Vəhşi daşqalağın
 qurbanı Qadın

 

Hər zəman şərəflə çəkilir adın
məhəbbət ocaği hörmətli qadın
ey qəhrəman doğan igid bəsliyən
insana varlıği sən bağışladın
varlığın ən qaynar çeşməsi qadın

Insanlıq gözünün sürməsi qadın
incəlik bağının mivəsi qadın
gözəllik dağının zirvəsi qadın
öz tanrılığına sən inanmadın
yer üzün aradın göyə sıtqadın
oldun daşqalaqın qurbani qadın

Varlıqın, həyatın yarisi sənsən
həyata bal desəm arisi sənsən
Tomris anaların varisi sənsən
ana deyim sənə xanım ya xatın
sevginin,sevincin qaynaği qadın

Səni oxşadanlar yarıminsana
gərək şərm eyliyə, ölə,utana
sən həmi insansan həm ona ana
bütün bəşəriyyət sənin övladın
şirin laylaların qucaği qadın

Hər zəman yoldaşın dara düşəndə
onun qəm-kədərin bölüşdün səndə
yoldaş həsrətilə öldün öləndə
nə unutdun onu nə yadırqadın
sənə alqış olsun vəfali qadın  

Laylalar süzülüb sənin dilindən
mahnılar yaranıb hər nisgilindən
hərvax cəfa gördün öz sevgilindən
sən səssiz-səmirsiz yanıb ağladın
səbir məktəbinin ünvani qadın

Qanli savaşlarda qənimət oldun
hərəmsəralarda sən zinət oldun
insana dərd oldun müsibət oldun
səsin insanlığa çatdıranmadın
sinəndə boğuldu nalən,fəryadın
oldun daşqalaqın qurbani qadın

Şəriət gözündə naqis göründün
qorxuların qıynağında süründün
cəhlin qara bayrağına büründün
gözəlliyi sən çarşaba çulqadın
vəhşi daşqalaqın qurbani qadın

Ey candan pay verən canlar yaradan
könlün yasdan qutar günün qaradan
bürünmə çarşaba çıx çadıradan
falçıdan seyiddən kəs etiqadın
olma daşqalaqın qurbanı qadın

Yırtıcı quvvələr qorxunc yasalar
çox yaşar qadınlar oyanmasalar
əski inanclara inanmasalar
yolumuz saf olar günümüz aydın
olmaz daşqalaqın qurbanı qadın

Kərim Mamağanlı