Mehr ayının biri, 1391 - ci təhsil ilinin başlaması münasibətilə

Azərbaycan Fəderal - Demokrat Hərəkatının bildirişi

Irqçı və diynçi dövlətin Azərbaycanda baş verən depərmə etinasızlığı, bir daha onun antı-azərbaycan mahiyyətini açıqcasına ortaya qoydu. Kıfayətsiz dövlət deprem qurbanlarına yardım edib və yıxılan evləri və kənədləri düzəltmək yerinə, xalqın göndrdiyi köməklərin qabağını alıb və imdadçıların bir parasını həbsə salmışdır.

Bu ilki təhsil ili belə bir şəraitdə başlanır.

«Amuzeş pərvəreş» qurumu iranın ən böyük ictimai qurumu sayılır. Bu il bir milyon üç yüzmin nəfərdən-bir milyon dörd yüzmin nəfrə yaxın birinci kılas şagirdləri dərs kılaslarında hazır olacaqlar. Geçn illərın statistikasına (amarına) görə, şagirdlərin sayısı bu il 14 - 15 milyonun arasında olacaqdır.

Edilən təxminlərə görə, şagirdlərin yüzdə altmış beşinin( 65%i) ana dilisi fars dili deyildir.

Bir milyon yüzmin nəfr ışçi və müəllim İran « Amuzeş pərvəreş» qurumunda işləyirlər. Dərs kitablarının çap işlərı ilə və yazı vəsaiti ilə məşğul olan və geçimləri «Amuzeş pərvəreş» qurumuna bağlı olan müəssisələrdə və sənayelərdə işləyənləri də saya salsaq, «Amuzeş pərvəreş» idarəsinin rolu və önəmi ortaya çıxar. Belə ki, İran iqtisadiyyatının heç bir şöbəsinin bu qədər ağırlığı və ictimai gücü yoxdur, və hakim rəejimin ırqçılığı və mürtceliyi də heç bir ictimai hovzədə belə sərt və gözə çarpan deyildir.

Irqçı düşüncələr və əməllər «Amuzeş pərvəreş» qurumuna hakimdir. Bu qurum qeyri-fars millətləri o cümlədən və özəlliklə iranda yaşayan Türkləri asimilə etməkdə və kimliklərini məhv etməkdə də əsas rol oynayır. İslam cümhurisinin ırqçı və irticai «Amuzeş pərvəreş» qurumuna fişar gətirmək və onu ifşa etmək, Azərbaycan milli demokratik hərəkəti fəallarının vaz geçilməz vəziyfələrindəndir.

Hakim ırqçı və apartayd rejimi ilə mübarizə etmək üçün ardıcıl, davamlı - dözümlü və təşəbbüslü olmaq gərkir. Mehr ayının biri ana dilində təlim -tərbiə istəyini irəli sürmək üçün ən uyğun gündür. İnsan haqlarının başlıcalarından biri ana dilində təlim -tərbiə almaq haqqıdır. Bu da iranın qeyri- fars millətləri üçün vətəndaşlıq haqqı hökmündədir.

Bu haqqı əldə etmyə görə, sivil itaətsizlik mübarizəsi metodundan geniş və yaradıcı şəkildə istifadə etməliyik. Ana dilində təlim- tərbiə almaq və milli kimliyini qorumaq məsələsi İran xalqının milli zülm boyunduruğu altında yaşayan çoxunluğunun vaz geçilməz istəyidir.

Bu ortaq istəyin qabardılması və ön cərgəyə gətirilməsi uğrunda edilən təşəbbüslər, geniş xalq kütləsinin mübarizədə iştirak etməsini təmin edə bilən biçimdə olmalıdır.

Başqa tərəfdən də bu təşəbbüslər təsiredici biçimdə olmalı, İslam cümhurisinə gərəkən fişarı gətirə bilməklə beynəlxalq orqanlarının və əfkari- ümuminin diqqətini özünə çəkə bilməlidir.

Azərbaycan milli demokratik hərəkətinin təşkilatları alları bu qonuda çox çeşidli və dəyərli ibtikarlar göstərmişlərMehr ayının birinci günündə dərs kılaslarına getməmək ... və «Öz dilində mədrsə, Olmalıdır hərkəsə !» bənzər şüarların verilib - yayılması bunların örnəkləridir.

Yeri gəlmişkən İran xalqının dil baxımından çeşidliliyinə və milli baxımdan çox millətliliyinə inanan bütün Fars dilli ziyalılardan tələb edirik mədrsələrin açılışı münasibəti ilə, ana dilləri farsca olmayan millətlərin dillərinin rəsmi tanınması istəyini və ana dilində təhsil almaq haqqını, əməldə - vaqei surətdə müdafiə etsinlər!

İndiki zamanda ana dilində təhsil almaq, bütün insan haqları müqavilələrinin vurğuladığı təbii bir məsələ dir və dünya ölkələrinin çoxunda ana dilində təhsil almanın rəsmi olaraq tanınması diqqətə layiqdir. Ancaq 21 - ci yüzilin başlanqıcında, İran rejimi, uşaqların ana dilində təhsil almasını rəsmi tanımamaqda, qara bir örnək kimi gözə çarpmaqdadır. Halbuki, Fars dili iranlı uşaqların çoxunluğunun, yəni yüzdə altmış beşinin( %ə65 ) ana dili deyildir.

İslam cümhurisi qeyri-fars millətlərin ana dillərində təlim- tərbiyə alma istəklərinə boyun qoyub və Fars ırqçı və şovunist siyasətlərindən vaz geçməlidir. İran İslam Cümhurisinin əritmə (asimilasion ) və qeyri- fars dillərini yox etmə çabalarının gələcəyi olmayıb, Fars milləti ilə qeyri- fars millətlərinin arasında milli nifrət yaratmaqdan başqa sonucu olmayacaqdır.

Medialarda verilən raportlara görə, zələzləyə uğramış bölgələrdə yaşayan yurtdaşlarımız, Fars dilini bilmədiklərinə görə Türk dilini bilməyən yardımçılarla əlaqə qura bilməyirlər. Aydındir ki, Fars dili Azərbaycanda rəsmi dil olabilməz. Azərbaycanda rəsmi dil və dövlət dili Azərbaycan Türkcəsi olmalıdır.

Azərbaycan Federal Demokrat Hərəkatı bütün ziyalı dərnklərini, milli çalışqanları, öyrənciləri və siyasi qrupları İranda Azərbaycan Türkcəsinin rəsmiləşməsi və təlim- tərbiyənin ana dilində olması üçün iş birliyinə çağırır. Azərbaycan Federal Demokrat Hərəkatı öz növbəsində yuxarıda sayılan amaclara yönəlik azərbaycanın başqa dərnklər, qruplar, cəmiyyətlər və şəxsiyyətləri ilə əməkdaşlığa hazırdır.

Azərbaycan Federal- Demokrat Hərəkatı, İranda mövcud olan milli məsələni təmamən siyasi bir məsələ kimi tanıyır! Bu məsələnin kökündən həll edilməsi, İranda dövlət iqtidarının milli- etnik və federal dövlət biçimində oluşması, milli məclislərin və o cümlədən Azərbaycanın milli məclisinin qurulmasından asıjıdır.

19 Septambr 2012  -  Şəhrivər 1391

Azərbaycan Fəderal - Demokrat Hərəkatının İcraiyyə Heyəti