq deputatları qurultayı ilə prezident arasında şiddətlənən mübarizə parlament respublikası, yoxsa prezident respublikası şəklində təzahür edir və cəmiyyətdə meydana gələn yeni ictimai qrupların mənafeinə tabe edilir.

Prezident aparatının hazırladığı konstitusiya layihəsi müəyyən ictimai bir qrupun mənafei nöqteyi nəzərindən hazırlanmış layihədir. Həmin konstitusiyanın nəzərdə tutduğu dövlət quruluşu, xüsusi mülkiyyətə əsaslanaraq bazar vasitəsi ilə nizamlanan iqtisadiyyatın formalaşması və inkişafı üçün hüquqi əsas yaradır. Həmin layihənin müddəalarına görə prezident Rusiya Federasiyasının dövlət başçısıdır. Prezident konstitusiyanın zaminidir, Prezident bilavasitə yüksək dövlət vəzifələrini təyin edir. ya da seçilmək və təyin edilmək üçün onları federal məclisə namizəd göstərir. Federal məclisin seçkisini müəyyən edir. Vaxtından əvvəl federal məclisi buraxır, ümumxalq referendumu keçirir. Prezident Rusiya qoşunlarının baş komandanıdır. Prezident Rusiya Federasiyasının təhlükəsizlik şurasına rəhbərlik edir. prezident dövlət orqanları arasında meydana gələn ixtilafların həll edilməsində hakimiyyət rolu aynayır”.

Yeni layihənin qəbul edilməsi üçün fikri və psixaloji zəmin hazırlanır. Xüsusi mülkiyyətin hakim mülkiyyətə çevrilməsində marağlı olan qüvvələr belə bir konstitusiyanın qəbul edilməsinə nail olmağa çalışırlar.

Güclü prezidentlik respublikası yaradılması ilə maraqlanan daxili və xarici qüvvələr bütün imkanları bu istiqamətdə səfərbər etmişlər. Heç də təsadüfi deyil ki, Rusiya kilsəsi və Rusiya Federasiyasının kütləvi informasiya vasitələri Romanovlar evinin yaradılmasının 380 illiyini və Romanovlar sülaləsinin son padşahının anadan olmasının 125 illiyini təntən ilə bayram etməyə hazırlıq görürlər.

1917-ci il inqilabı Romanovlar sülaləsini, sonra isə burjua hakimiyyətini devirdi. Rusiyada köhnə ictimai və iqtisadi quruluş yeni ictimai quruluş ilə əvəz edildi. Yeni quruluş özünün hüquqi, siyasi, ideoloji institularını yaratdı. Bu gün tarix təkrar olunur. Ictimai quruluş dəyişilir. Yeni qurulan ictimai, iqtisadi sistem özünün hüquqi, siyasi, ideolji institularını yaradır.

Romanovlar evi Rusiyaya, onun mənafeinə xidmət edən dövlət forması kimi təbliğ edilir. Romanovlar sülaləsinin son padşahı ikinci Nikolaydan Isa məsih surəti yaradılır. Bu indiki rejim üçün təbii haldır. Hakimiyyət zor aparatı deməkdir. Mənafe üzərində yazılan qanunlar zor işlətmək yolu ilə cəmiyyətdə “sabitlik”yaradır.

Romanovlar manarxiyasını (feodal diktaturasını), totalitar sosializm (proletar diktaturası) əvəz etdi. Görəsən totalitar sosializmdən sonra yaranmaqda olan demokratik hakimiyyət burjuaziya diktaturası formasında təzahür etməyəcəkmi?

Ictimai qruplar arasında şiddətlənən Rusiyanın taleyini həll edən barışmaz mübarizə üçün yeni konstitusiyanın qəbul edilməsi ilə bağlıdır. Demokratiya imtahan qarşısındadır.

 

“Mühacir” qəzeti 15 iyun 1993-cü il.

Ə. Lahrudi.


Bir neçə Vyetnam

Insanlar bir-birlərinə bağlı olan vahid bir orqanizmdir. Özü də elə bir orqanizm ki, Sədinin dediyi kimi, onun üzvlərindən biri ağrıdıqda bütün üzvlər sızlayır:

Bəni adəm əzaye yek digərənd,

Ki dər afərineş ziyek cövhərən.

Co ozvi be dərd avərəd rüzgar,

Digər ozvha ra nəmanəd qərar.

To kəz mehnəte digəran biqəmi,

Hə şayəd ke, namət nəhənd adəmi.

Bütün canlı orqanizmlərdə oldağa kimi cəmiyyətdə də ziddiyətlər şəklində büruz edən narahatlıq meydana gəlir. Həmin ziddiyyətlərin həll edilməsi zərurəti ortaya çıxır. Lakin bu ziddiyyətlərin aradan qaldırılması yolları, həmin yolların, axtarılmasında meydana çıxan metodlar müxtəlifliyi bəşəriyyəti canlı bir orqanizm kimi qarşı-qarşıya qoyur. Sədinin dediyi kimi bir üzvün ağrıması ilə bütün əzələlər ağramağa başlayırlar. Bu isə insanların bir-birinə kömək etməsi, bir-birinin əlindən tutması və biri digərinə arxalanması ideyasını irəli sürür. Elə buna görə də böyük mütəfəkkirlər, filosoflar və maarifpərvərlər bəşəri mənəvi paklığa çağırsalar da insanların idarə edilməsində fiziki təsir vasitələri başlıca amilə çevrilir, geniş miqyasda işə salınır.

Fiziki təsir ayrı-ayrı ölkələrin çərçivəsindən çıxır, ölkələrarası təzyiq vasitəsinə çevrilir. Bu metoddan istifadə edilməsi nəticəsində ancaq 20-ci əsrdə böyüklü-kiçikli 130 müharibə baş vermiş, 120 milyon adam yaşamaq hüququndan məhrum edilmişdir.

Sədi kimi dünya görmüş böyük mütəfəkkərlərin insan üçün arzuladıqları bərabərlik prinsipi həyata keçirilmir. Çox vaxt yaşayış hüququ belə onun əlindən alınır.

1917-ci il Rus inqilabı, 49-cu il Çin inqilabı bərabərsizliyə son qoymaq və insanların azad yaşaması naminə qələbə çaldı. Min illərlə ənənə şəkli alan, insanlar arasında birgə yaşayış normalarını nizamlayan “qanun”lar vasitəsilə qorunan imtiyazlara son qoyuldu. Bərabarliyə əsaslanan yeni həyat tərzi meydana gəldi. lakin heç bir imtiyaza əsaslanmayan bu bərabəlik də fiziki təsir yolu ilə həyata keçirildi. Bir-birinə bağlı olan insanlar yeni parçalanma, sosial bazaya əsaslanan milli parçalanma əmələ gəldi. Bəşəriyyət barışmayan qarşı-qarşıya durma ilə üzləşdi. Bərabərsizliyə əsaslanan ənənəvi həyat tərzini qoruyub saxlamaq istəyən və ənənələri sındıraraq bərabərliyə əsaslanan yeni həyat tərzi qurmaq istəyənlər öz həyat tərzini başqasına qəbul etdirmək üçün isti və soyuq müharibəyə əl atdılar.

Orta xətti qəbul etməyə hazır olmayan sağ və sol radikalizm bəşəriyyəti fəlakətə doğru yönəltdi. Qərb və Şərq məfhumları, sosializm və kapitalizm fenomenləri Yer Kürəsini təcrübə laboratoriyasına çevirdi. “Ənənəvi” cəmiyyətin (Kapitalizmin) qorunub saxlanılması, Şərqdə əldən çıxan mövqelərin geri alınması siyasi cərəyan və hərbi blok şəkli aldı. Qərbi Avropa onun aparıcısı Amerika isə başçısı oldu.

Ənənələri sındırıb yeni həyat (sosializm) quran Şərq isə öz mövqrlərini möhkəmləndirməyə, sosializmin ümumdünya qələbəsini təmin etməyə çalışan qüvvə kimi çıxış etdi. Bu cərəyanın başında Sovet Ittifaqı dayandı. Dünyada iki siyasi cərəyan və iki blok formalaşdı. Tərəflər bir-birini məhv etmək üçün bütün vasitələrdən, o cümlədən yerli müharibələr adlanan zorakılıq vasitəsindən istifadə etdilər. Qərb Şərqin fikri və fiziki yürüşünün qabağını almaq üçün Yaxın Şərq böhranı (Israil – Ərəb­münaqişələri), Hind – Çin böhranı (Vyetnam müharibəsi), (Karayib dənizi böhranı), (Kubanın müharibəsi). Şimali Afrika böhranı (Fransa, Əlcəzair müharibəsi), Sues kanalı böhranı (Misirə qarşı Ingilis, Fransa və Israil təcavüzü), Tayvan – boğazı dövranı (Çin – Amerika münaqişəsi), Koreya müharibəsi, Cənubi Afrika böhranı (Portuqaliya müstəmləkəçilərinə qarşı milli-azadlıq hərəkatı və oporteidin güclənməsi) və onlarla belə isti müharibənin qızışdığı böhranlar müasir dövrün xarakterik böhran idi. Bu da orqanizmin “xəstələnməsi” və bu “xəstəliyin” “cərrahlıq” yolu ilə “müalicə edilməsi” metoduna çevrildi. Şərqlə Qərb arasında yaranan ziddiyətin həlli özünün fiziki təsir vasitəsindən istifadə edilməsi metodunda tapdaladı. Bu zaman Şərq bloku iki yerə parçalandı. Sovet Ittifaqı və Çin həmin ziddiyyətlərin həll edilməsində bir-birinə daban-dabana zidd olan konsepsiyalar yaratdılar.

Sovet Ittifaqı Şərqlə Qərb arasında dinc yanaşı yaçamaq prinsipinə əsaslanan münasibətlər yaratmaq konsepsiyasını irəli sürdü. Çin isə müharibələr yolu ilə Qərbi dizə çökdürmək və aradan aparmaq konsepsiyasına üstünlük verdi. 30 il silahlı mübarizəyə başçılıq edən və böyük partizan ordusunun Çinin mərkəzi rayonlarından uzanan geniş məsafəni keçib şimal-şərq məntəqəsində istehkamlar yaradan Mao Teze Dün dünyanı sosialistləşdirmək üçün heç bir Vyetnam yaradılmasını, Amerikanın belə müharibələrlə əlbəyaxa olmasını, uzun və eyni zamanda yorucu müharibələrlə zəifləyib və nəhayət təslim olması konsepsiyasini irəli sürürdü.

Dinc yanaşı yaşamaq prinsipi Mao Teze Dun tərəfindən təslimçilik prinsipi kimi qiymətləndirildi. Qarşı-qarşıya durma və müharibə yolu ilə ziddiyətləri həll etmək konsepsiyası Sovet rəhbərləri tərəfindən macəraçülüq konsepsiyası adlandırıldı.

Ikiyə (“Kapitalizm və sosializmə”) parçalanmış vahid orqanismin “birləşdirilməsi” üçün işlənib hazırlanan bu (konsepsiyaların müəllifləri) görünür, həyatın real imkanlarını, qüvvələr nisbətinin ağır yüngüllüyünü araşdırmadan təslimçiliyə və macəraçülüğa yuvarlandılar.

Kəndli üsyanlarını dünya inkişafının hərəkətverici qüvvəsi adlandıran, dünyanı şəhər və kəndə təqdim edərək kəndin şəhəri mühasirə etməklə dünyanın sosializm prinsipi əsasında birləşməsinə nail olmağa cəhd edən Mao Teze Dun həyata göz yumdu. Onun radikal konsepsiyası özü ilə dəfn edildi. Çin dinc yanaşı yaşamaq konsepsiyasını yeni siyasət və yeni hərəkət xətti kimi qıəbul etdi. Sovet Ittifaqı dinc yanaşı yaşamaq siyasətini açıq təslimçilik məqamına çatdırdı. “Parçalanmış” dünya birləşdi. Vahid “cövhərdən” yaranan və bir-biri ilə üzvi şəkildə bağlı olan “bəni adəm” (adəm övladı) “ümumbəşər” dəyərlər üzərində qurulan ənənəvi ictimai sistemi (kapitalizm sistemini) yenidən bərpa etdi. Bu isə insanın əzablarına son qoymadı Mao teze Dunun arzu etdiyi və tam inamla təbliğ etdiyi Vyetnamların (Amerika ilə Vyetnam arasında gedən Hind-çin müharibəsi) sayı azalmadı. Dünya Mao Teze Dundan sonra da onun konsepsiyası ilə yaşayır. O zaman Amerika qoşunları kiçik bir xalqın müqavimətini sındıra bilmədi. Vyetnam cəngəllərində girə düşdü. Həqarətlə Vyetnamı tərk etməyə məcbur oldu.

Bugünkü dünyada bir çox Vyetnamlar yaranmışdır. Bu Vyetnamları Maoistlər yox, amerikalılar özləri yaratmışlar. Fars körfəzi Vyetnamı, Somali Vyetnamı, Bosniya Vyetnamı. Bu Vyetnamlarda Amerika qoşunları bilavasitə iştirak edir. Qarabağ, Abxaz Vyetnamı, Tacigıstan Vyetnamı Amerikanın “diqqət mərkəzində”dir. Bu Vyetnamlarda da yaşılpapaq BMT əskərlərinə Amerika generalları başçılıq etməyə hazırlaşırlar, Iran, Şimlai Koreya və Liviya gələcək vyetnamlar sırasına daxil olmaq üçün yeni “namizəd”lərdir.

XX əsr elmi və texniki inqilab əsridir. Kosmik fəzanın insan tərəfindən fəth edildiyi əsrdir. Eyni zamanda bir-birinə bağlı olan insanların fəlakətə düçar olduğu əsrdir. Onlarla müharibə ocağının alovlandığı, aclığın və yoxsulluğun insanlara divan tutduğu əsrdir. Toxun acdan xəbəri olmayan əsrdir. Insanların əməyinin məhsulu olan milyardların rifahı üçün deyil, onların məhv edilməsi üçün sərf edilən əsrdir. Bu elə bir əsrdir ki, dünyaya ağalıq etmək xülyası ilə yaşayan kiçik bir qrup dövlətlər insanları bundan sonra da özlərinə tabe etməyə cəhd edir. Xalqları qarət etmək üçün aparılan müharibəyə milyardlarla pul xərc edilir. Bu isə həmin ölkələrin milli sərvətinin puça çıxması, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi, nəticə etibarı ilə “arxa cəbhədə” xalqın “öz” hökumətlərinə qarşı üsyan etməsi üçün zəmin hazırlayır.

Bu gün Qərb ideoloji rəqiblə üzləşməsə də fiziki cəhətcə birləşən “vahid” cəmiyyət daxilində mövcud olan ziddiyətləri dinc yollarla həll etməyə qadir deyil. Həmişə olduğu kimi yenə də fiziki təsirdən başlıca təsir kimi istifadə olunur.

Fiziki təsirə və qanlı müharibələrə ancaq o zaman son qoyulacaqdır ki, Sədi kimi böyük mütəfəkkirlərin, filosfların və maarifpərvərlərin yaratdıqları bəşəri konsepsiya, bu və ya digər ölkə tərəfindən deyil, bütün xalqlar və ölkələr tərəfindən qəbul edilsin, vahid “cövhər”dən əmələ gələn bəni adəm heç bir ayrı-seçkiliyə məruz qalmadan bərabər yaşamaq hüququ əldə edə bilsin.

1. Bəni-adəm bir-birinə bağlı olan üzvlərdən ibarətdir.

Xilqətdə vahid təbiətə malikdir.

Zaman həmin üzvlərindən birini ağrıtsa, başqa üzvlər sakit qalmaz.

Başqalarının qəminə laqeyd qalanı insanl adlandırmaq olmaz.

 

“Mühacir” qəzeti 31 avqust 1993-cü il.

Ə. Lahrudi


Moskva - üçüncü Roma

Oktyabr ayının 9-da Iranlı Mühacirlər Cəmiyyətinin klubunda elmi-siyasi, konfrans keçirildi. Konfrans Gülüstan müqaviləsinin 180 və Türkmənçay müqaviləsinin 165 illiyinə həsr edilmişdi. Konfrans Vahid Azərbaycan Partiyası və Azərbaycan Demokrat Firqəsinin təşəbbüsü ilə təşkil olmuşdu.

Konfransı Vahid Azərbaycan Partiyasının sədri, psixologiya elmləri namizədi, Azərbaycan Respublika prezidenti seçkilərində öz namizədliklərini irəli sürən üç namizəddən biri Kərrar Əbilov giriş sözü ilə açdı. O, Gülüstan və Türkmənçay müqavilələrini, işğalçıların Azərbaycan xalqına zorla qəbul etdirdiyi müqavilə kimi qiymətləndirildi və bugünkü Azərbaycanın uzun tarixi bir dövrdən sonra müstəqilliyə nail olmasından və həmin müstəqilliyin qorunması üçün milli birliyin zəruriliyindən danışdı.

Konfransda Azərbaycan Demokrat Firqəsinin sədri Əmirəli Lahrudi məruzə ilə çıxış etdi.

Məruzə ilə əlaqədar suallara ətraflı cavab verildi. Konfransda çıxış edənlər Rus imperatorluğunun təcavüzkar siyasəti barədə, eləcə də bugünkü Azərbaycanın müasir vəziyyəti haqqında ətraflı cavab verildi. Konfrans – Kərrar Əbilovun son sözü ilə öz işini başa çatdırdı. Konfransa təqdim olunan məruzə qəzetimizin həmin nömrəsində dərc edilir.

Bizə gəlib çatan yazılı tarix böyük imperiyaların yaranması və onların dağılması tarixidir. Biz bu günkü çıxışımızda Rus imperiyasının yaranması və süqutunun səbəblərindən danışacağıq.

Bu imperiya 400 illik qanlı və ziddiyyətli yol keçmiş, başqa xalqların torpaqlarını işğal edərək öz ərazisində birləşdirməklə, imperiyanın sərhədlərini Şimaldan Baltik dənizinə, Uzaq Şərqdən Sakit Okeana, Cənubdan Qara dəniz və Araz çayına qədər genişləndirmişdir. “Gülüstan” və “Türkmənçay” müqavilələri bu imperatorluğun son işğalçılıq sənədləri kimi tarixə səbt olmuşdur.

Roma imperatorluğu dağıldıqdan sonra onun yerini tutan Vizantiya imperatorluğu meydana gəldi, orta əsrlərdə ən güclü imperiyalardan biri oldu. XV-ci əsrin başlanğıcında Osmanlı sultanı II Məhəmmədin qoşunlarının yürüşü nəticəsində süqut etdi, Yaxın Şərqdə yeni islam imperiyası yarandı.

Osmanlı imperiyasının meydana gəldiyi dövrdə Rus imperiyasının da əsası qoyuldu, hər iki imperiya biri digəri ilə rəqabətə girdi, 5 əsrlik tarixi bir dövrdə Osmanlı imperiyası zəiflədi, Rus imperiyası isə gücləndi. XIX-ci əsrin başlanğıcında Qafqazı və Orta Asiyanı tutdu. Bosfor Dardanel boğazlarını və Konstantinopolu ələ keçirmək, Vizantiya imperiyasının varisi kimi Asiya və Afrikanı birləşdirmək Konstantinopolda imperiyanın paytaxtını bərqərar etmək, bununla da Aralıq dənizinə, Atlantik və Hind okeanına çıxmaq üçün birbaşa dəniz yolu açmaq, eyni zamanda Iranın ərazisinin böyük bir hissəsini Rusiyaya birləşdirməklə Iran körfəzi və Oman dənizinə yaxınlaşmağı qarşıya məqsəd qoydu. Amma Rus imperiyasının Yaxın və Orta Şərq rəqibi olan Ingilis imperiyası böyük maneə kimi bu imperiyanın birbaşa Fars körfəzinə çıxması qarşısında maneə yaratdı. Elə bu zaman 1907-ci il müqaviləsi bağlandı. Iran Rusiya və Ingiltərə arasında nüfuz dairəsinə bölündü. Lakin Birinci Dünya Müharibəsi və Rusiyanın bu müharibəyə qoşulması II Nikolayın Iranı və Osmanlı imperiyasını bir dövlət kimi aradan aparması və bu ölkələrin ərazisinin çoxunu Rusiyaya ilhaq edilməsi, Konstantinorolun üçüncü “Romanın” mərkəzinə çevrilməsi üçün zəmin hazırladı. Müharibənin ikinci ilində, 1915-ci ildə Peterburqda konvensiya imzalandı. 1907-ci il müqaviləsini tamamlayan və çox gizli saxlanan bu konvensiya, Ingilis dövlətinin Rus dövləti qarşısında güzəştə getməsini təsdiq edən sənəddir. Həmin konvesiya ilə əlaqədar 1915-ci ilin mart ayında Ingiltərənin Peterburqdakı səfiri Bukanen və Rusiyanın Xarici Işlər Naziri Sergey Sazanov gizli memorandum mübadilə edildi. Sazanov Ingilis səfirinə təqdim etdiyi memorandumda II Nikolayın adından yazır:

“Iranın bir dövlət kimi aradan götürülməsi, Rus və Ingilis dövlətlərinin xeyrinədir”.

Sazanov Nikolayın həmin tələbini belə izah edirdi:

“Son hadisələr Rus imperarorunu belə bir əqidəyə gətirmişdi ki, Istambul şəhərinin, Bosfor və Dardanel boğazlarının Rusiyaya verilməsi məsələsi, Rusiyanın ən qədim arzularının biri olan bu məsələ, qəti həll olunmalıdır”.

Sazanov Ingilis səfirinə xatırladır ki, Istambul şəhəri Bosforun Qərb sahili, Mərmərə dənizi, Dardanel boğazı, Tiraspol əyalətinin Cənub hissəsinin Rusiya ərazisinə birləşməsi ilə Yaxın Şərq məsələləri həlll edilə bilər. Başqa sözlə desək, Kiçik Asiyanın strateji nöqtəsi bu məntəqələr Rus imperatorluğuna ilhaq edilməsi idi. Sazanov həmin memorandumun sonunda Ingilis səfirinə vəd edir ki, müharibədən sonra Osmanlı müstəmləkələrindən Ingilis dövlətinin tələbləri ilə razılaşacaqlar.

Ingiltərənin Xarici Işlər Naziri Ser Edvard Qrey Sazanova yazdığı cavab məktubunda qeyd edir:

“Ingilis dövləti Rusiya qarşısında üzərinə götürdüyü təəhhüdü müharibə qurtardıqdan sonra yerinə yetirəcəkdir. Rusiyanın Yaxın Şərqə aid olan tələbləri müdafiə ediləcəkdir. O, bu məntəqələrin Rusiyaya verilməsini müharibədə iştirak edən Rusiya üçün qiymətli mükafat adlandırır.

Ingiltərə Xarici Işlər Nazirinin həmin məktubunda 1907-ci il müqaviləsində nəzərdə tutulmuş bitərəf məntəqənin, Ingiltərənin nüfuz məntəqəsinə birləşməsi məsələsi də irəli sürülüb.

Sazanov ikinci məktubla Ingiltərə Xarici Işlər Nazirinə müraciət edir, bitərəf məntəqənin Ingiltərənin nüfuz dairəsinə daxil edilməsinə razılıq verir. Eyni zamanda təklif edir ki, Rusiyanın Iranda olan nüfuz məntəqələri də XIX əsrdə olduğu kimi Rusiyaya birləşdrilsin. Beləliklə, Ingiltərə hökuməti Iranın bitərəf məntəqəsini ələ keçirməklə, Istambul şəhəri, Bosfor və Dardanel boğazları, Qars və Ərdəhan vilayətləri kimi Rusiyanın Iranda olan iqtisadi nüfuz məntəqələri də Rusiya ilə birləşdirilməsinə razılıq verir. Həmin razılaşmada bütün Azərbaycanın, habelə Xorasan, Qorqan, Mazandaran, Gilan, Ərak, Qum, Savə Xomeyn, Qulpayiqan, Yəzd, Qəzvin, Zəncan, Nain, Isfahan, Brucerd, Tehran, Həmədan, Kirmanşah, Kürdstan, Qəsri şirin və bir çox şəhər və qəsəbələrin Rusiyaya ilhaq edilməsi nəzərdə tutulur.

Iranın qalan şəhər və əyalətləri, o cümlədən Kirman, Siyistan, Bəluçistan, Cahbahar, Hormuz boğazı ətrafı, Bəndər Abbas, Qainat, Xuzistan, Fars, Loristan, Çaharmahal, Bəxtiyari və Buşer Ingiltərənin hakimiyyəti altına keçir, o zamankı Cənub feodalları Şeyx Xəzəl, Qəvam Şirazi və Bəxtiyari xanları vasitəsilə idarə olunur. Göründüyü kimi Peterburq gizli konvesiyası Iran və Türkiyənin müstəqilliyinin tamamilə aradan aparılmasını nəzərdə tuturdu. Lakin Rus çarizminin yıxılması, Rusiyada yeni siyasi hakimiyyətin iş başına gəlməsi ilə Rus imperatorluğu öz son hədəfinə nail ola bilmir, Iran və Türkiyə bir dövlət kimi aradan getmir.

Tamamilə yeni və bəşər tarixində ilk təcrübə ictimai və iqtisadi quruluş, burjua mülkədar hakimiyyəti üzərində qurulan əli qabarlıların hakimiyyəti, “dünya füqəra kasibələri birləşin!” şuarı ilə çıxış edən bu hakimiyyət zahirdə cazibəli olan ideologiya bayrağı altında dağılmış imperiyanı bərpa etdi. Dünya Müharibəsi keçmiş Rus imperatorluğunun Qərb sərhədlərini Elba çayına qədər, Uzaq Şərq sərhədlərini Yapon dənizinəqədər genişləndirdi. Pyotr və onun varislərinin uğrunda müharibə apardığları, doğrudan da böyük imperiya meydana gəldi, dünyanın ikinci qüdrətinə çevrildi.

Rus imperiyası bütün imperiyalar kimi yüksəliş və tənəzzül yolları keçdi, xarici təsir və təzyiqin güclənməsi, eləcə də daxili ziddiyyətlərin kəsginləşməsi nəticəsində dağılıb aradan getdi. Sovet Ittifaqı adlanan həmin imperiyanın xərabələri üzərində irili – xirdalı bir çox dövlətlər meydana gəldi. Indi Rusiyanın parçalanması prosesi sürətlə davam edir. Qanunvericilik və icraedicilik orqanları arasında yaranan ziddiyyət qanlı dövlət çevrilişi ilə icra edicilik hakimiyyətinin xeyrinə həll edilsə də Rusiyada baş verən burjua inqilabı, daha dəqiq desək, kriminal kapitalın diktaturası Rus imperiyasının bərpa edilməsi iqtidarına malik deyildir. Çünki Rus imperatorluğunun dağılması Qərb dünyasını maraqlandırır. O, bu prosesi özünün daxili əlaltıları vasitəsilə sürətləndirir. Qərb belə bir əlverişli fürsətə göz yuma bilməz, Rusiya parçalanıb Qərbin dünya ağalığı üçün təhlükə törətməyən kinyazlıqra çevrilməlidir.

Lakin imperiya ambisiyasından əl çəkməyən sol radikallar və patriot adlanan milli qüvvələr imperiyanın dağılmasına qarşı çıxır və ona yeni ideoloji don geyindirir, Moskvanı üçüncü Roma adlandıraraq belə bir müddəa irəli sürürlər ki, güya “XV və XVI əsrlərdən başlayaraq Rus imperiyası dünya imperiyası məqamına gəlib çatmışdır”. Onların fikrincə “1 Dünya imperiyası – Roma imperiyası Barbarların yürüşü nəticəsində yıxılsa da o, ölüb aradan getmədi, bəlkə o, Şərqi Roma adlanan və Konstantinopol şəhərini özünə paytaxt edən Vizantiya imperiyası onun yerini tutdu. Rus dövləti, XV əsrdə Osmanlı orduları tərəfindən ləğv edilən bu imperiyanın varisi kimi zühür etdi, Rusiya, Roma və Vizantiya kayzerlərinin ümumdünya ənənələrinin davamcısı oldu. Bax, bu geopolitik doktrinadır ki, Rus imperiyasının çox əsrlik gələcəyinin əsasını qoyur”.

Sovet Ittifaqının, Rus imperiyasının davamşısı kimi meydana gəlməsi və dağılması barədə biri digırini rədd edən müxtəlif fikirlər irəli sürdü. Bizim fikrimizcə, bu imperiyanın müsbət və mənfi cəhətləri olmuşdur. Sovet Ittifaqının dağılması ilə Rusiya imperatorluğunda birləşdiilrən qeyri-rus xalqlar müstəqillik qazandılar. Eyni zamanda Şərqlə Qərb arasında iki bir-birinə zidd olan ictimai və iqtisadi sistem arasında davam edən barışmaz ziddiyyət aradan qaldırıldı, soyuq müharibəyə son qoyuldu. Bu isə bəşəriyyəti atom fəlakətindən qurtardı. Vahid dünya təsərüfatı çərçivəsində əməkdaşlıq üçün şərait yarandı. Bunlar müsbət həll olsa da imperiyaların gəlib-getməsi ilə müharibələr aradan getmir, vahid ictimai və iqtisadi model üzərində qurulan dövlətlər arasında ziddiyyətlər ləğv edilmir. Çünki xalqlar və dövlətlər arasında münasibətlər mənafe üzərində, maddi mənafe üzərində qurulur. Güclü gücsüzün hesabına imtiyaz əldə edir, həmin imtiyazları saxlamaq üçün bütün vasitələrdən – ideolji təsir və fiziki təzyiq vasitələrindən istifadə edir, iqtisadi təhrim və qanlı müharibələr yolu ilə öz mənafeyini təmin etməyə çalışıır. Bu hətta kiçik qrupdan ibarət olan insanlar arasında da belədir, dövlətlərarası münasibətlərdə də belədir. Sovet Ittifaqının dağılması heç də kiçiiik dövlətlər üçün istiqlal və xalqlar üçün rifah gətirmir. Onların böyük dövlətlər qarşısında öz mənafelərini qorumaq üçün təminat vermir. əslində isə pozulmuş tarazlıq böyük dövlətlərin kiçik dövlətlər üzərində, xüsusilə yeni müstəqilliyə çatan, iqtisadi və siyasi hərc-mərclik batlığına düşən dövlətlərin üzərində mütləq hakimiyyət bərqərar edilməsi üçün geniş imkan və əlverişli şərait yaradır. Bu isə dünya miqyasında siyasi sabitliyi pozur, iqtisadi və siyasi böhranlar üçün zamin yaradır. Birqütblü dünyanın hakimi olan Qərb başqa xalqları özünə tabe etmək üçün jandarm rolunda çıxış edir. Bunu da qeyd edək ki, Asiyanın çoxsaylı əjdahası adlanan Çinin iqtisadi inkişaf yoluna çıxması və atom silahına malik olması ikinci bir qütbün meydana gəlməsindən xəbər verir. Bu isə yeni “soyuq” və “isti” müharibələrin qızışmasına imkan yaradır.

Rus imperiyasının tülu etməsi və Sovet Imperiyasının qurub etməsi barədə bizim tam inamla təhlil edib verdiyimiz qiymət bundan ibarətdir.

 

“Mühacir” qəzeti 30 oktyabr 1993-cü il.

Ə. Lahrudi.


Məclis topa bağlandı

Tehran, 1908

Istibdad müxalifətə dözə bilmir. Özbaşına hərəkət edir. Xalqın iradəsilə təşkil tapan parlamentə qarşı zor işlədir. Deputatları fiziki məhv etməkdən, parlament binasını topa bağlayıb dağıtmaqdan belə çəkinmir.

XX-ci əsrdə Qərb demokratiyasının yenicə yol tapdığı iki ölkədə, Iranda və Rusiyada təşkil edilmiş parlament topa bağlandı. Dövlət qoşunlarına müqavimət göstərən deputatlar qətlə yetirildi. Sağ qalanlar isə həbsə düşdülər. Bağe Şah kazarmasında zəncirə çəkildilər. Qazax briqadasının komandiri polkovnik Lyaxov və digər Rus zabitləri məclisə qarşı aparılan hərbi əməliyyta rəhbərlik edirlər.

Hadisənin gedişi “Qiyame Azərbaycan və Səttarxan” kitabından (müəllif Ismayıl Əmirxizirdir) götürüb oxucuların nəzərinə çatdırılır. “Axşam Camadüləvvəlin 23-də Məhəmmədəli Mirzə Lyaxovla məsələhətləşdi. Lyaxov məsləhət gördü ki, parlamentin dağılması üçün tez bir zamanda tədbir görülsün. Şah həmin gecənin sabahı deputatların qovulməsı və parlamentin bağlanmasına razılıq verdi. Çərşəmbə axşamı mayın 3-də gün çıxmazdan əvvəl qazaxlar və əsgərlər nizami sıra ilə parlament və Sipehsalar məsçidinə tərəf hərəkət etdilər. Parlament və məsçid mühasirəyəə alındı, yollar bağlandı. Parlamentə giriş və çıxışlar qadağan olundu.

Bu zaman Rus zabitləri, yüz nəfərə yaxın bir dəstə silahsız adamla məclisə tərəf hərəkət etdi. Seyid Camaləddin Əfcəinin qarşısını aldılar. Lakin Seyid məclisə tərəf hərəkətini dayandırmadı. Belə olanda qazaxlar əhalini atəşə tutdular. Top gülləsinin gurultusu Seyidin səvar olduğu ulağı hürkütdü. O, yerə yıxıldı...Saleh xan Mirzənin adamları onun köməyinə gəldilər. Xanım Əzəmin evinə apardılar. Müharibə başlandı. Parlamentin qapısında səngər tutan mücahidlər atəş açmağa başladılar. Azərbaycan və Müzəffəri mücahidləri də qazaxları gülləbaran etdilər. Atışmanın ilk çağında qazaxlar ağır itki verdilər. parlament qarşısında olan atlı qazaxların çoxu tələf oldu. Qalanlar ətraf küçələrə çəkilməyə məcbur oldular. Qazaxların məğlub xəbəri Lyaxova çatdırıldı. O, müharibə meydanında hazır oldu. Baqe şah kazarmasından dörd böyük top gətirilməsinə əmr verdi...”

“Bu zaman deputatlar heyrət içərisində idilər. Tanınmış Məşrutəçi olan ruhani alim Təbatəbai və Behbəhani mücahidləri müharibədən əl çəkməyə çağırdılar. Məlik – ül – Mütəkəllimin mücahidlərə tapşırdı ki, Lyavova atəş açmasın. Çünki o, Rus təbəəsidir. Bu iş Rus dövlətinin Irana qarşı daha təhlükəli tədbir görməsinə imkan verər. getdikcə qazaxların sayı artırdı. Burada kifayət qədər silah toplandı. Mücahidlərin sayı isə azalır, fişənglər qurtarırdı. Yollar bağlı olduğu üçün onlar parlamentin şimal divarını deşdilər. silahsız deputatlar oradan çıxaraq Əminüddövlə bağına toplandılar. Parlament arası kəsilməyən top atəşinə tutuldu. Parlamentin müdafiəçilərinin müqaviməti qırıldı. Qazaxlar məclisə hücum etdilər. Gözəl memarlıq abidəsi olan parlament binası viran edildi. binada olan qiymətli əşya qazaxlar tərəfindən qarət oldu.

Qazaxların başqa bir dəstəsi Azərbaycan və Müzəffəri əncumənlərini də top atəşinə tutdular və oranı da dağıtdılar. Dörd saat müharibədən sonra Tehran ölülər şəhərinə çevrildi. Qanlı mübarizə yolu ilə əldə edilən demokratik azadlıq Rus imperiyasının iradəsi ilə və Rus əsgərlərinin əli ilə ləğv edildi. ölüm sükutu ölkəyə hakim oldu.

Moskva, Oktyabr 1993.

 

Aprel plenimu (1985) Qərb demokratiyasının Sovet Ittifaqı ərazisinə yol tapmasının əsasını qoydu. 1989-cü il. Sovet Ittifaqı Ali Sovetinə seçilər və Qərb demokratiyasının əməldə həyata tətbiq edilməsinin başlanğıcı oldu. Bununla da Sovet siyasi sistemi dağılmağa başladı. Yeltsin Rusiyanın prezidenti seçildi. 1991-ci il avqust ayında SSRI Ali Soveti özünü buraxdı. Belevuj görüşü Ittifaqı dağıtdı. Yeltsin 21 sentyabr fərmanı ilə Rusiya parlamentini ləğv etdi. Fərmana tabe olmayan parlament topa bağlandı və qanlı faciə ilə nəticələndi. Faciə necə başlandı? Parlament Yeltsinin fərmanını konstitusiyaya zidd sənəd elan etdi. Yeltsinə etimadsızlıq göstərdi. Prezident vəzifəsini ifa etmək Rutskoya tapşırıldı. Bu barədə “Komsomolslakaya pravda” qəzetinə 1993-cü il XI-30 müraciət edək. Sentyabrın 28-də səhər saat 6-da “Ağ ev” (parlament binası) üzük qaşı kimi mühasirəyə alındı. Hərbi maşınlar binanın ətrafında ikiqat düzüldü. “Ağ evin” dövrəsinə tikanlı məftil şəkildi. Parlamentə yaxın küçələrdə hərbi postlar qoyulur. Jurnalistlərin belə “Ağ evə” düşməsi nadir hadisəyə çevrildi”.

Mühasirə ilə yanaşı “Ağ evin” işığı, suyu kəsildi. Istilik şəbəkələri bağlandı. Deputatlar axşam şam işığı ilə işləməyə məcbur oldular. “Xarici jurnalistlərə radio – telefonla xəbərdarlıq edildi. binaya hücum gözlənilirdi. “Ağ evi” tərk etmək onlardan tələb olunurdu”.

“Komsomalskaya pravda” (5 oktyabr 1993) səhər saat 6. 45- də zirehli maşınlar “Ağ evin” ətrafında cəmləşdilər. Binadan qeyri-müntəzəm atəş açılırdı. 3 oktyabr, saat 15-də minlərlə nümayişçi, hərbçilərin sırasını yardılar. Saat 16-da Rutskoy və Xasbuladov bələdiyyə idarəsi və televiziya mərkəzinin tutulması haqqında sərəncam verdilər. Televiziya və bələdiyyə idarəsinə hücum başlandı. 4 oktyabr, saat 7. 40-da “Ağ evin” ətrafında atışma başlandı. Bina zirehli maşınlarla üzük qaşı kimi mühasirəyə alındı. Bütün silah növlərindən atəş açılırdı. Saat 11. 40-da tanklar 13 və 14-cü mərtəbələri (Acalov və Makaşovun qərargahı) atəşə tutuldu. Bina daxilində partlayan mərmi nəticəsində güclü yanğın əmələ gəldi. Saat 13-də tanklar Xasbulatovun kabinetini topa bağladılar. Saat 14-də informasiya nazirliyi “Pravda”, “Sovetskaya Rossiya”, “Den”, “Raboçaya tribuna”, “Qlasnost”, “Narodnaya qazeta”, “Russki vestnik” qəzetlərinin buraxılışını dayandırdı. Saat 15. 26, Moskvada komendant saatı qoyuldu. Saat 15. 54-də parlament binası barrikada metrosu tərəfindən top atəşinə tutuldu.

Iriçaplı pulemyotlar və tank topları “Ağ evi” bombalamağa başladılar. Iki ağır tank binanın 14 və 15-ci mərtəbəsini topa bağladı. Saat 16. 13-də binanın hər iki tərəfindən yanğın baş verdi. Saat 16. 50-də ağ bayraqlı dəstələr binadan xaric oldular. Saat 17. 20-də binanı 300 nəfər tərk etdi”.

Hörmətli oxucu! Biz iki eyni ilə bir-birinə oxşar hadisəni birinci Tehranda, 85 il bundan əvvəl baş verən hadisəni, 40 il bundan əvvəl Təbrizdə çıxan kitabdan, ikinci hadisəni isə Rusiyanın indiki hakim rejiminə yaxın olan “KP” xülasə şəkildə Sizə təqdim edirik. Biz həmin hadisələri qiymətləndirmək fikrində deyilik. Tarix özü onun qiymətini verəcəkdir. Məqsədimiz ancaq demokratiya və diktatura arasında gedən qanlı mübarizənin gedişini, onun harada və hansı ölkədə baş verməsindən, ölkənin inkişaf səviyyəsindən və tarixi şəraitdən asılı olmayaraq eyniyyət təşkil etdiyini açıq göstərməkdir. Rus çarizmi rus əfsərlərinin əli ilə 20-ci əsrin başlanğıcında Iranda Irana Qərbdən gətirilən “cavan” demokratiyanın müqəddəs məkanını topa bağladı. Xalqın seçdikləri deputatlar zəncirə çəkildi. 20-ci əsrin sonunda Rusiyanın özündə təkrar oldu.

 

“Mühacir” qəzeti 14 oktyabr 1993-cü il.

Müşahidəçi.


Aleksandr Soljenitsın – Azadlıq, bərabərlik və qardaşlıq

Müasir Rus yazıçısı Soljenitsın Ryazan mülkədarının oğludur. O, 70-ci illərdən başlayaraq Sovet quruluşuna qarşı açıq muxalifət mövqeyində durmuş, o zamankı Sovet disidentləri (yad fikirliləri) arasında daha tanınmış və dünya şöhrəti qazanmış rus yazıçılarından biridir. Sovet quruluşuna qarşı barışmaz mövqe tutduğu üçün 1973-cü ildə Qərbi Avropaya sürgün edilmiş, əvvəlcə Isveçrədə məskən salmış sonra isə Amerikaya köçmüş, orada məskünlaşmışdır. Onun Sovet quruluşunu və kommunist ideologiyasını “ifşa” edən romanları, o cümlədən Stalin dövrünün həbs düşərqələrinə həsr edilmiş “Bulaq” romanı bir çox dillərə tərçümə edilmişdir.

Aleksandr Soljenitsın Sovet quruluşu dağıldıqdan sonra Rusiyaya qayıtmağa hazırlaşır. O, bu yaxınlarda Qərbi Avropaya gəlmiş, Fransa televiziyası ilə müsahibə aparmış, Vandey əyalətində rus şairi Marina Svitayevanın xatirə lövhəsinin açılışı münasibətilə keçirilən mitinqdə çıxış etmişdi. Soljenitsın bu çıxışında inqilab, azadlıq, bərabərlik və qardaşlıq anlayışına yeni məfhum və məna verməyə çalışmışdır. Soljenitsın öz çıxışında Vandey kəndli üsyanını (bu üsyan böyük Fransa inqilabına qarşı çevrilimişdi) yüksək qiymətləndirərək demişdir: “Bütün inqilablarda insanın ibtidai icma dövrünə xas olan bərabərlik, instinqt və cəhalətlə dolu olan paxıllıq, acgözlük və nifrətə səbəb olan təxribatçılıq qüvvəsini üzə çıxarır. Bu hal müasir dövrdə də özünü göstərir”.

Soljenitsın fikrincə XV əsr romantik inqilab qartalı XX əsrdə bəşəriyyətin gözü qarşısında tənəzzül edir. Insanlar inqilabdan uzaqlaşan əsrləri arxada qoyarkən daha artıq başa düşürlər ki, inqilab bədbəxtlik gətirir. Cəmiyyəti məhv edir. təbii həyatı müflisləşdirir. Əhali də mövcud olan yaxşı ünsürləri dağıdır. Pis ünsürlərə meydan verir.

Soljenitsın inqilab sözünə “geriyə sürüşmək”, “qayıtma”, “yenidən təcrübə etmək”, “təzədən qızışdırmaq” kimi lüğəti məna axtarır və insanlara nəsihət verir ki, sosial fayda az itgi ilə ümumi vəhşıləşməyə yol vermədən adi təkamül yolu ilə mümkündür. Onun fikrincə inqilab yolu ilə insan təbiətini yaxşılaşdırmağa ümid bəsləmək xoş arzudur. Fransa inqilabı insanları dəyişmək arzusu ilə icrası mümkün olmayan azadlıq, bərabərlik və qardaşlıq” şüarını irəli sürdü.

Soljenitsının fikrincə həqiqət bambaşqadır. Çünki ictimai həyatda azadlıq və bərabərlik bir-birini inkar edir və bir-birinə düşməndir. Soljenitsın özünün fikrini belə izah edir:

“azadlıq sosial bərabərliyi dağıdır. Elə buna görə də bu bərabərlik mümkün deyildir”. Deməli, azadlığı (əlbəttə, sahibkarlıq azadlığını) qorumaq üçün bərabərliyi, əlbəttə, sosial bərabərliyi, məhdudlaşdırmaq və aradan aparmaq lazımdır. Ə.L.).

Soljenitsın qardaşlıqdan danışarkən daha qəti hökm verir və qeyd edir ki, qardaşlıq, azadlıq və bərabərlik ailəsinin üzvü ola bilməz. Bu ancaq daha artıq qanadlı şüar kimi azadlıq və bərabərlik şüarına əlavə olunur. Soljenitsın daha aydın danışır və qəti hökm verir. “Həqiqi qardaşlığa nail olmaq, sosial vasitələrlə deyil, mənəvi yollarla mümkündür”.

Adlı-sanlı disident yazıçı bu fəlsəfi mühakiməni belə bir istəklə, “heç vaxt və heç bir ölkə üçün böyük inqilab arzu etmirəm”, sözü ilə başa çatdırır.

Bəşər öz təbiətinə fizioloji varlıqdır. Bu varlıq sayı milyona çatan planetlər içərisində ən kiçik bir səyyarədə, Yer kürəsində mövcuddur. Insan fizioloji varlıq kimi biri digərindən fərqlənir. Maddi və mənəvi qida almaq, maddi aləmdə yaşamaq və yaşatmaq üçün yaratmaq istedadına malikdir. Beləliklə, insan təbiətən həm azaddır, həm bərabərdir, həm də Adəm və Həvvanın “övladıdır”. Demək insan “vahid ata və vahid anadan” törənmiş və Soljenitsının dediyi əksinə olaraq bir-biri ilə doğma və bərabər hüquqlu qardaşdır.

Lakin bütün tarix boyu azadlıq, bərabərlik və qardaşlıq prinsipini pozulmuş, insanların böyük əksəriyyəti azadlıqdan məhrum edilmişdir. Təbiətin maddi və mənəvi sərvətlərindən ancaq bir dəstə insan zümrəsi istifadə etmiş, qalan böyük əksəriyyəti təbiətin bu nemətlərinə həsrət gözü ilə baxmağa məcbur olmuşdir.

Insanları səbr etməyə çağıran Solnejitsını yaxşı bilir ki, bəşər tarixi həyat uğrunda mübarizə tarixidir. Azadlıq bərabərliyə çatmaq üçün vasitədir. Azadlıq və bərabərliyi boğanlar Isa Məsihi (Isus Xristosu) çarmıxa çəkmədən belə çəkilmədilər.

Əlbəttə, Solnejitsına başa düşmək olar. O, rus mülkədarı zümrəsinə mənsubdur. Milyonlarla təhkimli kəndlini əsarətdə saxlayan və onun hesabına naz-nemətə qərq olan rus mülkədarlarının varisləri bu gün öz keçmiş ictimai imtiyazlarını geri qaytarmaq üçün qan tökür və qanlı diktatura bərpa etməyə çalışırlar. Tökülən qanlar hesabına qaytarılan imtiyazları qoruyan diktaturaya fəlsəfi don geyindirmək və ona ideoloji əsas yaratmaq üçün ehtiyac duyurlar. Bu təbii haldır. Hər bir hakim sinfin hakim diktaturası və hakim ideologiyası olur. Stalin həbs düşərgələrini qamcılayan, kommunist diktaturasına qarşı üsyan edən Solnejitsın görəsən kriminal kapital diktaturasına qarşı da çıxacaqmı? Gələcək bu haqda özünün son sözünü deyəcəkdir.

 

“Mühacir” qəzeti 30 oktyabr 1993-cü il.

Ə. Lahrudi.

Soljenitsinin Vandey əyalətindəki çıxışı – “Izvestiya” qəzetinin 28 sentyabr, 1993-cü il tarixli nömrəsində çap etmişdir.


Azərbaycan hara gedir?

Zəngilan da süqut etdi.

Zəngilan rayonunun süqutu ilə Azərbaycanın 4 böyük bölgəsinin (Cənub – qərb məntəqəsinin) erməni təcavüzkar qoşunları tərəfindən işğalı başa çatdı. Zəngilan təbii sərvətə malik olan bu məntəqə düşmənə təhvil verildi. Məntəqə əhalisinin didərgin düşməsi, Respublikanın 25 %-nin ana torpaqdan ayrılması qədim tarixə malik olan bir xalqın faciəsidir. Zəngilanın 60 min əhalisi Araz çayını keçərək Iran torpağına pənah apardı. Düşmən heç bir müqavimətə rast gəlmədən xalqın torpağına və sərvətinə sahib olur, hərbi təchizatı ələ keçirir, özünü yeni təcavüzə hazırlayır.

Nə üçün Azərbaycan ordusu düşmənə müqavimıt göstərmədən geri oturur? Doğrudanmı Azərbaycan xalqı qorxaq xalqdır? Bu xalq döyüş qabiliyyətinə malik deyil? Onun ağıl və zəkası başqalarından azdır? O fiziki cəhətcə nöqsanlıdır?
 Bütün bu sualların cavabı mənfidir. Bu xalq zəkalı və ağıllı xalqdır. Fiziki cəhətcə bütün standartlara uyğun inkişaf etmiş millətdir. Texnikaya yiyələnın və onu işə sala bilən millətdir. Bütün bunlara baxmayaraq müasir nizami və partizan müharibəsi aparan xalqlar içərisində düşmənə müqavimət göstərmədən qaçan ordu ancaq Azərbaycan ordusudur.

“Bir qarış boyu” olan Vyetnamlı əsgər və zabit “Diyen-Biyenfu” qalasında Fransanın müstəmləkəçi qoşunlarına zərbə vurdu. Dünyanın ən qüdrətli öləksi olan Amerikanı Vyetnamdan qaçmağa vadar etdi. Fələstin 40 ildir çarpışır. Təpədən dırnağa qədər silahlanmış Israil ordusuna qarşı daş müharibəsi (intifazə) aparır. Iranlı gənclər, Iraq təcavüzünə qarşı qanlı müharibədə igidlik göstərir, minaları ləğv etmək üçün kütləvi şəkildə minalaşmış ərazidən keçir, minaları partladıb tanklara yol açırdılar.

Silahsız və ac Somali Amerika ordusu qarşısında təslim olmur. Bu çağrılmamış qonaqlara rahatlıq vermir Moqadişoda fəaliyyət edən partizan hərəkat başçısı general Aydidin başına bir milyon dollar qiymət qoyan Amerika ac Somalilini pulla ala bilmir. Aydidi xalq gizlədir. Bəs nə üçün Azərbaycan ordusu və Azərbaycan xalqı düşmən qarşısında müqavimət göstərmir, ev-eşiyini tərk edib, “təhlükəsiz” yer axtarır?

Biz cənublu mühacirlər bu respublikanın nailiyyətləri ilə sevinmiş, başdan- başa savadlanan Azərbaycan gənclərinə “həsəd” aparmış, milyonlarla savadsız cavanları da Azərbaycanlı yaşıdları kimi savadlanması və firavan yaşaması arzusunda olmuşuq. Bu gün isə bu xalqın faciəsinin şahidi olub, bu xalqın təhlükəyə düşməsinə acıyır və nə üçün belə olur sualına cavab axtarırıq. Doğrudan da bu xalq qorxaq xalqdır? Doğrudan da bu xalq müstəqil yaşamağa layiq deyil? Doğrudan da bu xalq başqalarının himayəsi altında idarə olunmalıdır? Bu sualların da cavabı mənfidir. Bəs nə üçün faciə, faciə ardınca baş verir? Xalq alçalır, düşmən isə sevinir. Bu suallara yeganə cavabı özündən razılıqda, mənsəbpərəstlikdə axtarmaq lazımdır. Bütün bu amillər xalqı bir-birinin canına salmış, onlarla qrup və dəstələrə parçalamışdır. Ancaq xalqın mənafeini təmsil edən dəstələr nə qədər özlərinə gəlməyiblər, nə qədər daxili çəkişməyə son qoymayıblar, nə qədər sağlam düşüncə ilə həyata baxmayıblar bu xalq öz varlığını qoruyub saxlaya bilməyəcəkdir. Azərbaycanda vətəndaş müharibəsi gözlənilmir, lakin Azərbaycanın yenidən əsarət altına düşməsi təhlükəsi ciddi təhlükədir.

Tarix təkrar olur. Sultan Məhəmməd Fateh Istambulu mühasirə edərkən Vizantiyanın Ortodoks kilsəsi Əyasüfi kilsəsində Isanın yerdə qalması və ya asimana getməsi barədə qızğın mübahisə aparırdı. Şəhəri müdafiə edən yox idi. Lakin Isa məsih Məhəmməd Fatehin Istambula tuşlanmış toplarını susdura bilmədi. 500 ildir ki, Əyasüfi kilsəsi müsəlmanların məsçididir.

Dünya sükut edir.

Küveyt kiçik bir əmirlikdir. Onun neft mədənləri Qərbin sənaye maşınını hərəkətə gətirir. Küveytin əldə etdiyi neft-dollar əsasən Qərbi Avropa və Amerika banklarında saxlanılır. Avropada işə salınır. Elə buna görə də Iraqın Küveytə hücumu cavabsız qalmadı. Yarım milyonluq bir ordu Iraqa qarşı müharibə apardı və Küveyt yenə də Qərbin ağuşunda qaldı.

Ikinci, üçüncü və dördüncü Israil ərəb müharibələrində Sovet Ittifaqı Misiri və Suriyanı, Amerika və Qərbi Avropa isə Israili müdafiə etdilər. 67-ci il müharibəsində Misir və Suriya məğlub oldular. Sovet Ittifaqının ciddi xəbərdarlığı ilə Israil qoşunları Qahirə və Dəməşqə girə bilmədilər. 73-cü il Misir-Israil müharibəsinin ilk günlərində Israil məğlub oldu. Tel-Əviv, Frankfurt, hava xətti ilə Qərb və Amerika arası kəsilmədən Israili yenidən silahlandırdılar, bu öləknin məğlubiyyətinin qarşısını aldılar.

Iran-Iraq müharibəsində Qərbi və Şərqi Avropa Iraqı müdafiə etdi o qədər müdafiə etdi ki, əvvəlcə məğlub olub geriyə oturan Iraq müharibənin son günlərində Irana üstün gəldi. Iran öz ərazisinin böyük bir hissəsinin işğal altında olmasına baxmayaraq atəşkəsə razılıq verdi.

Amerika-Vyetnam müharibəsində Sovet Ittifaqı və Çin Şimali Vyetnama, Amerika isə Cənubi Vyetnama kömək etdi.

Əfqanıstanda gedən vətəndaş müharibəsində Sovet Ittifaqı bir tərəfdən, Pakistan, Iran, Səudiyyə Ərəbistanı və Amerika digər tərəfdən döyüşən tərəflərə kömək etdilər. beləliklə, dünyanın hər bir məntəqəsində baş verən müharibə ikitərəfli olmuşdur. Dünya bir-birinə bağlıdır. Döyüşən tərəflər bu və ya digər dövlətin himayəsinə arxalanmasa, qalib gələ bilmir. ən azı özünü qoruyub saxlaya bilmir. Lakin Azərbaycan, görünür, bu qaydadan istisnadır. Ermənilər Azərbaycana qarşı ərazi iddiası irəli sürərkən Qərbi və Şərqi Avropanın siyasi, mənəvi, maddi və hərbi köməyinə arxalanırdı. Onlar “başıbəlalı” ermənilərə timsah kimi göz yaşı axıdırdılar. Şuşa, Laçın ermənilər tərəfindən işğal edildikdən sonra başıbəlalı sözü mədəni Avropanın, Puşkin və Tolstoyun vətəni olan Rusiyanın siyasi və ictimai dairələrinin leksikonundan silindi.

Birləşmiş Millətlər Təşkilatı biri digərinin ardınca qətnamə qəbul edir. Vaşinqton və Moskva isə Azərbaycan torpaqlarının işğal edilməsilə əlaqədar vaxtaşırı bəyanat verir. Öz təəssüflərini bildirirlər. işğal olunmuş torpaqların azad edilməsini tələb etməklə “tarixi vəzifələrini” yerinə yetirmiş olurlar.

Horadiz qəsəbəsinin işğal edilməsi, erməni qoşunlarının Iran sərhədlərinə çıxması, sərhəd boyu 70 km əraziyə nəzarət etməsi mədəni Avropanın, demokrat Rusiyanın və yeni dünya nizamı yaradan Amerikanı tam sükutu ilə üzləşdi. Türk birliyinə can atan və Türk dünyasını vahid bayraq altında birləşdirməyə çalışan, “türkün türkdən başqa dostu yoxdur” deyən Ankaranın fəallığı gözə çarpmır. Islam dünyasının birliyinə çalışan Tehran isə qaçqınları qəbul etmək və onlara qayğı göstərməklə kifayətlənir. Belə də olmalıdır. Qonşuya ümid olan şamsız qalar, deyiblər. hər ölkə ilk növbədə özü öz istiqlaliyyətini, öz varlığını qorumalıdır.

Türkiyə və Iran Ermənistanla müharibə apara bilməzlər. Ona görə ki, Ermənistanın sərhədlərini rus qoşunları qoruyur. “Izvestiya” qəzeti bu barədə Irana xəbərdarlıq edir və Haşimi Rəfsəncaninin Bakıya gəlməsi ilə əlaqədar yazılır: “hal hazırda keçmiş Sovet Ittifaqının Cənub sərhədində əlində Kalaşnikov aftomatı olan rus soldatı həlledici geopoletik faktordur”. (“Isvestiya”, 29 oktyabr, 1993-cü il).

Beləliklə, Azərbaycan tək-tənha qalmamışdır. Yeganə yol bu xalqın başbilənlərininin ağıla gəlməsi, bütün qüvvələri səfərbər etməsi, hazırki hakimiyyətlə əməkdaşlıq etməsi, xalq tərəfindən seçilmiş prezidentin ətrafında birləşməsi yaranmış faciətinin qarşısını almaq üçün atıla bilən addım ola bilər. Əks təqdirdə nə ölkə qalacaq, nə də hakimiyyət. Doğurdan da Azərbaycan hara gedir.

 

“Mühacir” qəzeti 13 noyabr 1993-cü il.

Ə. Lahrudi.


“Kriminal” kapitalın “demokratik” diktaturası

Tarix təkrar olur. Birinci dəfə tragediya şəklində.

Fevral 1917. Cəbhədə ardı-arası kəsiləməyən məğlubiyyətlər, müharibədən çıxmaq, ölkədə sülh bərqərar etmək günün ən zəruri tələbi idi. Belə bir tələblə səhnəyə çıxan xalq 300 illik Romanovlar səltənətinə son qoydu. Fevral burjua – demokrat inqilabı qələbə çaldı. Müvəqqəti burjua hökuməti təşkil edildi. müəssislər məclisinə seçki aparıldı. Rusiya Qərb demokratiyasını qəbul etmək yoluna çıxdı. Inqilabın hərəkətverici qüvvəsi olan xalq burjua hökumətinin daxili və xarici siyasəti ilə müharibənin davam etdirilməsi, siyasi və iqtisadi reforma aparılmaması ilə razılaşmadı. Hələ 1905-7-ci il inqilabı dövründə yaranmış şuralar hakimiyyət funksiyasını icra etməyə başladılar. Rusiyada ikihakimiyyətlilik meydana gəldi. 300 illik imperatorluq tarixində ilk dəfə olaraq demokratik azadlıqlar bərqərar oldu. Xalq öz iradəsi ilə yeni hakimiyyət qurmaq imkanına malik oldu. Ikihakimiyyətlilik xalqın iradəsindən doğan yeni hakimiyyət yaradılması üçün zəmin hazırladı. Beləliklə oktyabr inqilabı burjua  hakimiyyətini yıxdı, burjua diktaturasının bərpa edilməsi imkanını aradan qaldırdı və Rusiyada fəhlə-kəndli diktaturası bərqərar oldu. Oktyabr inqilabı hakimmiyyət dəyişikliyi deyil, sözün həqiqi mənasında dərin ictimai və iqtisadi dəyişiklik idi. Formatsiya dəyişikliyi idi. Cəmiyyətdə qarşı-qarşıya durma da bu dəyişikliyin mahiyyətindən irəli gəldi. Bu dəyişikliklər sərvətlə yoxsulluq arasında şiddətlənən dərin ziddiyətlərin təzahürü idi. Bu, mülkiyyət sahibi olan təbəqə ilə mülkiyyətdən məhrum olan təbəqə arasında meydana gələn və qanlı vətəndaş müharibəsinə çevrilən ziddiyyət idi.

Bütün ictimai inqilablar siniflərarası ziddiyyətin məhsuludur. Bu ziddiyyət heç vaxt və heç zaman dinc yolla, danışıq və anlaşma usulu ilə, daha dəqiq deyilsə, mülkiyyətdən könüllü olaraq əl çəkmək yolu ilə həll olunmur. Bütün inqilablar kimi Rus inqilabı da bu qaydadan istisna olunmur.

Böyük Fransa inqilabı, azadlıq, bərabərlik və qardaşlıq şuarı ilə qələbə çaldı. Bu inqilab həqiqətən içtimal inqilab idi. Feodal cəmyyətinin bətnində yaranib formalaşan bazar iqtisadiyyatının natural feodal iqtisadiyyatı üzərində qələbəsi idi. Bu qələbə qanlı vətandaş müharibəsi alovları icərisində bərqarar edilən burjua diktaturası yeni formatsiyanın qələbəsini təmin edən diktatura idi.

Rusiyada da belə oldu. Qalib gələn yeni ictimai və iqtisadi sistem qanlı diktatorluq şəraitində formalaşdı, möhkəmləndi və dünya miqyaslı ictimai quruluşun ilk modelini yaratdı.

Fevral inqilabı uzun tarxi bir dövrü əhatə edən ziddiyyətlərin kəskinləşməsinin məhsulu idi. Birinci dünya müharibəsi bu ziddiyyətlərin həllini surətləndirdi asanlaşdırdı. Bolşevizm ən radikal və ən ifrat cərəyan kimi burjua diktaturasını devirdi və yenicə qələbə çalan formatsiyanın siyasi həkimiyyətini, onun diktaturasını bərqərar elədi.

Rusiya kiçik bir dövrü (fevral-akotyabr) istisna etməklə Romanovlar diktaturasından məzmun və formaca fərqli olan diktatura ilə üzləşməli oldu. Böyük bir tarixi dövrü əhatə edən bu ictimai və siyasi sistem daxili və xarici amillərin təsiri nəticəsində dağıldı.

Mövcud mülkiyyət forması ilə yaranmaqda olan yeni mülkiyyət forması arasında kəskinləşən ziddiyyətlər bu dağılma prosesində həll edici rol oynadı. Bu ziddiyyət xüsusilə məxfi iqtisadiyyatın yaranıb formalaşdığı dövrdə daha da şiddət kəsb etdi. Ictiami mülkiyyətin xüsusi mülkiyyətlə dəyişməsi üçün zəmin hazırladı. əsasını kriminal kapital təşkil edən məxfi iqtisadiyyat belə yarandı.

Bir mülkiyyət formasının digəri ilə əvəz edilməsi 1917-ci ildə olduğu kimi də formatsiya dəyişikliyini sürətləndirdi.

Aprel 1985.

 

Tarix təkrar olur. Ikinci dəfə komediya şəklində.

1985-ci ilin aprelində Kommunnist Partiyasının yeni lideri, cavan və enerjili Mixail Qorbaçov, Partiyanın aprel plenumunda Sovet Sosialist sisteminin çatışmayan cəhətlərini tənqid elədi. Bu plennumda Sovet iqtisadiyyatının nöqsanları və iqtisadi quruculuqda buraxılan səhvlər açıqlandı. 1987-il Yanvar plenumunda daha bir addım irəli atıldı. Nöqsanlar aprel plenumundakından daha kəskin formada tənqid edildi. iqtisadiyytaın durğunluğundan, böhranla qarşılaşmasından bəhs olundu. Iki plenum arasındakı dövrdə öz mövqeyini möhkəmləndirən Qorbaçov iqtisadiyyatın dərin islahata ihtiyacı olduğunu çəkinmədən irəli sürdü. Belə bir islahatın səmərəli keçirilməsi üçün yeni nüsxə verdi. Həmin nüsxəyə əsasən nəzərdə tutulan islahatın həyata keçirilməsində xalqın iştirakının zəruriliyi tövsiyə edildi. Bu isə Qorbaçovun siyasi sistemdə islahat aparması üçün başlanğıc oldu. Tam ustalıqla və plan üzrə hərəkət edən Qorbaçov aparılması nəzərdə tutulan islahatda xalqın iştirakı üçün zəruri olan atributları işləyib hazırladı. Bu atributlar dəqiq formullaşdırıldı, “yenidənqurma, demokratiya və aşkarlıq” şəklində irəli sürüldü.

Sovet Cəmiyyəti üçün yeni olan bu siyasi konsepsiya xalq tərəfindən daha inamla qəbul edilsin deyə “daha çox sosializm və daha çox demokratiya” şüarını ortaya atdı. Bununla da o, özünü sosializm quruluşunun həqiqi tərəfdarı, lakin islah edilmiş, “sərbazxana sosializmindən” fərqlənən, demokratik sosializm tərəfdarı kimi qələmə verdi. Bununla da Rusiyanın müasir tarixində yeni dövr, Qorbaçov dövrü başlandı. Bu mərhələdən başlayaraq yenidənqurma Sovet quruluşunun dağılıb aradan aparılması üçün başlanğıc olur. Iqtisadi islahat arxa plana keçirilir. Siyasi islahat sürət alır. Sovet Konstitusiyasına yeni əlavələr edilir, qanun vericilik orqan daimi fəaliyyət göstərən sovetlərlə yanaşı, dövrü fəaliyyət edən deputatlar qurultayı təşkil edilməsi kimi maddələr konstitusiyaya əlavə edilir. Əməldə siyasi partiyaların yaranması və fəaliyyəti üçün şərait hazırlanır. Xalq deputatları qurultayına çoxmandatlı namizədlərin irəli sürülməsi üçün imkan yaranır. Bununla da Qərb demokratiyasının Rusiyaya yol tapması üçün əməli tədbirlər görülür. Qurultaya seçkilər aparılır. Xalq Deputatları Qurultayı demək olar ki, çoxpartiyalılıq prinsipi əsasında seçilir. Qurultay fraksiyalara bölünür, aşkarlıq prinsipi əsasında iclasların gedişi bir başa yayım vasitəsilə televiziyadan göstərilir. Qorbaçov Ali Sovetin sədri seçilir. Siyasi islahat yeni mərhələyə qədəm qoyur. Iqtisadi islahat keçirilməsi məsələsi üzərində sonsuz müsahibələr başlanır. Sovet Cəmiyyəti parçalanır, qarşı-qarşıya durma şiddət kəsb edir. yenicə formalaşan rəqib qruplar, sosializmin saxlanılması və ya ounn dağılması tərəfdarı olan qruplar arasında mübarizə açıq düşmənçilik forması alır. Hər iki cərəyan özünün liderini tapır. Boris Yeltsin siyasi və iqtisadi islahatların daha sürətlə həyata keçirilməsini tələb edən qruplaşmanın lideir kimi, Qorbaçov isə “demokratik sosializm” tərəfdarı olan qrupların başçısı kimi çıxış edir. 89-90-ci illəri əhatə edən bu dövr Qərbin siyasi və ictimai sisteminin Rusiyada həyata keçirilməsinə tərəfdar olan qüvvələrin (başda Boris Yeltsin olmaqla) qələbəsi illəri kimi tarixə daxil olur. Siyasi və iqtisadi islahatlar adı altında gedən bu çəkişmələr Sovet Ittifaqının dağılmasının əsasını qoyur. Cəmiyyətdə yeni qruplaşmalar əmələ gəlir. Onlar Sovet Ittifaqının bir dövlət kimi qalıb-qalmaması uğrunda mübarizə aparırlar. Milli respublikalar istiqlal tələb edir, mərkəz isə onların bu tələbinə qəti cavab cerməkdən boyun qaçırır. Ölkədə qeyri-müəyyənlik, siyasi konsepsiyasızlıq vəziyyəti yaranır, mərkəzin qətiyyətsizliyi milli respublikaların qətiyyəti ölkədə hərc-mərcliyin baş alıb aparılmasını sürətləndirir.

Avqust (1991) hadisəsi baş verir. Qorbaçovun Moskvada olmamasından istifadə edən SSRI- nin yüksək vəzifəli şəxsləri ölkədə fövqəladə vəziyyət elan edirlər, tank və zirehli maşınlar mərkəzi dövlətə qarşı aqressiv mövqedən çıxış edən Ağ evi mühasirəyə almağa çalışır. Lakin onların qətiyyətsizliyi, eləcə də orduda mövcud olan ikitirəlik nəticəsində bu çıxış baş tutmur. əksinə, sosializmin dağılması, Qərbin iqtisadi və siyasi modelinin Rusiyaya tətbiq edilməsini tələb edən qüvvələr, ifrati radikal demokratların qələbəsi üçün əlverişli şərait yaradır. Ictimai formasiya dəyişiklikləri uğrunda gedən qanlı çəkişmələrdə 91-ci il avqust hadisələri xüsusilə əhəmiyyət kəsb edir.

1917-ci il 25 avqust general Kornilovun dövlət çevrilişinə bənzəyən və tamamilə Kornilov çıxışının təkrarı olan bu çıxış Sovet siyasi və ictimai sistemini qorumaq üçün əl atılan son cəhd idi.

1917-ci il. Bu dövr baş alıb gedən hərc-mərclik, qüvvələr arasında qarşı-qarşıya durma dövrü idi. Keçmişi saxlamağa can atan qüvvələr ilə keçmişi dağıtmağa cəhd edən qarşı-qarşıya duran bu qüvvələr arasında kəskinləşən mübarizə Kornilov çıxışında demək olar ki, qəti və həlledici mərhələyə daxil oldu. Ictimai sistemin radikal şəklində dəyişməsi üçün zəmin hazırladı. Oktyabr inqilabı bu zəmin üzərində qələbə çaldı.

1991-ci il 19 avqust general Yazov və general Kryuçkov çıxışı Kornilov çıxışını yada salır. Qorbaçovun qətiyyətsizliyi isə onu Kerenskiyə bənzədir. Qorbaçov dövrünün sovet sistemi Kerenski müvəqqəti hökuməti kimi, Qorbaçov da bolşevizm metodundan istifadə edən və Lenin kimi qətiyyət göstərən Boris Yeltsinin qarşısında acizlik göstərir və geri oturur.

Moskvanın avqust çıxışı məğlub edilir. Tarix bütün təfərrüatı ilə təkrar olur. Özü də komediya şəklində təkrar olur. O zaman lenin və Kerenski Karnilova qarşı birgə çıxış etdikləri kimi, bu zaman Qorbaçovla Yeltsin general Yazov, general Kryuçkov general Puqo və vitse-president Yanayevə (“qiyamçılara”) qarşı birgə çıxış edirlər. hər iki çıxış mövcud quruluşu, onun iqtisadi və ictimai atributlarını qorumaq üçün göstərilən cəhd, özüdə suda boğulan adamın saman çöpünə əl atmaqla özünü qurtarmağa göstərdiyi cəhdi idi. Avqust hadisəsindın sonrakı dövrdə Qorbaçovun hərəkətləri, verdiyi bəyanatlar onun daxili aləmini tam aydınlıqla üzə çıxartdı və tam aydınlıqla göstərdi ki, o, başçılıq etdiyi dövləti Kerenski kimi səmimiyyətlə qoruyub saxlamaq tərəfadrı olmamış, sosializmdən, demokratiyadan bol-bol danışaraq əməldə sosializm və demokratiyanı dəfn etməyə çalışmışdır. Kerenski isə həm də əməli fəaliyyətə öz idealına sadiq olan mülkədar-burjua hakimiyyətinin qorunub saxlanmasına çalışan, lakin qətiyyətsiz bir şəxsiyyət kimi tanınmışdır. Qorbaqçovla Kerenskini də bir-birindən ayıran fərq ancaq bundan ibarətdir.

Avqust hadisəsi nəticəsində hakimiyyət radikal qüvvələrin, Rusiyada ictimai -- iqtisadi sistemin köklü dəyişilməsini tələb edən qüvvələrin, sosializmdən kapitalizmə, planlı iqtisadiyyatdan “tələb və təklif” üzərində qurulan bazar iqtisadiyyatına keçidi sürətlənməyə cəhd göstərən qüvvələrin əlinə keçdi.

Lakin məsələ bununla bitmədi. Rusiya Federasiyasının rəqibi olan ittifaq dağıldı. Yeltsinin rəqibi olan Qorbaçov siyasət səhnəsindən birbaşa fəramuşxanaya göndərildi. Hakimiyyət Yeltsinin və onun tərəfdarlarının əlində mərkəzləşdi. Prezident seçkilərində Yeltsin öz rəqiblərinin üzərində qələbə çaldı. 106 milyon seçicidən 78 milyonu seçkidə iştirak etdi. Onların 45 milyonu Yeltsinə səs verdi.

Əsas rəqiblər sıradan çıxdıqdan sonra Yeltsinin öz komandası daxilində, onun hakimiyyətə gəlməsində həlledici rol oynayan şəxslərə yeni dəstəbəndlik meydana gəldi və bu dəstəbndlik qarşı-qarşıya duran iki qütbə parçalandı. Qütblərarası mübarizə parlamentlə prezident arasında, hakimiyyətin iki şaxəsində, qanunvericilik və icraedicilik şaxəsi arasında şiddətləndi.

Sovet hakimiyyətinin dağılmasında, Sovet respublikalarının parçalanmasında, sosializmin iqtisadi və ictimai sistem kimi ləğv edilməsində yeni iqtisadi və ictimai sistemin, kapitalizmin Rusiyada əhya edilməsində həlledici rol oynayan qüvvələr, qarşı-qarşıya durmalı oldular və Rusiyanı faciə ilə üzləşdirdilər.

Bu qarşı-qarşıya durma zahirdə hakimiyyət uğrunda mübarizə kimi qələmə verilir. Lakin bu tamamilə yersiz iddiadır. Qorbaçovla Yeltsin arasında, qanunvericilik orqanı ilə icraedicilik orqanı arasındakı mübarizə hakimiyyət uğrunda deyil, müəyyən ictimai sistem uğrunda gedən mübarizədir. Bir ictimai formasiyanın digər ictimai formasiya ilə əvəz edilməsi uğrunda gedən mübarizədir. Bu mübarizə ictimai inqilabdır. Cəmiyyəti kökündən dəyişdirən inqilabdır. Hakimiyyət bu inqilabın nəticələrini həyata tətbiq etmək və onun “nailiyyətlərini” qoruyub saxlamaq üçün silahdır.

Rusiya aprel 1985-ci ildə öz gələcək taleyini həll etmək üçün ilk addımını atdı. O tarixdən indiyə qədər baş verən hadisələr bu istiqamətə yönəlmiş və qarşıda duran bütün maneələr siyasi və nizami yolla aradan qaldırılır. Oktyabr 1993-cü ilin qanlı hadisəsi sosializmin məğlubiyyəti, kapitalizmin qələbəsi ilə nəticələndi.

Kommunizm və faşizm.

1917-ci il 25 oktyabr. Qırmızı qvardiya Rus imperiyasının alınmaz qalası olan Qış sarayına hücum etdi. Müvəqqəti hökumətin nazirləri həbsə alındı. Lenin Qış sarayında çıxış edərək dedi: “ Bolşeviklərin dəfələrlə zəruriyyəti haqqında danışdıqları sosializm inqilabı qələbə çaldı”.

Oktyabr 1917-ci il bəşər tarixində ilk dəfə olaraq yeni ictimai və iqtisadi formasiya, onun üzsərində fəhlə-kəndli hakimiyyəti yaratdı.

Oktyabr 1993. ordu və polis qüvvələri sovetlərin “son qalası” olan Ağ evə (Ali Sovetin binasına) hücum etdilər. Ali Sovetin rəhbərliyi həbsə alındı. Boris Yeltsin Ağ evdə deyil, televiziyada zahir oldu. Sovetlər idarə sisteminin sona çatmasını elan etdi. O, 21 Sentyabr fərmanı ilə Ali Sovet və Xalq Deputatlar Qurultayını ləğv etdi. Bu fərman 3 və 4 oktyabrda rəsmi məlumata görə 150 nəfərin ölümü, 600-dən artıq yaralı Ağ evin top atəşinə tutulması ilə icra olundu. Moskva şəhərində fövqəladə vəziyyət elan olundu. Ali Sovetin müdafiəçiləri polis məntəqələrinə aparıldı. Şəhərdə qadağan saatı təyin edildi. Ciddi nəzarət rejimi bərqərar oldu. Ikihakimiyətliliyə son qoyuldu, hakimiyyət prezidentin əlində mərkəzləşdi. Ölkə fərmanlarla idarə olunmağa başladı. Rusiya 1917-ci ilin fevralına qədər olan dövrə qayıtdı. Bu qayıdış, ölkənin iqtisadi modelini və avtoritar siyasi rejimini ehya etdi.

Ali Sovetin ləğv edilməsi, Sovetlərin avtomatik olaraq özünü buraxması üçün siqnaldır. Siyasi təzyiq və ideoloji təsir, yerli sovetlərin biri digərinin ardınca özünü buraxma prosesini sürətləndirdi. Avtoratizm bazar iqtisadiyyatına əsalanan ictimai sistemin etibarlı dayağına çevrildi. Leninin və Qırmızı meydanda dəfn edilən inqilabçıların cəsədlərinin adi qəbristanlıqlara köçürülməsi ilə Rusiyada 76 ilə yaxın hakimiyyət edən kommunizm erasına son qoyuldu. “Kommunizmi faşizm” ilə eyniləşdirən demokratlar “kriminal” kapitalın “demokratik” diktaturasını bərqərar etdilər. bu diktaturaya, demokratik sifət ona görə verilir ki, mövcud qanunvericilik orqanlarının fərmanla ləğv edildiyi və bu fərmanın silah işlətmək yolu ilə icra olunduğu, beynəlxalq hüquq normalarına sığmayan zorakılığın hakim olduğu, muxalif partiyaların qadağan edildiyi, xalq tərəfindən seçilən şuraların buraxıldığı, ölkədə fövqəladə vəziyyət yarandığı bir zaman yeni seçkilər keçirilməsinə fərman verilir. Hakim elitaya tabe olan partiyalar vasitəsilə federal məclis (dövlət duması) seçkilərinə hazırlıq aparılır.

Bütün bu dəyişikliklərin ideoloji əsası yaranır. Cəmiyyətdə meydana gələn qarşıdurma islahatçılarla islahat əleyhinə olanlar arasında, faşizmə bərabər olan kommunizmlə demokratiya arasında gedən mübarizə adlandırılır.

Siyasi rəqiblər qırmızı-qəhvəyi, faşist-kommunist damğası ilə damğalanırlar. Halbuki kommunizm və faşizm iki ifratçı cərəyan olsalar da biri sağ cinahın, digəri isə sol cinahın radikal nümayəndəsidir. Hər iki cərəyan, hədəf vasitəyə haqq qazandırır, prinsipinə əsaslanaraq öz siyasi məqsədlərinə çatmaq üçün kəskin metodlara əl atır, müəyyən ictimai bir təbəqənin təfəkkür tərzinin nümayəndəsi kimi çıxış edir. lakin faşizm kapital hakimiyyəti təhlükə ilə üzləşən zaman “zühur” edir.

Italiya və Alman faşizmi bu ölkəklərdə siyasi səbat pozulduğu, iqtisadi böhran dərinləşdiyi bir zaman meydana gəldi. O zaman Avropa dərin iqtisadi böhran keçirirdi. Işsizlərin sayı milyonlara çatmışdı. Avropanın Şərqində isə kommunizm rejimi hakim idi. Belə bir şəraitdə hakimiyyətə gələn faşizm Alman kapitalının təhlükəsizliyini təmin etdi və Rus kommunizminə qarşı müharibə apardı ki, dünyanın altıda bir hissəsi alman sənaye sultanları üçün satış bazarına çevrilsin. Ucuz xammal və işçi qüvvəsindən istifadə edilsin.

Kommunizmin sosial bazası isə əmək adamları, istehsalçılardı. Ictinmai sərvətin bölüşdürülməsində bərabərliyə əsaslanan kommunizm ən azı ilkin xristianlıq sosializmi ilə eyniyyət təşkil edir. kommunizm mahiyyət etibarı ilə insani dəyərləri dərk edir, vətəndaşlar üçün iş, pulsuz təhsil, müalicə və mənzil kimi zəruri olan təlabatın ödənilməsini həyat prinsipi kimi qəbul edir.

70 il kommunizm təbliğatçıları olan və kommunizm bayrağı altında imtiyazlı elitaya çevrilən bir çox demokrat elə bir zamanda antikommunizm təbliğatına əl atır ki, kommunizm ideologiyasına əsaslanan hakimiyyət dağılmış, kapital ideoloqiyasına əsaslanan hakimiyyət iş başına gəlmişdir.

Rusiyada qarşı-qarşıya durma sosializmə qayıtmaq deyil, kapitalizmi ehya etmək üçün yol axtarılması ilə əlaqədardır. Xasbulatov, Rutskoy da Yeltsin kimi kommunizmdən üz döndərən reformatorlar zümrəsindəndir.

Qırmızı bayraqla küçəyə çıxan nümayişçilər kommunizm ideologiyasına qayıtmaqdan daha artıq Rus dövlətinin dekabr 1991-ci ilə qədər mövcud olan sərhədlərinə qayıtmaq tələbini irəli sürürlər. onlar qırmızı bayraq altında ona görə hərəkət edirlər ki, bu bayraq Rus dövlətinin əzəmətini göylərə qaldırmış, rus xalqına dünya miqyaslı iftixar qazandırmışdı.

Lakin kapitalın vətəni yoxdur. Yenicə ehya edilən və bazar iqtisadiyyatına əsaslanan ictimai sistem mənfəəti hər şeydən üstün tutur. Dövlət birliyini o zaman qoruyur ki, o həmin dövlət vasitəsilə daha artıq mənfəət əldə etsin. Keçmiş kommunizm rejimi dövründə əsası qoyulan məxfi iqtisadiyyat öz qabığına sığmadı, onu partlatdı, yeni, özünə layiq, onun mənafeini sözsüz müdafiə edən hakimiyyət yaratdı.

Oktyabr hadisələri bu hakimiyyətin qələbəsini təmin etdi. Dekabr seçkiləri isə ona qanuni şəkil verəcəkdir. Lakin bu da bir həqiqətdir ki, cəmiyyətdə mövcud olan dərin sosial ziddiyyətlər silah gücünə həll edilmir. Muxalıf qüvvələrə divan tutulduğu bir zamanda, demokratik azadlıqların məhdudlaşdırıldığı bir məkanda seçilən məclis toplanıb bir-birinin üstünə qalaqlanan ziddiyyətləri necə həll edəcəkdir? Elə buna görə də hakimiyyət dəyişilsə də həll edilməmiş ziddiyyətlərin ardınca təhlükəli partlayış gözlənir.

Rusiya dərin ictimai-siyasi və iqtisadi böhran keçirir. Bu böhran bir cinahın digər cinah üzərində qələbəsi ilə həll edilmir. Bu ziddiyyətlər ancaq milli barış hökuməti yaradılması yolu ilə həll edilə bilər insan simasını itirməyən icytimai islahatlar keçirilməsi yolu ilə həll edilə bilər. tarixin acı təcrübəsindən ibrət dərsi alan xalqlar üçün çıxış yolu bu yoldur.

 

“Mühacir” qəzeti 13 noyabr 1993-cü il.


Radiklizm Avropada baş qaldırır

Iqtisadi durğunluq, hakim dairələrdə genişlənən fəsad Avropanın siyasi həyatında radikalizm meylini gücləndirir. Ənənəvi Qərb demikratiyası iflasa uğrayır. Avropanın inkişaf etmiş ölkələrindən biri olan Italiyada keçirilən bələdiyyə seçkiləri belə bir meylin bütün Avropaya sirayət edə biləcəyəndindən xəbər verir.

Əsrimizin 20-ci illərindən başlayaraq radikalizm ictimai və siyasi təfəkkür tərzi kimi Avropanın siyasi mühitinə kölgə salmış, bolşevizmin “zəfərli” yürüşünün qarşısını almaq üçün hakim dairələrin silahına çevrilmişdir. O zaman faşizm məhz Italiyada hakimiyyətə gəldi. Az keçmədən Almaniyada nasional sosialistlərin qanlı diktaturası bütün Avropanı hədələməyə başladı. 50 milyona yaxın insan tələfatına və milyardlarla maddi sərvətin məhv olmasına səbəb olan faşizm darmadağın edildikdən sonra Italiya özünün müharibədən sonrakı demokratik konstitusiyası ilə fəxr edirdi. 50 illik tarixi bir dövrdə Italiyanı parlament sistemli, çoxpartiyalı bir hökumət idarə edirdi. Bütün bu dövr ərzində xristian demokratları və sosialistlər ölkənin idarə edilməsini öz inhisarlarına almışlar.

Bolşevizm siyasi bir cərəyan kimi hakimiyyəti əldən verdikdən, Şərqi Avropa və Rusiyada Qərb demokratiyasına yol açıldıqdan sonra radikalizm siyasi bir cərəyan kimi canlanması üçün zəmin yarandı. Hadisələrin gedişi göstərdi ki, dünyanın altıda bir hissəsi olan Rusiyada siyasi, igtisadi səbatın pozulması Qərbi Avropaya sirayət etməyə bilməzdi.

Italiyada keçirilən bələdiyyə seçkiləri, Avropanın ən demokratik ölkəsində ənənəvi təşkilatların məğlubiyyətə uğraması, burada sağ və sol cərəyanların, ümumiyyətlə, mövcud siyasi hakimiyyətə qarşı çıxış edən radikal təşkilatların qələbəsi, bolşevizmin hakimiyyətə gəlməsi və onun hakimiyyətdən getməsi dövrünə təsadüf edir. bu isə tamamilə qanunauyğun prosesdir. Sadə vətəndaşlar və milyonlardan ibarət olan kütlə o zaman radikal cərəyanın arxasınca gedir ki, mövcud vəziyyət, hətta Qərbin demokratik quruluşu da onların istək və arzularına cavab verməkdən aciz qalır. Italiya belə bir tarixi mərhələdədir.

Burada belə bir sual ortaya çıxır: “ Bəşəri inkişafın təbii məcrası ilə” hərəkət edən ictimai-iqtisadi sistem nə üçün dərin böhran keçirir və bu böhranın aradan qaldırılmasında radikal tədbirlərə əl atılması ön plana keçir?

Keçmiş Sovet respublikalarının ictimai elmlər üzrə nəzəriyyəçilərinin iddiasına görə oktyabr “çevrilişi” Rusiyanı təbii inkişaf məcrasından çıxarmışdı. Sosializmin ləğv edilməsi bu ölkələri təbii hərəkat məcrasına salır. Bu isə bu xalqların tam azad yaşaması və rifaha çatması üçün onların fikrincə, əsas amildir. Lakin onlar belə bir həqiqəti nəzərdən qaçırırlar ki, azad rəqabətə əsaslanan bazar heç də azad insan və azad cəmiyyət qurulması üçün zəmin yaratmır. Bazar iqtisadiyyatı hakim olan ölkələrdə 4 milyard əhali yaşayır. Bazar iqtisadiyyatı bu ölkələrə nə azadlıq gıtirmiş, nə də bu xalqları rifaha çatdırmışdır. Başqa xalqların hesabına varlanan kiçik Avropa bu gün xalqın zehnində və təsəvvüründə canlanan burjua demokratiyası ilə də xudafizləşməli olur. Italiyada başlanan bu proses təlatümlü dənizdə “səbat adası” olan kiçik Avropanı da təhdid edir. Ideolji cəbhədə iki qütbdə - sağ və sol radikalizmdən ibarət olan qütblərə bölünən Italiyanın siyasi həyatı daha radikal çarpışmalar ərəfisindədir. Bələdiyyə seçkilərində qalib gələn sağ və sol radikalizm parlament seçkilərində də ənənəvi partiyalara qalib gəldikləri təqdirdə Avropa yenə də 20-ci illərə qayıtmalı olacaq. O zaman sosialistlər və kommunistlər arasında çəkişmə faşizmin meydana gəlməsinə şərait yaratdı. Indi isə keçmiş kommunistlərdən ibarət olan sol cərəyan neofaşistlərlə qarşı-qarşıya durmalı olacaqdır. Siyasi səhnədən uzaqlaşan xristian demokratların və sosialistlərin yaxın gələcəkdə hansı cərəyana meyl göstərmələrinin şahidi olacağıq.

Qərbi Avropa radikalizmin taleyi Rusiya və Şərqi Avropa radikalizminin taleyi ilə bağlıdır. Şərq radikalizminin yerini liberal demokratizm tuta bilsə çox ehtimal ki, Avropa da belə bir yol seçməyə meyl göstərəcəkdir. Lakin iqtisadi böhran mütləq yoxsulluq, əhalinin böyük əksəriyyətinin faciəli həyatı belə bir ümidin doğrulmasına inamı azaldır. Bu isə bəşəriyyətin gələcəyini qorxu altına alır. Burada səbatsızlığın bütün Avropanı bürüməsi üçün zəmin hazırlayır. Sağlam düşüncəli dövlət xadimləri bu barədə düşünməlidilər.

 

“Mühacir” qəzeti 21 dekabr 1993-cü il.

Ə. Lahrudi.


Kommunizm taunu nədir?

Ədalət və bərabərlik insan cəmiyyətinin formalaşdığı vaxtdan həyatın başlıca tələblərindən biri olmuşdur. Əsrlər keçdikcə insanların həyat tərzi və onların bir-biri ilə əlaqə formaları dəyişmiş, tərəqqi etmiş və kamilləşmişdir.

Bugünkü dünya bəşəriyyətin tərəqqi və təkamül mərhləsinin zirvəsidir. Insan mövcud ictimai sistem daxilində öz həyatını istədiyi kimi qurmaq, azad, bərabər və firavan yaşamaq istəyir, bunun üçün daha səmərəli işləyə bilən mexanizm axtarır.

Sosializm belə mexanizmlərdən biridir. Bu mexanizmin yaradılması nəzəriyyəsinin neçə yüz illik tarixi var. Rusiyada onun həm meydana gəlməsi, həm də dağılıb aradan getməsi böyük hadisə kimi səslənmiş və səslənir.

Biz istəsək də istəməsək də sosial bərabərlik ancaq sosializmlə bağlıdır və onun inhisarındadır. Qalan nə varsa qeyri-bərabərliyin qanunauyğunluğunu təsbit edən ideologiyadır. Cəmiyyətin ibtidai formadan daha da inkişaf formaya keçdiyi mərhələlərdə büruz edən ziddiyyət də bununla (sosial bərabərlik məsələsilə) bağlıdır.

Insan dünyaya azad gəlmişdir. Azad yaşamaq onun təbii haqqıdır. Sosial bərabərlik azad yaşamağın ilkin şərtidir. Bərabərlikdən başqa bir şey olmayan kommunizm dəhşətli və qorxulu ideologiya kimi qələmə verilir, kommunistlər isə insan və insanlıq dəyərinə qarşı çıxan ünsür kimi qiymətləndirilir.

Bizi bu mövzuda yazmağa vadar edən kommunizmi müdafiə etmək, yaxud ona qarşı çıxmaq deyildir. Kommunizmin ideologiya kimi belə bir müdafiyəyə də ehtiyacı yoxdur.

Rusiyada sosialist inqilabının hərəkətverici qüvvəsinə mənsub olan nəsil sıradan çıxdıqca onların yerini tutan qüvvələr kommunizm bayrağını ona görə göylərə qaldırdılar ki, məqam və mənsəb sahibi olsunlar. Çünki məqam və mənsəbin arxasında maddi və siyasi imtiyazlar dayanırdı. Bu imtiyaza sahib olan qüvvələrin sayı milyonları ötüb keçirdi. Müdir və müdiriyyət kürsüsündə əyləşən bu milyonlar getdikcə sosial qrupa çevrilir və dövlət mülkiyyətinin “sahibi” kimi çıxış edir. Bu yolla sərvət toplayır, bərabərlik idealını tapdalayır və nəhayət, bərabərlik üzərində qurulan cəmiyyəti dağıdır, qeyri-bərabərliyə əsaslanan cəmiyyət qurur. Onun ideolоji əsasını antikommunizmdə axtarır. Bir çox dünənki kommunistlərin bu günkü primitiv antikommunizm cəbhəsinə keçmələri də buradan meydana gəlir. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması əleyhinə yazılan bir məqaləni oxuduqdan sonra antikommunizmin baş alıb getdiyi bir zamanda çəkinmədən açıq danışmaq istəyirik.

Müəllif yazır: “Rusiya yüz illər boyu Türkiyə və Irana qarşı mübarizəni Azərbaycan vasitəsilə aparıb...Son 70 ildə Iran və Türkiyədə kommunizm hərəkatının mərkəzi Bakı olub. Türkiyə və Iran kommunistlərinin ideya mərkəzinin, planlarının həyata keçirilməsində Azərbaycan Kommunist Partiyasının rolu bəllidir. Iran və Türkiyənin uzun illər Azərbaycana böyük qorxu və şübhə ilə yanaşmalarının səbəbi də budur. Aydınlıq üçün Türkiyə və Iran kommunistlərinin bu ölkələrdə törətdiklərini yada salmaq yetərlidir. Bir sözlə kommunizm taununun Şərqə yayılmasında Azərbaycanın rolu əvəzedilməzdir” (“Müxalifət” qəzeti 12 oktyabr, 1993-cü il). Kommunizm ideologiyası Avropada meydana gəlmişdir. O zamankı Avropa iki qarşı-qarşıya duran qüvvənin, kapital sahibləri və muzdur fəhlələrin mərkəzi idi. Lakin kommunizm Avropanın şərqində ən geridə qalmış Rusiyada hakimiyyəti ələ keçirdi. Avropa və Asiyanı birləşdirən Rusiyada hakimiyyətə gələn yeni rejim kapitalizmə, Asiyada feodalizmə, eyni zamanda Avropanın Asiyadakı müstəmləkəçilik siyasətinə qarşı çıxdı. Bu isə həm feodal mülkədarların zülmünə, həm də Avropa müstəmləkəçilərinin ağalığına qarşı Asiya xalqlarının mübarizəsinə təkan verdi. Dünənki müstəmləkəçi çarizmi yıxan Rusiya məzlum xalqların müttəfiqi kimi çıxış etdi.

Milli azadlıq və sosial bərabərlik həsrətilə yaşayan Asiya xalqları, o cümlədən Rusiyanın qonşusu olan Iran xalqları azadlıq və bərabərliyə çatmağı rus inqilabçılarının həmrəyliyində görürdülər.

“Müxalifət” qəzetinin taun adlandırdığı kommunizm şərqə, xüsusilə Irana belə bir şəraitdə yayıldı. Burada Azərbaycanın heç də xüsusi rolu olmamışdır. Çünki kommunizm yarımmüstəmləkə Çində, Irandan daha artıq, daha geniş yayıldı. Müstəmləkə Hindistana daha sürətlə yol tapdı. Asiya ölkələrinin bir çoxunda, eləcə də Avropada kommunist partiyaları cəmiyyətin ən şüurlu, ən düşüncəli və ləyaqətli adamlarının əli ilə təşkil edildi. Bu ölkələrin kommunistləri hec də məqam mənsəb, imtiyaz xatirinə kommunist olmamışlar. Əksinə, kommunizm ideologiyasını qəbul edənlər öz imtiyazlarını mənsəb və vəzifələrini şüurlu olaraq zindana getmək və edam olmaqla əvəz etmişlər. Kommunizm ideologiyasının geniş yayılmasını böyük dünya dinlərinin zühür etdiyi dövrü ilə də müqayisə etmək olar. Xristianlığın və islam dininin ilkin mübəlliğləri də o zamankı imtiyazlı dairələr tərəfindən asanlıqla qəbul edilmir və gülər üzlə qarşılanmırdı.

“Müxalifət” qəzetində dərc edilən məqalənin müəllifinə xatırlatmaq istəyirik ki, o, bir az açıq danışsın. Türkiyə və Iran kommunistlərinin öz ölkələrində “nələr törətdiklərini” konkret olaraq oxucuya çatdırsın və göstərsin ki, türk kommunisti Nazim Hikmət türk millətinə və türk xalqına hansı xəyanət ittihamı ilə zindana düşür və türk vətəndaşlığından məhrum edilir, ölkədən sürgün ediilmişdir. Müəyyən bir ideologiyaya inanmaq insanın yaşamaq hüququndan məhrum edilməsi üçün əsas olmamalıdır.

Bakını “Iran və türk kommunist hərəkatının mərkəzi” adlandırmaq da həqiqətə uyğun deyildir. Hərəkətin mərkəzi xaricdə yerləşə bilməz. Iranın mübarizə hərəkatı mərkəzi ölkənin daxilində olmuşdur. Xaricə köçən hərəkat ölüb aradan gedir. Bu hərəkatlar da təkcə kommunistlər yox, bütün vətənpərvərlər iştirak etmişlər. hərəkat iştirakçılarının bu və ya başqa şəkildə Bakıda, Moskvada, Orta Asiyada, Istambulda, Berlində, Parisdə, Londonda sığınacaq tapması adi haldır. Bu gün Sovet Ittifaqı dağılmışdır. Indi Rusiya da Türkiyə kimi Asiya, Afrika ocümlədən Iran qaçqınlarının keçid körpüsünə çevrilmişdir. Bu qaşqınların o cümlədən kommunist qaçqınların demək olar hamısı Qərbi Avropa ölkələrində sığınacaq tapırlar. Antikommunist Avropa öz ideoloji əleyhdarlarına nə üçün sığınacaq verir?

Onları nə üçün mənzil, yaşayış vəsaitilə təmin edir? Ona görə ki, Avropa daha 19-cu əsrin meternixlər Avropası deyil, o ideya əleyhdarlarına fiziki və mənəvi işgəncə verməyi müasir bəşəriyyətin şəninə şikəstlik hesab edir. 70 il Rusiyada kommunizm hakim olmuş və kommunist qaçqınlar burada sığınacaq tapmışlar. Bunu da yaddan çıxarmayaq ki, çarizmə qarşı çıxan Qafqaz mübarizələri də o zamankı Iran torpağında özloərinə sığınacaq tapırdılar. Rus dövləti onları tutmaq üçün Iran dövlətinə təzyiq göstərirdi. Səttarxanın böyük qardaşı Ismayıl Fərhad adlı belə bir Qafqaz fədaisinə sığınacaq verdiyi üçün tutulub Təbrizə aparıldı. Təbriz hakiminin əmrilə onun başını kəsdilər.

Tarix hərəkətdədir. Zaman və dövran dəyişir, Iran mübarizləri Rusiyaya qaçır. Bu zaman xalqa hakim kəsilən mürtəcelərin Rusiyanın tərkibində olan Azərbaycana qarşı şübhə ilə yanaşması da təbii hal idi. Elə buna görə də məqalə müəllifi Iran və Türk xalqları ilə bu ölkələrin mürtəce hakim dairələrini yan-yana qoyub onlardan birini seçməli idi. Iranda müstəmləkəçiliyə və irticaya qarşı mübarizə aparan qüvvələr içərisində kommunistlər də olmuşdur. Bunlar nə üçün kommunist hərəkatına qaoşulmuşlar? Burada minlərdən birini nümunə göstərmək kifayətdir. Ən istedadlı gənclər o zamankı Iranda maddi imkanların məhdudluğu üzündən istədikləri təhsil ocağına yol tapa bilmirdilər. məcburluq üzündən zabitlik məktəbinə daxil olurdular. Öz mənsəbini, imtiyazlarını ölümlə dəyişən Xosrof Ruzbeh də belə istedadlı, vətənpərvər gənclərdən biri idi. O zamankı Iranda baş alıb gedən yoxsulluğun, ədalətsizliyin səbəbini o, kapitalizm quruluşunda görürdü. O, görürdü ki, “cəmiyyətin bütün maddi nemətlərindən faydalanan imtiyazlı təbəqələr və sayca çox az olan bu ictimai təbəqə ölkə əhalisinin böyük əksəriyyətinə mütləq hakim kəsilmişdi...” O, deyirdi:

“Hazırki hökumət əslində demokratik hökumət deyil...Əşrafların və əyanların, maliklərin və sərmayədarların hökumətidir...Deməli, sərmayədarlıqla mənim düşmənçiliyim tamamilə düzgün, yerli və şərəfli bir işdir”. (“Xosrov Ruzbeh hərbi məhkəmədə” kitabı, səh. 73-74).

Beləliklə, öz xalqının azadlığı, rifahı və xoştbəxtliyi uğrunda mübarizə aparan adamlar şərəfli insanlardır. Onlar hansı ada və hansı məsləkə bağlı olursa-olsunlar ədalət və bərabərliyə çatmaq üçün öz varlıqlarını, ən əziz olan canlarını qurban verirlər.

Xosrov Ruzbeh və yüzlərlə Ruzbeh kimi vətənpərvərlər Rusiyanı da, Sovet Azərbaycanını da yuxularında belə görməmişdilər. Azərbaycan Kommunist Partiyası Xosrov Ruzbehlərin uğrunda mübarizə apardığı idealın həyata keçirilməsində nə kimi rol oynaya bilərdi? Onlarla Ruzbehlər öz xalqının xoşbəxtliyi uğrunda ölümə gedərkən öz xalqının və dünya ictimayyətinin hörmətini qazandı. Azərbaycanlı da öz siyasi əqidəsindən asılı olmayaraq istiqlal və azadlıq uğrunda mübarizə aparanlarla həmrəy olmalıdırlar. Bu mübarizə Azərbaycanda kommunizm qurulduqdan əvvəl mövcud olmuş, burada kommunizm dağıldıqdan sonra da davam edir. Azərbaycan antikommunistləri bu qanunauyğunluqları yaddan çıxarmasınlar. Çünki bu igidlərin qorxmazlığını hətta onları ölümə məhküm edən cəllad mirqəzzəblər də təsdiq etməyə məcbur olmuşlar. SAVAK-ın o zamankı polkovniki Müsəddiqçilərə və tüdəçilərə qarşı rəhmsiz divan tutduğuna görə general dərəcəsi alan Sipəhbud Möhsun Mübbəsirin etirafı məqalə müəllifi üçün ibrət dərsi ola bilərdi. O zaman Tudə partiyasının zabitlər təşkilatının adları yazılan kitabçadan üçbucaqlı şifrəni aça bilməyən Mübəssir SAVAK-ın çənginə düşmüş polkovnik Mübəşşirin və kapitan Mühəqqin saxlanıldığı təcridxanaya gedir. O, öz xatirələrində bu görüşü belə qələmə alır:

“Əvvəlcə Mühəqqiqi görməyə getdim, onu hər bir hadisə müqabilində öz yerində möhkəm dayanan dağ kimi tapdım. O, hətta, mənimlə danışmaqdan belə imtina etdi. Zabitlər təşkilatına üzv olmağını da inkar elədi. Gördüm ki, bu şəxs elə bir söyüd ağaçı deyil ki, hər bir yel qarşısında titrəsin. Onunla söhbəti faydasız bildim. Polkovnik Mübbəşiriə üz tutdum.

Topxana polkovniki Məhəmmədəli Mübəşşiri mənimlə həmdövrə idi, bir batalyonda qulluq edirdik. Bundan daha artıq səmimi dost idik. Vaxtaşırı zındanda onu görməyə gedirdim. Ona meyvə, xorək, bəzən gül aparırdım. Saatlarla söhbət edirdik. O, məndən kömək istəmirdi. Mən də zabitlər təşiklatlı barədə onunla söhbət açmırdım. Danışığımız keçmiş əfsərlik məktəbi və qulluq etdiyimiz hissədə baş vermiş hadisələr ətrafında gedirdi. Amma bu dəfə Tudə partiyasının zabitlər təşkilatının üçbucaqlı şifri barədə söz saldım və bu şifrin açılmasını ondan tələb etdim. O, çox təəssüflə, eyni zamanda ciddi və qəti şəkildə mənim ona uzatdığım kömək əlimi rədd etdi və dedi:

“Mənim bədənimdə nə qədər canım var, belə işlərə əl vurmaram. Mən hazıram öləm, lakin əmanətə xəyanət etmərəm. Mən quldarlarla əməkdaşlıq edən və yol yoldaşı olan çoban deyiləm...”.

Mübəssir ümidsizliklə Mübəşşiridən ayrılır, bir neçə gündən sonra yenə də Mübəşşirini görməyə gedir. Bu ümidlə ki, onu şifrəni armaq üçün razı salacaqdır. Lakin onu zindanın təcridxanasında tapmır. Sonra məlumat alır ki, Mübəşşiri intihar etmək üçün bir mıxla öz qol damarını kəsmiş və huşsuz olaraq qoşun xəstəxanasına aparılmışdır. (Həftəlik “Nimruz” qəzeti, №233, 1993-cü il).

Beləliklə, öz xalqlarının xoşbəxtliyi uğrunda mübarizə aparan qəhrəmanları “kommunizm taununa mübtəla olan adamlar” kimi qələmə vermək ən azı ədalətsizlikdir.

Insan maddi varlıqdır. Bu o zaman pak və müqəddəs varlıq olur ki, mənəviyyata əsaslansın. Mənəvi dəyərlər üzərində qurulsun. Insanın mənəvi aləmi, onun müqəddəsliyi insanlara xidmət etməkdən ibarət olsun. Insanlar arasında bəşəri əlaqə yaradılsın. Insan şəxsiyyətini yüksəldən cəmiyyət qurmaq arzusunu reallaşdıra bilsin.

Rusiyada Kommunist Partiyası hakimiyyətə gəldi. Illər keçdi, mənəviyyat maddiyatla əvəz olundu. Mənəvi pozğunluq cəmiyyətdə geniş yayıldı. Elə pozğunluq ki, ­­­­­hətta Kommunist Partiyasını dağıdan, kommunist hakimiyyətini aradan aparan və hakimiyyəti ələ keçirən demokratlar da, mənəvi pozğunluq və fəsad batağlıqında qərd oldular. əgər kommunizm taundursa, ona görə taun deyil ki, o, bərabərlik ideyasını təbliğ edir. Küçə alverçiləri, bir sözlə kriminal kapital sahibləri postkommunizm hakimiyyəti dövründə vətəndaşların başını küt bıçaqla kəsir, onları soyub talan edir, sərvət toplayır, imtiyazlı vətəndaşlara və “səxavətli” biznesmenlərə çevrilirlər. Demək ideya və ideologiya taun deyil, fəsadi törədən amillər taundur. Çünki kommunizm taunu ilə xəstələnən cəmiyyət demokratik iksir təziq edildikdən sonra fəsad aradan getmir, daha da genişlənir. Rusiya televiziyası rəsmi statistikaya əsaslanaraq (18 noyabr, 1993) 35 milyon təqaüdçünün, 6 milyon əlilin mütləq yoxsulluq səviyyəsində, yarı ac, yarı tox vəziyyətdə yaşamasından şikayətləndi. Bunun səbəbkarı kimdir? Məgər bu taun deyilmi? Qərb dəyərlərinin kor-koranə şəkildə Şərqə köcdüyü bir zamanda çoxuuşaqlı ailələrin, 10-15 min rublla necə yaşayacağını təsavvür etmək nə qədər dəhşitlidir! Ölkənin var-yoxunu çapıb talan edənlər kimdən, haradan və hansı ideologiyadan ilham alaraq mənəvi dəyərləri cəmiyyətin tənzimedici əxlaqi dəyərlər səviyyəsinə qaldırmaq istəyirlər. Ruzbehlər, Mübəşşirlər Ibrahimilər nəsildən-nəsilə milyonların mütləq yoxsulluq məngənəsində sıxıldıqlarını görür və acınacaqlı həyatın səbəkarlarını bu cəmiyyətin imtiyazlı təbəqələrində axtarırdılar. Ona görə də Ruzbehlər sərmayədarlığın barışmaz düşməni olur, Mühəqqiqlər tufan qarşısında möhkəm dayanır, Mübəşşirilər qan damarını kəsir, amma əmanətə xəyanət etmir. Görək, belə kommunist şərəflidi, yoxsa küt bıçaqla xalqın başını kəsib, onu çapıb talayan, xalq hesabına sərvət toplayıb, xarici maşınlarda gəzərək öz həmvətənlərinə ifadə satan antikommunist?

Bəşər, qiyam qiyamət edənə qədər insan kimi yaşamaq uğrunda mübarizə aparacaq, bu yolda onun qarşısına çıxanları özünün düşməni hesab edəcək. Elə ona görə də Isa məsih ayaqyalınların peyğəmbəri idi. Elə ona görə də Məhəmməd arvadı Xədicənin sərvətini yoxsullara paylayan peyğəmbər idi. Sosial bərabərlik ideyasını kommunstlər ixtira etməyiblər. bu bəşəri dəyərdir. Kommunizmi taun hesab edənlər qoy bu dəyəri öz inhisarlarına alsınlar və bəşəriyyəti kommunizm “taunu”ndan xilas etsinlər.

 

“Mühacir” qəzeti 21 dekabr 1993-cü il.

Ə. Lahrudi.


Iran növbəti yol ayrıcında

Iran Yaxın Şərqin ən qaynar nöqtələrindən biridir. Son 150 ildə bu ölkədə saysız-hesabsız çıxışlar, hakimiyyət dayişiliklikləri baş vermişdir. XX əsr bu çıxışların ən yüksək zirvəsi olmuşdur. 1979-cu il inqilabı Iran tarixində dərin iz buraxmışdır, gələcək nəsil ona daha obyektiv qiymət verəcəkdir.

1979-cu il inqilabının başlıca xüsusiyyətləri: Bu inqilabın hərəkatverilici qüvvəsi xalq idi. Xalqı arxasınca aparan isə ruhanilər idi. Lakin həmişə olduğu kimi 1979-cu il inqilabı da xalqın ümidini doğrultmadı, rühanilərin verdikləri vəd yerinə yetirilmədi. Sadəcə olaraq hakimiyyətin forması dəyişildi. Monarxiya ləğv oldu. “Fəqih hakimiyəti” (F.H) onun yerini tutdu. Forma ayrılığına baxmayaraq, həm monarxiya, həm də “F.H” eyni məzmuna malikdir. Birinci Allahın kölgəsi, ikinci isə imanın nümayəndəsi adlanır. Monarxiya 3 min illik tarixində dəyişməz qalan mütləq hakimiyyət forması idi. Monarx mütləq hakimiyyətə əsaslanır, heç bir qüvvə tərəfindən kontrol olunmur, heç bir orqana hesabat vermir. XX əsrin əvvəllərində baş verən Məşrutə inqilabı mütləq monarxiyanı Avropasayağı konstitusiyalı monarxiya ilə əvəz etdi. Lakin Şərq despotizmi əhalinin psixologiyasında o qədər dərin iz buraxmışdır ki, konstitusiya işləmədi, monarxiya mütləq hakimiyyəti yenə də öz əlində mərkəzləşdirdi. 1979-cu il inqilabı elə buna görə də monarxiyaya qarşı çevrildi. Onun əsasını sarsıtdı. Saysız-hesabsız insan tələfatı hesabına monarxiya dağıldı, lakin azad və demokratik hakimiyyət qurulmadı. Inqilabcı xalq atalar demişkən, yağışdan çıxıb yağmura düşdü.

Məşrutə dövrünün konstitusiyasında yazılmışdır: “Səltənət Allahın əmanətidir ki, xalq tərəfindən padşaha tapşırılır. 1979-cu il inqilabı isə yeni haklimiyyət forması yaratdı. Din həmin hakimiyyətin ideoloji və hüquqi əsasını təşkil etdi. “F. H. ” ali məqam kimi ölkəyə rəhbərlik edir, heç bir siyasi, ictimai və hüquqi orqan qarşısında cavabdeh sayılmır. Bununla da mütləq hakimdir.

XX əsrdə vətəndaşların siyasi hakimiyyətdə iştirak etməsi üçün imkan və şərait yaranmışdır. Dünyanın bir çox ölkələrində seçkili orqanlar fəaliyyət göstərir. əhali özəl şəkildə seçkilərdə iştirak edir. Qanunvericilik orqanı formalaşır. Icraedici orqan isə qanunvericilik orqanı tərəfindən seçilir və həmin orqan qarşısında cavabdeh olur. Seçki sistemi mövcud olan digər ölkələr də var ki, bu ölkələrdə seçki formal xarakter daşıyır. Qanunveriçilik orqanına təsir göstərə bilmir. Həm Şah dövrünün, həm də “F. H. ” dövrünün hakimiyyət strukturu seçkili orqanlar vasitəsilə yaradılsa da, bu əsasən formal xarakter daşıyır.

Dini ehkamlar dəyişməzdir. Bu ehkamlar dindarın şəxsi həyatı və həyat davranışı ilə məhdudlaşdıqda müsbət nəticə verir, mənəvi təmizliyə şərait yaradır. Lakin dini ehkamlar daima dəyişməkdə olan dünyada siyasi hakimiyyətin idarə sisteminin yeniləşdirilməsini, vətəndaşların azad siyasi fəaliyyət göstərməsini, hakimiyyətin formalaşmasında yaxından iştirak etməsini, daha dəqiq desək, hakimiyyətin xalq tərəfindən formalaşmasını və xalqın nəzarəti altında fəaluiyət göstərməsini çətinləşdirir. Bu da hakimiyyət orqanlarında vəzifə hərislərinin nəzarətdən kənarada qalmasına səbəb olur, mütləq hakimiyyətin formalaşmnası üçün zəmin yaradır, insanın daxili aləmindən doğan özbaşınalıq meylini çoxaldır. Elə buna görə də hakimiyyətin formalaşmasından asılı olmayaraq yazılan qanunlar işləmir. Xalq ona rəhbərlik edən dövlət orqanlarına təsir göstərə bilmir. Həm manarxiya dövrünün konstitusiyasında, həm də “F.H.” dövrünün konstitusiyasında demokratik azadlıqlar özünün hüquqi təzahürini tapmışdı. Elə buna görə də Məşrutə inqilabı, həm də 1979-cu il inqilabı xalqın qələbəsi idi. Lakin bu qələbə müəyyən qrupun hakimiyyətə çatması və xalqın hakimiyyətdən təcrid edilməsi ilə nəticələndi, nə Şah dövründə, nə də “F.H.” dövründə siyasi azadlıqlar bərqərar edilmədi, siyasi partiyaların fəaliyyəti dayandırıldı. Mətbuat orqanları hakimiyyətin yeritdiyi siyasətin təbliğatçısı rolunu oynadı. Seçkili orqanlar isə hakimiyyəti müdafiə edən orqana çevrildi.

Bütün bunlara baxmayaraq, xalq öz haqqını tələb edir. XX əsrin birinci yarısında xalqın bu qanuni tələbləri ictimai xadimlər və siyasi təşkilatlar tərəfindən irəli sürüldü. XX əsrin ikinci yarısında xalq özü daha şüurlu olaraq siyasi səhnəyə qədəm qoydu, haqqını tələb etdi. 1979-cu il inqilabı bu tələblər uğrunda mübarizənin zirvəsi oldu. Inqilabın hakimiyyətə gətirdiyi qüvvələr yenə də Şərq despotizminin klassik formasını işə saldılar, siyasi azadlığın yenə də qarşısı alındı. Nəzərə alaq ki, Iran permanent inqilablar dövründə yaşayır. 150 il ərzində bu inqilabı proses 10-20-30 ildən bir təkrar olunur və bu gündə həmin prosesin yeni mərhələsi başlanır. 1997-ci il may (Xordad 1376) prezident seçkiləri bu prosesin kəmiyyət dəyişikliyindən keyfiyyət dəyişiyliyinə keçmək üçün siqnaldır. May seçkiləri göstərdi ki, xalqın hakimiyyətdən ümidi qırılıb, hakimiyyət daxilində mövcud olan və Iran həqiqətlərini az-çox dərk edə bilən qüvvələr mövcud quruluşu saxlamaq üçün həmin siyasi quruluşda müəyyən cərrahiyyə əməliyyatı aparmağı zəruri hesab edirlər. elə buna görə də hakimiyyət daxilində qruplaşmalar cinahlara parçalanır, despotizm tərfdarları daha qətiyyətli addım atır. Hakimiyyətin reform yolu ilə saxlanması tərəfdarları isə xalqa yaxınlaşır, siyasi azadlıqlar məsələsi ön plana çəkilir. Yeni seçilmiş prezident mətbuat azadlığı üçün şərait yaradır, konstitusiyanın indiyə qədər işlənilməyən maddələrini, o cümlədən yerli şuralar haqqındakı maddəni icra edir, xarici siyasətdə isə ölkəni təcrid halından çıxarmağa çalışır, qonşu ölkələrlə münasibətləri normal hala salmaq üçün diplomatik fəaliyyəti genişləndirir, həmin ölkələrə səfər edir, inkişaf etmiş Avropa ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsinə səy göstərir. Beləliklə, ölkə 20 ildən sonra yeni mərhələyə qədəm qoyur. Demokratik azadlığların bərqərar edilməsi meyli güclənir, Şərq despotizmi isə bu meylin rüşeym halında boğulmasına can atır, azad mətbuatı sıxışdırır, qəzet müdirlərini məhkəməyə çəkir, dustağa salır. Söz azadlığına dözə bilməyən qüvvələr bütün bunları dini hakimiyyətin möhkəmlənməsi adı altında həyata keçirir.

Prezident seçkilərindən sonra siyasi qətllər daha da genişləndi, siyasi şəxsiyyətlər və mütərəqqi ziyalılar qətlə yetirildi. Həmin qətillərin icarəçiləri isə gizli saxlanıldı. Lakin ölkədə mövcud həyəcanlı atmosfer və demokratik azadlığların bərqərar edilməsi istiqamətində atılan addımlar həmin cinayətlərin açılmasına gətirib çıxartdı. Aydın oldu ki, bu cinayətləri ittilaat (təhlükəsizlik) nazirliyinin yüksək rütbəli məmurları törətmişlər. həmin cinayətlərin üstünün açılması Şərq despotizminin hakimiyyətdə olan nüfuzlu dairələrini qorxuya saldı. Ittilaat naziri istefaya getmək məcburiyyətində qaldı. Bununla da prezident seçkiləreindən sonra başlanan proses yeni mərhələyə qədəm qoydu. Azadlıqla despotizm arasında, demokratiya ilə istibdad arasında mübarizə yeni abarot aldı. Hakimiyyətlə xalq arasında şiddətlənən ziddiyyət hakimiyyət daxilində cinahlar arası mübarizəni genişləndirdi. Demokratik azadlıq məsələsi bu mübarizənin əsasını təşkil edir. deməli, xalqla hakimiyyətin müəyyən bir cinahı arasında fikir birliyi meydana gəlir, azadlıq ideyası böyük müqavimətə rats gəlsə də özünə yol açır.

Iran yenədə yol ayrıcındadır. Despotizm yaxud azadlıq. Bunlardan biri qələbə çalmalıdır. Tarixin acı təcrübəsi təkrar olacaqmı? Azadlıq despotizm üzərində qələbə çaldıqda onu qoruya biləcəkmi? Bu xalqın daha fəal və daha şüurlu mübarizəsindən, alınan səngəvi möhkəm qalaya çevirmək bacarığından asılıdır.

“Mühacir” qəzeti dekabr 1999-ci il.

Lahrudi.


Azərbaycan Demokrat Partiyasının sədri Lahrudi ilə “ Amerikanın səsi” radiosunun müsahibəsi

1324-cü ilin şəhrivər ayının 12-də (1945-ci il) Cənubi Azərbaycanda Demokrat Partiyası təşkil tapdı və həmin partiya 1325-ci ilin Azər ayının 21-də (1946-ci ilin 12 dekabrında) günün siyasətinin dəyişilməsi və Tehran qoşunun hücumu ilə hakimiyyətdən salındı.

Azərbaycan Demokrat Partiyasının təşkili şəhrivər ayının 12-də idi, bu gün isə şəhrivərin 11-dir. Elə bu səbəblə redaksiyamız Azərbaycan Demokrat Partiyasının sədri Doktor Əmirəli Lahrudi ilə əlaqə yaratdı və onunla özünün ənənəvi söhbətini apardı. Indi Sizə müsahibəni təqdim edirik.

S:- Cənab Lahrudi, əgər icazə versəniz mən Sizdən xahiş edərəm ki, 1324-cü ilə qayıdasınız, müxtəsər də olsa o dövr barədə danışasınız və buyursanız ki, məsələn, onda neçə yaşınız var idi, nə ilə məşğul idiniz? Firqənin təşkil tapdığı o illərədə ümumi vəziyyət necə idi?

C:-Mən o zaman Meşkin mahalının Ları kəndində yaşayırdım. Iyirmi yaşım var idi. Siyasətlə maraqlanırdım. O zaman Iran Xalq Partiyası təşkil olmuşdur. Mən də o partiyanın üzvü kimi fəaliyyət göstərirdim. “12 Şəhrivər müraciətnaməsi” müəssislər heyəti tərəfindən yayılandan sonra bizim də əlimizə çatdı. Müraciətnaməni oxuduq. Orada qeyd olunan mətləblər həqiqətən Azərbaycan xalqının ogünki və gələcəyi üçün zəruri olan tələblər idi. Buna görə də müraciətnamə hamı tərəfindən, eyni zamanda Iran Xalq Pratiyasının Azərbaycan təşkilatı tərəfindən bəyənildi. Təbrizda məşvərətçi konfrans çağırıldı, mən də o konfransda iştirak edirdim. Iran Xalq Pratiyasının Azərbaycan təşkilatından olan üzvlərnin nümayəndələri konfransda iştirak edirdilər. Konfrans bir gün davam etdi. Hamı bir səslə qəbul etdiki Iran Xalq Pratiyasının Azərbaycan təşkilatı Azərbaycan Demokrat Firqəsi ilə birləşsin və Azərbaycan Demokrat Partiyası adı altında fəaliyyətə başlasın. çünki müraciətnamənin ilk maddəsində milli şuraların təşkili, eyni zamanda milli muxtariyyət və Azərbaycan dilinin rəsmiyyətlə tanınması tələbi irəli sürülürdü.

S:- Ağayi Lahrudi, mən soruşmaq istəyirəm ki, Demokrat Partiyası Azərbaycanda niyə təşklil tapdı? Lakin siz verdiyiniz cavabla məhəlli şuraların zəruriyətini də qeyd elədiniz. Bununla da sualımın cavabı müfəssəl verilmiş oldu.

S:- Cənab Lahrudi məlumdur ki, hər bir siyasi hərəkatın bir və ya bir neçə rəhbəri olur. Azərbaycan Demokrat Partiyasının rəhbəri S. C. Pişəvəri oldu. Əgər mümkün olsa bir qədər mərhum Pişəvərinin rəhbəlik şəxsiyyəti və həm də xüsusi həyatı barədə danışın.

C:-S. C. Pişəvəri o zaman ki, Azərbaycanın xalq kütləsinin tipik nümayəndəsi idi. O, sadə Xalxal kəndlisinin övladı idi. O zaman ki, Azərbaycanda feodal zülmü və dövlət məmurlarının özbaşınalığı nəticəsində Azərbaycan kəndləri çapılıb talanırdı. Pişəvəri ailəsi də başqa azərbaycanlılar kimi Bakıya köçdü. Bakıda ailəsi fəhləliklə məşqul oldu. Pişəvəri az-çox təhsil ala bildi. Mütaliə ilə məşqul oldu. Birinci Dünya Müharibəsi illərində siyasətə qoşuldu, müharibə qurtarandan sonra ümumiyyətlə o dövrün tələbinə uyğun olaraq siyasi təşkilatlarda Kommunist partiyasında fəaliyyət göstərdi, sonra getdi Irana. Cəngəlilər hərəkatında fəal iştirak elədi. Cəngəl hərakatının təşkil etdiyi dövlətin xarici işlər naziri vəzifəsində işlədi. Bu hökumət süqut edəndən sonra Tehranda “həqiqət” ruznaməsini (qəzetini) çıxartı, Isfahan, Abadan fəhlələrinin tətilinə başçılığ etdi və nəhayət 1309-cu şəmsi ilində (1930-cu il) Tehranda həbsə alındı. On il zindanda qaldı. 1320 (1941-ci ildə) müttəfiqlərin qoşunu Irana gələndən sonra azad oldu. O, belə bir qərara gəldi ki, Azərbaycanda təbəqati partiya, sinfi partiya yox, milli partiya yaranmalıdır və bu ideya ilə də Azərbaycan Demokrat Partiyasını yaratdı. Partiya öz məramnaməsində qeyd edirdi ki, o milli partiyadır və bütün azərbaycanlı onların sinfi məsləki əqidə fərqlərindən aslı olmayaraq Azərbaycana muxtariyyət verilməsi, Azərbaycan dilinin rəsmi dil oiması uğrunda mübarizə aparmalıdır. Belə də oldu. Partiyanın rəhbərlik etdiyi hərəkat Azər ayının 21-də qələbə çaldı. Azərbaycanda Milli hökumət yarandı, kəndlilərə pulsuz torpaq verildi, Azərbaycan dili rəsmi dövlət dili oldu, Azərbaycan Dövlət Universiteti yarandı, Azərbaycanda geniş təlim-tərbiyə şəbəkələri yarandı, Azərbaycan radiosu, Azərbaycan filarmoniyası və milli teatrı işə başladı. Bir sözlə Azərbaycan özünü idarəetmə hüququna malik oldu.

Tehran irticaçıları Azərbaycan xalqının təbii və insani hüquqlarini tapdaladı, lakin onun möhkəm iradəsini qıra bilmədi. Indi Azərbaycan 50 ildən sonra yenə də öz milli və insani hüquqları uğrunda mübarizə aparır, Meşkin, Təbriz, Ərdəbil, Urmiya, Zəncan, Mərənddə olan ali məktəb tələbələri Iran Islam Cümhurisinin dövlət məqamlarına, dini rəhbərlərinə məktub yazaraq öz milli hüquqlarını, birinci növbədə Azərbaycan dilinin fars dili ilə yanaşı rəsmi dil kimi Azərbaycanda işlədilməsini tələb edirdilər, Təbriz, Urmiyyə, Zəncan, Ərdəbil və Həmədan radio-televiziyalarından Azərbaycan dilində verilişlərin aparılmamasına, yeni yaranmış Ərdəbil ostanından Azərbaycan sözünün götürülməsinə e’tiraz edirlər, Qəzvinin Zəngandan ayrılmasını pisləyirlər. Bütün bunlar göstərir ki, Azərbaycan xalqının və bütün Iran xalqlarının demokratik azadlıqlar və insan hüquqları uğrunda apardıqları mübarizənin yeni mərhələsinə qədəm qoymuşdur. Onlar ciddi və özü də dinc xarakterli mübarizə aparırlar. Öz haqlarını tələb edirlər. Mənim Azərbaycan xalqına pəyamım, doğulub və böyüdüyüm vətənimdə yaşayan xalqa pəyamım ondan ibarətdir ki, onlar öz insani hüquqlarını almaq yolunda mübarizəyə əzimlə girişsinlər. Bu mübarizə onların qələbəsi ilə başa çatacqdır. Çoxmillətli vahid Iranda federativ bir dövlət təşkil olacaq, bütün xalqlar, o çümlədən azərbaycanlılar azad yaşayaçaqlar.

 

Mühacir qəzeti № 11 (84) 4. 10. 1994 il

Lahrudi.


Əgər Isa Məsih Kommunist Olsaydı!

Rusiyanın qədim və tanınmış qəzeti – Izvestiya özünün iyun tarixli nömrəsində “Əgər Isa Məsih kommunist olsaydı” başlığı altında Konstantin Kedrovun məqaləsini çap etmişdir.

Məqalə müəllifi çalışır Isa Məsih və Marks ideyalarını bir-biri ilə müqayisə etsin, onları qarşı-qarşıya qoysun, bununla da Marksizmin üzərinə qara xətt çəksin. Müəllifin iddiasına görə Isa Məsih yoxsulları və məzlumları sevirdi, onları müdafiə edirdi. Lakin o, yoxsulluğu aradan aparmaq üçün zor işlətməyi rədd edirdi. Marks isə yoxsulları və məzlumları müdafiə edirdi, bunun üçün zor işlətməyi əsas götürürdü.

Gəlin sosial həyata olan bu iki baxışı nəzərdən keçirək:

Həm Isanın, həm də Marksın milyonlarla yoxsul və məzlum insana ürəyi yanırdı. Isa varlılara tövsiyyə edirdi, yoxsullara kömək etsinlər, onlara sədəqə versinlər. Marks isə ancaq güc işlətmək yolu ilə sərvəti bərabər şəkildə bölüşdürməyə və bununla da aclığa son qoymağa inanırdı. Isadan sonrakı tarix, eləcə də Marksdan sonrakı tarix, hətta onlardan qabaqkı tarix göstərmişdir ki, həm Isanın asimani təfəkkürü, həm də Marksın dünyəvi ideyası, zaman keçdikcə dəyişmiş, deformasiya olmuş və məzmunsuzlaşdırılmışdır, güclülərin əməllərinə bəraət qazandırmaq üçün həmin ideyadan istifadə edilmişdir.

Fərz edək ki, sərvət ilahi bəxşişidir, bu və ya digər adama asimani hədiyyə kimi bəxş edilmişdir. Ya da bacarıqlı, zirənk, işbilən adamlar sərvət toplayır və rifah içərisində yaşayırlar. Bu məntiqdən belə bir nəticə çıxır ki, qarnı aclar ilahi bəxşişdən məhrum edilmişlər, ya da əlsiz-ayaqsızlar bacarıqsızlar, öz acizlikləri ucbatından aclığa və yoxsulluğa məhkum olurlar. Varlılar yoxsullara sədəqə, (Əgər həqiqət bundan ibarətdirsə, Isanın göstərdiyi yol düzgün yoldur) verməli, aciz və əlsiz-ayaqsızları aclıqdan qurtarmalıdırlar. Marksın ideyası insanları əlli-ayaqlılara, əlsiz-ayaqsızlara, istedadlılara və istedadsızlara parçalamır. Ümumiyyətlə belə bir şey mümkün olası deyildir.

Təbii mənbələrdən istifadə etmək, təbii sərvətləri mənimsəmək üçün imkan yaratmaq, həmin sərvətləri ədalətli şəkildə bölüşdürməklə yoxsulluğu yer üzündən silmək mümkündür.

Cənab Kedrov Isanın yolunu yeganə yol hesab edir, ona bəraət qazandırmaq üçün bir çox arqumentə əl atır. Marksistləri zor işlətməkdə təqsirləndirir, onlara nasəza deyir, və yazır: “Isa ideyasının böyüklüyü onaddır ki, o, bir çox imperatorluq dövrlərini və müxtəlif formasiyaları arxada buraxmış, onun marksist və Lenin doktrinası ilə heç bir oxşarlığı yoxdur. Isa yoxsulları sevirdi, lakin onun sevgisi silah götürüb varlıların saraylarına hücum edən yoxsullara şamil deyildir. Isa var-dövlət bərabərliyini təbliğ etmirdi, ictimai ədalət tərəfdarı deyildi”. Isa deyirdi: “Köynəyini çıxarsalar, pencəyini də ver”.

Kedrov Isanın bu kəlamına əsaslanaraq soruşur: Isanın bu tövsiyəsi keçmiş və bugünkü kommunistlərin xoşuna gələrmi?

Rusiya Avropanın şərqində yerləşir, burada əhalinin yaşayışı Qərbi Avropa əhalisinin yaşayışı səvviyyəsindən aşağı idi. Eyni zamanda Rusiyanın iqtisadi və geopolitik vəziyyəti bu ölkənin əhalisinə kollektiv həyat tərzini diktə edirdi. Belə bir həyat tərzi sərvətin istehsalında və bölüşdürülməsində daha üstünlük təşkil edirdi. Məqalə müəllifinin iddiasının əksinə olaraq gəlir rus kəndlisi arasında bərabər şəkildə bölünürdü. Istehsalla məşğul olmayan mülkədarlar kəndlilərin gəlirlərinin çoxunu mənimsəyir, xoş güzaranlıqla həyat sürürdülər.

Isanın yaşadığı dövrdə Rum imperatoru milyonlarla insani qula çevirir, onları heyvan kimi işlədir, döyür, istədikləri zaman öldürürdülər. bu onların qanunlarında yazılmış haq idi. Isa qullara tövsiyə etmirdi ki, onlar öz sahibləri əleyhinə üsyan etsinlər. lakin Spartaklar, Isadan qabaqkı və sonrakı üsyançı qullar Isanın tövsiyələrinə etina etmirdilər. Çünki Isa zorun qurbanı oldu və çarmıxa çəkildi.

Kollektiv həyat tərzi tarixində ilk dəfə Rusiya ziyalılarını və qabaqcıl adamlarını Rusiyada varlılarsız və yoxsullarsız cəmiyət qurmağa sövq etdi. Şərqlə Qərb arasında yaranan əlaqə, Qərb texnologiyasının Rusiyaya yol tapması, rus ziyalılarının Qərb mədəniyyəti ilə təmasda olması, Marksın sinifsiz cəmiyyət ideyasına meyl üçün zəmin hazırladı.

Cənab Kedrovun nifrət etdiyi ictimai ədaləti təkcə Lenin təbliğ etmirdi, bəlkə ədalətpərvərlik ideyası rus cəmiyyətinin yüksək təbəqələri arasında da yayılırdı. Onlar minlərlə hüquqsuz kəndlilərin ağır vəziyyətinnin sadə müşahidəcisi ola bilməzsdilər. onlar Isa kimi varlıları yoxsullara rəhm etməyə və onlar üçün insani həyat qurmağa çağıra bilməzdilər. 18 və 19-cu əsr Rusiya üçün yuxarıdan zor işlətmək və aşağıdan müqavimət göstərmək əsri idi. Puqaçovların və Dekabristlərin üsyanı Marks və marksimdən, Lenin və leninizmdən əvvəl başlamışdır. Rusiyanın 18 və 19-cu əsrdə böyük yazıçıları təqib olur və zindana düşürdülər. Onlar ictimai ədalət ideyasını təbliğ etməkdən çəkinmmirdilər. Bu təfəkkür tərzi və yeni ideya kəmiyyətcə artdı, 1917-ci ildə keyfiyyətdə çevrildi. Elə bir partlayış əmələ gətirdi ki, Rusiya alt-üst oldu. Bu güclü partlayış maddəsinin hazırlanmasında bolşevik adlanan kiçik bir qrup başlıca rol oynaya bilməzdi. Ifratçılıq, yoxsulluq hakim olan cəmiyyətdə zorakılığ özünə tərəfdar tapır və ümumi xarakter alır. Iqtisadi bərabərlik aradan götürülür. Rusiya geri oturur. 1917-ci il fevral inqilabı dövrünə qayıdır. Kedrovların təbliğ etdiyi yola çıxır. Əhalinin mütləq çoxluğu yoxsul vəziyyətdə yaşayır. “Arqumentı i faktı” qəzeti (№24, 1994-cü il) başgicəlləndirici bir məlumat dərc etmişdir. Həmin məlumata əsasən əahlinin 1, 6 faizinin (1 milyon 127 min nəfərin) aylıq gəlir 25 min dollardan artıqdır. 44, 5 milyon nəfər isə yoxsulluq səviyyədə. 52 milyon nəfər yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Rusiyada vəziyyət elə bir yerə çatmışdır ki, mütəşəkkil cinayətkarlar varlıları terror edirlər. (Yəqin ki, bu terrorlarda kommunistlərin əli yoxdur). Matveyev kimi görkəmli rus artistini günün günorta çağı küçədə tutur və onu soyundurmağa cəhd göstərirlər. Isanın nifrət etdiyi zorakılıq varlılara qarşı yönəldilir, bu zaman cənab Kedrov görəsən nə üçün bu cinayətlərin səbəblərini araşdırmaq əvəzinə Isa Məsih ideyasını marksist ideyasına qarşı qoyur.

Kedrov yazır: “Kommunizm ideyası Isa ideyasının əksinə olaraq paxıllıq ideyasıdır. Kommunistlər varlılara həsəd aparırlar. Çünki onlar istəmirlər başqaları yaxşı yaşasınlar. Kommunist nəzəriyyətçiləri bu barədə çoxlu kitab yazmışlar və öz əməllərinə bəraət qazandırmağa çalışmışlar. Kedrovun fikrincə kommunistlər qonşuların gəlirini sayırlar və onalrın nə qədər pul xərc etdiklərini yoxlayırlar. Kedrov oxucularına təlqin edir ki, kommunistlər Kipr adasında Isveçrədə istirahət edirlər, sarayları müsadirə edirlər, özləri orada yaşıyırlar”.

Doğrudur kommunist rəhbərləri varlıların evlərinə köçdülər, qara dəniz sahilində villalar tikdilər. Orada istirahət etdilər. bu iş xüsusilə Xrüşov, Brejnev və Qorbaçov dövrələrindən genişləndi. Kommunist rəhbərlərindən bir çoxu xaricə istirahətə getdilər. hakimiyyətdən sui istifadə edən rüşvətxor “rəhbərlər” də tapıldı. Oğruluq yolu ilə sərvət toplandı. Lakin bu sərvət ölü kapitala çevrildi. Bunların hamısı qorxudan vəhşətə düşüb oğurladıqlarını xalqdan gizlədirdilər. O cəmiyyətin mənfi cəhətlərini qabarıq şəkildə göstərən Kedrov onun müsbət cəhətlərinin üzərindən sükütla keşir. Halbiki, o zaman milyonlarla insan üçün ev tikildi, hamı işlə təmin edildi. minlərlə istirahət evi və müalicə ocağı yaradıldı. “Aciz-avara” kütlə kiçik məbləğ verməklə istirahət edir və müalicə olunurdular.

Partiya bileti gəzdirən bir neçə əliəyri heç də marksizmin puç ideya olmasına dəlalət etmir. Çünki ziddikommunistlərin arasında da oğruların sayı az deyildir. Elə oğrular ki, kilsəyə gedib ibadət edirlər. orta əsr kilsəsi, Incili təbliğ edən keşişlər Isanın vəsiyyətlərinə əməl etmirdilər. Yadfikirliləri yandırıb məhv edirdilər. Onlar da bütün bu işləri allah və Isanın adı ilə görürdülər. O Isa ki, zorakilığın əleyhinə idi. “Din xadimlərin”in bu hərəkətləri heç vaxt Isa və onun dinini dindarlar arasında etibardan salmırdı. Elə buna görə də bir neçə oğru ictimai ədalət tərəfdarı olan ideyanı etibarsız edə bilməz. Kedrov yaxşı bilir ki, bu gün kommunistlər hökumətdən uzaqlaşmışlardır. Hökümət sərmayədarların, yəni həmin 1 milyon nəfərin əlindədir. Onlar Isveçrədə, Kipr adasında Qənari adalarında və Bahamada istirahət edirlər. moskva televiziyasının gürültulu səsi və gözqamaşdıran lampalarının işığı altında təkrar edilən reklamlar milyoncuları bu istirahətgahlara çağırır. Halbuki, sosial təminatı əldən verən yoxsul əhali yavan çörəyə də möhtacdır. Görəsən Kedrovun uşaqları Moskva televiziyasının durmadan reklam etdiyi Snikers Mars və digər xarici şirniləri ala bilirmi? Milyonlarla uşaqlar bu şirniləri görür, ağızlarının suyu axır, həsrət çəkir və həsəd aparırlar. Həsəd və paxıllıq toxumu da buradaca əkilir. Elə buna görə də əhalinin böyük əksəriyyəti keçmişə həsrət gözü ilə baxırlar.

Moskva kilsəsinin keşişi Dmitri Dudko, Nezavisimaya qazeta ilə müsahibədə (12. IV – 94) keşiş Yakuninə xitabən deyir, “Biz bu böhrandan necə çııxacağımızı bilmirik. Böyük Vətən müharibəsindən sonra da, kommunistlərin hökmranlığı dövründə də belə böhran olmamışdı. O deyir: Bu gün ruslar günahkar yadlar kimi sərgərdan və avaradırlar. Dudko Yakuninə tövsiyə edir və deyir: “Biz yadfikirlilər və müxaliflər təqsikarıq. Biz fikir edirik ki, allahsızların hökumətinə qarşı mübarizə aparırıq. Lakin indi başa düşmüşük ki, öz əzabkeş Rusiyamız əleyhinə mübarizə aparmışıq. Biz ona görə günahkarıq ki, bu gün ölkəmizi fəlakətə və yoxsulluqa düçar etmişik, biz hamımız Soljenitsın də, Saxarov da diz çöküb deməliyik ki, Rusiya, bizi bağışla”. Keşiş Dudko ilə Kedrovun mövqeyi bir-birilə daban-dabana ziddir. Dudko əlinə incil alaraq Moskva kilsəsində Isanın vəsiyyətlərini təbliğ edir. Onun Isa vəsiyyətləri haqqında düşüncələri yoxsulları müdafiə etməkdən ibarətdir, o, öz keçmiş hərəkətlərini, yəni allahsızlara qarşı mübarizəni öz vətəni əleyhinə mübarizə kimi qiymətləndirir. Onun fikrincə kommunistlər rus varlılarına həsəd aparmırlar. əksinə, onlar 70 illik hakimiyyətləri dövründə xalqın mənafeyi fikrində olmuşlar. Amma Kedrovlar dəllal sərmayənin belə bir cinahına mənsubdurlar ki, onlar Allah və Isa adından çıxış edirlər, bununla da dəllal sərmayənin özbaşınalığına bəraət qazandırırlar.

Bunula əlaqədar başqa bir ideoloqun, kapital dünyasının tanınmış ideoloqu olan Amerika vətəndaşı Zibgineov Berjinskinin fikri ilə tanış olaq. O, so n vaxtlar Forin Ayers jurlalında məqalə çap etdirmiş, onun tərcüməsi “Nezavisimaya qazeta” (1994, №93- də dərc edilmişdir. O, Rusiyada kapital yığımını belə qiymətləndirir. Rusiyanın yeni sərmayə sahibləri öz sərmayələrini ölkədən çıxarır, xaricdə gizlədirlər. Onlar Rusiyanın gələcəyinə laqeyd münasibət bəsləyirlər. onlar 15, 5 milyard dollar nəqd pulu Rusiyadan çıxardıqları halda ölkə daxilində ancaq 450 milyon dollar kapital işə salmışlar. Onlar hətta humanitar yardımı belə gizli şəkildə xarici banklara köçürürlər. “Isa Məsih kommunist olsaydı, məqalənin müəllifi cənab Kedrov belə bir Rusiyada yaşayır. Var-yoxu çapılıb xaricə aparılan Rusiyada yaşayır. Başqa bir misal : Rusiya Federal Şurasının sədri “Arqumentı i Faktı” qəzetinin (1994-cü il №14) müxbirinin nə üçün hökumət pullularının etimadını qazana bilmir ki, onlar öz pullarını Rusiyada işə salsınlar sualıhna cavab verərək deyir: Bizim sərmayədarlarımız pullarını xarici banklara köçürdükləri bir zaman, onlar bu işi sərmayə üçün sabitliyin və təhlükəsizliyin mövcud olmadığı ilə əlaqələndirdikləri bir vaxt xaricilər bizim iqtisadiyyatımıza bir qəpik də sərmayə tədbiq etməyəcəklər.

Rusiyada parçalanma getdikcə dərinləşir, iki qütb arasında mübarizə şiddətlənir, kiçik bir qrup adam bazar yaratmışdılar. Onlar ölkiəni çapır sərvət toplayır. Onu xaricə köçürür, federal şurasının sədri isə ona bəraət qazandırmağa çalışır.

Vaxtilə Rusiya təcrid olunmuş bir ölkə idi. Burada əhali (rus və qeyri rus) min bədbəxdtliklə sərvət istehsal edirdilər. Milli sərmayə üçün milli bazar yaratmışdılar. Onlar milli gəliri böyük bir qazana tökür az-çox ədalətli şəkildə əhali arasında bölüşdürürdülər. Bununla da dünya kapitalıının təzyiqinə dözürdülər. bununla da dünyanın acqarınlarının məhəbbətini qazanırdılar.

Sovet dövlətinin rəhbərləri son on illiklərdə yeyintilərə yol verməsəydilər, öz xalqlarına ürək yandırsaydılar, onlara maddi nemət istehsalı sahəsində düzgün rəhbərlik etsəydilər, öz vətəndaşları üçün daha artıq rifah və daha rahat iş şəraiti yarada bilərdilər.

Isa iki min il bundan əvvəl insanlar üçün Sərbətdə bərabərlik və həyatda rifah arzu edirdi. O, elə buna görə də çarmıxa çəkildi. Marks da, 19-cu əsrdə həmin yolla getmək istədi. Təsadöfi deyil ki, Marks ideyası tərəfdarları da çarmıxa çəkdilər.

Kedrov məqaləsinin sonunda belə bir ifadə işlədir: “Məhəbbət yeganə insani dəyərdir ki, Isa da ona inanırdı. Məhəbgbət yəni Allah”o məqaləsini məhəbbət hər şeydən, mal, dövlət və milli düşüncələrdən də üstündür sözü ilə sona çatdırır.

Kedrovların iddiasının əksinə olaraq insan ikili xasiyyətə malikdir. Insanlıq xisəti və heyvanlıq xisləti. Heyvanlıq xisləti maddi aləmə bağlılıqdan irəli gəlir. Insan maddi varlıq kimi öz varlığını qorumaq üçün bütün vasitələrə, o cümlədən heyvan kimi vəhşi vasitələrə əl atır. Eyni halda insan mənəvi xislətə malikdir. O, öz övladını sevir, öz ciyərgüşəsi olan uşağı qorumaq, öz nəslini yaşatmaq üçün bütün varlığından keçir. Bu həmin mənəvi və əxlaqı xüsusiyyətdir ki, eşq və məhhəbət üzərində qurulmuşdur. Tarixi təcrübə göstərir ki, eşqə və məhəbbətə əsaslanan cəmiyyəti qurmaq o zaman mümkündür ki, maddi aləmlə mənəvi dünya arasında tarazlıq yaransın. Marksın sinifsiz cəmiyyət nəzəriyyəsi(şərq aləmləri belə bir cəmiyyət Mədineye Fazilə adlandırmışlar) bu ölçü və meyar üzərində qurulub elmi və texniki inqilab əsrində belə bir cəmiyyətin əsasını qoymaq mümkündür.

“Mühacir” qəzeti 3 sentyabr 1994-cü il.

Ə. Lahrudi.


“Azadlıq” radiosu ilə müsahibə

Müsahibəni radionun müxbiri Azər Nərimanoğlu aparır.

Müxbirin şərhi:

Azərbaycanda Iranlı Siyasi Mühacirlər Cəmiyyəti fəaliyyət göstərir. Həmin Cəmiyyət 1966-cu ildən Cəmiyyətə Lahrudi Əmirəli sədrlik edir. Mən Lahrudi Əmirəli ilə görüşüb Cəmiyyətin fəaliyyiti, ümumiyyətlə Iranlı Mühacirlərin problemləri, eləcə də Iranda yaşayan azərbaycanlıların problemləri barədə onunla müsahibə apardım.

--Əmirəli müəllim, məulm olduğu kimi Siz Iranlı Mühacirlər Cəmiyyətinin sədrisiniz, mümkünsə Azadlıq radiosunun dinləyiciləri üçün qısa da olsa Cəmiyyətin yaranması tarixi barədə məlumat verin.

Lahrudi:

Azərbaycanda azadlıq hərəkatının güclənilməsi ilə əlaqədar 1945-ci ilin sentyarbında Azərbaycan Demokrat Firqəsi təşkil oldu. Firqə inqilaba başçılıq etdi. Həmin ilin dekabrında Cənubi Azərbaycanın bütün ərazisində Milli Hökumət quruldu. 1946-cı ilin sonunda isə Tehran qoşunları Azərbaycana hücum etdilər. 30 mindən artıq əhali qırıldı, fədailər öldürlürdülər. 300 minə yaxın azərbaycanlı ailəsi Xark adasına, Xuzistana, Ilama və Iranın ən isti yerlərinə sürgün edildi. Böyük bir iddə Araz çayının aşağı sahilinə köçdü. Bu mühacirlər 47 ildir Azərbaycanda, bu günkü Azərbaycan Respublikasında yaşayırlar. Bizim partiyamız Demokrat Partiyasıdır öz məramnaməsində yazmışdır. Azərbaycan Demokrat Firqəsi milli partiyadır. O, Azərbaycanın bütün sinif və təbəqələrini öz sıralarına qəbul edir, Azərbaycanda milli muxtariyyat və demokratiya uğrunda mübarizə aparır. Tacir və ruhani, kəndli və fəhlə bütün azərbaycanlı öz sinif və əqidə mənsubiyyətindən asılı olmayaraq firqəyə üzv ola bilərlər. Doğrudan da onlar firqənin üzvü oldular. Milli hökumət quruldu. Tarixdə səbt olmuş böyük işlər görüldü.

Azərbaycan dili rəsmi dövlət dili oldu və milli dildə Universitet təsis edildi. radio işə düşdü. Azərbaycan Dövlət Filarmoniyası, Dövlət Dram Teatrı təşkil olundu. Azərbaycan kəndlisi pulsuz torpaq aldı, yollar çəkildi. Iqtisadiyyatın dirçəlməsi üçün böyük işlər görüldü. Bunu Tehran qəbul etmədi. Azərbaycana qoşun göndərdi. Azərbaycan Demokrat Firqəsi qardaş qırğını olmasın deyə müqavimət göstərmədi. O zaman dünya müharibəsindən çıxan ölkələr Azərbaycanı tək buraxdılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Böyük bir kütlə Şimala gəldi, Şimali Azərbaycanın bir çox rayonlarında yerləşdilər. onlar oxudular, təhsil aldılar, ixtisas qazandılar. Indi də burada yaşayırlar. 1966-cı ildə isə rəsmi sürətdə Iranlı Siyasi Mühacirlər Cəmiyyəti təşkil oldu. Son vaxtlar Mücahirlər Cəmiyyəti yenidən qeydiyyatdan keçdi. Biz burada yenə də Iranlı Mühacirlər Cəmiyyəti kimi fəaliyyət göstəririk.

S: -- Əmirəli müəllim Irandakı azərbaycanlılar ilə Sizin əlaqələriniz nə yerdədir?

C: -- Inqilabdan sonra həm Avropa, həm də Bakıdakı mühacirlərin bir çoxu Irana qayıtdı Tehranda, həm də Azərbaycanda fəaliyyət göstərdilər. Təbrizdə Azərbaycan Demokrat Firqəsi yenidən fəaliyyətə başladı. Bizim əsas məqsədimiz Azərbaycana Milli Muxtariyyət almaq idi. Bu məsələ indi də bizim qarşımızda, bütün Azərbaycan xalqının qarşısında durur. Biz də o xalqın bir hissəsiyik. Inqilabdan sonra, 1983-cü ilə qədər Iranda demokratik azadlıqlar var idi. Siyasi partiyalar fəaliyyət göstərirdi. O cömlədən biz də fəaliyyət göstəririk. 1983-cü ildə yürüş oldu. Bütün inqilabçı təşkilatlar bağlandı. Onların rəhbərləri tutulub həbs olundular, güllələndilər. O vaxtdan bizim Iranla əlaqələrimiz qırılmışdır. Bizim Iranla rəsmi və qeyri-rəsmi əlaqə miz yoxdur. Indiyə qədər yaşlı mühacirlər dəvətnamə ilə gedib öz ailələrini gördülər. bir neçə aydır ki, bunu da onların əlindən alıblar. Bu gün burada yaşayan iranlıların heç biri üçün öz ailələrini görmək imkanı yoxdur. Ya gərək biz pasportlarımızı dəyişək, yerli vətəndaş olaq, gedək öz qohumlarımızı görək. Elə olmadıqda vətənsiz (qeyri- vətəndaş) pasportu ilə bizi Irana buraxmırlar. Hətta Avropaya da buraxmırlar. Bir sözlə heç yerə buraxmırlar. Demək olar ki, bizim öz vətənimizlə fiziki əlaqəmiz tamamilə qırılıbdır.

S: -- Əmirəli müəllim, belə bir sual da maraq doğurur: hal-hazırda Iranda yaşayan azərbaycanlıların sayı nə qədər?

C: -- Mən Azərbaycanlılar dedikdə Zəncan, Qərbi Azərbaycan, Şərqi Azərbaycan deyilən əyalətlərdə yaşayanları nəzərdə tuturam. 10 milyon əhali bu üç mətntəqədə yaşayır. Lakin iqtisadi vəziyyətin çətinliyi ilə əlaqədar başqa əyalətlərə də köçürlər. tehranda 4 milyona yaxın Azərbaycanlı yaşayır. Bundan əlavə türkdilli əhali Həmədanda, Xorasanda, Cənubda yaşayırlar.

Iranın bütün məntəqələrində, mərkəzində, cənubunda, şərqində, şimalında və Şimal-qərbində 20 milyondan artıq türkdilli əhali yaşayır. Onlardan 10 milyonu Azərbaycanda yaşayır. Onların 99 faizi azərbaycanlıdır. Kənar əhali yoxdur. Farslar ancaq dövlət idarələrində işləmək üçün gəlirlər. bir neçə şəhərdə erməni icması vardır.

S: -- Əmirəli müəllim, Siz Azərbaycan deyəndə Iranda coğrafi adı nəzərdə tutursuz?

C: -- Bəli. Nəzərim budur. O yerdə ki, əhali kompakt şəkildə yaşayır, o əhalinin mənafeyi də o torpaqla bağlıdır. Ona görə də Azərbaycan dedikdə həmin üç məntəqəni nəzərdə tututram.

S: -- Bizim Iranda yaşayan soydaşlarımızın problemlərinə keçək. Orada yaşayan azərbaycanlıların, ümumiyyətlə türkdilli xalqların problemləri nədən ibarətdir?

C: -- Əsas məsələ azərbaycanlıların dil məsələsidir. Azərbaycan dili Pəhləvi sülaləsi hakimiyyətə gəldikdən sonra rəsmi sürətdə qadağan olub. Rza şah zamanında, sonra da onun oğlu Məhəmməd Rza Şah dövründə Azərbaycan məktəblərində, hətta kənd məktəblərində dərslər fars dilində gedirdi. Atası və anası fars dilini bilməyən uşaq tənəffüs zamanı belə fars dilində danışmasaydı cərimə olunurdu və cəzalandırılırdı. Inqilabdan sonra bu məhdudiyyət aradan götürüldü. Islam Cumhurisi Konstitusiyanın 15-ci maddəsində bütün xalqlara, o cümlədən də Azərbaycan xalqına ana dilində danışmaq və yazmaq hüququ verildi. Azərbaycanda azərbaycan dilli nəşriyyələr geniş miqyasda çap olundu indi də az-çox çap olur. Bundan başqa ayrı bir imkan yoxdur. Halbuki, bir xalq öz dilində dərs oxumazsa, öz dilində yazmazsa, yazı-pozu ilə məşğul olmazsa, onun dili ancaq danışıq dili kimi qalar. Beş-üç nəfər ziyalı tapılır, öz ana dilində şer deyir, dastan yazır, onu çap etmək üçün jurnal çıxarır. Bu məhdud çərçivədir, bir neçə ziyalının mənəvi təlabatına cavab verir.

Azərbaycanlı fars dilində oxuyur, öz ana dilində yazılan əsərləri oxumaqda çətinlik çəkir, oxuduqlarını çox vaxt başa düşmür. Çünki Azərbaycan dili danışıq dilidir. Qoymayıblar bu dilin elmi, fəlsəfi, ictimai, iqtisadi terminollogiyası yaransın. Buna görə də azərbaycanlı öz dilində elmi əsəri oxuyarkən onun məzmununu dərk edə bilmir. Azərbaycanlı üçün bundan ağır zülm olmaz.

S: - hal- hazırda Iranda azərbaycanlılar üçün azərbaycan dilində fəaliyyət göstərən teatr varmı, qazet və jurnal nəşr edilirmi?

C: --Azərbaycan dilində kiçik nəşriyyələr çıxır. Amma Azərbaycan dilində məktəb yoxdur. Azərbaycan dilində teatr yoxdur. Azərbaycan dilində heç bir mədəniyyət ocağı fəaliyyət göstərmir. Burada bütün fəaliyyət, yazı-pozu fars dilindədir. Hamı məcburdur uşaqlarını fars dilində oxutsun. Təbriz Universitetində fars ədəbiyyatı fakultəsi var, azərbaycan ədəbiyyatı fakültəsi isə yoxdur. Söhbət vardır ki, belə bir fakültə açılsın. Bu barədə hələ heç bir xəbər yoxdur.

S: --Iranın rəsmi dairələri belə bir iddia irəli sürür və bəyan edirlər ki, Iranda yaşayan azərbaycanlıların heç bir müşkülü yoxdur. Onlar öz dillərində oxuyur və sərbəst fəaliyyət göstərirlər. Bu barədə nə deyə bilərsiniz?

C: -- Əgər belə bir xəbər vardırsa, bu xəbər həqiqətən uzaqdır. Çünki bir var arzu edəsən ki, sən get hansı dildə istəyirsən oxu, bir də var ki, onun üçün şərait yaradasan və deyəsən bu dildə gəl burada dərs oxu. Bu arzunu həyata keçirmək üçün şərait yaradılmayıb. Azərbaycanlılara nə qədər desələr get öz dilində dərs oxu, onun nə müəllimi var, nə məktəbi var nə də imkanı var öz dilində dərs oxusun. Çünki buna şərait yaradılmayıbdır.

S: -- Əmirəli müəllim, Siz özünüz dediyiniz kimi təxminən 40 ildən artıq Azərbaycanda, indiki Azərbaycan Respublikasının ərazisində yaşayırsınız. Vətəndaşsınız?

C: -- Xeyir, vətəndaş deyiləm.

S: -- Azərbaycanın keçirtdiyi bu əzablar, son illərdə keçdiyi bu əzablar, Azərbaycanda gedən hadisələr yəqin ki, iranlı mühacirlərə də müəyyən təsir göstərir. Bu barədə nə deyə bilərsiniz?

C: -- Bunu deyim ki, o taydan gəlmişik. Iran vətəndaşı kimi burada yaşayırıq. Lakin bizim əlimizdə və cibimizdə olan sənəd, yəni pasport qeyri-vətəndaş pasportudur. Oradan biz pasport gətirməmişik. Iranın həm keçmiş dövləti, həm də indiki dövləti bizə pasport vermək istəmir. Bununla əlaqədar onlara çoxlu müraciət olunub. Onlar deyirlər ki, kim istəyir, gəlsin anket doldursun getsin Irana. Iranda pasport alsın, yaşasın. Sonra o pasportla hər yerə istəyir getsin. Bu da çoxsaylı mühacir ailəsi üçün çətindir. Indi mühacir gərək pasport xatirinə getsin Irana. Orada pasport alsın, sonra qayıdıb uşaqlarının yanına gəlsin. Bizim çoxumuz pasportumuzu dəyişməmişik. Biz gözləyirik ki, bir gün gələr Iran vətəndaşı kimi qayıdarıq öz vətənimizə.

Azərbaycanın dərdinə şərikik. Onun dərdi bizim dərdimizdir. Ermənilərin təcavüzü Azərbaycanlı kimi bizi də narahat edir. Çünki vaxtilə Cənubda bizə rəhmsiz divan tutulub, qaçqın olmuşuq. Qaçqınları gördükdə daha çox narahat oluruq. Bu ağır vəziyyət bizə daha pis təsir buraxır. Ona görə də bizim cavanlarımız gedib öz qardaşları ilə birlikdə cəbhədə vuruşurlar. “Mühacir” qəzeti öz səhifələrində mühacir şəhidlər haqqında material dərc edir. Ağdam, Tərtər, Bərdə, Xocalıda iranlı mühacirlər yaşayırdılar. Ermənilər Xocalıdakı mühacirləri öldürdülər, Ağdamkı mühacirlərin evi dağılıb, özləri didərgin düşüblər. biz özümüz dəfələrlə Əbülfəz Elçibəyə, Heydər Əliyevə müraciət etmişik. Mühacirlərin yaşlı nəsli də gedib cəbhədə vuruşmağa hazırdır. Azərbaycanın o tayı da, bu tayı da bizim vətənimizdir. Düşmən hücumuna qarşı biz passiv mövqe tuta bilmərik. Yaşlı mühacirlərin cəbhəyə getmələrinə razılıq verilmədi, ya da məsləhət görülmədi. Amma cavanlar vuruşur, Azərbaycan torpağı uğrunda canlarını qurban verdilər.

“Mühacir” qəzeti 5 iyul 1994-ci il.

Müsahibə.


Azərbaycan-özünüdərketmə prosesinin yeni MƏRHƏLƏSI

Müxtəlif dillərdə danışan xalqlar tayfa və qəbilə əlaməti üzrə məskunlaşmış, onların əsrlər boyu özünəməxsus adət və ənənsi, birgə yaşayış tərzi və vahid psixologiyası formalaşmışdır. Bütün bunlar insan cəmiyyətinin müxtəlif inkişaf mərhəlisində milli şüurun formalaşmasına zəmin yaratmışdır. Hər bir xalgın müəyyən ərazidə yaşaması, həmin ərazinin qorunması milli birlik üçün mə`nəvi, əxlagi zəmin yaradır. Lakin yeni ərazilər tututmağ məgsədi daşıyan müharibələr ayrı-ayrı xagları vahid milli dövlət qurmasına mane olmuş, küclü xalq zəif xalqa hakim kəsilmişdir.

Müxtəlif dillərdə danışan xalqlar vahid ərazidə məskunlaşmiş, vahid dövlətin tərkibinə daxil olmuşlar. Bu da bir dilin başqa dillərdən üstün mövqe tutmasına gətirib çıxarmışdır.

Iran 3 min illik tarixə malik olan bir ölkədir. Bu tarix, böyük bir ərazidə yaşayan müxtəlif xalqlar üzərində bir xalqın və bir dilin hakimiyyətinin bərqərar edilməsi tarixidir. Qədim Iran imperatorluğu dövründə də, ərəb istilasından sonra da belə olmuşdur. Bu ərazidə məskunlaşan müxtəlif xalqlar vahid dövlətə tabe olmağa və vahid dildə oxuyub yazmağa məcbur olmuşlar.

Çoxmillətli dövlətlərin dağılması, vahid etnik milli dövlətlərin yaranması, Avropanın qərbində 18 və 19-cu əsrlərə, şərqidə isə 20-ci əsrə təsədüf edir. Asiya və Afrikada isə milli özünüdərk 20-ci əsrdə rüşeym halında formalaşmağa başlamıdır. Bir neçə dildə danışan xalqların yaşadığı Iranda milli özünüdərk 20-ci əsrin ortalarına təsədüf edir. Ikinci dünya müharibəsi illərində Azərbaycan və Kürdüstan milli hökumətlərinin yaranmasında təzahür etdi. Təyfa və qəbilə psixoloqiyası hakim olan o zamankı Iranda Azərbaycan və Kürdüstan milli hökumətlərinin əmələ gəlməsi milli özünüdərk prosesinin ilk mərhələsi idi.

Azərbaycanda “21 Azər” və Kürdüstanda “2 Bəhmən” hərəkatları (1945-46-cı illər) adlanan milli cirçəliş Iranda yaşayan və siyasi hakimiyyətdən məhrum olan Kürd və Azərbaycanlı özünün nəyə qadir olduğunu dərk etdi. Milli adət və ə’ənəyə vahid psixoloqiyaya malik olan bu xalqların özünə qayıtması, öz mənliyini qoruyub sağlaması üçün zəruri olan iradə möhkəmliyi və özünə inam ruhu gücləndi. Azərbaycan xalqının milli varlığına qəsd edən Pəhləvi rejimi 1356-ci ilin (1978) Bəhmən ayında Azərbaycan xalqı ilə yenidən üzləşməli oldu. Bu dəfə Şahənşah ordusu kuçə və meydanlara tökülən azərbaycanlıların qarşısında aciz qaldı. 29 Bəhmən çıxışı inqilabi müvəqqəti höküməti baş naziri mühəndis bazarqaninin dediyi kimi “Pəhləvi rejiminin fəqərə sütununu sındırdı”. Inqilabın qələbəsi Azərbaycan dilli ədəbiyyatən geniş miqyasda yayılmasına, onlarla ana dilli qəzet və jurnalın nəşr ediməsinə şərait yaratdı. Milli özünüdərk prosesi yeni mərhələyə qədəm qoydu. Irab Islam Respublikasının Əsas Qanununun 15-ci maddəsində ana dilində təhsil almaq, yazıb oxumaq hüququ öz əksini tapdı. Lakin yeni hakimiyyət milli münasibətlərlə əlaqədər üzərinə götürdüyü təəhhüdü nəinki yerinə yetirmədi, hətta Azərbaycan dilində çıxan qəzet və jurnalların bir çoxunun nəşri dayandırıldı. Azərbaycanlılar öz ana dilində yazıb-oxumaq imkanından məhrum oldu. Lakin milli özünüdərk prosesi dayanmadı. Xalq mövcud məhdudiyyətlə razılaşmadı.

Bütün dünya Şərqi Avropada və Sovet Ittifaqında baş verən hadisələri izləyir. Milli münasibətdər bu hadisələrin mərkəzində dayanır Yuqoslaviya, Çexoslovakiya və Sovet Ittifaqında məskunlaşan müxtəlif dilli xalqlar milli istiqlala nail oldular. Beləliklə, Şərqi Avropada əsrin əvvəllərində başlanan milli hərəkat əsrin axırlarında tam qələbə ilə başa çatdı. Yuqoslaviyada 6, Çexoslovakiyada 2, Sovet Ittifaqında 15 müstəqil respublika yarandı. Birləşmiş Millətlər Təşkilatının bərbar hüquqlu üzvz kimi bu beynəlxalq birliyə daxil oldular. Bununla da 18-ci əsrdə Avropanın Qərbində başlanan proses 20-ci əsrin sonunda Avropanın Şərqində milli dövlətlərin meydana gəlməsilə sona çatdı. Indi Rusiyanın tərkibində qalan azsaylı xalqlarında öz milli dövlətləri vardır da.

Beləliklə, Asiyada milli özünzdərk prosesinin yeni mərhələsi başlanır. Azərbaycan mətbuatında dərc olunan bir sıra məktublar, müraciətnamələr, milli dil və milli mədəniyyətinin dirçəlişi üçün səylərdən ibarət olan bu müraciətnamələr Azərbaycan əhalisinin, Azərbaycan ziyalılarının, xüsusilə onların ön sırasında gedən Azərbaycan tələblərinin milli özünüdərk prosesinə qoşulmalarının canlı şahididir. Azərbaycanda dil ən həssas məsələrdən birinə çevrilmişdir. Azərbaycanda dilini radio və televiziyada əsas dil kimi işlədilməsi, Azərbaycanda dilində məktəblər açılması günün məsələsi kimi irəli sürülür. Vahid etnik əhaliyə malik olan Azərbaycanı bir neçə ostana parçalanması, Qəzninin Azərbaycandan ayrılması məsələsi də etiraz doğrulurdu.

Meşkinşəhərli tələbələrin dövlətə müraciəti Ərdəbilli tələbələrin öz tələbə yoldaşlarının üstəkilərini müdafiə etmələri, Urmiyyə universitetinin türkdilli tələbələrini açıq məktubu Azərbaycanlı tələbələrinin məclisdə olan Azərbaycan nümayədələrinə açıq məktubu, Azərbaycan əhalisinin böyük bir iddəsinin imzası ilə Ayətulla Seyyid Əli Xamneyiyə məktubu, milli özünüdərk prosesinin daha da geniş miqyas almasından xəbər verir. Ölkənin mövcud qanunları çərçivəsində irəli sürülən bu tələblər nədən ibarətdir? Meşminşəhərli tələbələrin müraciıtnaməsindədeyilir: “ Şovinist Pəhləvi rejiminin 50 illik hakimiyəti dövründə Azərbaycan əhalisinin mədəni, siyasi və ictimai hüquqları tapdalanmışdır. Islam inqilabının qələbəsi azərbaycanlıların ürəyində gələcəyə ümid hissi oyatdı. Lakin 20 milyon türkdilli iranlılar hələ də öz ana dilində yazmaqdan məhrumdurlar. Halbuki, Qanuni Əsasinin 15-ci maddəsi bu haqlı tələbi qanuniləşdirilmişdir”.

Meşkinşəhərli tələbələr Şərqi Azərbaycanın iki ostana bölünməsini düzgün hesab etmirlər. Onların fikrincə Azərbaycanın bir parçasını müəyyən şəhərin adı ilə bağlamaq böyük tarixa səfdir. Bu işə heç cür bərayət qazandırmaq olmaz. Meşkinşəhərli tələbələr qeyd edirlər ki, Ərdəbil əhalisinin dilini bilməyən şəhsin ostandar təin edilməsi də narazılıqla qarşılanır.

Təbrizdə çıxan “Əhrar” qəzetinin 1993-cü il tarixli 60-cı nömrəsində Ərdəbilli tələbələrin bəyanatı çap edilmişdir. Həmin bəyanatda Meşkinli tələbələrin açıq məktubu müdafiə edilir. Ərdəbil vilayətindən Azərbaycan adının silinməsinə etiraz edilir. Hər iki sənətdə Ərdəbil radio-televiziyasının tutduğu mövqe pislənir və qeyd edilir ki, bu kütləvi informasiya vasitələri Azərbaycan dilini və Azərbaycan mədəniyyətini eybəcərləşdirirlər. Yerli əhali üçün hazırlanan 15 dəqiqəlik veriliş də fars dilində aparırır. Radio-televiziyanın ictimai, mədəni və tərbiyəvi proqramlarından istifadə etmək istəyən savadsız Azərbaycan kəndlisi haqlıdır ki, başa düşdüyü dildə proqrama tamaşa etsin.

Zəndanda çıxan “Ümüde Zəncan” qəzeti Ayətulla Seyyid Əli Xamneyiyə yazılan çox imzalı bi rməktubu dərc etmişdir. Həmin məktubda əhalisi Azərbaycanlılardan ibarət olan ostan mərkəzlərinin (Təbriz, Zəncan, Nəmədan, Urmiyyə və Ərdəbil) Azərbaycan, yerli əhali üçün hazırlanan veriliş barədə heç bir məsuliyyət hiss etmirlər. Səriştəsiz adamların hazırladığı bu verilişlər Azərbaycanın milli mədəniyyətinin kökünü baltalayır. Məktubda deyilir :Adları çəkilən ostanların radio-televiziyaları yerli dildə veriliş hazırlamırlar. Həmin məqsədləvaxtaşırı hazırlanan 15 dəqiqəlik verilişin dili o qədər başqa lüğətlərlə qarışdılır ki, dinləyicə bu verilişdən heçnə başa düşmür. O, həmin verilişin dilini özü üçün yad hesab edir. Eyni zamanda tədris məsulları Azərbaycan dili və Azərbaycan mədəniyyətinin tədrisinə diqqət yetirmillər. Nəticədə 25 miljon azərbaycanlı öz dilihdə yazıb oxumaqdan məhrum olmuşdur.

Həmin məktubda mühüm tələblər irəli sürülür. Onlar bunlardan ibarətdi: 1. Azərbaycanlı yaşayan ostanlarda radio-televiziya Azərbaycan dilində verliş verməli. 2Radio-televiziya verlişlərində Azərbaycan dilini təhrif edən lüğətlər işlədilməməli. 3 Azərbaycan dili ikinci dil kimi fars dili ilə yanaşı məktəblərdə universistetlərdə təlim və tərbiyə mərkəzlərində tədris olmalı. 4 Dövlət və icra hakimləri Azərbaycan dilində kitab və nəşriyyətləri himaya etməli və Azərbaycan dilli çıxan nəşriyyətlər başga səviyyəsinə qaldırılmali. 5 Azərbaycanlilarin milli simasi olan milli musigi, milli adət və ənənələr bərpa edilməlidir. \, , Ümidə Zəncan. 23 iyun, 1994\

Ümide Zəncan gəzeti həmin nömrədə Urmiyya Univesitetinin türk tələbələrin açıq məktubunu da dərc etmişdir. Məktubda deyilir Iran Islam ingılabı əhalinin böyük əksəriyyətinin iştrakı ilə qələbə çaldı...

Azərbaycan milləti bu, inglabda iştirak etdi. Hələ bu gün də Qum hadisələri 40-cı günün Təbrizdə qeyd edilməsi xatirələrdən silinməmiçdir. Azərbaycanın türk sərgərdələrinin qəhrmanlığları dillər əzbəridir. Iraq-Iran müharibəsində şəhid olan igidlərin silahdaşları Azərbaycanda yaşayırlar. Ölkənin istiqlaliyyəti uğrunda igidlik göstərən Azərbaycan elə bhuna görə də Iranın başı adlandırılır. Təəsüf ki, Pəhləvi irqçilərin şovinist əməlləri aradan qaldırılmamışdır. Dünya istekbarının daxili əlaltıları Pəhləvi rejiminin şovinist ideyasından ilham alırlar. Iran türkmənlərinin dil, ədəbiyyat və mədəniyyətinin aradan qaldırılmasını planlaşdırmışlar. Bunlar yenə də Azərbaycanı Iranın başı adlandırırlar. Amma dinsiz baş kimə lazımdı? Həmin məktubda göstərilir ki, neçə ildir Urmiyyə, Təbriz, Ərdəbil, Zəncan və Həmədan şəhərlərin radio-televiziya mərkəzləri təəccüb doğuran siyasət yeridirlər. Bu da türkdilli proqramları azaltmaq adı ilə ləğv etməktən ibarətdir. Radio televiziyanın proqramlarında yerli dil elə eybəcər vəziyyətə salınır ki, bu da nəticə etibarı ilə türk mədəniyyətinə qarşı çevrilib. Azərbaycanlıların hesabına milyonlarla tümən xərc edən televiziya və radioda türkdilli əhalinin başa düşmədiyi verilişlər yayılır. Belə bir sual qarşıya çıxır ki, Azərbaycan dilini eybəcərləşdirən radio-televiziya kimdən göstəriş alır, nə üçün ölkədən xaricə yayılan veriliş düzgün Qafqaz türkcəsi ilə hazırlanır, daxildə isə həmin dil eybəcərləşdirilir? Nə üçün radio, televiziya və mətbuat orqanları türk söcü və türk dili sözünü cəkməkdən imtina edirlər. Nə ücün arazın o tayındakı azərbaycanlılar ücün hər ğün bir saatlığ veriliş verilir?Arazın bu tayı ücün ərəb dilli programlar yayılır. Məktubda daha sonra ğöstərilir ki, bir tərəfdən maarif nazirliyi rəsmi ğöstəriş verir ki, Azərbaycan dilli ibtidai məktəb şağirdlərinə başa düşmədikləri başga bir dili məçburi şəkildə öyrətsinlər, dikər tərəfdə Tehran Universitetinin hüquq fakultəsinin professoru təklif edir ki, Azərbaycanda dil məsələsini həll etmək ücün bir fars ailəsi bir neçə türk uşağını öz ailəsinə qəbul etsin.

Bununla da gələcəkdə dil məsləsi həll edilsin. Bu tədbirləri elə bir zaman həyəta keçirməyə çalışlırdılar ki, Əsas Qanun 15-ci maddəsində yerli dillərin fars dili ilə yanaşı öyrənilməsi rəsmi surətdə qanuniləşmişdir.

Bundan əlavə radio-televiziyanın verilişlərində “ Cümə səhəri sizinlə”, son vaxtlar “Novruz-73” adlı “ satirik” proqram efirə buraxılır. Bu proqramda türklərin dil və mədəniyyəti lağa qoyulur, bununlada islamın möhkəm yumruğu olan Azərbaycanlılar təhqir olunurlar. Azərbaycan musigisi, Azərbaycan dili və Azərbaycan teatrı üzərindən süqutla keçmək kimin heyrinədir?

Məktubda Ərdəbil şəhəri altında yaranan yeni ostan üzərində Azərbaycan sözünün götürülməsinə etiraz olunur, Ərdəbilə yerli əhalini dilini bilməyən məsul işçilərin göndərilməsi pislənir və tələb olunur ki, yeni təşkil olunmuş ostana Azərbaycan adı qaytarılsın.

Tehranın ali məktəblərinin Azərbaycanllı tələbələrini Islam Şura Məclisindəki Azərbaycanlı millət vəkillərinə yazdığları açıq məktubda Azərbaycan dilinə əid məsələ dəqiqləşdirilir, konkret şəkil alır və göstərilir ki, Əsas Qanunu 15-ci maddəsinə əsasən türk dili rəsmi dillə yanaşı tədris olunmalıdır. Türk dili 27 mliyon Iranlının dilidir. Elə buna görə də əsas qanunun 15-ci maddəsi icra edilməlidir. Bunu da qeyd edək ki, iki dilli təhsil sistemi heç də xalqlar birliyinə sədəmə vurmur. Çünki bu birlik fars dili ilə yox, Iran müsəlmanlarının məzhəbi və imanı ilə bağlıdır.

Nəzərə almaq lazımdı ki, dil və mədəniyyət məsələsinə düzgün yanaşmamaq bizi istənilməyən nətiçə ilə üzləşdirə bilər. Elə buna görə də tədris planının hazırlayanlar rəsmi olmayan dillərə xüsusilə türk dilinə özünəməxsus yer verməlidilər ki, gözlənilməyən hadisələrin qarşısı alınsın. Bununla əlaqədər məclis vəkilləri dünyanın mütərəqqi ölkələrində olduğu kimi bir neçə dilli təhsil nümünələrini nəzərdən keçirməli, ölkədə rəsmi və idari dillə yanaşı iki dilli təhsil sistemi yaratmalıdırlar.

Məktubda Ərdəbil ostanından Azərbaycan adının silinməsinə həssaslıqla yanaşılır, şiə məzhəbinin bayradqarı oaln Ərdəbilə Azərbaycan adının qaytarılması tələb olunr. Məktubda Ərdəbil mahalının iqtisadi qeriliyinə toxunulur və məclis vəkillərindən tələb olunur ki, Ərdəbilin iqtisadi və mədəni inkişafına diqqət artılırsın və nəhayət Təbriz, Urmiyyə, Zəncan, Ərdəbil və H\m\dan radio-televiziyalarının fəaliyyətindən şi kayət edilir və göstərilir ki, Azərbaycanı məhrum təbəqələri radio-televiziyanın proiqramını başa düşə bilmirlər. Bu da məntəqə əhalisinin bir növ təhgir etmək deməkdir. Çünki iş elə bir yerə çatmışdır ki, bir neçə dəqiqəlik verilişlərdə fars dilində aparılır. Mətub müəliflərinin əmin olduqları bildirirlər ki, məclis vəkilləri keşmişdə olduğu kimi məsələyə laqeyeid yanaşmayacağlar. Çünki, indiyə qədər yüksək dövlət orqanlarına bir çox məktub yazılmış və məsul məqamlarla bir neçə görüş olmuşdur. O cümlədən Urmiyyə tələbələrinin məktubu, Azərbaycan tələbələrinin məclis vəkilləri ilə görüşür, Meşkinşəhərli tələbələrin nazirlər kobinəsinə məktubu, Ərdəbil tələbələrinin bəyanatı, Zəncan tələbələrinin məktubu, tehran Ilahiyyat Universitetinin tələbələrin məktubu, Təbriz Universitetinin tələbələrinin məktubu və Əhər Universitetinin tələbələrinin məktubu Təbriz Universitetinin türkdilli tələbələrinin məktubu indiyə qədər cavabsız qalmişdır. Azərbaycan tələbələr məclis vəkillərinə müraciət edərək bu tələbələrinin yerinə yetirilməsinə onlara kömək edəcklərinə ümid bəsləyirlər.

Azərbaycan xalqının özünüdərk prosesi ciddi xarakter alır. Bu prosesdə Azərbaycan ziyalıları, xüsusilə Azərbaycan ali məktəb tələbələri daha fəal iştirak edirlər. Bu qanunauyğun haldir. Türkdilli xalq Iran əhalisinin üçdə birini təşkil edir. Onun mədənı və siyasi hüquqları özünə qaytarılmalıdır. Azərbaycan dili təhsil və idarə dili tanınmalı, Türkdilli əhalinin yaşadığı məntəqədə fars dili ilə yanaşı işlədilməlidir.

Bu tələbələrin icra edilməsi ilə əsrlər boyu birgə yaşadığı türklərin, farsların, kürdlərin, bəluçların, ərəblərin, türkmənlərin mənəvi birliyi daha da möhkənlənirdi.

 

Mühacir qəzeti 4. 10. 1994 il.

Lahrudi.


Azərbaycan-özünüdərketmə prosesinin yeni MƏRHƏLƏSI

Müxtəlif dillərdə danışan xalqlar tayfa və qəbilə əlaməti üzrə məskunlaşmış, onların əsrlər boyu özünəməxsus adət və ənənsi, birgə yaşayış tərzi və vahid psixologiyası formalaşmışdır. Bütün bunlar insan cəmiyyətinin müxtəlif inkişaf mərhəlisində milli şüurun formalaşmasına zəmin yaratmışdır. Hər bir xalgın müəyyən ərazidə yaşaması, həmin ərazinin qorunması milli birlik üçün mə`nəvi, əxlagi zəmin yaradır. Lakin yeni ərazilər tututmağ məgsədi daşıyan müharibələr ayrı-ayrı xagları vahid milli dövlət qurmasına mane olmuş, küclü xalq zəif xalqa hakim kəsilmişdir.

Müxtəlif dillərdə danışan xalqlar vahid ərazidə məskunlaşmiş, vahid dövlətin tərkibinə daxil olmuşlar. Bu da bir dilin başqa dillərdən üstün mövqe tutmasına gətirib çıxarmışdır.

Iran 3 min illik tarixə malik olan bir ölkədir. Bu tarix, böyük bir ərazidə yaşayan müxtəlif xalqlar üzərində bir xalqın və bir dilin hakimiyyətinin bərqərar edilməsi tarixidir. Qədim Iran imperatorluğu dövründə də, ərəb istilasından sonra da belə olmuşdur. Bu ərazidə məskunlaşan müxtəlif xalqlar vahid dövlətə tabe olmağa və vahid dildə oxuyub yazmağa məcbur olmuşlar.

Çoxmillətli dövlətlərin dağılması, vahid etnik milli dövlətlərin yaranması, Avropanın qərbində 18 və 19-cu əsrlərə, şərqidə isə 20-ci əsrə təsədüf edir. Asiya və Afrikada isə milli özünüdərk 20-ci əsrdə rüşeym halında formalaşmağa başlamıdır. Bir neçə dildə danışan xalqların yaşadığı Iranda milli özünüdərk 20-ci əsrin ortalarına təsədüf edir. Ikinci dünya müharibəsi illərində Azərbaycan və Kürdüstan milli hökumətlərinin yaranmasında təzahür etdi. Təyfa və qəbilə psixoloqiyası hakim olan o zamankı Iranda Azərbaycan və Kürdüstan milli hökumətlərinin əmələ gəlməsi milli özünüdərk prosesinin ilk mərhələsi idi.

Azərbaycanda “21 Azər” və Kürdüstanda “2 Bəhmən” hərəkatları (1945-46-cı illər) adlanan milli cirçəliş Iranda yaşayan və siyasi hakimiyyətdən məhrum olan Kürd və Azərbaycanlı özünün nəyə qadir olduğunu dərk etdi. Milli adət və ə’ənəyə vahid psixoloqiyaya malik olan bu xalqların özünə qayıtması, öz mənliyini qoruyub sağlaması üçün zəruri olan iradə möhkəmliyi və özünə inam ruhu gücləndi. Azərbaycan xalqının milli varlığına qəsd edən Pəhləvi rejimi 1356-ci ilin (1978) Bəhmən ayında Azərbaycan xalqı ilə yenidən üzləşməli oldu. Bu dəfə Şahənşah ordusu kuçə və meydanlara tökülən azərbaycanlıların qarşısında aciz qaldı. 29 Bəhmən çıxışı inqilabi müvəqqəti höküməti baş naziri mühəndis bazarqaninin dediyi kimi “Pəhləvi rejiminin fəqərə sütununu sındırdı”. Inqilabın qələbəsi Azərbaycan dilli ədəbiyyatən geniş miqyasda yayılmasına, onlarla ana dilli qəzet və jurnalın nəşr ediməsinə şərait yaratdı. Milli özünüdərk prosesi yeni mərhələyə qədəm qoydu. Irab Islam Respublikasının Əsas Qanununun 15-ci maddəsində ana dilində təhsil almaq, yazıb oxumaq hüququ öz əksini tapdı. Lakin yeni hakimiyyət milli münasibətlərlə əlaqədər üzərinə götürdüyü təəhhüdü nəinki yerinə yetirmədi, hətta Azərbaycan dilində çıxan qəzet və jurnalların bir çoxunun nəşri dayandırıldı. Azərbaycanlılar öz ana dilində yazıb-oxumaq imkanından məhrum oldu. Lakin milli özünüdərk prosesi dayanmadı. Xalq mövcud məhdudiyyətlə razılaşmadı.

Bütün dünya Şərqi Avropada və Sovet Ittifaqında baş verən hadisələri izləyir. Milli münasibətdər bu hadisələrin mərkəzində dayanır Yuqoslaviya, Çexoslovakiya və Sovet Ittifaqında məskunlaşan müxtəlif dilli xalqlar milli istiqlala nail oldular. Beləliklə, Şərqi Avropada əsrin əvvəllərində başlanan milli hərəkat əsrin axırlarında tam qələbə ilə başa çatdı. Yuqoslaviyada 6, Çexoslovakiyada 2, Sovet Ittifaqında 15 müstəqil respublika yarandı. Birləşmiş Millətlər Təşkilatının bərbar hüquqlu üzvz kimi bu beynəlxalq birliyə daxil oldular. Bununla da 18-ci əsrdə Avropanın Qərbində başlanan proses 20-ci əsrin sonunda Avropanın Şərqində milli dövlətlərin meydana gəlməsilə sona çatdı. Indi Rusiyanın tərkibində qalan azsaylı xalqlarında öz milli dövlətləri vardır da.

Beləliklə, Asiyada milli özünzdərk prosesinin yeni mərhələsi başlanır. Azərbaycan mətbuatında dərc olunan bir sıra məktublar, müraciətnamələr, milli dil və milli mədəniyyətinin dirçəlişi üçün səylərdən ibarət olan bu müraciətnamələr Azərbaycan əhalisinin, Azərbaycan ziyalılarının, xüsusilə onların ön sırasında gedən Azərbaycan tələblərinin milli özünüdərk prosesinə qoşulmalarının canlı şahididir. Azərbaycanda dil ən həssas məsələrdən birinə çevrilmişdir. Azərbaycanda dilini radio və televiziyada əsas dil kimi işlədilməsi, Azərbaycanda dilində məktəblər açılması günün məsələsi kimi irəli sürülür. Vahid etnik əhaliyə malik olan Azərbaycanı bir neçə ostana parçalanması, Qəzninin Azərbaycandan ayrılması məsələsi də etiraz doğrulurdu.

Meşkinşəhərli tələbələrin dövlətə müraciəti Ərdəbilli tələbələrin öz tələbə yoldaşlarının üstəkilərini müdafiə etmələri, Urmiyyə universitetinin türkdilli tələbələrini açıq məktubu Azərbaycanlı tələbələrinin məclisdə olan Azərbaycan nümayədələrinə açıq məktubu, Azərbaycan əhalisinin böyük bir iddəsinin imzası ilə Ayətulla Seyyid Əli Xamneyiyə məktubu, milli özünüdərk prosesinin daha da geniş miqyas almasından xəbər verir. Ölkənin mövcud qanunları çərçivəsində irəli sürülən bu tələblər nədən ibarətdir? Meşminşəhərli tələbələrin müraciətnaməsində deyilir: “ Şovinist Pəhləvi rejiminin 50 illik hakimiyəti dövründə Azərbaycan əhalisinin mədəni, siyasi və ictimai hüquqları tapdalanmışdır. Islam inqilabının qələbəsi azərbaycanlıların ürəyində gələcəyə ümid hissi oyatdı. Lakin 20 milyon türkdilli iranlılar hələ də öz ana dilində yazmaqdan məhrumdurlar. Halbuki, Qanuni Əsasinin 15-ci maddəsi bu haqlı tələbi qanuniləşdirilmişdir”.

Meşkinşəhərli tələbələr Şərqi Azərbaycanın iki ostana bölünməsini düzgün hesab etmirlər. Onların fikrincə Azərbaycanın bir parçasını müəyyən şəhərin adı ilə bağlamaq böyük tarixa səfdir. Bu işə heç cür bərayət qazandırmaq olmaz. Meşkinşəhərli tələbələr qeyd edirlər ki, Ərdəbil əhalisinin dilini bilməyən şəhsin ostandar təin edilməsi də narazılıqla qarşılanır.

Təbrizdə çıxan “Əhrar” qəzetinin 1993-cü il tarixli 60-cı nömrəsində Ərdəbilli tələbələrin bəyanatı çap edilmişdir. Həmin bəyanatda Meşkinli tələbələrin açıq məktubu müdafiə edilir. Ərdəbil vilayətindən Azərbaycan adının silinməsinə etiraz edilir. Hər iki sənətdə Ərdəbil radio-televiziyasının tutduğu mövqe pislənir və qeyd edilir ki, bu kütləvi informasiya vasitələri Azərbaycan dilini və Azərbaycan mədəniyyətini eybəcərləşdirirlər. Yerli əhali üçün hazırlanan 15 dəqiqəlik veriliş də fars dilində aparırır. Radio-televiziyanın ictimai, mədəni və tərbiyəvi proqramlarından istifadə etmək istəyən savadsız Azərbaycan kəndlisi haqlıdır ki, başa düşdüyü dildə proqrama tamaşa etsin.

Zəndanda çıxan “Ümüde Zəncan” qəzeti Ayətulla Seyyid Əli Xamneyiyə yazılan çox imzalı bi rməktubu dərc etmişdir. Həmin məktubda əhalisi Azərbaycanlılardan ibarət olan ostan mərkəzlərinin (Təbriz, Zəncan, Nəmədan, Urmiyyə və Ərdəbil) Azərbaycan, yerli əhali üçün hazırlanan veriliş barədə heç bir məsuliyyət hiss etmirlər. Səriştəsiz adamların hazırladığı bu verilişlər Azərbaycanın milli mədəniyyətinin kökünü baltalayır. Məktubda deyilir :Adları çəkilən ostanların radio-televiziyaları yerli dildə veriliş hazırlamırlar. Həmin məqsədləvaxtaşırı hazırlanan 15 dəqiqəlik verilişin dili o qədər başqa lüğətlərlə qarışdılır ki, dinləyicə bu verilişdən heçnə başa düşmür. O, həmin verilişin dilini özü üçün yad hesab edir. Eyni zamanda tədris məsulları Azərbaycan dili və Azərbaycan mədəniyyətinin tədrisinə diqqət yetirmillər. Nəticədə 25 miljon azərbaycanlı öz dilihdə yazıb oxumaqdan məhrum olmuşdur.

Həmin məktubda mühüm tələblər irəli sürülür. Onlar bunlardan ibarətdi: 1. Azərbaycanlı yaşayan ostanlarda radio-televiziya Azərbaycan dilində verliş verməli. 2Radio-televiziya verlişlərində Azərbaycan dilini təhrif edən lüğətlər işlədilməməli. 3 Azərbaycan dili ikinci dil kimi fars dili ilə yanaşı məktəblərdə universistetlərdə təlim və tərbiyə mərkəzlərində tədris olmalı. 4 Dövlət və icra hakimləri Azərbaycan dilində kitab və nəşriyyətləri himaya etməli və Azərbaycan dilli çıxan nəşriyyətlər başga səviyyəsinə qaldırılmali. 5 Azərbaycanlilarin milli simasi olan milli musigi, milli adət və ənənələr bərpa edilməlidir (Ümidə Zəncan. 23 iyun, 1994).

Ümide Zəncan gəzeti həmin nömrədə Urmiyya Univesitetinin türk tələbələrin açıq məktubunu da dərc etmişdir. Məktubda deyilir Iran Islam ingılabı əhalinin böyük əksəriyyətinin iştrakı ilə qələbə çaldı...

Azərbaycan milləti bu, inglabda iştirak etdi. Hələ bu gün də Qum hadisələri 40-cı günün Təbrizdə qeyd edilməsi xatirələrdən silinməmiçdir. Azərbaycanın türk sərgərdələrinin qəhrmanlığları dillər əzbəridir. Iraq-Iran müharibəsində şəhid olan igidlərin silahdaşları Azərbaycanda yaşayırlar. Ölkənin istiqlaliyyəti uğrunda igidlik göstərən Azərbaycan elə bhuna görə də Iranın başı adlandırılır. Təəsüf ki, Pəhləvi irqçilərin şovinist əməlləri aradan qaldırılmamışdır. Dünya istekbarının daxili əlaltıları Pəhləvi rejiminin şovinist ideyasından ilham alırlar. Iran türkmənlərinin dil, ədəbiyyat və mədəniyyətinin aradan qaldırılmasını planlaşdırmışlar. Bunlar yenə də Azərbaycanı Iranın başı adlandırırlar. Amma dinsiz baş kimə lazımdı? Həmin məktubda göstərilir ki, neçə ildir Urmiyyə, Təbriz, Ərdəbil, Zəncan və Həmədan şəhərlərin radio-televiziya mərkəzləri təəccüb doğuran siyasət yeridirlər. Bu da türkdilli proqramları azaltmaq adı ilə ləğv etməktən ibarətdir. Radio televiziyanın proqramlarında yerli dil elə eybəcər vəziyyətə salınır ki, bu da nəticə etibarı ilə türk mədəniyyətinə qarşı çevrilib. Azərbaycanlıların hesabına milyonlarla tümən xərc edən televiziya və radioda türkdilli əhalinin başa düşmədiyi verilişlər yayılır. Belə bir sual qarşıya çıxır ki, Azərbaycan dilini eybəcərləşdirən radio-televiziya kimdən göstəriş alır, nə üçün ölkədən xaricə yayılan veriliş düzgün Qafqaz türkcəsi ilə hazırlanır, daxildə isə həmin dil eybəcərləşdirilir? Nə üçün radio, televiziya və mətbuat orqanları türk söcü və türk dili sözünü cəkməkdən imtina edirlər. Nə ücün arazın o tayındakı azərbaycanlılar ücün hər ğün bir saatlığ veriliş verilir?Arazın bu tayı ücün ərəb dilli programlar yayılır. Məktubda daha sonra ğöstərilir ki, bir tərəfdən maarif nazirliyi rəsmi ğöstəriş verir ki, Azərbaycan dilli ibtidai məktəb şağirdlərinə başa düşmədikləri başga bir dili məçburi şəkildə öyrətsinlər, dikər tərəfdə Tehran Universitetinin hüquq fakultəsinin professoru təklif edir ki, Azərbaycanda dil məsələsini həll etmək ücün bir fars ailəsi bir neçə türk uşağını öz ailəsinə qəbul etsin.

Bununla da gələcəkdə dil məsləsi həll edilsin. Bu tədbirləri elə bir zaman həyəta keçirməyə çalışlırdılar ki, Əsas Qanun 15-ci maddəsində yerli dillərin fars dili ilə yanaşı öyrənilməsi rəsmi surətdə qanuniləşmişdir.

Bundan əlavə radio-televiziyanın verilişlərində “ Cümə səhəri sizinlə”, son vaxtlar “Novruz-73” adlı “ satirik” proqram efirə buraxılır. Bu proqramda türklərin dil və mədəniyyəti lağa qoyulur, bununlada islamın möhkəm yumruğu olan Azərbaycanlılar təhqir olunurlar. Azərbaycan musigisi, Azərbaycan dili və Azərbaycan teatrı üzərindən süqutla keçmək kimin heyrinədir?

Məktubda Ərdəbil şəhəri altında yaranan yeni ostan üzərində Azərbaycan sözünün götürülməsinə etiraz olunur, Ərdəbilə yerli əhalini dilini bilməyən məsul işçilərin göndərilməsi pislənir və tələb olunur ki, yeni təşkil olunmuş ostana Azərbaycan adı qaytarılsın.

Tehranın ali məktəblərinin Azərbaycanllı tələbələrini Islam Şura Məclisindəki Azərbaycanlı millət vəkillərinə yazdığları açıq məktubda Azərbaycan dilinə əid məsələ dəqiqləşdirilir, konkret şəkil alır və göstərilir ki, Əsas Qanunu 15-ci maddəsinə əsasən türk dili rəsmi dillə yanaşı tədris olunmalıdır. Türk dili 27 mliyon Iranlının dilidir. Elə buna görə də əsas qanunun 15-ci maddəsi icra edilməlidir. Bunu da qeyd edək ki, iki dilli təhsil sistemi heç də xalqlar birliyinə sədəmə vurmur. Çünki bu birlik fars dili ilə yox, Iran müsəlmanlarının məzhəbi və imanı ilə bağlıdır.

Nəzərə almaq lazımdı ki, dil və mədəniyyət məsələsinə düzgün yanaşmamaq bizi istənilməyən nətiçə ilə üzləşdirə bilər. Elə buna görə də tədris planının hazırlayanlar rəsmi olmayan dillərə xüsusilə türk dilinə özünəməxsus yer verməlidilər ki, gözlənilməyən hadisələrin qarşısı alınsın. Bununla əlaqədər məclis vəkilləri dünyanın mütərəqqi ölkələrində olduğu kimi bir neçə dilli təhsil nümünələrini nəzərdən keçirməli, ölkədə rəsmi və idari dillə yanaşı iki dilli təhsil sistemi yaratmalıdırlar.

Məktubda Ərdəbil ostanından Azərbaycan adının silinməsinə həssaslıqla yanaşılır, şiə məzhəbinin bayradqarı oaln Ərdəbilə Azərbaycan adının qaytarılması tələb olunr. Məktubda Ərdəbil mahalının iqtisadi qeriliyinə toxunulur və məclis vəkillərindən tələb olunur ki, Ərdəbilin iqtisadi və mədəni inkişafına diqqət artılırsın və nəhayət Təbriz, Urmiyyə, Zəncan, Ərdəbil və H\m\dan radio-televiziyalarının fəaliyyətindən şi kayət edilir və göstərilir ki, Azərbaycanı məhrum təbəqələri radio-televiziyanın proiqramını başa düşə bilmirlər. Bu da məntəqə əhalisinin bir növ təhgir etmək deməkdir. Çünki iş elə bir yerə çatmışdır ki, bir neçə dəqiqəlik verilişlərdə fars dilində aparılır. Mətub müəliflərinin əmin olduqları bildirirlər ki, məclis vəkilləri keşmişdə olduğu kimi məsələyə laqeyeid yanaşmayacağlar. Çünki, indiyə qədər yüksək dövlət orqanlarına bir çox məktub yazılmış və məsul məqamlarla bir neçə görüş olmuşdur. O cümlədən Urmiyyə tələbələrinin məktubu, Azərbaycan tələbələrinin məclis vəkilləri ilə görüşür, Meşkinşəhərli tələbələrin nazirlər kobinəsinə məktubu, Ərdəbil tələbələrinin bəyanatı, Zəncan tələbələrinin məktubu, tehran Ilahiyyat Universitetinin tələbələrin məktubu, Təbriz Universitetinin tələbələrinin məktubu və Əhər Universitetinin tələbələrinin məktubu Təbriz Universitetinin türkdilli tələbələrinin məktubu indiyə qədər cavabsız qalmişdır. Azərbaycan tələbələr məclis vəkillərinə müraciət edərək bu tələbələrinin yerinə yetirilməsinə onlara kömək edəcklərinə ümid bəsləyirlər.

Azərbaycan xalqının özünüdərk prosesi ciddi xarakter alır. Bu prosesdə Azərbaycan ziyalıları, xüsusilə Azərbaycan ali məktəb tələbələri daha fəal iştirak edirlər. Bu qanunauyğun haldir. Türkdilli xalq Iran əhalisinin üçdə birini təşkil edir. Onun mədənı və siyasi hüquqları özünə qaytarılmalıdır. Azərbaycan dili təhsil və idarə dili tanınmalı, Türkdilli əhalinin yaşadığı məntəqədə fars dili ilə yanaşı işlədilməlidir.

Bu tələbələrin icra edilməsi ilə əsrlər boyu birgə yaşadığı türklərin, farsların, kürdlərin, bəluçların, ərəblərin, türkmənlərin mənəvi birliyi daha da möhkənlənirdi.

 

Mühacir qəzeti 4. 10. 1994 il.

Lahrudi.


Tarix tənqid pərdəsi altında təhrif edilir

Tehranda çıxan ədəbi-publisist “Adine” jurnalı özünün 88-ci nömrəsində “fevral 1994” həmin başlıq altında Kamiyarvəndin məqaləsini dərc etmişdir. Məqalədə Azərbaycan Demokrat Firqəsinin yaranması, Azərbaycan milli hökumətinin təşkili və onun yıxılmasının səbəbləri araşdırılmışdır. Azərbaycan Demokrat Firqəsi barədə obyektiv fikirlər söyləyən Kamiyarvəndin məqaləsi ilə “Mühacir” qəzetinin oxucularını tanış etmək yerinə düşər. Məqalənin tərcüməsini qəzetimizin bu nömrəsində dərc edirik.

“Ağaye Kəyanurinin (Iran Xalq Partiyasının keçmiş birinci katibi) “Xatirələr” kitabının çapdan çıxması ilə Iran tarixinin güşələrini aydınlaşdıran mübahisələr açılmışdır. Məni bu yaddaşları hazırlamağa vadar edən bəzi məqalələrdə Azərbaycan Demokrat Firqəsinə qarşı tünd və açıq fikirlər söylənməsi oldu.

Demokrat Firqəsini tənqid etmək, şübhəsiz zərurət kəsb edir. Amma bu, tənqidin əsasını Iran xalqlarının azadlıq mübarizəsinin təcrübələri təşkil etməlidir. Bu tənqid müstəmləkəçilik və istibdad təbliğatının cəbbəxanasına əsaslanmamalıdır, Kəyanurinin “Xatirələrini” tənqid edənlərdən biri təsadüfən onun keçmiş fikir yoldaşlarından olan Babək ƏmirXosrovidir. ƏmirXosrovi Azərbaycan Demokrat Firqəsinin yaranmasının həqiqi şəraitinə və Azərbaycan xalqının böyük əksəriyyətini Demokrat Firqəsinin Hökuməti ilə əməkdaşlıq etməyə sövq edən səbəblərə diqqət yetirmək əvəzinə, özünün keçmiş yoldaşının ağızını bağlamaq üçün şahın Əhməd Qəvamın, Seyid Ziyaəddin Təbatəbainin, Ingilis və Amerika müstəmləkəçilərinin istifadə etdiyi yumruqdan istifadə edir. O “Adine” jurnalının 80-cü nömrəsində çap etdirdiyi məqalədə Azərbaycan Demokrat Firqəsinin tarixinə qısa ekskursiayadan sonra birbaşa o dövrün mürtəce mətbuatının tədqiqatçılarının sorağına gedir və həmin yazıları bir daha təkrar edir və yazır. “Azərbaycan Demokrat Firqəsi xaricilərin əli ilə yaranmış şimal neftinin imtiyazını ələ keçirmək və mərkəzi dövlətə təzyiq göstərmək üçün Qızıl Orduya arxalanır, ona görə də Iranın suverenliyini və ərazi bütövlüyünü təhdid edirdi”. Güya Əmirxosrovi başa düşmür ki, suverenlik üçün həmişə iki əsas şərt lazımdır. Onlardan birinin olmaması suverenlik işini yubadır. Bu şərtlər bundan ibarətdir: Millətin varlığı və ümumi rəyi və onun azad iradəsinə arxalanan hökumət.

Iran xalqları Rza xan hökuməti dövründə azad fikir söyləməkdən məhrum idilər. Rza xan yıxıldıqdan sonra xalqın sevinci partlayışa oxşayırdı. Bunun səbəbi də ancaq o idi ki, xalq öz ölkəsinin işğal edilməsinə baxmayaraq öz rəy və iradəsinin bir qismini azad şəkildə bəyan etməyə imkan tapdı. Əmirxosrovidən soruşmaq lazımdır ki, doğrudan da Rza xan və onun səltənəti xalqın ümumi rəyinə və millətin azad iradəsinə əsaslanırdı. Onları hakimiyyətdən uzaqlaşdırmaq, suverenliyi pozmaq deməkdirmi? Doğrudan da xalq kütlələri Rza xan və onun oğlunun diktaturasına tabe olmuşdular? Bunlara qarşı çıxmağı suverenliyə qarşı çıxmaq adlandırmaq olarmı? Məşrutə qanununu icra etmək, xüsusilə kütlələrin hüququnu nizamlayan fəsillərin icra edilməsi ərazi bütövlüyü və milli suverenliyi pozmaq deməkdir, yoxsa xarici neft şirkətinə cürbəcür ərazi, siyasi və iqtisadi imtiyaz vermək? Əyalət və vilayət əncumənləri qanununun icrasını tələb etmək ərazi bütövlüyünü və suverenliyini pozmaqdır yoxsa Məşrutə dövründə ingilislərin sağ əli olan Əmir Şovkətülmülk Ələm ailəsinin nəsildən-nəsilə hakim olması? Doğrudan da Milli Şura məclisinin əlaltı nümayəndələrinin hiyləsi ilə xalqın seçdiyi nümayəndələri öz vəkillik hüququndan məhrum edənlər Iranın ərazi bütövlüyünün əleyhinə idilər, yaxud qondarma cənub hərəkatı ətrafında birləşən quldurlar? O quldurlar ki, firqə qələbə çaldıqda Iranın cənubunu birbaşa ingilis müstəmləkəçilərinə təqdim etməyə hazırlaşırdılar? Əmirxosrovi Demokrat Firqəsini şurəvilərin əldəqayırması adlandırır, zahirdə də belə görünür. Amma Demokrat Firqəsinin təşkilinin zəmini Rza xan iqtidarının dağılması ilə yaranmışdı və onun təşkili üçün ən mühüm səbəb torpaq məsələsi idi. Torpaq bölgüsü, rəiyyət və malik münasibətlərinin nizama salınması Azərbaycan və Zəncan kəndlilərinin çoxdankı arzusu idi. Əbdül Hüseyn Mirzə Fərmanfərma, Nizamüssəltənə Mafi, Hacı Möhtəşəmülsəltənə Isfəndiyari dəfələrlə öz yazılarında Məşrutə dövrünün kəndli hərəkatlarına müraciət etmişlər. 1320-ci ilin Şəhrivərindən (1941-ci ilin sentyabrı) sonra bu həmişəlik arzu bərpa oldu. Kəndlilərin bu haq tələbini müdafiə edən yeganə qüvvə qədim məşrutəçilər və sosializm tərəfdarları idilər ki, sonradan onlar Demokrat Firqəsini yaratdılar. O zaman bir neçə silahlı dəstə bəzi Azərbaycan şəhərləri, o cümlədən Marağa ətrafında özü tək özbaşına meydana gəldi. Bunlar əsasən kəndlilərdən, yaxud şəhər və kənd işsizlərindən təşəkkül tapdı. Onlar böyük torpaq sahiblərinə qarşı vuruşdular. Demokrat Firqəsinin hərbçiləri əslində bu dəstələrin içərisindən çıxdılar, Azərbaycan və Xəmsə (Zəncan) kəndlilərini Demokrat Firqəsinin hökumətinə bağlayan əsas məsələ firqənin torpaq siyasəti və torpaq üzərində böyük mülkədarlıq sistemini ləğv etmək ideyası idi. Eyni zamanda böyük torpaq sahibləri və Azərbaycanın tayfa başçılarının Demokrat Firqəsinə qarşı kəskin düşmənçiliyinin səbəbi də bundan ibarət idi. Çünki, Demokrat Firqəsi onların torpaqlarını müsadirə edib kəndlilər arasında paylamışdı. Kəndlilərdən başqa müzdlu əməklə çalışan fəhlələr, qulluqçılar, eləcə də bir çox ziyalı və Azərbaycanın savadlılar öz siyasi və ictimai vəzifələrini yerinə yetirmək üçün yeni imkan əldə edən bu ziyalılar Demokrat Firqəsinə qoşuldu.

Kəyanurinin “Xatirələrini” tənqid edənlər öz yazılarında Demokrat Firqəsinin əleyhadarı üçün elə bir paltar tikdilər ki, heç vaxt onlara layiq deyildi. Bu yazılarda 1325-ci ildən (1946) Azərbaycanda dəhşətli insan qırğını törədənlər vətənpərvər adlanırdılar. Amma həqiqətdə isə Demokrat Firqəsinin hökumətinə qarşı düşmənçilik edən əsas qüvvələr o zamankı hakim dairələrin tərəfdarları idilər. Pəhləvi sarayı, hökumət, məclis, qoşun, böyük torpaq sahibləri, tayfa başçıları, şəhər böyükləri və quldurlar bu qüvvələrin başında dururdular.

Xalq heç vaxt onun mənafeyinə xidmət edən, yüzlərlə müəssisə, o cümlədən universitet, radio stansiyası, mədrəsə, xəstəxana, hamam, kino, teatr və kitabxana tikən Demokrat Firqəsinin əleyhinə çıxmırdılar.

Torpaq islahatı, torpaq məsələsinin geniş miqyasda nizama salınması, Azərbaycan Demokrat Firqəsinin əli ilə Şərq tarixində ilk dəfə başlanan bu islahat, Azərbaycan və Xəmsədə yaşayan yüz minlərlə Iran kəndlilərinin razılığı ilə qarşılandı. Iran dövlətinin Demokrat Firqəsini əzdikdən sonra Azərbaycan və Xəmsə mülkədarlarının ilk vəzifələri bölünmüş, həmin torpaqları geriyə qayatarmaq, alınmamış malikanə bəhrəsini zorla almaq Demokrat Firqəsinə tərəfdar çıxan kəndliləri öldürməkdən ibarət idi. Demokrat Firqəsinin əleyhdarları firqə hökumətini yıxdıqdan sonra Azərbaycana elə bir od vurdular ki, Sipəhbud Fərdostun yazdığı kimi neçə min cənazənin Təbrizin küçə və xiyabanlarına tökülməsi onun ancaq kiçik bir mənzərəsi idi. Demokrat Firqəsinin tənqidçiləri bu qatilləri, onların başçılarını, “xalq hesab” etdikləri üçün pis deyil ki, onların bəzilərinin tərcümeyi halı ilə tanış olaq.

1. Zülfüqailər ailəsi, bu ailə Zəncanın böyük mülkədarı idi. Bunlar Əssəddüdövlə Hüseyn Qulu xanın oğlanları idilər ki, nəsildən-nəsilə Zəncanın hakimi olmuşdular. Bu ailə Məşrutədən qabaq Zəncanda hakim idi. Məhəmməd Əli Şah məclisi topa bağladığı zaman Əsəddüdövlə və Cahan xan Əmirüldövlə Xəmsə Məşrutəçilərinə divan tutdular. Əsəddüdövlənin malikanəsi Mazandaranın Tarum vilayətindən başlayaraq Azərbaycanın Miyanə şəhərinə qədər böyük bir ərazini əhatə edirdi. O, Rza xanın Cəngəl hərəkatına qarşı hücumunda və Cəngəl hərəkatının boğulmasında fəal iştirak etmişdi. Azərbaycanda muxtar Respublika yarandıqdan sonra onun ailəsinin torpaqlarının bir qismi müsadirə edildi. Saray və ordu onları silahlandırdı və firqə ilə silahlı mübarizəyə qaldırdı. Bu ailənin tanınmış üzvlərindən biri Sultan Mahmud xan Zülfüqari, Məhəmməd Rza Şah Azərbaycana gələrkən öz tüfəngçiləri ilə onun qarşısında reje keçdilər. Şah ona fəxri polkovnik rütbəsi verdi. O, 28 Mördad (avqust 1953) dövlət çevrilişində də iştirak etdi. Nasir Qulu xan Zülfüqari və Məhəmməd xan Zülfüqari neftin milliləşdirilməsi dövründə məclis nümayəndələri idilər. mərhum doktor Müsaddiqin tanınmış əleyhdarları hesab olunurdular.

2. Bəydili ailəsi. Bu ailə Xəmsə və Həmədanın böyük mülkədarı idi. Yadulla xan Əsləhadarbaşı bu ailənin tanınmış üzvü idi. Öz tüfəngçiləri ilə Demokrat Firqəsinə qarşı müharibə aparırdı. Rza xan öz silah cəbbəxanasını ona tapşırmışdı. Bu zadəganlara məxsus olan peşə Məhəmməd Rza Şah dövründə də ona tapşırılmışdır. O, firqə yxıldıqdan sonra müsadirə olunmuş torpaqlarını geri qaytardı. Eyni zamanda Şah onu medal və Fəxri adla tərtif etdi.

3. Əmir-Əfşar ailəsi. Bu ailə də Xəmsə və Bicar mahalının böyük mülkədarlarından biri idi. Bunlar Nasirəddin Şah zamanı tanımş feodal Cahan Şah xan Əmir-Əfşarın vərəsələri idilər. Bunların qüdrəti və nüfuzu Əsəddüdövlə Zülfüqarinin qüdrət və nüfuzundan artıq idi. Sərdar Fateh, Əmir- Əfşar və onun oğlu Məhəmməd Həsən xan Əfşari və onun oğlu Məhəmməd Həsənxan Əfşarinin torpaqları firqə hökumətinin tərəfindən müsadirə edildi, onlar da qoşun və Zülfüqarilərin köməyi ilə firqəyə qarşı müharibəyə qalxdılar. Demokrat Firqəsi yıxıldıqdan sonra o, Iran qoşunun fəxri mayoru rütbəsi aldı.

4. Yəmini Əfşar ailəsi. Bu ailə Miyanduab Şahindejin böyük mülkədarıdır. Nasirəddin şah zamanında buranın valisi olmuşdur. Onun babası polkovnik Məhəmməd xan Əfşar idi. Bu ailə üzvləri Şücaüddövlə Hacı Səmədxan Müqəddəmi Marağeinin qara hökuməti illərində Çar Rusiyası qoşunlarının Azərbaycanda əlaltısı idi. Bu ailənin tanınmış üzvü Yəmin Ləşkər Əli Nəği xan Əfşar idi. Demokrat Firqəsi onun torpaqlarını müsadirə etdi. Qohumlarından bir çoxu həbsə alındı. Yəmin Ləşkər şah qoşunun köməyi ilə silahlandı və firqə ilə müharibə etdi. Onun Holasu kəndində tikdirdiyi qala və qəsr indi də durur.

5. Isgəndəri ailəsi. Bu ailə Sarab və Təbrizin böyük mülkədarlarındandır. Bunlar Fətulla Sultan Isgəndər xanın (Məmmədəli Şah Qacarın keşikçilərinin başçısı idi) övladları idi. Bu ailənin tanınmış Fətulla Sultan Isgəndər xana Əmir Nüsrət ləqəbi verilmişdir. O, məclisin 6-cı çağırışından 17-ci çağırışına qədər nümayəndə (deputat) olmuşdur. Əmir Nüsrət Demokrat Firqəsinin tanınmış və barışmaz əleyhdarı idi. Firqəyə qarşı silah işlədənləri müdafiə edirdi. Tehranda yaşayan yüzlərlə azərbaycanlını zorla Tehrandan çıxarmaq onun gördüyü şahkarlıqlardan biri idi. Əmir Nüsrətin tövsiyəsi ilə 1328-ci ildə (1949) firqə məğlub edildikdən sonra Tehrana qaçmış türk dilliləri axtarıb tapıb qoşun maşınlarına dolduraraq Tehranın və Kərəcin səhralarına sürgün etdilər.

6. Şəqaqi və Gərmrud xanları: Bunlar Sultan Mahmud xan Zülfüqari ilə əlbir idilər. miynanın böyük xanlarından biri olan Ərşədülmalikin oğlu firqəyə qarşı müharibədə oynadığı rola görə Iran qoşunun fəxri baş leytenantı rütbəsi, eləcə də 28 mordad çevrilişindəki fəaliyyətinə görə fəxri mayor rütbəsi aldı. Diri olduğuna görə onun adını çəkmirik.

7. Xalxal xanları. Bunlar Şatranlı, poladlı və Xamıslı tayfasının başçıları idilər. Bunların etdikləri zülm nasir dəftər-rəvayətinin xatirələrində açıq şərh edilmişdir. Həmin tayfaların başçısı olan Kərim xan Sövləti, Cəmşid Əmiripur, Qulamrza Isgəndəri öz tüfəngçiləri ilə Demokrat Firqəsinin hökumətinə qarşı müharibədə iştirak etmişdilər.

8. Nəmin və Talış xanları. Seyfülmülük Nəmininin övladları həmişə Nəmin və Astaranın valisi olmuşlar. Gürganrudun zülmkar hakimi olan Nüsrətulla xan Sərdar Əmcədinin uşaqları Demokrat Firqəsinin əleyhinə çıxdılar. Bunlar mərkəzi dövlətin köməyi ilə və Rəşt zadəganlarının bəzilərinin, o cümlədən uzun müddət Şura Məclisinin nümayəndəsi olan framasener Cahangir Sərtibpurun köməyi ilə Azərbaycan Demokrat Firqəsinə qarşı müharibə apardılar. Uzun müddət Şura Məclisinin Talışdan nümayəndəsi olan, bu gün Rza Pəhləvinin (Məhəmməd Rza Şahın oğlu) dəftər rəisi işlşəyən Məhəmməd Hüseyn xan Salar Əsədin oğlu və Sərdar əmcədinin nəvəsi Hulaku Rambud da o cümlədəndir.

9. Məlik Qasimi ailəsi. Bu ailə Marağa və Miyanduabın böyük mülkədarlarından biridir. Bunlar Fətəli Şah Qacarın 24-cü oğlu olan Məlik Qasim Mirzənin vərəsələridirlər. onlar uzun illər Azərbaycanın müxtəlif məntəqələrinin Nasirəddin şahın səltənətinin ilk dövründə isə bütün Azərbaycanın valisi olmuşlar. Məlik Qasim Mirzə Marağa və Miyanduabın bir çox kəndlərinin mülkədarı idi. Onun torpağının siyahısı Nadir Mirzanın Təbriz tarixi kitabında verilmişdir. Qasim Mirzənin, Rzaqulu Mirzə və Imanqulu Mirzə adlı oğlanları Azərbaycanın böyük mülkədarı siyahısında idi. Torpaqları Demokrat Firqəsi tərəfindən bölüşdürüldükdən sonra bu ailə firqə əleyhinə çıxan silahlı dəstələrə qoşuldu. Firqə yıxıldıqdan sonra öz torpaqlarını geri aldı. Bu tanınmış firqə əleyhdarları 21 Azər (12 dekabr, 1946) Ərdəbilli baş kəsən Rəzaq, Əziz Möhsünü, Sultanəli Şəqaqi, Hacı Əbdülqasım Cavan, Seyfulla Bağmeşəli, Qırıq Heydər və Qarnıyırtıq Kazım kimi bədnam ünsürlərlə əl-ələ verib əhalinin canına düşdülər. Bir həftə içərisində neçə min azərbaycanlı həmvətənlərimizi qətlə yetirdilər. Bu quldurların özbaşınalığı elə bir yerə çatdı ki, Hacı Şeyx Qulam Hüseyn Müctəhid Ərdəbili və Seyfüləmaye Əhəri kimi bir neçə Azərbaycan ruhanisi onların qarşısını almaq üçün ayağa qalxdılar.

Gücləri çatdığı qədər əhalini “qətələçi” (Bu, demokratlara qarşı işlədilən dini islahatdır. – Tərcüməçi) quldurların qisasından xilas etdilər. Inanın ki, Azərbaycan və Xəmsədə demokratların canına düşənlər xalq deyildi. Əksinə, xalq bu quldurların və qoşunun zülmündən cana gəlmişdi. Inanın, firqənin düşmənlərinin bir çoxu Məşrutə hərəkatı, Xiyabani hərəkatının düşmənləri idilər. Onlar həmin adamlar idilər ki, Rza xanın və onun oğlunun səltənətə gəlməsi işini asanlaşdırdılar. Onlar həmin adamlar idilər ki, neftin milliləşdirilməsi əleyhinə çıxdılar və nəhayət, doktor Müsəddiq hökumətini yıxdılar. Inanmırsınızsa, tarixə bir də nəzər salın.

“Mühacir” qəzeti 5 aprel 1994-cü il.

Tərcümə edən: Bahadur.


Ideal axtaran “qəhrəmanlar”

Nikita Qolobov “Rusiya iqtisadiyyatı yenə də yol ayrıcındadır” başlığı altında “Nezavismaya qazeta”da bir məqalə dərc etdirmişdir. Məqalə Rusiyada başlanan üç illik islahatın yekunlarına həsr olunmuşdur. Müəllif rəsmi rəqəmlərə əsaslanaraq iqtisadi islahatın nəticələrini Rusiya dövlətçiliyi üçün başlıca təhlükə adlandırır. Onun fikrincə Burbulis-Qaydar, Çernomırdin-Şoxin hökumətlərinin fəaliyyəti Cəmiyyətin ictimai və iqtisadi vəziyyətinin möhkəm­lənməsini təhlükəyə salan sabitsizlik faktorunu gücləndirir. Belə ki, 94-cü ilin ilk beş ayında istehsal 26 faiz aşağı düşmüşdür. Istehsalın tənəzzül surəti durmadan artır. Yanvarda 23 faiz olduğu halda, may ayında 28 faizə çatmışdır. Təxmini hesablamalara görə iyun ayında tənəzzül 30 faiz olmuşdur. Dövlət statistika komitəsinin hesabal­malarına görə istehsalın həcmi 1993-cü ildə 50 faiz azalmışdır (1989-cu il ilə müqayisədə). Amerika iqtisadçılarının hesablamalarına görə bu rəqəm 60 faizə çatacaqdır. Müəllifin fikrincə bu tənəzzül Rusiya sənayesinin strukturasının yaxşılaşmasına kömək etməmişdir. Əksinə, Rusiya sənayesi enerji-xammal istehsalı sahəsində istiqamət­ləndirilmişdir. Tənəzzül əsasən mürəkkəb texnologiyaya malik olan sahələri əhatə edir. Dəzgahqayıran zavodlarda fövqüladə vəziyyət əmələ gəlmişdir. Emal mərkəzləri dayanır, neft və qaz istehsalının ahəngi pozulur, həcmi azalır. Kimya sənayesi, metallurgiya sənayesi dayanır, polad və prokat istehsalı azalır. Dövlət büdcəsinin kəsiri 70 faiz təşkil edir. sərt iqtisadi siyasət nəticəsində əmək haqqı yolu ilə əhaliyə edilən dövlət borcu 2, 5 trilyon rubla çatır. Bu da keçmişlə müqayisədə dövlət borcunun 40 faiz artması deməkdir.

Dünyanın ən müasir silahı ilə silahlanmış rus ordusunun hərbi zavodlarının modern texnologiyası dağılıb aradan gedir. Zavodlar bağlanır, Rusiya silah satışı bazarını əldən verir. Keçmiş Sovet Ittifaqı hər il 12 milyard dollar məbləğındə silah satırdı. Bu məbləğ indi 2 milyarda da çatmır. Əksinə, NATO ölkələri, birinci növbədə Amerika dünya silah bazarının 80 faizini ələ keçirmişdir. Onlar Rusiyanı, Şərqi Avropa, Yaxın Şərq, Latın Amerikası və Asiya silah bazarlarından sıxışdırıb çıxarırlar.

Ölkə iqtisadiyyatını dağıdan “islahat” dövlət mülkiyyətinin xüsusi mülkiyyətə çevrilməsində də özünün xalqa zidd olan mahiyyətini üzə çıxarır. Xüsusiləşdirilmiş müəssisələr səmərəli işləmir. Ictimai ziddiyətlərin artması üçün zəmin hazırlanır. Xüsusi­ləş­dirmə ilə əlaqədar müəllif belə bir fakta əsaslanır ki, xüsu­siləşdirilən dövlət mülkiyyəti gizli iqtisadiyyata mafiyaçı qruplara və yüksək rütbəli dövlət qulluqçularına verilir. Bu da azsaylı adamların varlanmasına, geniş xalq kütləsinin yoxsullaşmasına səbəb olur. Məqalə müəllifi belə bir həqiqəti açıb göstərir ki, Burbulis-Qaydar hökuməti sadə adamları pul ehtiyatından məhrum etdi. Bu da onların xüsusiləşən müəssisələrdən pay alma imkanını aradan apardı.

Müəllif bu təhlildən belə bir nəticə çıxarır ki, iqtisadiyyatı sabitləşdirmək, onun strukturunu kamilləşdirmək sahəsində heç bir iş görülməmişdir. 1991-ci ildəki problemlər 1994-cü ildə də həll edilməmişdır. Prezident iqtisadiyyatda vəziyyəti fərmanlarla normalaşdırmaq istəyir. Təəssüflər olsun ki, Boris Yeltsin və Viktor Çernomırdin başa düşmək istəmirlər ki, iqtisadiyyatı fərmanla hərəkətə gətirmək olmaz. Belə olduqda problemlər həll edilməmiş qalar.

***

Insan mürəkkəb varlıqdır. Elə bir varlıqdır ki, həyatı romantik bir aləm kimi təsəvvür edir. Onu ideallaşdırır, ideala çatmaq üçün cığırlardan keçir, dolaşıq yollarla rastlaşır doğrudan da romantik həyat yolçusuna çevrilir. Əsasən maddi müşkülatla üzləşən və ağır həyat sürən insan ideala bağlanır. Romantik düşüncələr arxasınca gedir, özünü oda-suya vurur, xilaskarlar axtarır, təbiətdən yüksəkdə duran qüvvəyə bel bağlayır. Bir sözlə real həyatdan uzaqlaşıb fantastik aləmin əsiri olur. 17-18-ci əsr Avropa və 19-20-ci əsrin rus mütəfəkkirləri bu qəbil insanların tipik nümayəndələri idilər.

Ruslar formalaşıb sivilizasiyaya doğru irəliləyən xalqların sonuncuları sırasındadırlar. Bu xalqıın formalaşıb millət halına düşməsi prosesi bir neçə əsri əhatə edən prosesdir. Lakin o, fantastik aləmdən uzaqlaşa bilməmiş, elə buna görə də həyat reallıqlarını dərk etməyi və onlara uyğunlaşmağı bacarmır. Sosial bərabərlik idealı bəşər tarixində ilk dəfə rus imperiyasında maddiləşdirildi. Sosial bərabərlik ideyasına ilk dəfə rus imperiyasında arxa çevrildi. Qərbin sosial iqtisadi modeli ilk dəfə Rusiyada tətbiq edilməyə başlamış, Rusiya yenə də təcrübə lobaratoriyasına çevrilmişdir. Ideal həyat axtaran ruslar oktyabristlərin, terrorçu narodovolçu qəhrəmanların, raznoçilərin, radikal bolşeviklərin arxasınca getdilər, indi də tələsgən radikal demokratların arxasınca gedirlər. ideal həyata çatmaq üçün insanlar bu “qəhrəmanların” çağırışı ilə dəstə-dəstə ölümə gedir, məhruiyyətlərə düçar olurlar. Ideal cəmiyyət axtaran “qəhrəmanlar” bir gün onu zibil yeşiyinə atır, sadə xalqı yeni ideal, “ali insani” ideal axtarmaq üçün səfərbər edirlər. bütün bu axtarışlar məhrumiyyətlər və kütləvi qırğınla nəticələnir.

Nikita Qolobovun məqaləsinin bugünkü “qəhrəmanları” Rusiya imperiyasında yaşayan xalqları kapital dünyasının ideal həyatına qovuşdurmaq istəyən “qəhrəman”lardır. Həmin “qəhrə­manlar” Rusiyanı yenə də təcrübə lobaratoriyasına çevirmişlər.

 

“Mühacir” qəzeti 2 avqust 1994-ci il.

Ə. Lahrudi.


Ağlasığmayan paradoks

Bill Klinton cavab verir

“...Belə hesab edirəm ki, vuruşan tərflər vətəndaşları həyat üçün ən zəruri amillərdən məhrum edən blokadalardan istifadə etməməli və ya qadağanlar qoymamalıdırlar. Ermənistana və Naxcıvana yük çatdırılmasıına imkan yaradan humanitar yardım dəhlizinin açılması müharibınin vurduğu məhrumiyyətlərə məruz qalan günahsız adamlara xeyir verər. çox ümid edirəm ki, regionda adamların iztirablarını azaltmaq və sülh üçün güclü amil yaratmaq naminə siz bu təkliflə razılaşa biləcəksiniz”. Klintonun Heydər Əliyevə məktubundan. “Azərbaycan” qəzeti, 29 aprel 1994-cü il.

Erməni – Azərbaycan münaqişəsi gündən-günə şiddətlənir. Azərbaycan xalqına qarşı aparılan müharibə getdikcə daha artıq dağıdıcı xarakter alır. Erməni silahlı qüvvələri Dağlıq Qarabağı Azərbyacndan qoparıb Ermənistana birləşdirmək məqsədilə apardıqları təcavüzkar müharibədə böyük dövlətlərin nizami-siyasi himayəçiliyinə arxalanırlar. 6 il bundan əvvəl başlanmış bu müharibə Sovet dövlətinin başçısı ittifaq dağıdıldıqdan sonra isə Rusiya Federasiyasının rəhbərləri və Rusiyanın kütləvi informasiya vasitələri Ermənistanın nə təkcə pisləməmiş bəlkə təcavüzkarları şirnikdirmiş və onlara meydan oxumaq üçün şərait və imkan yaratmışlar.

Başda Amerika olmaqla Qərb dövlətləri də bu dağıdıcı müharibədə bitərəf nəzarətçi rol oynayır, əməldə isə təcavüzkarı dəstəkliyirlər. ATƏM-in Minsk qrupu BMT təhlükləsizlik şurası müharibə aparan tərəfləri sülhə və müharibəni dayandırmağa çağırır, təcavüzkarla təcavüzə məruz qalan ölkənin mövqeyini eyniləşdirməyə çalışırlar. Onlar işğal olunmuş torpaqlardan Ermənistan qoşunlarının çıxarılması barədə qəti söz deməkdən imtina edirlər. öz vətənində qaçqına çevrilmiş milyondan artıq pənahsız insana göstərilməsi zəruri olan humanitar yardım üzərinə “azadlığın” “beşıyi” olan Amerikanın qanunvericilik orqanı olan konqres qadağan qoyur.

Amerika prezidenti Azərbaycan prezidentinə yazdığı cavab məktubunda bu qadağanla əlaqədar təəssüfləndiyini bildirir, lakin onu ləğv etməyə gücü çatmır, ya da səy göstərmir. Bununla belə, o, Azərbaycan perzaidentinə tövsiyə edir ki, vuruşan tərəflər həyat üçün zəruri olan mallar üzərundə qadağan qoymasınlar və blokadalardan istifadə etməsinlər. Amerika prezidentinin bu bəyanatı doğrudan da insani nöqteyi-nəzərindən təqdirəlayiqdir. Lakin hərbi nöqteyi-nəzərdən vuruşan tərəflərdən biri üçün, təcavüzkar erməni üçün əlverişli, təcavüzə məruz qalan digər tərəf üçün, Azərbaycan üçün əlverişsizdir, hətta təhlükəlidir. Canlı qüvvə və texnika nöqteyi-nəzərindən üstünlük təşkil edən, Azərbaycan ərazisində strateji mövqeləri ələ keçirən Ermənistana, Azərbaycan ərazisindən ərzaq malları və yanacaq göndərilməsi təcavüzün genişlənməsi üçün daha da əlverişli imkandır.

Amerika prezidentinin bu tövsiyəsi eyni zamanda Amerikanın xarici siyasətinin əsas istiqamətinə uyğun gəlmir. Amerika dövləti dünya dövlətinə çevrildiyi vaxtdan qadağan və blokadalardan siyasi hərbə kimi istifadə etmiş və istifadə edir. keçmiş sosialist ölkələrinə qarşı iqtisadi blokada, sonra isə texnoloji qadağan siyasəti yeritmişdir. Amerika siyasəti ilə razılaşmayan qeyri-sosialist dövlətlərdə qadağan və blokada siyasətinə məruz qalmışlar. Çilidə Solvador Alyende hökuməti, Nikaraquada Sandenistlər hökuməti, Kubada Fidel Kastro hökuməti blokadaya alındı. Bu öləklərdə iqtisadi qadağanalr tətbiq edildi. Alyende Hökumətinə qarşı faşist çevrilişi edən general Pincet Çilisi üzərindən blokada götürüldü. Amerika kapitalı və Amerika əmtəəsi sel kimi Çili bazarına axmağa başladı. Kuba ən ağır iqtisadi mühasirə şəraitində yaşayır, enerji çatışmazlığı üzündən nəqliyyat işləmir, elektrik stansiyaları dayanır, Kubaya gələn gəmilərin Amerikanın limanında yan almasına yol verilmir. Iki nəfər terrorçunun Amerikada mühakimə olunmasına yol vermək istəməyən Liviya da hava və dəniz blokadasına alınır, Liviya neftinin xaricə satılmasının qarşısı alınır, Israil səssiz-səmirsiz atom silahı istehsal edir, beynəlxalq atom klubu özünü görməməzliyə vurur. Şimali Koreyanın atom mərkəzinin BMT mütəxəssisləri tərəfindən nəzarət edilməsi məsələsi dünya məsələsinə çevrilir, “dünya standartına” uyğun olmayan Iran dövləti Amerika tərəfindən iqtisadi blokadaya alınır və nəhayət ilhaq məqsədilə Kuveyti işğal edən Iraq mühasirə olunur, kiçik bir dövlət böyük dövlətlərin birləşmiş hərbi qüvvələrinin hücumuna məruz qalır. Iraqın şəhər, kənd və sənaye obyektləri məhv edilir. Küveyt Iraq qoşunlarından azad edilir, Iraqın şimalı və cənubu (kürdlər və şiələr yaşayan məntəqələri) Amerika qoşunlarının nəzarəti altına alınır. Bütün bunlar Amerikanın dünya siyasətinin aparıcı istiqamətini təşkil edir. Əvvəl blokada, sonra hərbi əməliyyat Amerikanın əsas siyasi və hərbi doktrinası bundan ibarətdir.

Iraq-Küveyt münaqişəsi ilə Erməni-Azərbaycan münaqişəsi eyniyyət təşkil edir. Iraq Küveyti işğal etdi, onu özünün 19-cu əyaləti adlandırdı. Ermənistan Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qanun qəbul etdi. Bu qanunun icra edilməsində silahlı müdaxiləyə əl atdı. Az bir zamanda Dağlıq Qarabağdan sonra Azərbaycanın 7 rayonu da işğal edildi, Azərbaycan ordusunun müqavimətini qırmaq, yeni-yeni ərazı ələ keçirmək Ermənistanın bu günkü siaysətinin başlıca istiqamətini təşkil edir. Bu heç də gözlənilməz hal deyil. Ermənilər başqa xalqların ərazisi hesabına böyük Ermənistan yaratmaq iddiasına düşür. Elə buna görə də onlar təcavüzkar müharibəyə əl atırlar. Məgər I Pyotr və II Yekaterina Rusiya ərazisini qonşu xalqların ərazisini təcavüzkar müharibə yolu ilə işğal edib böyük Rus imperatorluğu yaratmamışlar? Elə buna görə də ermənilər özlərinin bəd niyyətlərini həyata keçirmək üçün yaranmış əlverişli şəraitdən istifadə edir, qonşu ölkə hesabına öz ərazisini genişləndirtməyə çalışırlar. Güclülərin zəifləri əzmək siyasətindən irəli gələn bu təcavüz heç də təəcüblü iş deyildir. Təəcüblü ancaq odur ki, Qərb demokratları Iraqı təcavüzkar kimi tanıyır, ona qarşı qəti ölçü götürür. Bu işə onu mənəvi və əxlaqi mənafe deyil, iqtisadi mənafe, Iran körfəzində mövcud olan neft mədənlərini əldə saxlamaq mənafei vadar edir. Azərbaycana qarşı işğalçılıq müharibəsi isə Qərb “standartlarında” təcavüz adlanmır. Ona görə də ermənilərə qarşı qəti ölçü götürülmür. Eyni hadisələrə ikili standart mövqedən yanaşmaq yenə də əxlaqi və mənəvi mənafedən deyil, siyasi mənafedən irəli gəlir. Qərbin Rusiyada iqtisadi, siyasi mənafei vardır. Rusiya isə ermənilərin arxasında durur. Elə buna görə də Qərb, birinci növbədə Amerika Qarabağ münaqişəsində qəti mövqe tutmaqdan boyun qaçırır, “kiçik” siyasət “böyük” siyasətə qurban verilir.

Dünya demokratiyasının başında duran bir ölkənin prezidentini təcavüzkarı pisləmək əvəzinə təcavüzə məruz qalan öləknin prezidenti “insanlıq” naminə blokadaları ləğv etməyə çağırır. Bu ağlasığmayan paradoksdur. Rusiyanın hava qüvvələri və Gürcüstanın dəmir yolları vasitəsilə Ermənistana hərbi sürsat, yanacaq və ərzaq malları daşıyır. Humanitar yardım adı ilə Suriya və Livandan uçan təyyarələrin yükləri Ukrayna vasitəsilə Yerevana çatdırılır. Bütün bunlar Amerika konqresi və Amerika prezidenti üçün əsas deyil. Iraq isə iki ildən artıqdır hava, quru və dəniz blokadasına alınmış, zəruri olan mallar, xəstələr üçün dava-dərman üzərinə qadağan qoyulmuşdur. Görəsən erməni körpələri ilə iraqlı körpələrin fərqi nədədir? Bu iki öləknin cocuqları üçün dünya demokratları nə üçün ayrıseçkilik siyasəti yeridirlər? demokratiya doğurdan da budur? Bir yerdə təcavüzkar əzilir, təslim olur, lakin cəzadan azad edilmir, blokadalar ləğv olmur, başqa bir yerdə isə təcavüzkar bəraət “qazanır”, təcavüzə məruz qalan ölkə cəzanmalı olur. Görünür lənətə gəlmiş bu dünya ancaq zor və zorakilıq dünyasıdır.

 

“Mühacir” qəzeti 16 may 1994-cü il.

Ə. Lahrudi.


Türk birliyi

Sibirin Altay vilayətindən Mərmərə dənizinə qədər uzanan böyük bir ərazidə çoxsaylı türkdilli xalqlar yaşayırlar. Onuncu əsrdən başlayaraq türk tayfalarının məskunlaşdığı bu ərazidə türk dövlətləri yaranmışdır. Zaman keçdikcə Səlcuqilər, Monqollar, Teymurilər və Osmanlılar başqa xalqların ərazisinə yürüş aparmış və Böyük Türk imperatorluğu yaratmışlar. 18-ci əsrdə Rusiya imperiyaya çevrildi. Avropanın və Yaxın Şərqin böyük ərazisində hökmranlanlıq edən Osmanlı imperiyası ilə qarşı-qarşıya durdu. Hər iki imperiya arasında qanlı müharibələr baş verdi. Rus imperiyası Sibiri, Orta Asiyanı və Qafqazı işğal etdi, Uraldan Altaya kimi ərazidə yaşayan türkdilli xalqların suverenliyinə son qoyuldu, bu xalqların dövlət və dövlətçiliyi aradan getdi. Birinci dünya müharibəsində məğlubiyyətə uğrayan Osmanlı imperiyası dağıldı onun müstəmləkələri əlindən çıxdı, Kiçik Asiyada yeni türk dövləti meydana gəldi. 200 illik Rusiya və Sovet hakimiyyəti Orta Asiya və Qazaxıstanı bağlı bır məntəqəyə çevirdi, xarici aləmlə onların əlaqəsi kəsildi.

Sovet Ittifaqı dağıldıqdan sonra Azərbaycan, Orta Asiya və Qazaxıstanda türkdilli respublikalar istiqlaliyyətə nail oldular, öz ərazilərində milli hakimiyyətlərini bərpa etdilər. Bu zaman Türkiyə yeganə türk dövləti kimi türkdilli xalqların birliyinin zəruriliyini irəli sürdü. Türkdilli dövlətlərlə siyasi və iqtisadi əlaqəyə girdi. Türkdilli dövlətlərarası münasibətlərin möhkəmlənməsinə, bu dövlətlərin birliyini təmin edə bilən təşkilat yaradılmasına təşəbbüs göstərdi. Diplomatik əlaqə, birtərəfli və çoxtərəfli görüşlər, türkdilli dövlət başçılarının və ictimai təşkilatların müntəzəm görüşləri Türkiyənin bu istiqamətdə apardığı siyasətin təzahürüdür. Son on ildə Türkiyənin iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, türk malları dünya bazarında özünə geniş yol açır. Orta Asiya, Qazaxıstan və Azərbaycanda əmələ gələn iqtisadi çətinliklər Türkiyənin bu ölkələrlə iqtisadi əməkdaşlığı üçün əlverişli şərait yaradır.

Çoxişlənən mallar bu ölkələrin zəruri ehtiyaclarını ödəmək üçün Türkiyədən gətirilir. Türkiyə dövləti həmin ölkələrə çoxmilyonlu kredit verir, bir sıra iqtisadi, ictimai obyektlərin tikilməsində yaxından iştirak edir. Azərbaycan və Türkmənistan neft və qaz kəmərlərinin Türkiyədən keçməsi üçün əməli işlər görür. Türkiyə NATO-nun üzvüdü, Avropa Birliyində iştirak edir, Amerika ilə hərbi ittifaq bağlayıb. Bütün bunlar yeni türkdilli dövlətlərin dünya siyasətində, o cümlədən Ermənistan və Azərbaycan münaqişəsində Türkiyənin rolunu artırır. Türkiyə dövləti eyni zamanda türkdilli xalqların mənəvi birliyinə və türkdilli dövlətlərin siyasi birliyinə nail olmaq üçün çoxtərəfli tədbirlər həyata keçirir, o cümlədən dövlət başçılarının zirvə görüşləri və içtimai təşkilatların qurultayları bu sahədə aparılan fəal siyasi işdir. Oktyabrın sonunda keçirilən Istanbul zirvə görüşləri (burada Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Türkiyə dövlət başçıları iştirak etdilər), Izmirdə keçirilən türk dövlətləri və icmalarının ikinci qurultayı türk birliyi istiqamətində atılan addım və görülən işlər sırasındadır. Istanbul zirvə görüşünün Bəyanatı həmin görüşün məqsədini açıqlayır. Həmin Bəyanatda BMT-nin prinsiplərinə hörmət etmək, demokratiya və insan hüquqlarına hörmət etmək, sosial ədalət və bazar iqtisadiyyatı prinsipinə tərəfdar çıxmaq, siyasi-iqtisadi və mədəni sahələrdə əməkdaşlıq etmək, regional problemləri BMT çərçivəsində həll etmək, Ermənistan – Azərbaycan münaqəşəsini BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll etmək, qaz və neft kəmərini Türkiyədən Aralıq dənizinə aparmaq kimi prinsiplər üzərində razılıq əldə edilmişdir.

Türk dövlətləri və icmalarının ikinci Izmir qurultayının məqsədləri dünyanın müxtəlif güşələrinə səpələnmiş çoxmilyonlu türk xalqlarını birləşdirmək, onların arasında həqiqi qardaşlıq münasibətləri yaratmaq, iqtisadi-siyasi yardımın təməlini qoymaq məqsədini qarşıya qoymuşdur. Həm türkdilli dövlət başçılarının müntəzəm göruşləri, həm də türk dövlət və icmalarının illik qurultayı türkdilli xalqların birliyinə nail olmaq məqsədini qarşıya qoyur. Belə görüşlər, qarşı-qarşıya durmanın daha da geniş miqyas aldığı bir zamanda məntəqə dövlətlərinin dövlət və milli mənafeyinə uyğundur. Əsrlər boyu milli hakimiyyətdən məhrum olan, öz milli dil və milli mədəniyyətinin inkişaf etdirirməsi üçün çətinlik çəkən xalqlar əldə etdiyi tarixi fürsətdən istifadə edib etnik mənsubiyyətin imkanlarına arxalanıb, qarşılıqlı kömək əsasında dil və mədəniyyətin inkişafına səy göstərmək, müstəqil dövlətlərin bir-birinə siyasi və iqtisadi yardım göstərməsi üçün şərait yaratmaq günün zəririyyətindən irəli gəlir. Belə birliyə şübhə ilə yanaşmaq, onu pantürkizmdə ittiham etmək həqiqətə arxa çevirməkdir. Çünki BMT-nin Nizamnaməsinə uyğun olaraq təşkil olunan birliklər heç də bu və ya digər dövlətin əleyhinə çevrilən birliklər deyillər. Xüsusilə türk birliyini deyilən birlik heç bir təşkilati forma almamış, görüş iştirakçıları bu və ya digər məsələ ilə əlaqədar razılığa gəlmişlər. Halbuki BMT, yaxud Avropa Müştərək Bazarı və bunlara oxşar birliklər müəyyən təşkilati əsas üzərində qurulur, özünün nizamnaməsi olur. Həmin birliklərdə iştirak edən dövlətlər konkret öhdəliklər götürürlər. Türk birliyi deyilən birlik belə bir təşkilata əsaslanmır. Ona görə də onu pantürkizmdə müttəhim etmək beynəlxalq hüquq normalarına riayət etməməkdən irəli gəlir.

Pantürkizm, panislanizm, panamerikanizm, panafrikanizm – bunlar bir irqi başqa bir irqə, bir milləti başqa bir millətə qarşı qoyan mürtəce ideologiyadır. Bu ideologiya əsasında əməkdaşlığın, xüsusilə mədəni əməkdaşlıq sahəsində görülən işlərlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Türkdilli xalqların uzun əsrlərdən sonra mənəvi birliyə, mədəni əməkdaşlığa, qarşılıqlı siyasi və iqtisadi köməkliyə ehtiyacları vardır. Bu görüşlər də həmin ehtiyacdan doğur. Qoy bütün xalqlar əvvəlcə öz milli və etnik birliklərini təşkil etsinlər. Bu birliklər dünya xalqlarının ümumi birliyininin yaranıb möhkəmlənməsi üçün əsas olsun.

 

Mühacir qəzeti dekabr 1994-cü il.

Ə. Lahrudi.


Neft konsersiyomu Azərbaycanda

“Bir damla neft bir damla qandır”. Müttəfiqlər neft dalğaları üzərində qələbə sahilinə çatdılar. Klemanson – Fransa Lorkerzon – Ingiltərə.

Dünyanın böyük neft şirkətləri ilə Azərbaycan arasında müqavilə imzalandı. Həmin müqaviləyə əsasən Xəzər dənizini Azərbaycan bö lməsində 4 milyard barel (511 milyon ton) neft çıxarılacaq. Onun 253 milyon tonu Azərbaycana, qalanı isə neft şirkətlərinə təhvil veriləcəkdir. Neftin istehsal və nəql edilməsi xərcinin 80 faizini (7,4 milyard dollar) konsorsiyum ödəyəcəkdir. Rusiya Luk oyl 6 faiz pay aparır. 58 aydan sonra neftin Avropaya nəql edilməsinə başlanılacaqdır.

Azərbaycan müstəqil deövlət kimi öz təbii sərvətlərindən istədiyi kimi istifadə edir. Neft şirkətləri ilə bağlanan bu müqavilə cəsarətli addımlardan biridir ki, Azərbaycan iqtisadiyyatı bağlılığdan çıxır, dünya iqtisadiyatına qoşulur. Bu müqavilənin iqtisadi əhəmiyyəti ondan ibarəötdir ki, Azərbaycana sərmayə axını üçün şərait yaranır. Azərbaycan hər il 1 milyard dollar gəlir əldə edir. Bu məbləğ Iranın illik neft gəlirinin 12-də bir hissəsidir. Lakin Azərbaycan əhalisinin Iran əhalisindən 9 dəfə az olması nəzərə alınarsa, ba rəqəm diqqətə layiq rəqəmdir. Müqavilənin siyasi əhəmiyyəti daha böyükdür. Müqavilə ətrafında Rusiyanın Xarici Işlər Nazirliyinin qaldırdığı hay-küy də məhz siyasi xarakter daşıyır. Rusiya bir tərəfdən kansorsiuma üzv olur, müqaviləyə imza atır, digər tərəfdən müqaviləni tanımır, onu Xəzəryanı ölkələrin mənafeyinə zidd müqavilə adlandırır.

Rusiya iddia edir ki, Xəzər dənizi bağlı dənizdir. Dənizyanı ölkələr onun təbii mənbələrindən birgə istifadə etməlidirlər. yəni hər bir ölkə ilə bağlanan müqavilədə 5 sahilyanı ölkə iştirak etməli, əldə edilən gəlir həmin ölkələr arasında bölüşdürülməlidir. Beləliklə, “Yaxın Xaric” ölkələrin vahid federasiyada, yaxud konfederasiyada birləşdirilməsi barədə hay-küy qaldırılmışdır və neft müqaviləsi ilə müxalifət də bu siyasətin məntiqi nəticəsindədir.

Halbuki, Federasiya təşkil etmək bu ölkələrin istiqlaliyyatının aradan getməsi deməkdir. Bu iş baş tutsa iqtisadi əlaqələr, o cümlədən xarici siyasət yenə də Rusiyanın əlində cəmləşəcəkdir. Neft müqaviləsi əleyhinə çıxmaq da buna görədir. Bu siyasi oyunda iştirak etmək, heç bir ölkənin, o cümlədən Iranın xeyrinə deyil. Iran bir neçə ildir ki, Azərbaycan neftçilərinin köməyi ilə Xəzərin sahil sularında neft quyuları qazır. Rusiya bu barədə susur.

Müstəqil Azərbaycanın varlığı tarixi həqiqətdir. Müstəqil Azərbaycan Rusiya ilə Iran arasında bufer rolu oynayır, Rusiyanın Jirinovski kimi təcavüzkar dairələrinin qarşısında sədd olar. Bu təcavüzkar dairələr həmişə çalışmışlar ki, Fars körfəzinin isti sularına əl tapsınlar.

Amerika şirkətlərinin Iranın qonşuluğunda fəaliyyət göstərmələri də Iranı narahat edir. 1979-cu il inqilabından sonra Iran – Amerika əlaqələri kəsilmişdir. Amerika Fars körfəzində qoşun saxlayır Qafqaz və Orta Asiya rəqabət meydanına çevrilmişdir. Bütün bunlara baxmayaraq öz təbii sərvətlərindən istifadə etmək bu ölkələrin öz işidir. Bu ölkələr kifayət qədər sərmayə və müasir texnologiyaya malik deyillər. Elə buna görə də texnologiya imkanlarından məhrum olan Rusiya özü də Saxalin və Şimal qütbündə olan neft yataqlarının işlədilməsini Amerika şirkətlərinə verir. Müasir texnologiyanın olmaması Rusiyanın istismar edilən neft mədənlərini də böhranlı vəziyyətə salmışdır. Elə buna görə də Xəzər dənizinin neft yataqlarını işə salmaq xarici şirkətlərin iştirakı olmadan mümkün deyildir. Iran özü də kəşfiyyat və qazma işlərini xarici şirkətlərlə birgə aparır. Neft şirkətləri burada üçüncü bir qüvvə kimi çıxış edirlər. Bu da respublikanın istiqlaliyyatinin qorunmasında mühüm amildir. Beynəlxalq şərhçilər Azərbaycanda başlanan gərginliyi neft müqaviləsinin imzalanması ilə əlaqələndirirlər. Dövlət çevrilişi təşəbüsü bu müqavilənin taleyini şübhə altına alar, onun ləğv edilməsini asanlaşdırardı. Azərbaycanın iqtisadiyyatı təhlükə ilə qarşılaşar. Bu isə həm Iran, həm də Qərbi Avropa üçün istənilməyən, Rusiyanın şovinist dairələri üçün istənilən haldır. Iranın sərhədində qüdrətli bir Rusiyanın baş qaldırması strateji cəhətcə Iranın xeyrinə deyildir. Neft müqaviləsinə münasibət keçici xarakter daşıyır. Bu gün onun alternativi yoxdur.

Neft sənayesinin meydana gəlməsi.

Neft enenrji daşıyıcı maddə kimi müasir sənayenin əsasını təşkil edir. neftin tapılması, maşınlı sənayenin meydana gəlməsi ilə bir vaxta düşür. Ilk neft quyusu 1859-cu ildə Amerikada qarıldı və neftə çatdı, bu da neft sənayesinin əsasını qoydu. 1971-ci ildə Bakıda neft istehsalına başlanıldı. Burada ikinci neft sənayesi yaradıldı. Neft sənayesinin üçüncü mərkəsi Iran oldu. 1908-ci ildə birinci quyu neft verməyə başladı. Bundan sonra Iraq (1923), Bəhreyn (1932), Səudiyyə Ərəbistanı (1935), Küveyt (1937), Qətər (1938) neft çıxaran ölkələr sırasına daxil oldular.

Neft sənayesinin meydana gəlməsi tarixi neft şirkətləri arasında yaranan rəqabət tarixi, neft uğrunda gedən çəkişmələr tarixidir. Edvin Drayk birinci adamdır ki, Amerikada neft çıxarmağa nail oldu. Con Rokfellər Amerikada birinci sərmayədardır ki, neftin daşınması, emal edilməsi və satışını öz inhisarına aldı. Edvin Drayk yerin təkindən neft çıxartdı, Con Rokfeller isə neftdən pul çıxartdı. Neftin meydana gəlməsi tarixi neft qırxayağının formalaşması tarixidir. Rokfeller neft çıxartmaq ilə məşğul olmurdu. O, risk etmək istəmirdi. O, neftin daşınmasına, təsfiyə edilməsinə və satılmasına nəzarət edirdi. Rokfeller 1872-ci ildən başlayaraq öz rəqiblərini sıradan çıxartmaq üçün dəmir yol şirkətləri rəhbərləri ilə əlbir oldu. Neftin daşınması qiyməti artırıldı. Bu da imkan yaratdı ki, Rokfeller nefti öz rəqiblərindən ucuz satsın. Onlar iflasa uğrasınlar. 1878-ci ildə Rokfeller neft kəməlri və neft emal edən zavodların 95 faizini öz nəzarəti altına almışdı.

Indi hamıya tanış olan Standard Oil şirkəti 1890-cı ildə yarandı. Bu şirkət neft emal etməklə yanaşı neftçıxarma işinə girişdi. Rokfeller deyirdi: “Allah məni yer üzünə ona görə göndərib ki, neft çıxaram. Kim mənə qarşı çıxarsa, o allahın iradəsinə qarşı çıxır”. Belə bir zamanda standard Oil şirkətinin özbaşınalığı elə bir həddə çatdı ki, Amerikanın Ali məhkəməsi bu şirkəti 1911-ci ildə bir neçə şirkətə parçaladı.

Əsrin əvvəlində ingilis şirkətləri neft daşınması ilə məşğul oldular. Bu zaman Yaxın Şərqin neft ehtiatları onların diqqətini özünə cəlb etdi. 1902-ci ildə Vilyam Darsı Iranda neft çıxarmaq haqqında Iran şahından imtiyaz (konsesiya) aldı. 1908-ci ildə neft çıxarılmasına başladı, Ingilis – Persiya neft şirkəti yarandı. Bu şirkət indi Britiş Petrolium şirkəti adlanır. Ingilis, Hollandiya “Royal Dotçle” şirkəti çalışdı Osmanlı dövləti ilə əlaqəyə girsin, Bağdad – Mosul neft ehtiyatlarını işlətmək üçün imtiyaz alsın. Bu işdə Türkiyə ermənilərindən olan Gülbəngiyan meydana düşdü. Şel şirkəıti ilə Osmanlı dövləti arasında vasitəçi oldu. Avropalıların Yaxın Şərq neftinə əl tapmaları ilə əlaqədar Iran vəTürkiyə ermənisi ilə tanış olaq:

Antuan Kitabçıyan adlı erməni Iran baş gömrük idarəsinin rəisidir. Bu vəzifədə olarkən o, böyük sərvət sahibi olmuşdur. Paris sərgisində Iran tərəfindən çıxış edən bu erməni Baron Reyterin nümayəndəsi Edvard Kutla görüşür. Bu görüş 1900-cü ildə olur. Böyük sərvət sahibi olan bu erməni Fransanın maliyyə dairələri ilə əlaqəyə girir. Çalışır Baron Royterin ölümündən sonra da Iranda neft axtarışı davam etdirilsin. Həmin məqsədlə Edvard və Pərviz adlı oğlanları ilə ikinci dəfə Parisə gedir. Parisdə neftlə bağlı olan dairələrlə görüşür. Kitabçıyan Ingiltərənin Tehrandakı sabiq səfiri ilə Parisdə görüşür. Kitabçıyan bu görüşdən sonra Edvard Kuotu öz nümayəndəsi kimi Ingiltərəyə göndərir, Vilyam Darsinin Irana ayaq açması Ingiltərənin Iran nefti üzərində 50 illik hökmranlığı Erməni Kitabçıyanın bu “missiyasının” nəticəsi idi.

Başqa bir erməni, Türkiyə vətəndaşı Gülbəngiyan Iraq Petrolium şirkətinin yaradılmasında yaxından iştirak etdi. Amerika qəzetlərindən biri Gülbəngiyanın şəxsiyyəti barədə maraqlı məlumat verir.

Gülbəngiyan Istambulda anadan olmuşdur. Onun atası əvvəlcə xalça alveri, sonra isə idxalat və ixracatla məşğul olmuş, Bakı erməniləri ilə əlaqə yaratmış, Bakıdan Türkiyəyə ağ neft idxal etmişdir. Gülbəngiyan ibtidai məktəbi Türkiyədə, orta və ali məktəbi Ingiltərədə oxuyur. Mühəndislik diplomu alır, Bakıya gedib, burada neft sənaye sahibləri ilə görüşür. Bakı nefti barədə geniş məlumat toplayıb Ingiltərəyə qayıdır. Ingilis vətəndaşlığını qəbul edir. rusiya neft şirkətlərinin nümayəndələri və “Pel” neft şirkətinin səhmlərinin satılması ona tapşırılır. O, bu yol ilə böyük sərvət toplayır. Şirkətin rəisi Diterniklə yaxın əlaqə yaradır. Onun nümayəndəsi kimi Türkiyəyə gedir, osmanlı dövlətlərindən neft imtiyazı almağa müvəffəq olur. Bu dəllallıq onu dünyanın ən böyük sərmayə sahibləri sırasına çıxarır. 1910-ci ildə Ingilis sərmayəsi ilə “Türkiyə millli bankı” yarandı. Gülbəngiyan bu bankın müdirlərindən biri oldu. 1911-ci ildə “Afrika və Şərq” şirkəti təşkil oldu. Bu şirkət osmanlı neftini çıxarmaq barədə müqavilə imzaladı. Bu şirkətin 32 min səhmi Gülbəngiyana verildi. O, həmin səhmin 20 minini “Şel” şirkətinə satdı. “Şel” bu vasitə ilə həmin şirkətə üzv oldu. Gülbəngiyan bu şirkətin də müdirlərindən biri oldu.

Ingilis Iran neft şirkəti xarici işlər nazirliyi vasitəsilə Gülbəngiyanla əlaqə yaratdı. Afrika və Şərq şirkətinin səhmlərindən bir qismini almaq arzusunu bildirdi. 1914-cü ildə səhmlər 80 min lirədən 100 min lirəyə qaldırıldı. Lakin birinci dünya müharibəsi bu planı pozdu. Müharibədən sonra Iraq Ingiltərəyə, Suriya və Livan Fransaya verildi. Türkiyə ilə müttəfiqlər arasında “Senremo” müqaviləsi (aprel 1920-ci il) imzalandı. Həmin müqaviləyə əsasən Yaxın Şərq nefti Ingiltərə və Fransa arasında bölüşdürüldü. Almanların Rumıniya neftində olan sərmayəsi Fransa və Ingiltərəyə çatdı. Iraq neftinin 25 % Fransaya verildi. Fransa öz neft ehtiyaclarını ödəmək üçün Ingilis – Iran şirkətindən neft almaq hüququ əldə etdi. Neft kəmərinin Suriya və Livandan keçməsi, Aralıq dənizi sahilində neft anbarları tikilməsi, gəmilərə neft doldurulması, Fransa və Ingiltərə müstəmləkələrində neft çıxarmaq hüququnun Ingilis və Fransa vətəndaşlarına verilməsi “Senremo” müqaviləsinin başlıca yekunu idi.

Bu zaman Amerika və Avropa neft şirkətləri arasında rəqabət şiddətləndi. “Senremo” müqaviləsi Amerikanı qəzəbləndirdi. O, Fransa və Ingiltərərni təqsirləndirdi ki, onlar açıq qapılar siyasətindən uzaqlaşıb. Iraq neftini öz inhisarlarına almışlar. Amerika tələb etdi ki, bu mənbələrdən Amerika sərmayədarları da istifadə etsinlər.

O zaman dünyanın neft ehtiyatlarının 58 faizini Amerika təmin edirdi. Müharibədə müttəfiqlərin 80 faiz neftini Amerika verirdi. Amerika nefti ilə qələbə çalan müttəfiqlər qələbənin məhsulunu Amerikasız bölüşdürmüşlər. Neft müharibəsi elə bir həddə çatdı ki, Ingiltərə Iranın Şimal neftini və Türkiyə neft şirkətlərinin 25 faizi Ameirkanın standard Oil şirkətiinə verməli oldu. Rusiya nefti ilə əlaqədar rəqabət daha da gücləndi Standard Oil şirkəti Bakıda Nobel şirkətinin səhmlərini aldı. Parisdə sığınacaq tapan Rusiya qaçqınları Bakı neft mədənlərini neft maqnatlarına və Fransa bankirlərinə satdılar.

Qərb neft şirkətlərinin arzuları bu gün həyata keçdi. Sentyabrın 20-si yeni neft müqaviləsi imzalanması günü kimi seçildi.

Qərb şirkətlərinin imzaladığı bu müqavilə Yaxın Şərq neftinin Doktor Müsəddiq vasitəsilə başlanan milliləşdirilməsindən yarım əsr sonra imzalanır. 1953-cü il dövlət çevrilişi milliləşmiş Iran neftini Qərb neft konsorsumuna qaytarsa da milliləşmə dalğası elə bir məqama çatdı ki, Yaxın Şərq və Afrika ölkələrinin neft sənayesi biri digərinin ardınca milli elan edildi.

Sovet Ittifaqı dağıldıqdan sonra özəlləşmə geniş miqyas aldı, dünya miqyaslı iqtisadi siyasətə çevrildi. Qərb neft şirkətlərinin imzaladıqları müqavilə də bu siyasətin icrası fondunda görülən işdir. Dövlətin iqtisadiyyatdan ayrılması, yeni müstəqilliyə nail olan ölkələrin kifayət qədər sərmayə və texnologiyaya malik olmamaları çoxmillətli neft şirkətlərinin bu ölkələrə yol tapmalarına imkan yaradır.

Yüksək mənfəət əldə etmək üçün axan sərmayə qütbləşməni sürətləndirəcək, sərvətlə yoxsulluğu qarşı-qarşıya qoyacaq, qütblər arası ziddiyyətləri kəskinləşdirəcəkdir.

 

“Mühacir” qəzeti 2 noyabr 1994-cü il.

Ə. Lahrudi.


Bir müsahibə barədə

Mayın 25-də Bakı televiziyası Tehran televiziyasının iki nəfər Azərbaycan dilində danışan nümayəndəsinin Azərbaycan Milli Məclisinin sədri Rəsul Quliyevlə müsahibəsini göstərdi. Tehran televiziyasının nümayəndələri bu müsahibədə bir çox məsələyə toxundular. Onların ən başlıcası neft məsələsi və Azərbaycanda Iran “əleyhinə aparılan” təbliğatla əlaqədar idi. Azərbaycan məclisinin sədri suallara məntiqi cavab verdi. Biz ancaq onlardan biri barədə fikir söyləyirik, Tehran televiziyasının nümayəndəsi dedi:

- Yerli qəzetlərdə (“Azadlıq” qəzetində) Iran əleyhinə materiallar çap olunur. Azərbaycan Demokrat Firqəsi Bakıdadır. Onun qəzeti var. Yerləşmək üçün binası vardır. “Azadlıq” radiosu Amerikanın pulu ilə işləyir. Iran əleyhinə veriliş verir.

Bizim şərhimiz:

Azərbaycan Iranın yaxın qonşusudur. Bu ölkələrin əhalisinin böyük əksəriyyətinin dili və dini birdir. Başqa sözlə desək, Araz çayının şimalında və cənubunda vahid bir xalq məskundur. Bu xalq 200 il bundan əvvəl rus çarlarının təcavüzü nəticəsində parçalanmış və bir-birindən ayrı düşmüşdür. Indi Arazın şimalında müstəqil dövlət yaranmış, sərhədlər açılmış, kəsilən əlaqələr yenidən bərpa edilmişdir. Bu iş həm bu taylını, həm də o taylını sevindirməyə bilməzdi. Lakin elə qüvvələr vardır ki, yaranmış bu əlaqə onların mənafeyinə uyğun gəlmir. Bu qüvvələr çalışırlar Iran – Azərbaycan münasibətlərini pozsunlar. Iki ölkə arasında mövcud olan mədəni və iqtisadi əlaqələri məhdudlaşdırsınlar. Hadisələrin gedişi göstərir ki, Azərbaycan dövləti Iranla əlaqələrin yaxşılaşması ilə maraqlıdır. Hər iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə çalışır. Bu əsas prinsip pozulmasa, narahatlıq üçün əsas yarana bilməz.

Azərbaycanlılar, farslar, kürdlər, Iranda yaşayan bütün xalqlar və milli azarlıqlar müştərək mədəniyyətə malikdir. Min illərlə vahid bir ölkə daxilində yaranmış bu mədəniyyət Iran xalqlarınıın müştərək mədəniyyətidir. Lakin azərbaycanlıların da farslar və kürdlər kimi özlərinin milli dili, özünəməxsus mədəniyyəti vardır. Onlar min illərlə öz dil və mədəniyyətlərini tarixin fəlakətli tufanlarından qoruyub saxlaya bilmişlər.

Azərbaycanlı öz milli mədəniyyətini dirçəltmək üçün mübarizə aparır. O, hazırkı əsrin ortalarında milli hökumət təşkil etdi, öz ana dilinin rəsmi dil kimi işlədilməsinə nail oldu. Bununla əlaqədar Təbrizlə Tehran arasında müqavilə imzalandı. Amma mürtəce qüvvələr və onların imperialist himayədarları bu haqqı zorla Azərbaycan xalqının əlindən aldılar. Tehranın Azərbaycana qarşı yeritdiyi düşmənçilik siyasəti və həyata keçirdiyi cəza tədbirləri nəticəsində on minlərlə azərbaycanlı sürgün olundu, minlərlə günahsız insan qətlə yetirildi və minlərlə azərbaycanlı vətəni tərk etdi və qaçqın halına düşdü.

1979-cu il inqilabı mürtəce şah rejiminin busatını dağıtdı, yeni hökumət iş başına gəldi. Azərbaycanlı qaçqınlar (mühacirlər) inqilabi hökuməti müdafiə etdilər, vətənə qayıtmaq arzusunda olduqlarını bildirdilər. Amma inqilabi hökumət qaçqınların qayıtmasına meyl göstərmədi. Elə təhqiredici şərt irəli sürdü ki, qaçqınlar onu qəbul edə bilməzdilər. Hadisələrin gedişi döstərdi ki, Iran Islam Respublikası rəhbərliyinin qaçqınlara (siyasi mühacirlər) münasibəti şah hökumətinin münasibəti ilə eyniyyət təşkil edir. Televiziya müsahibəsində Azərbaycan Demokrat Firqəsi barədə məsələ qaldırmaq bir daha belə bir həqiqəti təsdiq etdi ki, Iran dövləti daxildə və xaricdə olan milli qüvvələrə qarşı təzyiq siyasətini hələ də davam etdirir, “yadfikirlilər”lə, qaçqınlarla barışmaq fikrində deyildir. Iran televiziyasının nümayəndəsi etiraz edir ki, Azərbaycan Demokrat Firqəsi Bakıda fəaliyyət göstərir, qəzet buraxır, özünün binası vardır. Lakin yaxın keçmişə müraciət etmir ki, Azərbaycan Demokrat Firqəsi Iran inqilabının qələbəsini alqışladı və inqilabi hökuməti qəbul etdi. Referendumda iştirak elədi. Islam Respublikasına müsbət rəy verdi. Azərbaycan Demokrat Firqəsi Iranın ərazi bütövlüyünü müdafiə edir, ancaq mədəni və idari muxtariyyət (vahid Iran daxilində) istəyir. Bu istək Iranın mövcud qanunlarına, Iran Islam Respublikasının əsas qanununa və beynəlxalq qanunlara uyğundur. Asiyada Hindistan, Avropada Isveçrə və Almaniya federal hökumət tərəfindən idarə olunur. Federal hakimiyyət heç də bu ölkələrin parçalanmasına gətirib çıxartmamışdır. Sovet Ittifaqı dağıldıqdan sonra yaranan Rusiya Federasiyasında federal hakimiyyət sistemi yaranmışdır. Bu ölkədə muxtar respublikalar təşkil olunmuşdur. Bu respublikaların parlamentləri və prezidentləri var nə üçün çoxmillətli Iran bu qaydadan istisna olsun? Zamanın istəyi ilə hərəkət etməsin? Dünyada baş verən dəyişikliklərdən uzaqda qalsın? Xalqların hüququnu möhtərəm saymasın? Iran elə hərəkət etməməlidir ki, xarici radiolar Təbriz, Ərdəbil, Urmiyyə, Zəncan və Həmədan radiolarının görmədikləri işi görsünlər. Azadlıq radiosu Amerikanın pulu ilə işləyir, Azərbaycan xalqının başa düşdüyü dildə danışır. Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan ostanlarının radio, televiziyaları Azərbaycan xalqının pulu ilə idarə olunur, amma milyonlarla savadsız azərbaycanlı kəndlisinin başa düşmədiyi bir dildə efirə veriliş buraxırlar. Iran radio və televiziyası bu “nöqsan”ı aradan qaldırmaq əvəzinə onun qonşu ölkədəki nümayəndəsi şikayətlənir, xarici radioların imkanlarından istifadə edən şəxsləri Azərbaycan xalqının dərdlərini dilə gətirən adamları məzəmmət edir.

Söz və qələm azadlığı olmayan bir ölkədə, siyasi və ictimai təşkilatların qadağan edildiyi bir ölkədə, yadfikirlilər üçün fəaliyyət imkanı olmayan bir ölkədə, ana dilində təhsil almaq hüququ tapdalanan bir ölkədə vətəndaş məcburdur xarici radiolardan istifadə etsin və başqa ölkələrdə sığınacaq axtarsın.

Azərbaycan Demokrat Firqəsinin bir sıra rəhbər kadrları 50 ildirdi ki, vətəndən uzaqlarda yaşamaq məcburiyyətində qalmışlar. Minlərlə iranlı siyasi qaçqın Avropada, Amerikada sığınacaq tapmış, öz siyasi təşkilatlarını bərpa etmək, yüzlərlə qəzet, jurnal və kitab çıxartmaq imkanı əldə etmişlər. Iranın rəsmi və qeyri – rəsmi nümayəndələri bu qaçqınlar əleyhinə və onların siyasi təşkilatlarına qarşı iddia qaldırmamış və əlaqədar ölkələrdə bu təşkilnatların fəaliyyətinin dayandırılmasını tələb etməmişlər.

Tehran televiziyasının nümayəndələri qaçqınlıq fenomenini bir prinsip kimi qəbul etmirlərsə, qoy öz dövlətlərindən tələb etsinlər ki, Iraq dövlətinin əleyhdarlarına, Əfqanistanın keçmiş dövlətininin əleyhdarlarına və erməni daşnaqlarına Iranda sığınacaq verməsinlər. Iran dövlətinin daxili və xarici siyasəti zora əsaslanan siyasətdir. Bu siyasət Iran xalqlarının milli mənafeyinə xidmət etmir.

 

“Mühacir” qəzeti 4 avqust 1995-ci il.

Ə. Əhmədzadə.


Inqilab xalqa nə verdi?

Iran inqilablar ölkəsidir. Yüz ildən artıqdır ki, bu ölkə qaynayır, coşur, zülm və zülmkara qarşı üsyan edir. Lakin bütün bunlar bu ölkədə yaşayan xalqların əzab-əziyyətini, həyat çətinliklərini, mənəvi və siyasi sıxıntılarını aradan apara bilməmişdi. Yalnız XX-ci əsrdə beş böyük inqilab baş vermişdir. Hər bir inqilab ən azı beş-on il toqquşmalar və silahlı mübarizələr ili olmuşdur. Ancaq ayağa qalxan, bir-birinə qarşı silah işlədən xalq son nəticədə heçnə əldə etməmişdir.

1979-cu il Iran inqilabı da belə inqilablardan biridir. Eyş-işrətlə gün keçırən, xalqın alın təri hesabına milyardlarla sərvət toplayan, 50 ildən artıq xalqa hakim kəsilən Pəhləvi sülaləsi, nəhayət, xalqın qəzəbinə düçar oldu, şahlıq rejimi məhv edildi. bu prosesdə 70 min iranlı tələf oldu, 100 min isə yaralanıb əlillər sırasına qoşuldu. Bu dəfəki inqilab dünyəvi hökumət deyil xalqa dini hökumət “bəxş etdi”. Ölkə Islam Cümhurisi adlandırılırdı, dini qanunlar dünyəvi qanunları əvəz etdi.

Bu gün ölkəyə hakim olan dini hökumətin tarixindən 16 il keçir. Həmin gün böyük təmtəraqla qeyd olunur. Yenə də belə bir sual ortaya çıxır: Inqilab xalqa nə verdi?

1905 – 1911-ci illər inqilabı Avropa demokratiyasının siyasi modelini, yəni konstitusiyalı monarxiya və seçki yolu ilə təşkil olan məclisdən ibarət siyasi sistem yaratdı, bütün eniş-yoxuşlara və ziqzaqlara baxmayaraq, 20-ci illər, 1941-46-cı illər və 1950-ci illərin inqilabi hərəkatı əsrin əvvəlllərində yaranmış siyasi sistemi dəyişdirə bilmədi, iqtisadi sistemdən isə danışmağa dəyməz. Çünki 20-ci əsr Iran üçün feodal-burjua, sonra isə komprador burjua iqtisadi sisteminin formalaşması əsridir. 1979-cu il inqilabı isə Avropanın Iranda hakim olan siyasi modelinə son qoydu, ölkədə yeni ictimai və siyasi dövlət quruluşu iş başına gəldi. Həm keçmiş dünyəvi hakimiyyət, həm də bugünkü dini hakimiyyət dəllal sərmayənin hakimiyyətidir. Keçmiş hakimiyyət öz iqtisadi mənafeyini qorumaq üçün Iranın əzəmətindən, iranlıların yüksək ariya irsinə mənsubluğdan, Iran imperatorluğunun qüdrətli keçmişindən dəm vurur, iranlılıq ideologiyasını təbliğ edirdi. Bugünkü hakimiyyət isə iranlılıq ideologiyasını dini ideologiya ilə birləşdirib, dini mənəviyyat və dini əxlaqiyyatı ön plana çəkir, iqtisadiyyatı isə yüksək mənəviyyata çatmaq üçün vasitə hesab edir. inqilabın ilk mərhələsində milyonlarla adamı küçəyə tökən, keçmiş quruluşa qarşı xalqda nifrət hissi oyadan, onu hərəkətə gətirən mexanizm bu gün daha işləmir, çünki möhkəm və dinamik iqtisadiyyata əsaslanmayan mənəviyyat cəmiyyətdə təmizlik və paklıq ideologiyasının yaranıb möhkəmləməsi üçün əsaslı zəmin yarada bilməz. Bununla əlaqədar Iran inqilabının tanınmış rəhbərlərindən biri, mərhum Ayətullah Məhəmməd Hüseyn Behiştinin hələ inqilabdan iki il sonra (10. 11. 59) Tehranın Əbülfəzl məsçidində çıxışına müraciət edək. O deyirdi:

“Biz son aylarda bir sıra müvəfəqiyyətli iş görməli idik. Çox pis oldu ki, görə bilmədik. Bu iş ondan ibarət idi ki, qələbədən sonra millətin kisəsində nə var idisə, onu bütün millət götürüb xərcləməli idi. Elə razılaşmışdıq ki, qələbədən sonra ölkədə nə varsa, hamısını geniş bir süfrə üzərinə yığaq və bütün milləti bir süfrə ətrafında əyləşdirək. Lakin belə olmadı. Çox da gecikmişik. Bu məsələni bir neçə dəfə inqilab şurasında qaldırmışam. Ictimai müsahibələrdə onu vurğulamışam. 8-9 ay bundan əvvəl tacirlərin və sahibkarların yığıncağında iki dəfə çıxış etmişəm, məsələni orada qaldırmışam dediklərim lentə yazılmışdır. Mən o vaxt sənaye sahiblərinə və tacirlərə müraciət edərək dedim: Islam inqilabı yoxsulların, əlsiz-ayaqsızların, məhrumların mövcud olduğu bir ölkədə tacirlərin, kəsbkarların və sənaye sahiblərinin yüksək gəlir əldə etmələrinə dözə bilməz. Gəlin siz özünüz islamın ədalətli iqtisadi sistemini qəbul edin. Müdirlərin, məsulların və mütəxəssislərin aylıq gəliri sadə fəhlənin əmək haqqından 3 dəfə artıqdır. Buna dözmək mümkün deyildir. Təəssüf edirəm ki, iqtisadi ədalətin bərqərar olması üçün bu sahədə gözə çarpan iş görülməmişdir. Bu gün sənayenin 73 % millətin ixtiyarına verilmişdir. Ancaq 27 % tək-tək adamların ixtiyarındadır”.

Mərhum Behişti bununla yanaşı, inqilabların xarakterindən danışır və qeyd edir ki, ümumiyyətlə, inqilablar, 1-ci, 2-ci və 3-cü illərdə bütün məsələləri həll edə bilmir. Sizin inqilab öz istiqamətində irəliləyir. Onun istiqaməti dəyişilirsə, biz bütün gücümüzlə ona qarşı çıxacağıq (Qum şəhəri, Bərrəsiye-məsaile-islam”, səh. 24-26).

Ayətullah Behiştinin dediyi bu sözlərdən 14 il keçir. Inqilab millətin varını bir süfrə üzərinə tökmədi, bərabər şəkildə ondan istifadə etmək üçün imkan yaratmadı. Behiştinin müraciət etdiyi tacirlər və sənaye sahibləri ölkənin sərvətini öz inhisarlarına aldılar, milyardlara sahib oldular. Inqilabı qələbəyə çatdıran xalq yenə də məhrumiyyətlərə dözməli oldu.

Inqilab öz yolu ilə irəlilədi. Ancaq Behiştinin dediyi və tövsiyə etdiyi iqtisadi, ictimai ədalət bərqərar olmadı. Behişti bununla əlaqədar tövsiyyə edirdi ki, istehsalla istehlak arasında tənasüb yaranmalıdır. Istehsal bütün cəmiyyət üzvləri arasında bölünməlidir. Bizdə isə bir milyon, iki milyon, üç milyon adam gəlirin yarısını, 33 milyon isə yarısını istehlak edir. Belə bir vəziyyət davam gətirə bilməz. Bu, ədalətdən uzaqdır. Bu, islamdan uzaqdır.

Mərhum Ayətulla Behişti həmin çıxışında belə bir nəticəyə gəlir ki, bizim cəmiyyətimiz əxlaq, ictimai və iqtisadi ədalət cəmiyyəti olmalıdır. Iqtisadi ədalət cəmiyyəti olmalıdır. Iqtisadi ədalət olmayan cəmiyyətdə əxlaq islamla həmahəng ola bilməz.

Hər bir ideologiyadan, istər dini ideologiya istərsə dünyəvi ideologiya insanlar üçün istifadə olunur. Iqtisadiyyatı əxlaq və mənəviyyatdan ayırmaq və hər birini mücərrəd şəkildə götürmək cəmiyyətin ahəngdar hərəkətini çətinləşdirir, onu qeyri-mümkün edir. Elə buna görə də 16 illiyi böyük bayram kimi qeyd edilən Iran inqilabı iqtisadi və ictimai ədalətə nail ola bilməmişdir. Milyonlarla insan yoxsul, hətta yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır. Yenə də Behiştinin dediyi bir milyon, iki milyon və üç milyon ölkənin sərvətinin yarısından çoxunu mənimsəyib rifahda yaşayır.

20-ci əsrin son siyasi inqilabı olan 1979-cu il Iran inqilabı tarixdə inqilab kimi səbt olmuşdur. Istibdada, ədalətsizliyə, yoxsulluğu törədən amillərə qarşı vaxtaşırı ayağa qalxmaq iranlıların bir növ psixologiyasına və həyat tərzinə çevrilmişdir. Belə bir xalq yenə də həyəcanlar içərisində, sıxıntılar içərisində, məhrumiyyət içərisində, hər şeydən ümid əlini üzdüyü bir dövrdə yaşayır. Iran öz inqilabının ildönümünü belə bir şəraitdə qeyd edir. Doğrudan da, bu vəziyyət uzun illər davam edəcəkdir?

“Mühacir” qəzeti 26 aprel 1995-ci il

Əhmədzadə.


21 Azər Hərəkatının 50 illiyi münasibətilə

ADF necə və nə üçün yarandı.

Müttəfiqlərin beş il Iranda olmaları, siyasi partiya və təşkilatların beş illik fəaliyyəti bir daha göstərdi ki, diktatorluq hakim olan Iranda xarici qüvvələrin bayrağı altında əbədi olaraq azadlıq əldə etmək və demokratik hakimiyyət qurmaq mümkün olmayacaqdır. Çörçill və Stalin – bu iki bir-birinə zidd olan qütbün nümayəndələri müəyyən tarixi dövrdə və müəyyən məqsəd üçün “müqəddəs” ittifaq yaratdılar. Lakin onlar öz məqsədlərinə çatdıqdan sonra bu ittifaq dağıldı. Bu iki ziddiyyətli qütb arasında yeni mərhələ başlandı. Rəqabət-əməkdaşlığın yerini tutdu. Bu rəqabət Irandan – Yaxın Şərqin ən həssas strateji məntəqəsindən başladı. Sovetlər çalışdılar şimal neftini onlar çıxarsınlar. Ingilislər və amerikalılar isə Sovet Ittifaqının Irandan uzaqlaşdırılmasını tələb edirdilər.

Iran xalqlarının isə özünəməxsus mənafeyi var idi. Əhalinin müxtəlif sinif və təbəqələri çalışırdılar ki, Iran siyasi və iqtisadi cəhətdən müstəqil olsun. Ölkənin sərvəti xalqa xidmət etsin.

Böyük torpaq və sərmayə sahıbləri çalışırdılar ancaq onların sinfi mənafeləri təmin edilsin. Başqa sözlə, dəyərlər mənafe baxımından, ilk növbədə iqtisadi mənafe baxımından qiymətləndirilsin. Müttəfiqlərin Iranda olması milli mənafe ilə fövqəlmilli mənafei birləşdirmək, eləcə də onları qarşı-qarşıya qoymaq üçün şərait yaratdı. Bu, müharibə dövrünə xas olan xüsusiyyət idi. Hakim siniflər öz mənafeini qorumaq, onu xarici müttəfiqlərin mənafei ilə birləşdirmək üçün milli qüvvələrə qarşı təzyiq mexanizmini işə saldılar. Bununla da diktatorluğa qayıtmaq mexanizminin “kəsərli” işləməsi təmin edildi.

Milli qüvvələr və onların potensial müttəfiqləri “fakt” qarşısında qaldılar. Bu zaman milli mənafeyi qorumaq üçün, o cümlədən hakim sinflərin diktatorluğunun qarşısını almaq üçün heç bir mexanizm yox idi. Azadlığın qorunması, gec də olsa, yeni mexanizmin yaranmasını tələb edirdi. Milli qüvvələr çalışdılar ki, bu əlverişli fürsətdən istifadə etsinlər, faşızmin məğlubiyyətindən bəhrələnsinlər, əldə edilən azadlığı qorusunlar.

Azərbaycan Demokrat Firqəsinin yaranması da belə bir tarixi zərurətdən irəli gəldi. Biz bu barədə sənəd və mədrəklərə, eləcə də firqənin banisi Pişəvəriyə istinad edirik: “Azərbaycandan başlamaq ADF-ni təşkil etmək, təsirli və işləyə bilən mexanizm yaratmaq Rza xan diktatorluğu dövrünə qayıtmaqın qarşısını almaq üçün görülən tədbir idi”.

Nə üçün Azərbaycandan? Tarixi sənəd və mədrəklər göstərir ki, Azərbaycan xarici hücumların və daxili irticanın qarşısında müqavimət göstərən möhkəm dayaqdır. Ərəb istilasından sonra iran 900 il xaricilərin hökmranlığı altına düşdü. Qafqaz dağlarından Mərkəzi Asiyaya qədər uzanan böyük ərazi yerli xanların arasında bölüşdürüldü. Tayfa və qəbilə müharibələri bu geniş ərazini xarabazara çevirdi. Belə bir şəraitdə səfəvilər Azərbaycanda ayağa qalxdılar. Azərbaycan 95 il onların paytaxtı oldu. Səfəvi padşahları təkcə Azərbaycan deyil, indiki Iranın bütün ərazisini, Əfqanıstanın və Mərkəzi Asiyanın böyük bir qismini öz hakimiyyətlərinə tabe etdilər. Şah Ismayıl Səfəvi 30 il şahlıq etdi. O öz səltənətinin birinci ilində (905 hicri - qəməri) Isfahan, Yəzd və Kirmanı ələ keçirdi. Ilk mərkəzləşmiş hükumətin əsasını qoydu. Səfəvilər elə bir zaman hakimiyyətə gəldilər ki, Iran dağılıb aradan getmişdi. 20-ci əsrin əvvəllərində də Iran dağılıb aradan gedirdi. Bu zaman da Azərbaycan ayağa qalxdı. Səttarxan bu hərəkatın baçında dayandı. Müstəqillik və demokratiya 20-ci əsrdə baş verən hərəkatın əsas xüsusiyyətini təşkil edirdi. Əhməd Kəsrəvi 20-ci əsrin ən görkəmli tarixçisi, Azərbaycanın rolu haqqında yazır: “iki seyyidin (Təbatəbai və Bəhbahani) il yarımlıq mərdanə və ağıllı səyləri, onların həmfikirlərinin səyləri nəticəsində Məşrutə hərəkatı meydana gəldi. Lakin yeni bir təkan lazımdı ki, o canlansın və irəli getsin. Belə bir təkanı Təbriz öz boynuna götürdü. Gözlənilməyən bir sıçrayışla şah sarayının ümidini qırdı. Tehran mübarizlərinin səsini hər yerə çatdırdı” (Tarixe-məşruteye Iran, səh. 125)

Azərbaycan nə təkcə Məşrutə hərəkatında təkanverici rol oynadı, bəlkə xalq kütləsinin oyanması da Azərbaycandan başlandı. Onu da deyək ki, məktəb ilk dəfə Azərbaycanda, daha dəqiq desək, Təbrizdə açıldı, sonra buradan Tehrana və başqa şəhərlərə çatdı.

Müzəffərəddin şah yeni fərman imza etdi. Bu fərman azərbaycanlıların təzyiqi nəticəsində imzalandı. Həmin fərmanda deyilirdi: “Vəliəhd vasitəsilə əhalisinə icazə verirəm milli şura məclisi təşkil edsinlər, onun nizamnaməsini hazırlasınlar. Bunun üçün Təbriz şəhərinin, eləcə də başqa vilayətlərin vəkilləri Tehrana gəlsinlər və bu işlə məşğul olsunlar...”(orada, səh. 163)

Bəli, Azərbaycan xalq hərəkatının dayağı və onun qərargahı idi. Elə buna görə də ilk əncümən Təbrizdə təşkil olundu. 20 nəfərdən ibarət əncümən üzvləri seçildilər. yerli ruhanilərlə birlikdə fəaliyyət göstərməyə başladılar. Onlar əncümən üzvləri ilə əməkdaşlıq etdilər”(yenə orada, səh. 165). Azərbaycan bununla da razılaşmadı. Təbriz əncüməninin qərarlarını icra etmək, məşrutə hərəkatının nailiyyətlərini qorumaq üçün zərbə qüvvəsi təşkil etmək qərara alındı. Bu qüvvə “Mərkəzi qeyb”adlanırdı. Əli Müsyo, hacı Rəsul Sədəqyani, Hacı Əli Davafruş, seyyid Həsən Şərifzadə, Mirzə Məhəmmədəlixan Tərbiyyət, Cəfərağa Gənceyi, Ağa Mir Bağır, Mirzə Ələskər Xoyi, Ağa Tağı, Şücayi, Ağa Məhəmmədsadıq, Xamneyi və Seyyid Rza “Mərkəzi qeyb”in üzvləri idilər” (orada, səh. 167).

“Mərkəzi qeyb”in mücahid dəstələri inqilabi hərəkatı inqilabı metodla davam etdirirdilər. Tehran və cənub əyalətlərinin əksinə olaraq inqilaba Azərbaycanın orta və aşağı sinif və təbəqələrinə mənsub olan qüvvələr rəhbərlik edirdi. Əgər cənubda və şimalda məşrutəçilərin başında Sərdari Əsəd Bəxtiyari və Sipəhsalari Rəşti kimi feodallar durdusa, Azərbaycanda xalq içərisindən çıxmış Səttar xan və Bağır xanlar dururdu. Onlar həm Tehrandan gələn Eynüddövlə, həm də Səməd xan Şücaüddövlə, Rəhimxan Çələbiyani, Nizam Şüca Mərəndi kimi feodallarla vuruşurdular.

Pişəvəri kimi bir şəxsiyyətin zühur etməsi də Azərbaycanın milli və demokratik hərəkatında qanunauyğun bir iş idi. Azərbaycan xalqı iftixar edə bilər ki, 20-ci əsrin birinci yarsında Iran tarixinin ən həssas mərhələsində Şah Ismayıl Səfəvinin vərisi olan Səttarxanlar, Xiyabanilər və Pişəvərilər cəsarətli addım atıb hərəkatın başında dururdular.

Səfəvilər dövründə olduğu kimi, bu dəfə də ilk addımı Azərbaycan atdı. Bu barədə Pişəvərinin dediklərini nəzərdən keçirək. Pişəvəri 12 Şəhrivar müraciətnaməsi ilə əlaqədar Təbrizin Şire-xorşid salonunda çıxış etdi və dedi: “Il yarım bundan əvvəl mən həmin salonda çoxlu dəlil və arqumentlə isbat etdim ki, müharibədən sonrakı Iran öz müstəqilliyini saxlayacaqdır. Indi də belə düşünürəm. Çünki bu müstəqiliyə böyük şəhsiyyətlər zəmanət verir. Mən bu məsələni ona görə irəli sürürəm ki, firqəmizə pis niyyətlə baxanlar elmi şuramızı təhrif etməsinlər”.

Pişəvəri bu çıxışında Iranın xəritəsin barmağı ilə havada cızdı və dedi: “Bizim tələblərimiz bu xəritədən xaricdə deyildi. Biz Iran sərhədləri daxilində söhbət edirik”.

Pişəvəri yaxın keçmişə işarə etdi və dedi: “bu yığıncaqda iştirak edənlər mənim ikinci geniş çıxışımı yaddan çıxarmayıblar. Mən o zaman 16 min azərbaycanlı tərəfindən məclisə vəkil seçilmişdim...Mən o zaman ölkənin vəziyyətini nəzərə alaraq dedim: “Bir vəkil vasitəsilə ölkəni fəlakətdən qutarmaq olmaz. Mən o zaman çox narahat idim. Çünki bir sadə fəhlə çox sevinclə məni opdü və dedi: “Səni allaha tapşırıram. Bizim dərdlərimiz üçün çarə tap”.

Mən bilirdim ki, ölkədə, xüsusilə Tehranda mövcud olan vəziyyətlə bu fəhlənin arzusunun həyata keçirilməsi üçün elə bir iş görə bilməyəcəyəm. Mən buna görə də xalqa muraciət etdim. Kömək istədim və dedim: “Vəkil təklikdə heç bir iş görə bilməz. Xalq gərək əl-ələ versin öz dərdlərinin çarəsin tapsın”.

Tehrana getdim, məclisə daxil oldum, orada minlərlə cavabsız teleqram və ərizə gördüm. Məclis və dövlət 5-6 qərəzli, oğru və hoqqabazın əlaltısıdır. Fürsətdən istifadə edərək sözlərimi dedim. Azərbaycan xalqının ehtiyaclarını vəkillərə çatdırdım. Hamı diqqət və sükutla mənim sözlərimi təsdiq etdilər. Lakin çox alçaqlıqla mənim etibarnaməni rədd etdilər. Mən bu vəziyyətdən naumid və məyus olmadım. Azadıxahlarla birlikdə azadlıq cəbhəsini təşkil etdim. Orada mübarizə apardım. Təəssüflə qeyd edim ki, hərarətli məqalələr və tünd sözlər təsirsiz və cavabsız qaldı. Inandım ki, Tehranda oturmaq, məqalə yazmaq, nitq söyləməkdən bir şey çıxmayacaqdır. Bir il qabaq Təbrizə gəldim. Fikir mübadiləsi ilə məşğul oldum. Mənim təbrizli silahdaşlarım dedilər: “Tehranın əlindən bir iş gəlmir, Azərbaycandan başlamaq lazımdır”.

Bu sözün həqiqi mənasını o zaman başa düşdüm ki, Azərbaycan xalqının şikayətləri barədə dövlət məsuları ilə müzakirə apardım. Bəyat dedi: “ xalq ərizə və teleqram yazmaqla özünü incitməsin”.

Sədr dedi: “bir teleqraf olmasın, min teleqraf olsun, mən onlara cavab verməyəcəyəm”.

Bu sözlərdən sonra xalqa müraciət etməkdən başqa çarə qalmadı. Mən belə bir şəraitdə Təbriz azadixahlarının təklifi ilə Tehrandan Azırbaycana gəldim. Öz məsləkdaşlarımla fikir mübadiləsi apardım. Iran və Azərbaycan hadisələrin analiz etdikdən sonra əməli fəaliyyətə keçmək üçün böyük və müstəqil bir firqənin yaranması zərurəti ortaya çıxdı. Bu təşkilat ona görə demokrat adını qəbul etdi ki, dünyanın bütün xalqları demokratiyanı qəbul etmişlər”.

Pişəvəri 12 Şəhrivər müraciətnaməsinə işarə edərək dedi: “ Bu müraciətnamə Azərbaycan xalqının uzunmüddətli tələbləri əsasında yazılmışdır. Tehran mürtəceləri Azərbaycana ağır zərbələr vurmuşlar. Biz Tehranın irticai rejimindən heç bir şey gözləyə bilmərik. Tehran hökuməti bizim rəhbərlərimizi məhv etmiş, milli qürurumuzu sındırmağa çalışmışdır”.

Yaponiya təslim olduqdan bir gün sonra ADF öz varlığını elan etdi. Müharibə qurtarandan 6 ay sonra müttəfiqlər Iranı tərk etməli idilər. ADF öz məsuliyyətini dərk edir və bilirdi ki, müttəfiqlərin Iranda olması ikibaşlı qılınca bənzəyir:

Tehranın azadixahlara qarşı hücumunun məhdudlaşdırılması, qüvvələr nisbətinin azaduxahların xeyrinə dəyişməsi üçün ciddi və zəruri tədbir görməyi tələb edirdi. Bu əlverişli fürsətdən istifadə etməmək diktatorluğun demokratiyanı məhv etməsi demək idi. Buna görə də Pişəvəri müttəfiqlərin xarici işlər nazirlərinin London konfransına xitabən yazırdı: “Müharibə zamanı faşizm əleyhinə mübarizə aparan azadixah qəzetlər bağlanır. Biz başa düşmürük ki, Atlantik xartiyasının və Podstam konfransının qərarları niyə Iran üçün şamil olmur? Bu gün “hür”, “Nəsimi-səba”, “Keşvər” kimi Şərq despotizmindən ilham alan qəzetlər açıq-aydın qara-qorxu gəlilər və yazırlar: “Qoy müttəfiq qoşunları irandan çıxsınlar, o zaman biz göstərərik ki, azadlıq və demokratiya nədir”. Doğurdan da, London konfransı bunlardan xəbərsizdir? Dünya xalqları azadlığa və demokratiyaya iftixar etdikləri bir zaman Iran xalqları 5 – 3 nəfər azadlıq düşməninin boyunduruğu altında qalmalıdır? Biz azırbaycanlılar da bu haqdan istifadə etmək istəyirik. London konfransı bilməlidir ki, Azərbaycanda azadlıq səngəri yaranmasa, Iran xalqları həqiqi azadlığa çata bilməyəcəklər. Azərbaycan Iran azadlığının məşəlidir. Bu məşəl həmişə işıq saçmalıdı.

Pişəəvri bu həqiqətləri söyləməklə əmin olduğunu bildirir ki, müttəfiqlər bizim xalqımızın böyük xidmətlərini nəzərə alacaq, mürtəce ünsürlərin yolunu bağlayacaqlar. Xalqımız üçün demokratik bir dövlət yaradılması üçün imkan yaradacaqlar” (“Azərbaycan”, 30 şəhrivət, 1324).

Pişəvəri burada iki əsas məsələyə toxunur: onlardan biri bundan ibarət idi ki, mürtəcelər sözdən işə keçirlər: azadixahları birbaşa təzyiq altına alırlar. Tehranda fövqaladə vəziyyət bərqərar etmişlər. azadixah və ziddifaşist qəzetləri bağlayırlar. Mürtəce qəzetlər vasitəsilə azadixahları qorxutmaq və mübarizə meydanından qaçırtmağa çalışırlar. Pişəvərinin irəli sürdüyü məsələrdən biri də Iran və Azərbaycan azadixahlarının müttəfiqlər qarşısında irəli sürdüyü tələbdən ibarətdir. Pişəvəri açıq-açığına müttəfiqlərə deyir. Siz faşıizmi məhv etdiz, demokratiya qalib gəldi, Atlantik xartiyası və Postdam konfransı dünya xalqları üçün təyinemüqəddarat hüququnu qəbul etmişdir. Bəs nə üçün Iran xalqları bu hüquqdan məhrum olmalıdırlar? Müttəfiqlər bu açıq hüquqa əsaslanaraq dünya azadixahları ilə bir sırada olmalıdırlar. Iranda da demokratik bir hökumət yaranmalıdır. Iran azadlığının dayağı olan Azərbaycan milli muxtariyyət (Iran daxilində) hüquqdan istifafə etməlidir.

Sovet Ittifaqı Iran azadixahlarının çağırışına müsbət cavab verdi. Lakin müharibə zamanı müttəfiq olduğu dövlətlərin təzyiqi nəticəsində bu köməyi sona çatdıra bilmədi.

Tehranın mürtəce rejimini müdafiə etmək, milli və demokratik qüvvələrin birliyinin qarşısını almaq azadixah partiyalara təzyiq göstərmək, milli qəzetləri bağlamaq, antisovet təbliğatını gücləndirmək, qüvvələr nisbətini mürtəcelərin xeyrinə dəyişirdi. Diktatorluğa qayıtmaq üçün əlverişli şərait yarandı.

Belə bir şəraitdə Azərbaycan cəsarətli tədbirə əl atdı. Doğrudan da, risk elədi. Azadlıq məşəlini yenidın yandırdı. Pişəvəri bu barədə deyildi: “Azərbaycan Iran azadıxahlarının məşəlidir. Bu məşəli söndürmək olmaz! Lakin daxili və xarici mürtəcelər bu azadlıq məşəlini söndürdülər”. Təsadüfi deyil ki, Pişəvəri London konfransına xitabən deyirdi: “Əgər Azərbaycanda möhkəm azdlıq səngəri yaranmazsa, Iran xalqları azadlıqa şatmayacaqlar”.

Müttəfiqlər mürtəcelərə kömək etdilər. azadlıq səngəri aradan getdi. Səttarxan hərəkatından sonra 10 il anarxiya, 20 il qara irtica Irana kölgə saldı. Pişəvəri hərəkatı boğulduqdan sonra 50 ildir ki, rəngarəng mürtəcelər ən şiddətli təzyiq yolu ilə dəhşətli diktaturanı qoruyub saxlayırlar. Irtica Azərbaycandan qorxur. Min hiylə ilə çalışır onun səsini boğsun. Mürtəcelər Azərbaycandan bir da ona görə qorxurlar ki, azərbaycanlılar təkcə azərbaycanda yox, Iranın başqa məntəqələrində, o cümlədən tehranda mübarizə aparan qüvvələrlə bir sırada gedirlər.

Pişəvəri xalq qurultayında (aban, 1324) azərbaycanlıların mübarizliyi barədə danışarkən demişdir: “O zaman (Rza şah zamanı) bütün məhbuslar və sürgün olunanlar azərbaycalılar idilər. onların sırasında tək-tək gilək də var idi. Mürtəcelər azərbaycanlılara təzyiq göstərirdilər. Təbrizdə iki nəfərin bir-birilə söhbət etməsinə icazə vermirdilər”.

Pişəvəri həmin qurultayda muxtariyyət məsələsinə toxunaraq dedi: “Azərbaycan məsələsi Azərbaycanda, yəni Təbrizdə həll olunmalıdır...Bununla birlikdə biz Iran istiqlalına əlaqəməndik. Biz Iran bayrağını dəyişmirik. Amma milli muxtariyyət istəyirik. Muxtariyyət isə müstəqillikdən fərqlidir” (“Azərbaycan”, 21 Azər, 1324).

Xalq qurultayı şaha, məclis rəisinə və baş nazirə açıq məktubla müraciət etdi. Bu üç dövlət məqamı qarşısında Azərbaycan xalqının tələbini irəli sürdü. Bu məktubda qeyd edilirdi ki, Azərbaycan Irandan ayrılmaq fikrində deyildir.

Pişəvəri milli hökumətin proqramını milli məclisə təqdim etdi. Həmin proqramın birinci maddəsində müstəqil Iran çərçivəsində milli muxtariyyət məsələsi qoyulmuşdur.

ADF özünün ilk müraciətnaməsini 12 Şəhrivər 1324-cü ildə (3 sentyabr 1945) buraxdı. Bu müraciətnamə siyasi təşkilatın buraxdığı kamil bir sənəd idi. ADF müəyyən tarixi mərhələdə həssas bir məsuliyyəti öz üzərinə götürməyə curət etdi.

Tarix qanunauyğun istiqamətdə hərəkət edir. hadisələrin bir-birinə bağlılığı şəraitində irəliləyir və keyfiyyət dəyişikliyi ilə nəticələnir. ADF belə bir qanunauyğun hərəkət istiqamətinə qədəm qoydu. Bu təşkilatın insanpərvər mahiyyəti, siyasi, ictimai və mütərəqqi iqtisadi proqramı bir əyalət çərçivəsində sığışıb qala bilməzdi. Elə buna görə də ADF-nin tarixi rolu 12 Şəhrivər müraciətnaməsinin birinci maddəsində öz əksini tapdı: “Iranın müstəqilliyini və ərazi bütövlüyünü qorumaqla Azərbaycan xalqına daxili azadlıq və mədəni muxtariyyət verilməlidir”.

ADF öz siyasətini həmin müraciətnamənin müddəalları üzərində qurdu. Həm bir illik hakimiyyət dövründə, həm də şah qoşunlarının Azərbaycana hucumundan sonrakı dövrdə bu strateji siyasət dəyişilmədi. Müraciətnamənin birinci maddəsində əyalət və şəhər əncumənlərinin təşkil edilməsi nəzərdə tutulurdu. Müraciətnamə nəşr olduqdan 3 ay sonra xalq qurultayı Tehranın təzyiqinə qarşı çıxaraq bir addım da irəli atdı, Milli hökumət milli məclisi əyalət və şəhər əncümənlərindən üstün hesab etdi. Milli muxtariyyət onun ruhuna uyğun şəkil aldı. 21 Azər hərəkatı Azərbaycan xalqının milli hərəkatının ən yüksək mərhələsini təşkil etdi. Milli hökumət dövrün ən münasib hakimiyyət forması idi.

Pişəvəri özünün xalq qurultayında söylədiyi tarixi nitqində bu barədə dedi: “Biz ilk növbədə Azərbaycanda öz milli hökumətimizi yaradacağıq. Biz görəcəyimiz işləri xalqla məsləhətləşirik. Qoy yaxşıları qəbul etsinlər, pisləri kənara atsınlar”.

Pişəvəri həmin nitqində bir daha təkrar etdi ki, ADF təcziyə-tələbliyi, separatizmi rədd edir. o, açıq-açığına bildirir ki, biz istəmirik Azərbaycan Irlandiya və ya Isveçrə olsun.

Xalq qurultayı Azərbaycan xaqlqının milli və demokratik hərəkatının yeni mərhələsini təşkil edirdi. Bu qurultayın qərarlarının əsas özəyini milli məclisə seçkilər aparmaq və milli hökumət yaratmaq təşkil edirdi. Azərbaycan xalqının milli və demokratik hərəkatının üçüncü mərhələsi o zaman başlandı ki, Tehranla Təbriz arasında müzakirə aparmaq üçün imkan yarandı. Tehran 7 maddəlik bəyanatla çıxış etdi. Bu bəyanatda Azərbaycan xalqının əsas tələbləri rəsmiyyətlə tanındı. Uzun müzakirədən sonra Pişəvəri ilə Müzəffər Firuz arasında 15 maddəlik saziş Təbrizdə imzalandı. 7 maddəlik bəyanatda olduğu kimi, 15 maddəlik sazişdə də Tehran hökuməti Azərbaycan hərəkatını rəsmiyyətlə tanıdı. Tehran qəbul etdi ki, əyalət və vilayət əncumənləri əsas qanunun 29, 90, 91, 92 və 93-cü maddəıərinə uyğun olaraq öz işlərini aşağıdakı şəkildə quracaqlar:

1. Kənd təsərufatı, ticarət, incəsənət, nəqliyyat, maarif, səhiyyə, polis, maaliyyə idarələrinin rəisləri, prokuror, əyalət və vilayət əncumənləri tərəfindən seçilir. Tehran onların hökmlərini imzalıyır.

2. Vali (qubernator) əyalət əncuməninin təklifi ilə mərkəzi dövlət tərəfindən təyin edilir.

3. Iranın başqa əyalətlərində olduğu kimi, rəsmi dil fars dilidir. Idarələrdə, eləcə də ədliyyə orqanlarında iş fars və Azərbaycan (türk) dilində aparılır. Məktəblərdə isə dərslər 5 sinfə qədər Azərbaycan dilində aparılır.

4. Mərkəzi dövlət xalisə (dövlət) torpaqlarının kəndlilər arasında bölünməsinə, bu işin bütün Iran miqyasında həyata keçirilməsinə prinsipcə razılıq verir. 11-ci maddə administrativ şura yaradılması nəzərdə tutulur. Şurada ostandar (vali), idarə rəisləri və əyalət əncuməninin rəyasət heyəti iştirak edir. Şura əyaləti əncumənin nəzarəti altında fəaliyyət göstərir, 12-ci maddədə dövlət bəyannaməsinin 3-cü maddəsinə aşağıdakı şəkildə düzəliş verilir: Ali məktəblərdə və orta məktəblərdə dərs fars və Azərbaycan dilində aparılır.

Həmin sazişə əsasən, idarə sistemininin forması dəyişir, milli hökumət yerinə administrativ şura (idarəçilik şurası) təşkil olunur, milli məclis əvəzinə əyalət əncuməni yaranır. Administrativ şura əyalət əncumənin nəzərəti altında fəaliyyət göstərir. Bu sazişlə Azərbaycanın milli muxtariyyəti rəsmiyyət tapır.

Saziş imzalandıqdan sonra Pişəvəri Təbriz radiosu ilə çıxış etdi. Pişəvəri həmin çıxışda bildirdi: Biz və bütün Iran xalqları bir aylıq müzakirənin gedişini səbirsizliklə gözləyirik. Indi bu müzakirə başa çatmışdır. Qəvamussəltənətinin siyasi müavini Müzəffər Firuzun rəhbərliyi altında Təbrizə nümayində heyəti gəldi, bu tarixi saziş imzalandı. Bu saziş Qəvamussəltənə hökumətinin və Azərbaycan milli məclisinin təsdiqindən sonra icra ediləcəkdir. Bu çıxışında Pişəvəri qeyd edirdi: “ Azərbaycan xalqı 12 Şəhrivər müraciətnaməsində irəli sürülən tələbləri müharibəsiz əldə etmişdir. Bu sazış təkcə Azərbaycan xalqı üçün deyil, bütün Iran üçün böyük əhəmiyyətə malikdir. Iranın azadixahları və vətənpərvərləri yarım əsrdən sonra torpaq məsələsi barədə böyük bir addım atdı. Mərkəzi dövlət qəbul etdi ki, bütün Iranda azadlıq və demokratiyanı təmin etmək üçün yeni seçki qanunu qəbul etsin. Mərkəzi dövlət qəbul etdi ki, qadınlar da seçib-seçilmək hüququna malik olmalıdırlar. Mərkəzi dövlət Azərbaycan dilini rəsmiyyətlə tanıdı. Qəbul etdi ki, azərbaycanlı bundan sonra da öz ana dilində dərs oxusun. Azərbaycanı öz dili ilə idarə etsin. Hər şeydən üstün fakt odur ki, mərkəzi dövlət bizim hərəkatımızı demokratik hərəkat kimi rəsmiyyətlə tanıdı...”.

Bu çıxışda Pişəvəri bir daha qeyd etdi ki, bu sazişin imza edilməsi ilə xalqımızın mübarizə tarixində yeni dövr başlanır. Ola bilsin, bu mübarizə daha çətin və daha ağır şəraitdə aparılsın.

21 Azər

21 Azər hərəkatı Azərbaycan xalqının uzun illər apardığı mübarizənin, eləcə də bütün dühya xalqlarının milli və demokratik hərəkatının davamıdır. Iran çoxmillətli ölkədir. Orada çoxlu millətlər və milli əqəliyyətlər yaşayırlar. Fars dili rəsmi dövlət dili olsa da, fars olmayan xalqların və milli əqəliyyətlərin 95% öz ana dilində danışır. Azərbaycanın, Kürdüstan, Bəluçistan və Türkmənistanın kənd əhalisinin mütləq əksəriyyəti fars dilini bilmirlər. bu “savadsız” və azsavadlı kütlə öz ana dilini və mədəniyyətini tarixin tufanlı hadisələrindən qoruyub saxlamış, onu nəsildən-nəsilə çatdırmışdır.

21 Azər hərəkatının ən başlıca nailiyyəti Azərbaycan dilini rəsmiləşdirmək, onu dövlət idarələrində, mədəni-maarif və səhiyyə müəssisələrində işlətməkdən ibarət idi. Elə buna görə də Iranda baş verən xalq hərəkatları ikili xarakter: yerli və ümumiran xarakteri daşıyır. Məmalike Mahrusə (mühafizə edilən ölkələr) istilahı da bu ikili xarakterdən irəli gəlir. Heç də təsadüfi deyildir ki, ingilislərin əlaltısı olan Seyid Ziya Təbatəbai özünün “Şəayiri-milli” (“Milli ənənə”) adlı kitabında yazırdı: “Elə bir yol seçməliyik ki, heç bir tayfa, heç bir şəxs elə təsəvvür etməsin ki, başqalarının adətlərinin və istəklərinin təsiri altında yaşayır. Elə bir siyasət aparaq ki, Məmalike Mahrusə əvəzinə Birləşmiş Iran Əyalətləri yaransın” (“Şəayiri- milli”, səh. 12).

Birləşmiş Iran məmləkətləri məsələsi ancaq Seyid Ziyanın ideyası deyil, çünki Iran qədim zamanlardan başlayaraq federasiya və yaxud əyalət avtonomiyaları şəklində idarə edilmişdir.

Təbrizdə yaranan ilk əncumən – bu əncumənin əldə etdiyi ixtiyar muxtariyyət vəzifəsini həyata keçirirdi. Xiyabini və Çəngəl hərəkatları da bir növ muxtariyyət idi. Elə buna görə də Mirzə Kiçik Xanın başını kəsdilər. Xiyabanini də faciəli şəkildə öldürdülər. Xiyabanini qətlə yetirən müxbirüssəltənə şura məclisində həyasızlıqla deyirdi ki, mən Şeyx Məhəmməd Xiyabanini ona görə öldürdüm ki, o, xəyanət etmək fikrində idi. Mən onu öldürməklə Irana böyük xidmət göstərdim.

Bəli, əlaltı şura məclisində müxbirüssəltənə öz cinayətlərilə iftixar edə bilərdi. O, nə təkcə Xiyabanin qatili idi, bəlkə dolayı yolla Səttarxanın qatili idi. O Səttarxanı Tehrana göndərdi. Sərdari-milli, o zamankı polis idarəsinin rəisi, erməni Yeprimxan vasitəsilə öldürüldü.

21 Azər hərəkatı ilk milli və demokratik hərəkat idi ki, Azərbaycanda milli hakimiyyət qurdu. Tehranı məcbur etdi ki, hərəkat rəhbərləri ilə müzakirə aparsın. Onunla saziş bağlasın və Azərbaycan hərəkatını rəsmiyyətlə tanısın. Lakin müxbirüssəltənənin varisləri yenə də hiylə işlətdilər. Səttarxanın, Xiyabanin, Heydar Əmioğlunun, Kolnel Məhəmməd Tağı xanın, azadlıq yolunun bu qəhrəmanlarının varəslərini faciəli şəkildə qətlə yetirdilər. Bu dəfəki faciə Səttərxan və Xiyabani dövründən daha dəhşətli idi. “Hür”, “Nəsimi-səba” və “Keşvər” kimi mürtəce qəzetlərin qara-qorxuları “çin” oldu, müttəfiqlər Irandan çıxdılar. Şah qoşunu Azərbaycana hücum etdi, kütləvi qırqın və kütləvi sürqün başlandı.

21 Azər hərəkatının 50 illiyi ərəfəsində bu qəhrəmanlar qarşısında baş əyib təzim edir, onlardan bir neçəsinin adını bir daha yada salırıq.

Nurulla Yegani – Məşrutənin qocaman mücahidi, Ş. M. Xiyabaninin məsləkdaşı, Əbdülqasim Lahutinin silahdaşı, ADF-nin banilərindən biri, Urmiyyə nəzmiyyə idarəsinin rəisi: Xəlil Azərbadeqan – Ərdəbil vilayətinin valisi; Nüsrət Həbib Ilahi – “Cövdət” qəzetinin redaktoru; Dadaş Tağızadə - S. C. Pişəvərinin “Qəsri-qacar” zindanında məhbus yoldaşı, Firqənin marağa komitəsinin sədri; Firudin Ibrahimi – Azərbaycanın baş prokuroru; Rəbiüddövlə Kəbiri – fədai generalı; Məməd Əmin Azadvətən – firqənin Urmiyyə komitəsinin sədri; Əbdülsəməd Imrani – Əhər komitəsinin sədri; Qulamrza Cavidan – polkovnik; Mirkazım Ələmi – Miyanduab valisi; Şeyx Məhəmməd Aliishaq – Zəncanın tanınmış ruhanisi; Israfil Qadiri – fədai əfsərı; Məmmədəli Ramitin – fədai əfsəri; Əjdər Baldari – nəzmiyyə əfsəri; Şahmar Səmədi – Nir komitəsinin sədri; Şeyx Polad Əhmədi – Ismayıl Zəbihi Meşkin fədai komitə sədri; Sarı Ismayıl Ərdəbilli, Həsənəli və Hüseynəli Çapaqani, Cəfər Qaradərvişli, Hüseyn Cəlali, Şahsevən qızı Səriyyə, Mirzəməmmədəli Irşadi Ruhani, Qulu Sübhi – fədai polkovniki, Mirəyyub Şəkiba – Pişəvəri ilə “Qəsri-qacar” zindanında məhbus, Urmiyyə maarif rəisi; Məhərrəm Inşai Ərdəbil, Sədi Yüzbəndi – şair, Məhəmməd Bağır Mirkəlam – şair.

21 Azərin başqa qurbanları da olmuşdur: general Əzimi, polkovnik Qazi, mayor Agəhi, kapitan Sultan Azad, polkobnik Mirtəzəvi, mayor Hüseyn Nasiri, mayor Cövdət, mayor Qasimi, Kapitan Dəbirniya, kapitan Zəhiri, kapitan Kupal, mayor Xakizad, kapitan Yəhya Şeyxi.

Bunlar Iran qoşunun bacarıqlı, savadlı zabitlər idi. Onlar mürtəce quruluşla razılaşmırdılar. Ona qarşı mübarizə aparırdılar. 21 Azər hərəkatı elə bir şərait yaratdı ki, bu mübariz zabitlər Iran Xalq Partiyasının tövsiyəsi ilə Azərbaycana gəldilər. Azərbaycan mübarizlərinin sırasına qoşuldular, öz hərbi biliklərini Azərbaycan fədailərinə və qızılbaş əsgərlərinə çatdırdılar. Onlar vətənpərvərlik andına sadiq qaldılar, təcavüzkar şah qoşununa təslim olmadılar, qətlə yetirildilər.

Mühacirət – Vətəndən uzaq düşmək, siyasi mübarizənin ayrılmaz hissəsidir. 21 Azər hərəkatını boğdular. Firqə kadrlarının böyük bir hissəsi vətəndən uzaq düşdülər, mühacirlər siyahısına daxil oldular. Firqənin rəhbər kadrlarının böyük əksəriyyəti, nazirlər və fədai zabitləri mühacirlər sırasına qoşuldulır. Firqə mühacirləri Sovet Azərbaycanında sığınacaq tapdılar, öz siyasi fəaliyyətlərini davam etdirdilər, demokrat firqəsini mühacirətdə bərpa etdilər. Lakin mühacirət uzandı, siyasi fəaliyyət meydanı məhdudlaşdı, təcrübəli kadrlar zaman keçdikcə dünyalarını dəyişdilər. Azərbaycan Demokrat Firqəsinin ilk sədri S. C. Pişəvəri lənətə gəlmiş bu mühacirıtin ilk qurbanı oldu. Firqə özünün ən görkəmli rəhbərlərini itirdi. Sadıq Badeqan ikinci sədr, general Qulam Yəhya üçüncü sədr, Mirrəhim Vilayi və Rəhim Qazı sədr müavinləri, Qiyami ali məhkəmənin sədri, general Kaviyan və Ilhami milli hökumətin nazirləri, Mahmud Pənahiyan baş qərargah rəisi, Milaniyan fədai generalı, Məmi Dehqan Pişəvəri ilə “Qəsri-qacar” zindanında məhbus, mərkəzi təşkilat şöbəsinin müdiri, Əli Mirzəzadə Ərdəbil vilayət komitəsinin sədri, Qulu Xəyyami Ərdəbil şəhər komitəsinin sədri, Həbib Sarab komitəsinin sədri, Əkbər Coşənpus BIləsuvar komitəsinin sədri, Sadıq Zamani Astara şəhər komitəsinin sədri, Məhərrəm Danai Bostanabad komitəsinin sədri, Əliabbas Dəstniş Meşkin şəhər komitəsinin sədri, Irəc Ibrahimi, Mirnəsiri Bakı Komitəsinin sədri, Ismayılzadə Əlihüseyn Əlibayramlı komitəsinin sədri, Yədulla Ərcuməndi Şəki komitəsinin sədri, Əjdər Əsədi və Qulamhüseyn Dehqani Quba komitəsinin sədrləri, Əjdər Pürəsgər Göranboy komitəsinin sədri, Cəfər Fikri Təbriz komitəsinin məsul işçisi, Zülfüqar Ocaq1nəvin Ərdəbil təftiş komissiyonunun sədri, Türkpur Ərdəbil komitə sədr müavini, Zəbiulla Şərifi mərkəzi komitənin dəftər müdiri, Qurban Cavid baş nazirin şöbə müdiri, Sərqari Səlmas nəzmiyyə rəisi, Fərzi Dehqan Meşkin valisi, Azəri Mirağa Azərbaycan dəmiryol rəisi, Bilal Azad Xalxal valisi, Darandaşı Germi valisi, Hüseyn Ciddi hərbi məktəb rəisi, Məhəmməd Həbibi Təbriz 7-ci nahiyyə kalanteri rəisi, Səfər Hişməti Nəmin nəzmiyyə rəisi, Qulamhüseyn Rəhmani Astara bələdiyyə rəisi, Məməməd Şəmsi Astara komirtəsinin məsul işçisi, Məmməd Hüseyn Imrani Əhər komitəsinin məsul işçisi, Sultanəli Qulami Ərdəbil həmkarlar ittifaqı rəisi, Nəqədəli Təvəkküli Zəncan komitəsinin məsul işçisi, Şah Məhəmməd Təbriz birinci kalanteri rəisi, Məmmədcan Səidi Mərənd həmkarlar ittifaqı rəisi, Aslani Şəuriyyə Təbriz ikinci kalanteri rəisi, Qulam Məhəmmədivənd Ərdəbil fədai idarəsinin məsul işçisi, Əziz Meşkin – Çapaqani məsul işçi, Əzim Cidai təşkilat şöbəsinin müdir müavini, Islam Əncumənnur cəmiyyətin sədr müavini, Hüseyn Əlborzi Gəncə komitə sədri, Rəşidəlizadə Məmmədəli məsul işçi, Məhəmməd Qəvami məsul işçi, Musa Piri şöbə müdirinin müavini, Məcid Məhəmmədivənd fədai polkovniki, Ismayıl Pişnəmazi Təbrizdəjban rəisi, Qulamhüseyn Osanlu Xəmsə tayfa başçısı, Bayrış Fuladi Poladı tayfasının ağsaqqalı, Kamran Əzizi fədai başçısı, Şükür Qafarı, Məmiqulu Sadiqi, Həsən Kaşani, Mirtahir Hüseyni, Hüseyn Qurbanəlizadə, Məsud Ədib, Ismayıl Kərimi, Səfərəli Pirkuk, Qüdrət Şəmsi, Əsgər Balazadə, Ismayıl Sadiqi, Yusif Üzlüfərd, Nəcəf Əsədi, Mehdi Qurbani, Qulam Şücai, Qurban Tərəqqi fədai zabitləri.

Polkovnik Əli Nəvai, Mayor Rəhmani, Hüseyn Fazili, Rəhim Şərifi, Cobrayıl Ruindej, Rza Tofiqi, Nəsrulla Pezeşgiyani, Məmməd Dəvəli – bunlar Iran qoşununun azadixah zabitləri idilər. Iran Xalq Partiyasının tövsiyəsi ilə Azərbaycana gəldilər. 21 Azər hərəkatına qoşuldular. Azərbaycan xalq qoşununun təşkilində fəal iştirak etdilər.

Şair və yazıçılar – Ibrahim Zakir, Mədinə Gülgün, Ismayıl Cəfərpul, Mirmehdi Çavuşi, Abbas Pənahi, Həmzə Xoşkinabi, Aşıq Hüseyn Cavan, Ağaverdi Ələkbərzadə, Məmmədrza Afiyət, Məmməd Dadaşzadə, Qəhrəman Qəhrəmanzadə, Suleyman Cəhani və Qasım Cahani – bunlar və bunlardan başqa adlarını çəkə bilmədiyimiz adlı-sanlı mübarizlər və təcrübəli kadrlar mühacirətdə təbii ölümlə dünyalarını dəyişsələr də, barışmaz mübariz və böyük vətənpərvər insan kimi onların adları tarixin sinəsində əbədi həkk olunmuşdur.

Hörmətli oxucu!

Firqənin 21 Azər hərəkatının 50 illiyi, bu böyük tarixi hadisənin ildönümü münasibətilə hazırlanan yazı sizə təqdim olunur.

Tarix hərəkət edir, eniş-yoxuşdan keçir, geri çəkilir, qabağa gedir, öz məcrasından çıxır, istiqamətini dəyişmir. 21 Azər hərəkatı bu hərəkətin yüksək zirvəsi idi. 21 Azər 50 il bundan əvvəl əlverişli şəraitdə qələbə çaldı. 21 Azərin ideyaları uğrunda mübarizə ağır şəraitdə aparılır. Bütün bunlara baxmayaraq, tarixin gerçəkliyini və qeyri-fars xalqların haqq tələblərini dərk edən qüvvələr də vardır. Bunlar etiraf edirlər ki: “bu gün fars dilini, onun ədəbi irsini milli birlik məhvərinə çevirmək olmaz”. “Bu gün Ərdəşirin, Mahmud Qəznəvinin və Nadir şahın qılıncı ilə Iranın siyasi imperiyasını bərpa etmək mümkün olmadığı kimi, fars dili və fars mədəniyyəti imperiyasını da təkcə Firdovsinin, Movləminin və Hafizin qüdrətli kəlamı ilə ehya etmək mümkün deyil”. (Tehranda çıxan “Iranefərda” jurnalı, № 19, mordad 1374, səh. 51-52) (avqust 1995).

 

“Mühacir” qəzeti 6 dekabr 1995-ci il.

Ə. Lahrudi.


Tarixin hərəkət məsiri

Azərbaycan Demokrat Firqəsinin yaradılmasının və 21 Azər hərəkatının qələbəsinin 50 illiyi ərəfəsində.

 

Dünya vətəndaşlığı ideologiyası.

Belə bir ideologiya oradan meydana gəlir ki, insan öz təbiətinə görə dar mühitdə özünü məskunlaşdıra bilmir, çalışır azad olsun, istədiyi yerə getsin və orada məskunlaşsın. Tarix bu istiqamətdə baş verən hadisələrin şahididir. Tayfalararası münaqişələr, yerli xarakter daşıyan çəkişmələr, daha geniş miqyaslı müharibələr bu səbəbdən baş verir. Böyük imperiyalar yaranır, aradan gedir, onların yerini yeni imperiyalar tuturlar, müəyyən dövr dünyaya hökmranlıq edirlər. Bütün müharibələr dünya vətəndaşlığı adı altında “bəşəri dəyər” və “bəşəri mənafe” naminə aparılır. Böyük dünya dinləri də bu bəşəri ideyaya əsaslanırlar. Bu yazı konkret olaraq Iran imperiyasının meydana gəlməsi və aradan getməsinə həsr olunmur. Iran imperiyası 659 il miladdan əvvəl meydana gəldi. Yaxın Şərqi öz hökmranlığına tabe etdi. 650 il miladdan sonra ərəblərin Irana hücumu ilə yıxıldı, həmişəlik olaraq aradan getdi. Zərdüşt dini Iran imperiyasının dünya vətəndaşlığı ideologiyasına xidmət edirdi. Bu dinin bayrağı altında Iran imperatorları hərbi əməliyyatlar aparmış və qəsbkarlıq siyasəti yeritmişlər.

Iran imperiyası dağıldı, lakin bu məntəqədə yaşayan millətlər və dövlətlər aradan getmədilər. Tarixin kəsişdiyi bu zaman ərəb xəlifələri və türk qəbilələri bütün bu məntəqədə, Mərkəzi Asiya və Iran yaylasında hökmranlıq etdilər. Maraqlıdır ki, türk hakimləri həm Abbasilər xilafəti dövründə, həm də xilafət ləğv edildikdən sonra ərəb və fars dillərini dini və idarəçilik dili kimi qəbul etdirdilər. Rəsmi dilə, dövlət dilinə, bu məntəqədə yaşayaan xalqların ədəbi dilinə çevirdilər.

Dünya vətəndaşlığı ideyası islam dininin qələbəsindən sonra daha da genişləndi. Islam, xalqları ümmət adlandırır, vahid din bayrağı altında birləşdirir. Bu da dünya vətəndaşlığı deyilən fenomenin başqa şəkildə ifadəsidir.

Millət və millətçilik ideologiyası.

Şəxsi tələblərə üstünlük vermək fərdçilik ideologiyasını yaradır. Fərdçilik isə getdikcə kollektivçilik ilə üzləşir. Fərdi tələblər qrup tələbi ilə çulğaşır, bununla da milli mənafeyin əsası qoyulur. Qrup tələbləri bu və ya digər qrupun mənafeyini biri –birindən ayırır, xalqların qarşı-qarşıya durmasına meydan verir. Orta əsr feodal özbaşınalığı sona çatdı, fərdçilik və millətçilik ideologiya kimi formalaşdı. Bu ideologiya elə bir miqyas aldı ki, həm mütləqiyyəti, həm də katolik kilsəsini siyasi səhnədən uzaqlaşdırdı. Yeni meydana gələn sənaye ölkələrində millət və millətçilik ideologiyası hakim mövqe tutdu. Dünya vətəndaşlığı ideologiyası vətən və vətənpərvərlik ideologiyası ilə əvəz edildi. Milli sərhədləri olan hökumətlər yarandı. Belə bir ideologiyanı əsas götürən dövlətlər milli mənafeyi qorumaq missiyasını öz üzərinə götürdülər. Bu proses 18-19-cu əsr Avropasında sürətlə irəlilədi, orta əsr vahid Avropa ayrı-ayrı dövlətlərə parçalandı. Bu proses Asiyada, xüsusilə ön Asiyada 19-cu və 20-ci əsrin kəsişdiyi bir zamanda meydana gəldi. Iran, Türkiyə və Çin bu intibahın ilkin yolçuları oldular.

Millət və millətçilik ideologiyası Iranda.

Qadisiyyə müharibəsi (7-ci əsrin ortalarında) Iran imperatorluğunu elə bir şəkildə yerə vurdu ki, o, heç vaxt ayağa qalxa bilmədi. Səfəvilərin zühür etməsi, Nadir və Ağa Məhəmməd xanın hərbi yürüşləri Iranın bir dövlət kimi aradan getməsinin qarşısını alsa da, o, Avropa sənaye ölkələrinin hökmranlığı altına düşdü, xammal mənbəyi və satış bazarına çevrildi, 19-cu əsrin ortalarından başlayaraq yarımmüstəmləkəyə çevrildi. Seyidhəsən Taqizadənin dediyi kimi, ancaq Oktyabr inqilabı Iranın dar ağacından asılan kəndirini qırdı, ölkə tam aradan getmək təhlükəsindən xilas oldu. Ingilis imperiyasının köməyi ilə Rza xan kimi bir quldur hakimiyyəti ələ aldı. Sovet Rusiyasının cənub sərhədində antikommunizm bufer zonası yarandı. Iranın əzəmətini bərpa etmək adı altında paniranizm ideologiyası bu hökumətin başlıca ideologiyasına çevrildi.

1935-ci ildə dövlət xaricdə olan bütün səfirliklərə göstəriş verdi ki, fəaliyyət göstərdikləri ölkənin dövlət başçılarına rəsmi olaraq bildirsinlər ki, ölkə bundan sonra Persiya deyil, Iran adlanır. Bu tarixdən başlayaraq paniranizm ideologiyası gücləndi. Bütün təlim-tərbiyə sistemlərində, dövlət idarələrində, kütləvi informasiya vasitələrində paniranizm ideologiyası geniş miqyasda təbliğ edildi. Qeyri-fars məntəqələrinin məktəb və idarələrində ana dilində danışmaq qadağan olundu. Qafqazın 17 şəhərinin Irana qaytarılması irəli sürüldü. Qeyri-fars xalqlar təhqirə məruz qaldılar. Bu xalqların adət və ənənələri məsxərə edildi. Azərbaycanlılara və türk dilinə qarşı təhqiredici sözlər işlənildi. Belə bir zaman ikinci dünya müharibəsi Iranı da yaxaladı.

Ikinci Dünya Müharibəsi və millətlərin taleyi.

Bəşər tarixi müharibələr tarixidir. Bu müharibələrin əsas məqsədi başqa xalqlara hökmranlıq etmək, onların təbii sərvətlərini mənimsəməkdir.

Bütün müharibələr ikili xarakterə, milli və sinfi xarakterə malikdir. Millidir ona görə ki, müharibə millətlər arasında baş verir. Millətin bütün üzvləri müharibədə iştirak edirlər. Müharibənin sinfi xarakteri isə onun mahiyyətindən irəli gəlir. Müharibələri, xüsusilə geniş miqyaslı müharibələri xalqlar başlamırlar. Müharibəni hakim siniflər, başqa xalqların təbii sərvətlərini ələ keçirtmək istəyən siniflər, həmin sərvətlərdən hakim sinfin mənafeyi üçün istifadə etməyə çalışan qüvvələr başlayırlar. Ikinci dünya müharibəsi də belə müharibələrdən biri idi. O, həm milli, həm də sinfi xüsusiyyətə malik idi.

Almaniya Avropanın mərkəzində yerləşir. Qədim Roma imperiyasını dağıdan alman bərbərləri 19-cu əsrdə yenidən baş qaldırdılar. 19-cu əsrin ikinci yarısında Fransanı işğal etdilər. Avropanın mərkəzində yeni bir qüdrət meydana gəldi, Almaniya iqtisadiyyatı elə bir inkişaf mərhələsinə çatdı ki, alman mallarının satılması üçün bazar və alman sənayesinin işləməsi üçün xammal əldə edilməsi günün zərurətinə çevrildi. 20-ci əsrin birinci yarısında iki böyük dünya müharibəsi də həmin məqsədə çatmaq üçün başlandı. Almaniya Sovet Ittifaqından başqa bütün Avropanı işğal etdi. Bununla da dünya imperiyası yaratmaq üçün şərait hazırlandı. Sovet Ittifaqına hücüm bu məqsədə çatmağa mane oldu. Hətta Sovetlərin bu müharibədə qələbəsi təmin olundu.

Almaniyanın məğlub edilməsi iki böyük dünya imperiyasının yaranması üçün zəmin hazırladı. Dünya iki qütbə parçalndı. Kapitala arxalanan imperiya və kapitala qarşı çıxan imperiya meydana gəldi. Müstəmləkə və yarımmüstəmləkə ölkələrinə münasibət dəyişdi. Onlara yeni ad – “Üçüncü dünya” adı verildi.

Müharibənin ağırlığı sovet ölkəsinin üzərinə düşdü. Bu ölkə 1941-ci ilin iyunundan başlayaraq 1944-cü ilin iyun ayına qədər, almanların məğlub olmasına on bir ay qalana qədər almanlarla təkbaşına müharibə apardı. Ağır təlafat verdi, lakin irəlilədi. Amerika və ingilis dövlətləri ikinci cəbhəni elə bir vaxtda açdılar ki, sovet qoşunları alman sərhədlərinə yaxınlaşırdılar. Sovetlərin müharibədə qələbəsi bu ölkə üçün şan-şöhrət gətirirdi. Avropa xalqları sovet qoşunlarını xilaskar qoşun adlandırıdılar.

Sovet Ittifaqının qələbəsi eyni zamanda müstəmləkə və yarımmüstəmləkə ölkələri xalqları üçün belə bir ümid yaradırdı ki, dünya siyasətində zühür edən Sovetlərin varlığı ilə müstəmləkəçilik sistemi aradan qalxacaq, xalqlar milli istiqlayyətə nail olacaqlar. Bu ümid yalancı ümid deyildi. 60-cı illərdə, müharibədən 10-15 il sonra doğrudan da müstəmləkəcilik sistemi dağıldı, onlarca müstəqil dövlət meydana gəldi. Birləşmiş Millətlər Təşkilatı işə başlayarkən onun 50 üzvü var idi. Bu gün bu beynəlxalq təşkilatın üzvlərinin sayı 200-ə yaxındır. Bu köklü dəyişiklik iki böyük dövlətin rəqabəti, özü də təhlükəli rəqabəti nəticəsində mümkün oldu.

Rəqabət haradan və necə başlandı?

Bütün müharibələr kimi, ikinci dünya müharibəsi də başqa xalqların təbii sərvətlərini ələ keçirmək və onları istismar etmək üçün aparılırdı. Stalin 1946-cı ildə namizəd olduğu seçki dairəsində bu barədə qeyd etdi ki, gələcək müharibələrdə o ölkələr qalib gələcəklər ki, onlar neft mənbələrinə sahib olsunlar. Stalin o zaman Sovet Ittifaqının yaxın gələcəkdə istehsal edəcəyi neftin miqdarı haqqında da konkret rəqəmlər verdi, həqiqətdə belə idi. Ikinci dünya müharibəsində Sovetlərin hərbi maşınını Bakı nefti, ingilislərin hərbi maşınını isə Iran nefti işlədirdi. Beləliklə, Şərqlə Qərb arasında başlanan rəqabət başqa sözlə desək, yeni səhnəyə çıxmış iki imperiya arasında başlanan rəqabət neft üzərində gedən rəqabət idi. Iran Sovet Ittifaqından sonra ikinci ölkə idi ki, orada neft çıxarılırdı. Iran nefti ingilislərin ixtiyarında idi. Iranın şimalında mövcud olan neft yataqlarına Amerika göz dikmişdi. Iranın amerikapərəst hakim dairələri çalışırdılar bu yataqları Amerikaya versinlər.

Amerikanın barışmaz rəqibi olan Sovet Ittifaqı ikinci dünya müharibəsi illərində Iran dövləti ilə müzakirə apardı. O zaman neft məsələsi Şərqlə Qərb arasında başlanan rəqabətin əsasını təşkil edirdi. Elə bu rəqabətlər idi ki, Amerika Sovetlərin Irandakı hərbi hüzuruna dözə bilmədi. Iranın mütərəqqi qüvvələrini, xüsusilə Azərbaycan və Kürdüstan hərəkatlarını həmin məqsədlə darmadağın etdi. Soyuq müharibənin əsası da həmin illərdə qoyuldu. Soyuq müharibə Irandan başlandı.

Bakı və Xuzistan nefti müttəfiqlərin əlində idi. Almanlar daş kömürdən neft alır və Rumıniya neftindən istifadə edir, lakin Qafqazı işğal etmək, Bakı neftini ələ keçirtmək onun başlıca məqsədini təşkil eirdi. Almanlar məğlub edildikdən sonra amerikalılar və ingilislər çalışırlar ki, Sovet Ittifaqını Yaxın Şərq neft mənbələrinə buraxmasınlar. Elə buna görə də Sovet Ittifaqının sərhədlərində, xüsusilə neft mənbələri ilə zəngin olan strateji məntəqələrdə böyük hərbi bazalar yaratdılar.

Ikinci dünya müharibəsi ərəfəsində Iran özünün “son” məqsədinə çatmaq, yəni Qafqazın 17 şəhərini “geri” almaq üçün almanlarla əməkdaşlıq etdi. Almanların hərbi və casusluq idarələrinin yüzlərlə qulluqcularını mütəxəssis adı altında Irana dəvət etdi.

Müttəfiqləri Sovet Ittifaqı ilə birləşdirən iki yol var idi. Onlardan biri quru yolu – Iran, ikincisi isə dəniz yolu – Şimal dənizi idi. Müttəfiqlərin Şimal dənizi yolu ilə Sovet Ittifaqınına göndərdikləri gəmilər Norvec sahillərində alman təyyarələri tərəfindən bombalanır, alman sualtı qayıqları tərəfindən hücuma məruz qalırdılar. Quru yolu isə Aralıq dənizi Iran körfəzi vəsitəsilə Bəsrə limanına çıxırdı. Iran dövləti isə bu yolun qarşısında maneə idi. Həmin maneəni aradan qaldırmaq, almanların Irandakı dayağını aradan aparmaq, müttəfiqlərlə Sovet Ittifaqı arasında birbaşa əlaqə yaratmaq üçün ingilis və sovet qoşunları 1941-ci ilin yayında, Amerika qoşunları isə 1942-ci ildə Irana daxil oldular. Amerikalılar Lendliz müqaviləsi əsasında Bəsrəyə qədər gətirilən hərbi ləvazimata nəzarət etməyi öz üzərinə götürdü.

Qeyd edək ki, müttəfiqlərin Irana qoşun yeritməsi Rza şah diktatorluğunun sona çatması ilə nəticələndi. Iranda vəziyyət köklü bir şəkildə dəyişdi. Potensial düşmənlər (müharibə dövrünün müttəfiqləri) Iranda bir-birilə əməkdaşlıq etdilər. Hərbi ləvazimatın Sovet Ittifaqına daşınmasını təşkil etdilər. Müharibə qurtarana qədər bu əməkdaşlıq istənilən şəkildə aparıldı. Eyni zamanda Iranı nüfuz dairəsinə çevirmək üçün görünən və görülməyən şəkildə rəqabət davam etdi. Ingilislər cənubda, Sovetlər şimalda idilər. Iranın yoxsul və zəhmətkeş əhalisi Sovetlərə rəğbət bəsləyirdirlər, bu ölkəyə zəhmətkeşlərin və məzlumların müdafiəçisi kimi baxırdılar. O zaman bir çox ictimai və siyasi təşkilatlar yarandı. O cümlədən antifaşist cəmiyyəti, fəhlə ittifaqları, zəhmətkeşlərə arxalanan siyasi təşkilatlar yarandı. Mazandarının toxuculuq fabriklərində, Azərbaycanın kibrit, gön və toxuculuq fabriklərində güclü fəhlə ittifaqları təşkil olundu. Bu əyalətlərdə fəaliyyət göstərən həmkarlar ittifaqlarının orada yerləşən sovet qoşunları ilə heç bir əlaqəsi yox idi. Azərbaycan və Mazandaran fəhlələri öz hüquqlarını əldə etmək üçün yaranmış imkanlardan bacarıqla istifadə edir, fəal qüvvəyə çevrilir, ölkənin taleyində həlledici rol oynayırdılar. Eyni zamanda müttəfiq qoşunların yerləşdiyi Tehranda siyasi partiyalar və ictimai təşkilatlar, fəhlə həmkarlar ittifaqları geniş iş aparırdılar. Isfahan və Xuzistan ingilis qoşunlarının işğalı altında idi. Fars əyalətində Qaşqai tayfaları, Xuzistan əyalətində isə Bəxtiyari tayfaları ingilislərə arxalanır, ingilis silahı ilə silahlanırdılar. Ingilislər isə bu tayfalardan təzyiq vasitəsi kimi istifadə edirdilər. Isfahan və Xuzistan irticaçıların “alınmaz” qalasına çevrilmişdi. Bütün bunlara baxmayaraq, Isfahan toxuculuq fabriki fəhlələri və Xuzistan neft fəhlələri özlərinin həmkarlar ittifaqlarını yaradırlar, mütəşəkkil qüvvəyə çevrildilər. Onların yaratdığları həmkarlar ittifaqları, eləcə də bu əyalətlər də fəaliyyət göstərən və fəhlə sinfinə arxalanan siyasi təşkilatlar Azərbaycanın və Mazandaranın fəhlə və siyasi təşkilatlarında da mütəşəkkil idilər.

Müxtəlif siyasi təşkilatların mərkəzi Tehran idi. Iranlılar öz problemləri, müttəfiqlər isə öz işləri ilə məşğul idilər. Müttəfiqlərin Iranda olan qoşunları əsas etibarı ilə Bəsrədən Culfaya doğru hərəkət edən hərbi karvana nəzarət edir. Irandan arxa cəbhə kimi, Iran və Bakı neftini qaruyan səngər kimi istifadə edirdilər.

Həm Sovetlər, həm ingilislər, həm də amerikalılar Iranda mövcud olan siyasi cərəyanları öz mənafeləri nöqteyi-nəzərindən müdafiə edirdilər. Təbiidir ki, Sovetlər özlərini zəhmətkeşlərin müdafiəçisi hesab edirdilər. Ona görə də çalışırdılar bu və ya başqa şəkildə zəhmətkeşlər hakimiyyəti öz əllərinə alsınlar. Həyata real gözlə baxan, eləcə də sərvətdən məhrum olan heç bir qüvvə və heç bir sinif belə bir ideyanı rədd edə bilməzdi.

Təsadüfü deyildir ki, nə təkcə sovet işğal zonasının zəhmətkeşləri, bəlkə ingilis işğal zonasının zəhmətkeşləri də belə bir ideya ətrafında birləşməyə cəhd göstərirdilər. “ Hamı üçün iş, hamı üçün çörək, hamı üçün təhsil!” şüarı günün şüarı idi. Xuzistan, Isfahan və Tehran zəhmətkeşləri, o zamankı 18 milyon Iran zəhmətkeşləri bu şüarın təsiri altənda yaşayır, onu həyata keçirmək üçün təşəkkül tapır və mübarizə aparırdılar. Iran Xalq Partiyası və Birləşmiş Həmkarlar Ittifaqı, Kəndlilər Ittifaqı yeganə siyasi və fəhl-kəndli ittifaqı idilər ki, Iranın bütün əyalətlərində siyasi və fiziki təzyiqlərə, güclü təbliğata baxmayaraq, fəaliyət göstərirdilər. Fəhlə, kəndliləri, kasıbları öz sıralarına cəlb edirdilər. Bütün bunların əksinə olaraq yağışdan sonra göbələk kimi baş qaldıran və mürtəce qüvvələrə arxalanan təşkilatlar xalq içərisində ictimai dayağları olmadığı üçün dağılıb aradan getdilər.

Iranda gedən mübarizə 19-cu əsirn ortalarından başlayaraq güclənən mübarizənin davamıdır. Bu mübarizə məğlubiyyətə uğrayır, lakin xalq içərisində kök salır və nüfuz qazanır. Bu mübarizə ikinci dünya müharibəsində, müttəfiq qoşunların Iranda olduğu zaman, yeni daha radikal şəkil və dərin məzmun aldı.

 

“Mühacir” qəzeti 4 avqust 1995-ci il.

Ə. Lahrudi.


Neft və Xəzər dənizi

Xəzər dənizi XXI-ci əsrin astanasında neft şirkətlərinin diqqətini özünə cəlb etmişdir.

Neft dünya sənayesinin şah damarında axan qandır. Neft xam maddə kimi enerji mənbəyidir. Neftdən sənaye üsulu ilə XIX-cu əsrin 2-ci yarısından başlayaraq istifadə edilir. XX-ci əsrin əvvəllərindən başlayaraq neftin istehsalı geniş miqyas aldı. XX-ci əsrin ikinci yarısında neft enerji mənbəyi kimi yeganə həyati maddəyə çevrildi. Gələn nəsillər XXI-ci əsrin ortalarında enerji çatışmazlığı ilə üzləşməli olcaqlar. Elə buna görə də hazırkı nəsil geoloji axtarışı sürətləndirir, yeni neft mənbələri kəşf etməyə çalışır. Atom enerjisi, eləcə də gün enerjisi neftin yerini tuta bilmədi. Neft mənbələri Amerikada başa çatmaq üzrədir. Neft istehsalı Rusiyada da azalır. Yaxın Şərq və Afrikanın şimalında çıxarılan neft gələn əsrin 2-ci yarısına qədər dünya enerji ehtiyaclarını təmin edəcəkdir. 1970-ci illərdə neft istehsal edən ölkələr (OPEK) dünya neft bazarının 87 % təmin edirdi. Elə buna görə də OPEK nefti istədiyi qiymətə satırdı. 70-ci illərin neft böhranı xatirələrdən silinməyib. Hal-hazırda OPEK-in dünya bazarına çıxartdığı neft 62 faizə düşmüşdür. Indi OPEK dünya bazarına 3, 5 milyon ton (25 milyard barell) neft çıxarır. Belə bir vaxtda neft idxal edən ölkələr yeni neft mənbələri kəşf etməyə cəhd göstərirlər. Onlar çalışırlar ki, yeni neft mədənləri “etibarlı” əllərdə olsun, həm də neftin istehsalı ucuz qiymətə başa gəlsin. Xəzər neftinə diqqətin artmasının bir səbəbi də budur. Dünya neft şirkətləri 5-7 milyard ton (56 milyard barell) neft ehtiyatı olan Xəzəri öz inhisarlarına almağa səy göstərirlər.

Sovet Ittifaqı dağıldıqdan sonra Xəzər dənizinin neft ehtiyatları Azərbaycanın, Türkmənistanın və Qazaxıstanın sahilindədir. “Izvestiya” qəzetinin yazdığına görə, “Xəzərin neft mənbələrini ələ alan şirkət XXI-ci əsrin neft bazarına sahib olacaqdır”. Azərbaycan Respublikasının neft konsorsiumu ilə bağladığı müqavilə, eləcə də Qazaxıstan Respublikasının Amerika şirkəti Şevronla imzaladığı müqavilə göstərir ki, Xəzər dənizi hövzəsində olan neft XXI-ci əsrdə xüsusi əhəmiyyət qazanacaqdır.

Azərbaycan bu müqavilədən nə qazanır? Azərbaycan neft satılmasından əldə edilən valyutanın 80 % əldə edəcəkdir. Neft çıxarılması ilə yanaşı, istehsal olunan 55 milyard kubmetr qaz da Azərbaycanın ixtiyarına veriləcəkdir. Azərbaycanın maşınqayırma sənayesi neft mədənləri üçün avadanlıq istehsal etməklə üstünlük qazanacaqdır. Azərbaycan müqavilənin icrası dövründə 34 milyard dollar gəlir əldə edəcəkdir. Istehsal edilən yarım milyard ton neftin yarası Azərbaycana veriləcəkdir. Neft şirkətləri müqavilə layihələrini həyata keçirərkən     7, 5 milyard dollar sərmayə işə salacaqlar. Neft sirkətləri bunun müqabilində onlar üçün gətirilən mallara gömrük pulu verməyəcək, əldə etdikləri valyutanı istədikləri kimi xərcləyəcəklər. Neft şirkətləri gömrük pulu vermədən neft ixrac edəcək, valyuta əməliyyatı aparacaq, əldə etdikləri valyutanı azad şəkildə öləkdən çıxartmaq hüququna malik olacaqlar. Neft avadanlığı gətirilməsi də gömrük pulundan azad olacaqdır. Neft şirkətlərinin yeganə ödənişi 25 % gəlirdən vergi olacaqdır. Bu imtiyaz vaxtilə Iranda ingilis sərmayədarı “Darsi” arasında bağlanan müqaviləni, Britiş Petrolium şirkətinin XX-ci əsrin 30-cu illərinə qədər Irandakı özbaşınalığı yada salır.

Neft şirkətləri qayıdırlar.

Dağılmış Sovet Ittifaqı ərazisində kapitalizmin bərpa edilməsi neft şirkətlərinin yenidən Bakıya qayıtmaq üçün əlverişli şərait yaratdı. “Əsrin kontraktı” Bakıda imzalandı. Qərb neft şirkətləri Rusiyanı Xəzər dənizi hövzəsində olan neft mənbələrindən uzaqlaşdırdı. Rusiyanın hakim dairələri Sovet Ittifaqının dağılmasının, Sovet Ittifaqının tərkibində olan respublikaların Rusiyadan ayrılmasının əsl səbəbkarlarıdırlar. Lakin həmin dairələr indi Qərb neft şirkətlərinin bu respublikalara qayıtmalarına həddən artıq həssaslıq göstərirlər. Azərbaycana qarşı siyasi və iqtisadi təzyiqi artırıllar. Xəzər neftinin xarici bazarlara nəql edilməsi üçün çəkilməsi nəzərdə tutulan neft kəməri ilə əlaqədar siyasi və diplomatik fəaliyyət artmışdır. Rusiya iddia edir ki, Xəzər dənizi sahili ölkələr arasında bölünməmişdir. Buna görə də onun təbii mənbələri sahil ölkələri tərəfindən müştərək istifadə edilməlidir. Belə olduqda Azərbaycan, Türkmənistan, Qazaxıstan uduzmalı Rusiya isə udmalı olacaqdır. Çünki Xəzər dənizinin neft yataqları ümumiyyətlə bu üç respublikanın sahil məntəqələrində yerləşir. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycan Respublikası dərin iqtisadi böhran keçirir. Azərbaycan neft məsələsi ilə əlaqədar çəkişmələrlə üzləşir. Neftin Qərb bazarına nəql edilməsi məsələsi bu çəkişmələrin ən şiddətli mərhələsidir. Azərbaycan bu ziddiyyətləri yumuşaltmaq üçün kontrakt imza edilməzdən əvvəl öz 30 % səhminin 10 % Rusiyanın “Luk Oil” neft şirkətinə vermişdir.

“Izvestiya” qəzeti (17 noyabr) “Xəzər nefti Cənubdan Rusiyaya təzyiq göstərir” başlığı altında məqalə dərc etmişdir. Məqalədə deyilir: “Rusiya diplomatlarının fikrincə, konsersium Rusiyanın milli mənafei üçün təhlükəlidir”. Həmin qəzet Moskva Universitetinin ictimai və tarixi məsələləri araşdıran müstəqil institutun və Foros fondunun sənədini dərc etmişdir. Həmin sənət “Kaspi intriqası” adlanır. Sənəddə iri xətlə yazılan bu sözləri oxuyuruq: “Neft xatirinə mübarizə Rusiya üçün təəssüf gətirən nəticə verə bilər”. Həmin tədqiqat sənədində Xəzər nefti üzərində gedən mübarizədən danışılır və qeyd edilir ki Qafqazda yaranan üç müstəqil dövlət Sovet Ittifaqının dağılmasının məhsuludur. Məntəqədə iqtisadi və siyasi sabitlik aradan getmiş, ittifaqın kurort və sanatoriyaları, şərab plantasiyaları və neft buruqları ilə dolu olan neft və qaz yataqları millətlərarası müharibə, daxili müharibə dövlətlərarası müharibə meydanına çevrilmişdir. Sənəd neft kontraktı ilə əlaqədar Bakı-Moskva münasibətlərindən danışır və qeyd edir ki, Əbülfəz Elçibəy neft şirkətləri ilə müzakirə apararkən Rusiyanın iqtisadi mənafeyini nəzərdən qaçırdı. Heydər Əliyev bu səhfi düzəltdi. Konsersiumun səhminin 10 % Rusiyanın “Luk Oil” şirkətinə verdi. Elə buna görə də rus dövləti neftin çıxarılması və istifadə olunmasına müsbət rəy verdi. Lakin Rusiya öz mövqeyinə yenidən baxmaq məcbiriyyətində qaldı. Çünki Türkiyə 1994-cü ilin baharında Bosfor və Dardanel boğazından gəmilərin hərəkəti ilə əlaqədar mövcud qaydanı dəyişmək istədi. Türkiyə çalışır ki, Rusiyanın həmin boğazlardan keçən neft tankerlərinin qarşısını alsın, neft və qaz kəməri Rusiyanın ərazisindən deyil, Iran və Türkiyə ərazisindən keçsin. Həmin sənədin iddiasına görə, bu iş Rusiyanın cənubunda və yaxın xaricdə vəziyyəti köklü dəyişə bilər. Sənəddə deyilir: “Heydər Əliyev bu il oktyabr ayında Suleyman Dəmirəllə görüşdü, neft kəmərinin Türkiyə ərazisindən keçməsini Türkiyənin haqlı tələbi hesab etdi. Həmin sənəd bu izahatdan sonra belə bir nəticəyə gəlir ki:

Yeni geopoletik vəziyyət elə bir həqiqətdir ki, Moskva keçmiş Sovet ölkəsinin neft yataqlarına nəzarəti əldən vermişdir. Eyni zamanda Qafqaz və Orta Asiya respublikalarının suverenliyi beynəlxalq hüquq normalarına uyğundur.

Qərb ölkələri öz neft şirkətləri vasitəsilə qapılarını Qərbə açan neft məntəqələrini öz təsirləri altına alır. Onlar Azərbaycana və Mərkəzi Asiyaya nüfuz edirlər. Orada Aralıq dənizinə baca açırlar. Sənədin müəllifləri belə hesab edirlər ki, bu proses o zaman dayandırıla bilər ki, həmin məntəqədə ictimai, iqtisadi və siyasi sabitlik pozulsun. Belə olduqda Qərbin sərmayə sahibləri burada sərmayə qoymağa risk etməzlər.

Neft və qaz kəməri keçən ölkələrə təsir göstərmək zəruridir. Elə buna görə də sənəd müəllifləri Rusiyaya məsləhət görürlər ki, Ermənistanda öz mövqeyini möhkəmləndirsin. Çünki neft kəmərinin Aralıq dənizi sahilinə Ermənistan vasitəsilə keçməsi ehtimalı çoxdur. Ermənistan və Rusiya arasında hərbi bazalar barədə imzalanan müqavilə bu iş üçün əlverişli vasitədir.

“Sənəd müəllifləri çox narahatlıqla təhlükə təbilini səsləndirir və iddia edirlər ki, guya Rusiya Federasiyasının cənub sərhədlərində yeni lider meydana gəlmişdir. Bu lider guya Suleyman Dəmirəldir. O, Balkanları, Qara dənizi, Qafqazı, Yaxın Şərqi Türkiyə ətrafında sülh dairəsi yaratmaq üçün birləşdirməyə çalışır. Guya Türkiyə millətləri və beynəlxalq təşkilatları Qara dəniz boğazlarında gəmiçiliyi məhdudlaşdırmağa çağırmışdır. O, eyni zamanda çalışır ki, okeanlara üzən Qara dəniz gəmiçiliyini öz nəzarəti altına alsın. Bu gün zəifləmiş Rusiya belə bir həqiqətə göz yuma bilməz. Belə olduqda Rusiya təkcə Qafqazdan deyil, Orta Asiyadan daşınan xammal üzərində də öz nəzarətini əldən verəcəkdir. Qaz kəmərinin Türkmənistandan Iran və Türkiyə vasitəsilə Avropaya nəql edilməsi barədə Iran və Türkmənistan müqaviləsi də Rusiyanın mənafeyinə uyğun olmayan Sənəd adlandırılır”.

“Əsrin kontraktı” Rusiyanın siyasi və elmi dairələrini o qədər narahat etmişdir ki, onlar neft və qaz kəmərinin çəkilməsini məntəqədə vəziyyətin əsaslı şəkildə dəyişilməsi ilə əlaqələndirirlər. Onu Hindistana Afrikanın cənubundan keçən yoln kəşf edilməsi Amerikanın açılması ilə münaqisə edir və göstərirlər ki, bu kəşflər vaxtilə Avropa siyasətində başlıca rol oynayan Italiyanı ucqar məntəqəyə çevirmişdir. Sənəd müəlliflərinin iddiasına görə, neft kəməri layihəsinin həyata keçirilməsi Moskvanın nüfuzunu təkcə Orta Asiyada, Qafqazda deyil, Balkan yarımadasında da azaldacaqdır. Sənəd müəlliflərinin fikrincə, “Əsrin kontraktı” və onunla əlaqədar bütün problemlər guya Rusiyanı əsas nəqliyyat yollarından uzaqlaşdırmaq üçün hazırlanan plandır.

Dünya və yerli müharibələr, ümumiyyətlə təbii sərvətləri ələ keçirmək üçün aparılır. Neft müharibəsi bu müharibələrin ən şiddətlisidir. Iraqa qarşı aparılan körfəz müharibəsi neft müharibəsi zəncirinin qırılmayan həlqələrindən biri idi. Neft mənbələrinə maneəsiz sahib olmaq məqsədi daşıyırdı. Xəzər nefti ilə əlaqədar çəkişmələr neft müharibəsinin yeni mərhələsini təşkil edir. Bu çəkişmələr Şərqlə Qərb arasında uzun illər davam edən “soyuq müharibə”ni yada salır. Heç də təsadüfi deyildir ki, neft məsələsi yenə də Şərqlə Qərbi üz-üzə qoymuşdur. Indi sosialist Şərqi ilə kapitalist Qərbi deyil, kapitalist Şərqi ilə kapitalist Qərbi üzləşmişdir. Kapitalist Rusiyası keçmiş Sovet Ittifaqının nəzarət etdiyi neft yataqlarını ikiəlli Qərb sərmayədarlarına təqdim etmək istəmir. Lakin sərmayədar Rusiya yaddan çıxarır ki, neft çəkişməsi Rusiya üçün qəmli və qüssəli aqibətlə nəticələnə bilər. Çünki bugünkü Rusiya dünənki Sovet Ittifaqı deyil, hədəf dəyişməmiş, lakin hədəfə çatmaq yolları dəyişmişdir.

Rusiya çalışır ki, neft kəməri Qara dəniz vasitəsilə Qərb bazarlarına nəql edilsin. Bu isə Şərqlə Qərbi qarşı-qarşıya qoyur.

Moskva universitetinin “müstəqil” tədqiqatçıları Rusiyanın rəsmi dairələrinin fikrini müdafiə edirlər. Rusiyanın Xarici Işlər Nazirliyinin Xəzər nefti ilə əlaqədar bəyanatı, Rusiyanın Iraqa qarşı blokadanı sındırmaq cəhdləri, Rusiyanın Bosniya və Qarabağ məsələsi ilə özünəməxsus mövqeyi, Qarabağ məsələsində ATƏM-lə Rusiya arasındakı fikir ayrılıqı, bütün bunlar belə bir həqiqəti açıq aydın göstərir ki, Şərqlə Qərb arasında mövcud olan ziddiyyət mahiyyətcə quruluşlar arasında ziddiyyət deyil, mənafe ziddiyyətidir. Sovet Ittifaqı dağılmaqla bu ziddiyyət aradan getmədi. Bəlkə onun forması dəyişdi. Xəzər dənizi Rusiyanın nüfuz dairəsində olduğu üçün Şərqlə Qərb arasında ziddiyyətin əsas həlqəsinə çevrildi. Qərb Rusiyanın marağına toxunur, strateji əhəmiyyətə malik olan neft yataqlarını ələ keçirir. Neft kəmərinin Rusiya ərazisindən keçməsinə mane olur.

Qara dəniz mənafelərin toqquşduğu düyün nöqtəsi, neft çəkişmələrinin yeni həlqəsidir. Rusiya öz mövqeyindən geri çəkilmək istəmir, Qərb isə qazandığı yeni mövqeyi əldən verməyə hazır deyildir. Bu çəkişmələrdə Rusiya tərəfi zəifdir, ona görə də özünü müdafiə mövqeyindən, Qərb isə güclüdür, güc mövqeyindən çıxış edir. Xəzər dənizinin zəngin neft yataqlarından əl çəkmək istəmir, əksinə Rusiya bu və ya başqa şəkildə geri çəkilmək məcburiyyətində qalmalı olur. Güclü gücsüzü özünə tabe edir, öz iradəsini ona qəbul etdirir. Dünya siyasəti belə bir prinsip üzərində qurulmuşdur. Yaxın keçmişdə dünya miqyasında qılınc oynadan Sovet Ittifaqının bugünkü varisləri keçmişin xoş arzuları ilə, onun maddi əsası olan zor siyasətinin acı xatirələri ilə yaşasa da, keçmiş rəqib qarşısında müqavimət göstərməyə çalışsa da, ona tabe olmaq məcburiyyətindədir. Rusiyanın bugünkü taleyi belədir.

 

“Mühacir” qəzeti 26 aprel 1995-ci il.

Ə. Lahrudi.


Iran və Ermənistan

Iran Islam Respublikasının konstitusiyasında (səh. 7) yazılmışdır: “Inqilab Nihalı 60 min şəhid, 100 min yaralı və əlilin qanı bahasına qələbə çalmışdır”. “Konstitusiya Iran Islam Inqilabının daxildə və xaricdə davam etməsinə zəmin yaradır...və səy göstərir ki, beynəlxalq aləmdə islam hərəkatı genişlənsin dünya vahid ümməti təşkil edilməsi yolunu hamarlasın”.

Beləliklə, Iran Islam Respublikası Konstitusiyası Islam inqilabının ixrac edilməsi və dünya miqyasında islam dövləti təşkil edilməsi üçün hüquqi əsas yaradır. Konstitusiyanın bu müddəası neçə icra olunur? Iran – Iraq müharibəsi bu sahədə ilk təcrübə idi. Iraq dünya imperiyalizminin təhriki ilə Irana hücum etdi ki, inqilabi ruşeym halında boğsun. Iraq qoşunları müharibənin ilk günlərində bir sıra qələbəyə nail oldular. Lakin müharibə gedişində Iraq təşəbbüsü əldən verdi. Iranın silahlı qüvvələri Iraq qoşunlarına ağır zərbələr endirdilər, onları işğal edilmiş ərazidən çıxartdılar. Iran Islam Cümhurisi rəhbərləri bu qələbədən istifadə edərək müharibəni davam etdirdilər ki, öz başlıca hədəflərinə vahid dünya ümməti təşkil etməyə nail olsunlar. Bağdaddan Qüdsə doğru hərəkət şüarı bu müharibənin ideoloji əsasını təşkil edirdi. Lakin 8 illik müharibə göstərdi ki, müharibə yolu ilə islam inqilabını ixrac etmək mümkün deyildir. Yeni taktika irəli sürüldü. Fələstində, Livanda, Misirdə, Əlcəzairdə və Bosniyada fəaliyyət göstərən Islam cərəyanlarını müdafiə etmək siyasəti də buradan irəli gəldi.

Sovet Ittifaqı dağıldı. Mərkəzi Asiyada və Qafqazda yeni dövlətlər yarandı. Burada islam ideyalarının yayılması məsələsi gündəlikdə durdu. Iranın keçmiş Sovet Ittifaqının bu ərazilərdə yeritdiyi siyasət Yaxın Şərq ölkələrində apardığı siyasətdən fərqlənir. Bu məntəqədə iqtisadi və siyasi hüfuz üstünlük təşkil edir. islam hökuməti yaratmaq, islamçı qruplar təşkil etmək, zahirdə kütləvi informasiya vasitələrinə həvalə olur. Kütləvi informasiya vəsitələri Böyük Iran yaratmaq, əldən verilmiş torpaqları geri qaytarmaq “ideyasını” təbliğ edirlər. Tehran mətbuatı iddia edir ki, Mərkəzi Asiya sözü Rus imperiyası tərəfindən irəli atılmışdır, həmin ərazi Irana məxsus olmuş, onun adı güya böyük Xorasandır. Iran Tacikistanda daha fəal siyasət yeridir. Tacik müxalifətinin başçıları Tehrandadırlar.

Iran Qafqazda özünəməxsus siyasət yeridir. Ermənistanla geniş əlaqə saxlayır. Azərbaycan respublikasında başqa cür siyasət yeridir. Burada islamcı qruplar müdafiə olunur. “Xeyriyyətci” təşkilatlar yaranır, fars dili kursları təşkil olunur, məzhəb bayramları böyük konsert salonlarında qeyd edilir. Bir sıra cavanların islam qaydası ilə ailə qurmaları mərasimi təşkil olunur. Müəyyən istiqamətli nəşriyyələrin buraxılmasına meyl göstərilir, Azərbaycan televiziyası ilə veriliş aparılır. Bütün bunlar böyük Irançılıq siyasətinin əsas xəttini təşkil edir. Azərbaycan respublikasının Amerika və Israil münasibətləri Azərbaycanda dünyəvi dövlət konstitusiyasının qəbul edilməsi Tehranı qəzəbləndirir.